Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-837/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərbi qulluqçuya təyin edilmiş əmək pensiyasının yenidən hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1958-ci il, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdaf iəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2345/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1992-ci ildən Azərbaycan Dövlət Sərhəd Xidmətində işləyib. xx.xx.2020-ci ildə xidmətdə olma müddətinin qurtarması ilə əlaqədar səlahiyyətlərinə xitam verilmişdir.
2. İddiaçının cəmi xidmət müddəti 27 il 1 ay 17 gündür. İddiaçıya xx.xx.2019-cu il tarixdə 1038,65 manat məbləğində pensiya t əyin olunmuş, xx.xx.2020-ci il tarixdə pensiyasının yenidən hesablanması haqqında qərarla xx.xx.2019-cu il tarixdən yenidən hesablanaraq 1274,38 manat təşkil etmişdir. xx.xx.2017-ci il tarixədək güzəştli xidməti ilə birlikdə stajı 24 il 11 ay 19 gündür. İddiaçının xx.xx.2017-ci il tarixinədək stajı 24 il 11 ay 19 gün olmasına baxmayaraq, həmin tarixədək qazanılmış pensiya hüququna münasibətdə 24 il nəzərə alınmaqla (20 il üçün təminat xərcliyinin 55 faizi və 4 il üçün hər ilə görə 3 faiz miqdarında olmaqla (4x3) təminat xərcliyinin 12 faiz) pensiya təyin edilmiş, 11 ay 19 gün nəzərə alınmamışdır (bax 3-cü bənddə hesablama hissəsi).
3. İddiaçı pensiya məbləğinin yenidən hesablanması haqqında ərizə ilə cavabdehə müraciət edib. Cavabdeh qurum onun tələbini təmin etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİL MİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hesablanmamış 11 ay 19 gün üçün təminat xərcliyinin 3% miqdarında olmaqla pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə xx.xx.2017ci il tarixədək olan xidmət dövrü üzrə nəzərə alınmamış 11 ay 19 gün üçün təminat xərcliyinin 3 % miqdarında olmaqla xx.xx.2019-cu il tarixdə təyin olunmuş pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclas protokoluna əsasən ərizə icraata qəbul edilmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya əmə k pensiyası hesablanarkən xx.xx.2017-xx.xx.2019-cu il tarixləri arasındakı 11 ay 19 gün müddəti üzrə hesablama aparılmamışdır. Belə ki, "Əmək pensiyaları haqqında" Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xi dmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 5 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla hesablanmasını nəzərdə tutsa da, ona təyin edilmiş pensiyanın yenidən hesablanması zamanı isə 11 ay 19 gün nəzərə alınmamışdır. Hesab edir ki, təyin edilmiş pensiyanın yenidən hesablanması aşağıdakı qaydada müəyyən edilməlidir: i) Təqvim illəri üzrə stajdan (ali təhsil müddəti ilə birlikdə) (26 il 1 ay 11 gün) xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzindəki staj (2 il 1 ay 28 gün) 26 il 1 ay 11 gün (təqvim ili) - 2 il 1 ay 28 gün =23 il 11 ay 13 gün Deməli, xx.xx.2017ci il tarixinədək güzəştli xidmət müddəti ilə birlikdə staj 24 il 11 ay 19 gün (23 il 11 ay 13 gün +1 il 6 gün =24 il 11 ay 29 gün) təşkil edir. ii) xx.xx.2019-cu il tarixinədək qazanılmış pensiya hüququna münasibətdə 20 il üçün təminat xərcliyi 55 faiz 4 il üçün (aylar nəzərə alınmadan) hər ilə görə 3 faizi miqdarında olmaqla (4x3) təminat xərcliyi 12 faizi ilə) xx.xx.2017-xx.xx.2019-cu il tarixləri arasındakı 2 il 1 ay 28 gün müddəti üçün isə: - 2 il üçün hər aya hər ilə görə 2 faiz miqdarında olmaqla (2x2) təminat xərcliyinin 4 faizi - 1 aya görə təminat xərcliyinin 0,17 faizi miqdarında 11 ay 19 gün üçün təminat xərcliyinin 3 % miqdarında.
7. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfind ən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. “Əmək pensiyaları haqqında” Qanunun 22.4-cü maddəsinə əsasən - “hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qay dası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Odur ki, iddiaçıya Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilən “məlumat vərəqi”nə əsasən 23 il 7 ay 11 gün təqvim, 1 il 6 gün güzəşt və 2 il 6 ay ali təhsil müddətindən ibarət olmaqla cəmi iş stajı 27 il 1 ay 17 gün göstərilmişdir və xx.xx.2019-cu il tarixdən əmək pensiyası təyin edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim G.A.Sevdimalıyeva) 2-1(112)-5746/2021 nömrəli, 25 iyun 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçının xx.xx.2017-ci il tarixədək olan xidmət dövrü üzrə nəzərə alınmamış 11 ay 19 gün üçün təminat xərcliyinin 3 % miqdarında olmaqla xx.xx.2019-cu il tarixdə təyin olunmuş pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuş, cavabdehin imtinası qan unsuz hesab edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əmək pensiyasının ümumi məbləği tərxis olunduğu günə müəyyən olunmuş təminat xərcliyinin (1459,40 manat) 71,17% həcmində (20 il üçün təminat xərcliyinin 55%+4 il üçün aylar nəzərə alınmadan hər ilə görə 3%; xx.xx.2017-xx.xx.2019-cu il tarixləri arasındakı (2 il 1 ay 28 gün) üçün 2 il üçün hər ilə görə 2% miqdarında olmaqla (2x2) təminat xərcliyinin 4%-i, 1 aya görə təminat xərcliyinin 0,17%), yəni 1038,65 manat deyil, 74,07% (71,17%+2,9%) olmaqla 1080,97 manat həcmində olmaqla hesablanmalı idi. 01 sentyabr 2019-cu il tarixinədək olan təminat xərcliyinin (1459,40 manat) və 01 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (1800,20 manat) arasındakı fərq məbləğinin (340,80 manat) 69,17 faizi (27 i l 1 ay 17 gün xidmət müddətində 20 il xidmət müddətinə görə təminat xərcliyinin 55 faizi+20 ildən artıq xidmət müddətinin (7 il) hər ili üçün 2 faiz tətbiq etməklə (7x2) təminat xərcliyinin 14 faizi+natamam ildəki iş stajı aylarının sayına (1 ay) mütənasib olaraq təminat xərcliyinin 0,17 faizi, cəmi 69,17 faiz) – 235,73 manat 1 sentyabr 2019-cu il tarixinədək olan pensiyanın (1038,65 manat olmaqla deyil, 1080,97 manat olmaqla) üzərinə əlavə edilməli (1274,38 manat olmaqla deyil, 1316,7 manat olmaqla) və pensiyası yenidən hesablanmalıdır.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və M.N.Tağızadə) 2-1(103)2345/2021 nömrəli, 17 dekabr 2021-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 25 iyun 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
12. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçının xidmət etdiyi orqandan xx.xx.2019-cu il tarixdə tərxis olunması ilə əlaqədar (yaşa görə) cavabdehə təqdim olunmuş xx.xx.2019-cu il tarixli məlumat vərəqəsində 23 il 7 ay 11 gün təqvim, 1 il 6 gün güzəştli və 2 il 6 ay ali təhsil müddətindən ibarət olmaqla cəmi xidmət müddəti 27 il 1 ay 17 gün göstərilmişdir. B u halda əmək pensiyasının hesablanması aşağıdakı qaydada müəyyən olunur:
14. Təqvim illəri üzrə stajdan (ali təhsil müddəti ilə birlikdə) (26 il 1 ay 11 gün) xx.xx.2019-ci il – xx.xx.2019-ci il tarixləri arasındakı dövr ərzindəki staj (2 il 1 ay 28 gün) çıxılır. 26 il 1 ay 11 gün (təqvim ili) - 2 il 1 ay 28 gün =23 il 11 ay 13 gün. Deməli, xx.xx.2017-ci il tarixinədək güzəştli xidmət müddəti ilə birlikdə staj 24 il 11 ay 19 gün (23 il 11 ay 13 gün +1 il 6 gün =24 il 11 ay 29 gün) təşkil edir. 15. xx.xx.2019-cu il tarixinədək qazanılmış pensiya hüququna münasibətdə: - 20 il üçün - təminat xərcliyi 55 faiz - 4 il üçün (aylar nəzərə alınmadan) hər ilə görə 3 faizi miqdarında olmaqla (4x3) təminat xərcliyinin 12 faizi 16. xx.xx.2017-xx.xx.2019-cu il tarixləri arasındakı 2 il 1 ay 28 gün müddət i üçün isə: - 2 il üçün hər aya hər ilə görə 2 faiz miqdarında olmaqla (2x2) təminat xərcliyinin 4 faizi - 1 aya görə təminat xərcliyinin 0,17 faizi miqdarında
