Məhkəmə qərarları › İş №2-1(102)-837/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-837/2023

16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-837/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi, VM-nin 67-ci maddəsindəki ardıcıllığın gözlənilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə q arşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2-1(103)-1073/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin xx.xx.2020-ci il tarixli, **********141153 saylı qərarı ilə "xxxx" MMC-də Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi xx.xx.2021-ci il tarixli **********141737 saylı səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdiril mişdir.

2. Həmin Akt əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 27 iyul 2021-ci il tarixli, **********48527 nömrəli qərarı ilə mənfəət vergisinin 2017-ci il üzrə 29.486,54 manat, 2018-ci il üzrə 33.861,64 manat, 2019-cu il üzrə 54.329,79 manat, əlavə dəyər vergisinin 2019-cu il üzrə 0,04 manat, 2020-ci il üzrə 221.505,81 manat, əmlak vergisinin isə 2017-ci il üzrə 120 manat, 2018-ci il üzrə 211,40 manat, 2019-cu il üzrə 22,85 manat, ödəmə mənbəyindən tutulan verginin 2018-ci il üzrə 126 manat azaldılmasına (cəmi 339.666,07 manat məbləğində verginin azaldılması), o cümlədən vergi hesabatının və arayışının vaxtında verilməməsinə görə ümumilikdə 169.953,05 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZ RƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 27 iyul 2021-ci il tarixli, **********48527 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərar qanunsuz və əsassız olduğuna görə ləğv olunmalıdır.

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki: - Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəz ifələrinə aid edilmişdir. Lakin yoxlama zamanı yoxlanılan dövr üzrə bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi və xidmətlərin göstərilməsi) ilə bağlı gəlirləri təsdiq edən rəsmi sənədlər yoxlamaya təqdim edilməmişdir. Odur ki, vergi ödəyicisinin çəkdiyi xərclər (ƏDV nəzərə alınmadan) əsasında 2017-ci, 2018-ci və 2019-cu illər üzrə mənfəət vergisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli, 42 saylı) Qərarına əsasən, şərti rentabellik səviyyəsi 20% götürülərək, Vergi Məcəlləsinin 83.9cu maddəsinə əsasən hesablanmışdır. - Yoxlama zamanı yoxlanılan dövr üzrə bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi və xidmətlərin göstərilməsi) ilə bağlı gəlirləri təsdiq edən rəsmi sənədlər yoxlama ya təqdim edilməmişdir. Eyni zamanda, vergi ödəyicisi tərəfindən xx.xx.2021- ci il tarixli **********538600 nömrəli məktubla xx.xx.2017-ci və xx.xx.2020-ci il tarixə mal qalığı barədə məlumat təqdim edilmişdir. İddiaçı tərəfindən yoxlama dövründə nağd satılmış mallara dair hər hansı bir sənəd təqdim edilmədiyi üçün qaiməsiz satış elektron qaimə ilə satılan malların ortalama qiyməti ilə müqayisə edilmiş, 1.230.594.90 manat dövriyyə və 221507.08 manat ƏDV (1230594.90 x 18%) kənarlaşması yaranmışdır. - Vergi ödəyicisi tərəfindən 2017-ci və 2018-ci ilin Əmlak vergisi bəyannamələrin təqdim edilməmişdir. Yoxlama zamanı 354,25 manat əmlak vergisinin yayındırıldığı müəyyən edilmişdir. Həmçinin, iddiaçı tərəfindən 2018-ci ilin 4-cü rüb ödəmə mənbəyində tutulan vergi bəyannaməsi də təqdim edilməmi şdir. Beləliklə, 900,00 manat icarə haqqından ödəmə mənbəyindən 126,00 manat vergi hesablanmışdır.