17. Əmək pensiyasının ümumi məbləği tərxis olunan günə müəyyən olunmuş təminat xərcliyinin (1459.40 manat) 71,7 faizi (55 +12+4+0,17) 1038,65 manat miqdarında hesablanmışdır. xx.xx.2019-cu il tarixindən sonuncu xidmət etdiyi orqan (Dövlət Sərhəd Xidməti) tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavə - 805,00 manat, rütbə maaşı - 159,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavə -289,20 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavə - 281,75 manat, sərhəd qoşunlarında xidmətə görə vəzifə maaşının 10 faizi miqdarında əlavə - 80,50 manat, zərərli işə görə vəzifə maaşının 15 faizi miqdarında əlavə - 120,75 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası - 64 manat olmaqla cəmi təminat xərcliyi 1800,20 manat təşkil etmişdir. 18. "Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci ilin 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 142 saylı Fərmanına əsasən iddiaçının əmək pensiyası təminat xərcliyinin sonrakı artımları z amanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.4.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tamam olmadıqda isə natamam ildəki iş stajı ayların sayına münasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: - 20 il xidmət müddətinə görə təminat xərcliyinin 55 faizi; - 20 ildən artıq xidmət müddətinin (7 il) hər ili üçün 2 faiz tətbiq etməklə (7x2) təminat xərcliyinin 14 faizi; - Natamam ildəki iş stajı aylarının sayına (1 ay) mütənasib olaraq təminat xərcliyinin 0,17 faizi
19. Əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 69,17 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq 1 sentyabr 2019-cu il tarixdən sonrakı təminat xərcliyi (1459,40 manat) ilə xx.xx.2019-cu il tarixindən sonrakı təminat xərcliyiniz (1800,20 manat) arasındakı fərq məbləğinin (340,80 manat) 69,17 faizi 235,73 manat xx.xx.2019-cu il tarixinədək olan pensiyanın (1038,65 manat) üzərinə əlavə olunmaqla 1274,38 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. 20. “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olan müddəalarına əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, yaşına və ya xəstəliyə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faiz, 20 ildən yuxarı hərbi xidməti n (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər il üçün müvafiq təminat xərcliyinin - 3 faizi miqdarında əlavə olunmaqla hesablanır.
21. Kassator hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun haqqında bəhs edilən maddəsinin xx.xx.2017-ci il tarixinədək olan müddəalarında natamam ildəki iş stajı aylarına görə təminat xərcliyinin hər hansı miqdarında əlavənin hesablanması nəzərdə tutulmamışdır.
22. Şikayət əsaslandırılarkən İnzibati Prosessual Məcəllənin 90, 91 94-cü maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 20.14.1 hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla müəyyən edilir. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir) 20.14.1-ci maddədə “hər ili” sözlərindən sonra “(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)” sözləri əlavə edilmişdir və “3 faizi” sözləri “2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi)” sözləri ilə əvəz edilmişdir. Maddə 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
25. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin e dilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması qaydası”nın 2.5-ci bəndinə əsasən, Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildə ki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir.
26. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəmə sinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Cavabdehin kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİY ASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəm ə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının əmək pensiyasının ümumi məbləği tərxis olunduğu günə müəyyən olunmuş təminat xərcliyinin (1459,40 manat) 71,17% həcmində (20 il üçün təminat xərcliyinin 55%+4 il üçün aylar nəzərə alınmadan hər ilə görə 3%; xx.xx.2017-xx.xx.2019-cu il tarixləri arasındakı (2 il 1 a y 28 gün) üçün 2 il üçün hər ilə görə 2% miqdarında olmaqla (2x2) təminat xərcliyinin 4%-i, 1 aya görə təminat xərcliyinin 0,17%), yəni 1038,65 manat deyil, 74,07% (71,17%+2,9%) olmaqla 1080,97 manat həcmində olmaqla hesablanmalı idi. Apelyasiya instansiyası məhkəməsi bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Məhkəmə kollegiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək olan müddəalarında natamam ildəki iş stajı aylarına görə təminat xərcliyinin hər hansı miqdarında əlavənin hesablanmasının nəzərdə tutulmaması ilə bağlı kassasiya şikayətində bildirilmiş dəlilinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
34. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması qaydası”nın 2.5-ci bəndinə əsasən, Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qu rumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir.
35. Beləliklə, apellyasiya məhkəməsi mübahisən in müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2345/2021 nömrəli, 17 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.