6. Bakı İnzibati Məhkəməsinin (hakim: X1) 03 dekabr 2021-ci il tarixli, 2-1(112)9667/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 2**********48527 saylı, xx.xx.2021ci il tarixli qərarı qismən, cəmiyyətə mənfəət vergisi üzrə 117.677,97 manat vergi hesablanması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən həmin məbləğin 50 %-i miqdarında, yəni 58.838,99 manat maliyyə sanksiyasının tətbiq olunması, əlavə dəyər vergisi üzrə 221.507,81 manat vergi hesablanması, Azərbaycan Respublikası Vergi Məcəl ləsinin 58.1-ci maddəsinə əsasən həmin məbləğin 50 %-i miqdarında, yəni 110.753,91 manat maliyyə sanksiyasının tətbiq olunması hissələrində ləğv edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, səyyar vergi yoxlaması zamanı cavabdeh vergi orqanı yoxlanılan dövr ərzində vergilərin hesablanması zamanı əlaqəli məlumat qismində yalnız rəsmi sənədlərdən, başqa sözlə, Vergi Məcəlləsi, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, həmin sənədləri qanunla müəyyən edilmiş qaydada əldə etmədən, iddiaçıya ƏDV və Mənfəət vergisi üzrə əlavə vergilər hes ablanmışdır. Odur ki, mübahisələndirilən qərar ƏDV və mənfəət vergisinin hesablanması hissələrində əsassız və qanunsuzdur. Digər tərəfdən, mübahisələndirilən qərarla hesablanmış əmlak vergisi, ÖMV, o cümlədən vergi hesabatının və arayışının vaxtında verilməməsinə görə tətbiq edilmiş maliyyə sanksiyası Vergi Məcəlləsinin tələblərinə uyğun olduğundan, iddia tələbi həmin hissələrdə təmin edilməməlidir.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

9. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, iş materiallarında olan sənədlərlə iddiaçının 2018-2020-ci illər üzrə təqdim etdiyi ƏDV və mənfəət vergisi bəyannamələrindəki məlumatlar əsasında kənarlaşma müəyyən edilmədi.

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X2 və X4) 23 noyabr 2022-ci il tarixli, 2-1(103)-1073/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 3 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022ci il tarixli rəyinə istinad edərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində işin halları, iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları hərtərəfli araşdırılmamış, iş üzrə sübutlara düzgün qiymət verilməmiş və maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.

14. Belə ki, təyin edilmiş səyyar vergi yoxlaması ilə baza məlumatlarına əsasən xərclər dəqiq müəyyən edilmiş və xərclər əsas götürülərək şərti rentabellik əsasında mənfəət müəyyən edildiyi halda, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün təfsir və tətbiq edilmədiyi, vergi orqanının əlaqəli məlumatlardan istifadə etmədiyi qeyd olunmuşdur. Halbuki, mənfəət vergisi şərti rentabellik tətbiq olunaraq hesablandığı zaman əlaqəli məlumatlardan istifadə edilmişdir. Belə ki, ş ərti rentabellik tətbiq olunan zaman əlaqəli məlumatlardan istifadə olunmadan mənfəətin müəyyən edilməsi qeyri-mümkündür. Həmçinin, əlavə dəyər vergisinin hesablanması zamanı elektron qaimə-faktura sənədlərində əks olunmuş qiymətlərə əsasən, qaiməsiz təqdim olunmuş malların qiyməti müəyyən edilmişdir. Beləliklə, həm mənfəət vergisi hesablanarkən, həm də ƏDV-nin hesablanması zamanı əlaqəli (rəsmi) məlumatlardan istifadə edilmişdir

15. Eyni zamanda, məhkəmə kollegiyasının əlaqəli məlumatların məhz rəsmi məlumatlardan ibarət olması dəlili tamamilə yanlışdır. Belə ki, Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan istənilən məlumat əlaqəli məlumat hesab edilmişdir. Qeyd olunan maddi hüquq normasından aydın olur ki, əlaqəli məlumatlar hər bir halda rəsmi məlumat olmalı deyildir. Yəni, rəsmi olmayan məlumat əgər mənbəyi bəlli olan məlumatdırsa, o zaman həmin məlumatlar da əlaqəli məlumatlar hesab oluna bilər.

16. Bundan əlavə, məhkəmə vergi orqanı tərəfindən sənədlərin əldə edilməsi ilə bağlı tədbirlər görülmədiyini qeyd etsə də, nəzərə almamışdır ki, vergi orqanı sənədlərin təqdim edilməsi ilə bağlı tələbnamə təqdim etmiş, o cümlədən “Sənədlərin qismən təqdim olunması barədə” xx.xx.2020-ci il və xx.xx.2020-ci il, “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina haqqında” xx.xx.2021-ci il tarixli aktlar tərtib edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Vergi Məcəlləsi Maddə

38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Maddə

67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məl umatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır.... 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsi nə əsasən hesablanır. Maddə

83. Vergi orqanları tərəfindən vergilərin hesablanması... Maddə 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. 19. “İnzibati icraat haqqında” Qanun: Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

20. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtın da verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətini n dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Həmçinin, məhkəmə kollegiyası mübahisələndirilən qərarın qanunsuzluğu və əsassızlığı ilə bağlı aşağıdakıları qeyd edir.

26. Hazırkı iş üzrə iddiaçının tələbi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 27 iyul 2021-ci il tarixli, **********48527 nömrəli qərarının ləğvi, yəni mübahisələndirmə haqqında iddiadır.

27. İPM-in 14.1-ci maddəsi nə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

28. Nəzərə alınmalıdır ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə düzgün və qanunauyğun qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İP M-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı.

29. Odur ki, nə qədər ki, iddianın predmetini inzibati akt təşkil edir və iddia növü mübahisələndirmə haqqında iddialara aiddir, ilk növbədə cavabdeh qəbul etdiyi qərarın qanuniliyini və əsaslılığını sübut etməlidir.

30. Formalaşmış məhkəmə və inzibati təcrübəyə əsasən, səyyar vergi yoxlamasının nəticəsində qəbul edilmiş qərarların əsaslandırması səyyar vergi yoxlaması aktında öz əksini tapmalı və məhkəmə araşdırması zamanı həmin aktlardakı dəlillər qiymətləndirməlidir.

31. Hazırkı iş üzr ə mübahisələndirilən qərarın qəbul edilməsinin əsasında duran xx.xx.2021-ci il tarixli **********141737 saylı səyyar vergi yoxlaması aktında mənfəət vergisi ilə bağlı qeyd edilmişdir ki, gəlir vergisini təsdiq edən sənədlər yoxlamaya təqdim edilmədiyindən Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinə əsasən, yəni şərti rentabellik norması əsasında 2017-2019-cu illər üzrə gəlir vergisi hesablanmışdır.

32. Bununla bağlı qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaçının dövriyyəsi üzrə gəlirləri təsdiq edən sənədlərin olmaması səbəbindən Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq edilməklə mənfəət müəyyənləşdirilərkən, cavabdeh vergi orqanı Vergi Məcəlləsinin 67-ci maddəsinin ona verdiyi bütün imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etmə miş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma aparmamışdır.

33. Formalaşmış məhkəmə təcrübəsinə istinad etməklə məhkəmə kollegiyası bir daha xatırladır ki, cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa həmin Məcəllənin 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 67-ci maddəsi vergilərin hesablanması zamanı əlaqəli məlumatın təqdim edilməsinin başqa imkanlarını da təsbit etmişdir ki, hazırkı halda həmin imkanların tükənildiyi və 67.14-cü maddəyə əsasən şərti rentabellik normasının tətbiqinin zəruriliyi əsaslandırılmamışdır.

34. Qeyd edilməlidir ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından ) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən VM-nin 67-ci maddəsində nəz ərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. Məhz, Vergi Məcəlləsinə 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş 67.17-ci maddə də bu halı təsdiq edir (bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir). Başqa sözlə, sözügedən dəyişikliyə qədər 67-ci maddədə sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən müddəaların ardıcıllıq gözlənilmədən tətbiqinə əsas verən norma mövcud deyildi. Odur ki, hazırkı halda, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresio n səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl edilməmiş, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmamışdır.

35. Bundan əlavə, hesablanmış ƏDV ilə bağlı xx.xx.2021-ci il tarixli **********141737 saylı səyyar vergi yoxlaması aktında qeyd edilmişdir ki, yoxlama zamanı malların nağd satışını təsdiq edən hər hansı sənəd təqdim edilmədiyindən, qaiməsiz satış elektron qaimə ilə satılan malların ortalama qiyməti ilə müqayisə olunmuş və 1.230.594,90 manat dövriyyə kənarlaşması müəyyən edilmişdir.

36. Göründüyü kimi, cavabdeh Aktda qaiməsiz satılmış malların dəyərinin elektron qaimə ilə satılan malların ortalama qiyməti əsasında müəyyən olunduğunu qeyd etmişdir. Başqa sözlə, cavabdeh qaiməsiz satılmış malların dəyərini elektron qaimə ilə satılan malların ortalama qiyməti əsasında müəyyən etdiyini Aktda qeyd etməklə kifayətlənmiş, elektron qaimə ilə hansı kateqoriya malların satıldığını, həmin malların ortalama qiymətinin necə və hansı qaydada hesablandığını, qaiməsiz satışın həcmini hansı qaydada müəyyən etdiyini və ortalama qiyməti malların kateqoriyaları üzrə qaiməsiz satışa necə və hansı formada tətbiq etdiyini göstərməmiş, nəticədə hesablamanı əsaslandırmamış, bununla da “İnzibati icraat haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, həmin normaların məzmununa əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları t əsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Bu hal isə, mübahisələndirilən qərarın istinad olunan Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz sayılması, 67.2-ci maddəsinə əsasən isə ləğv olunması üçün əsasdır.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2-1(103)-1073/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar