Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-838/2021 08.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Bakı şəhər Təcili və X2 Stansiyası” X3rşı iş üzrə QƏRARİ Açar sözlər: (iddianın mümkünsüzlüyü, mülki qaydada baxılmalı olan iddia) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Hüseynova Zəmilə İsa qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Bakı şəhər Təcili və X2 Stansiyası” X3rşı “əmək haqqının 25% artırılması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-629/2021 nömrəli, 02 fevral 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı İİ qrup əlildir. O, 03.08.1989-cu il tarixdən hal - hazıra kimi əmək fəaliyyəti ilə məşğuldur.
2. İddiaçı cavabdehə müraciət edərək, onun barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il tarixli, 185-li qərarının tətbiq edilməsini xahiş etmiş, cavabdeh müraciətə hər hansı münasibət bildirməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cаvаbdеhə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli 185 nömrəli “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” qərarına əsasən cavabdeh tərəfindən əmək haqqının 25 faiz artırılması üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı ərizəsində göstərmişdir ki, həkim olaraq Bakı Şəhəri Təcili və X1 çalışır. 22.04.2019-cu il tarixindən etibarən İİ qrup əlil kimi Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsində qeydiyyata alınmışdır. Rəsmi əmək münasibətlərində olan əlil şəxslərə qanunvericiliyə əsasən çox böyük güzəştlər nəzərdə tutulmuşdur və həmin güzəştlərdən və sosial təminatlardan istifadə etmək hüququ olduğuna gör ə rəhbərliyə rəsmi olaraq yazılı şəkildə müraciətlər etmişdir, lakin rəhbərlik onun müraciətlərinə məhəl qoymamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli, 185 nömrəli, “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” qərarına əsasən, İ və İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının 25 faiz artırılmasının təmin edilməsi ilə bağlı rəhbərliyə 16.03.2020-ci il tarixində rəsmi ərizə ilə müraciət etmişdir, lakin müraciəti baxılmamış saxlanılmışdır. Qeyd edilənlərə əsasən iddiaçı tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5916/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakim: A.P.Orucov) iddia rədd edi lmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əsaslandığı Proqramla məhz bazar iqtisadiyyatına keçid dövründə əhalinin daha həssas təbəqəsi olan əlillərə qayğının artırılmasını və onların sosial-iqtisadi mənafelərinin müdafiəsini gücləndirmək məqsədilə müəssisə və təşkilatlarda əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən İİ qrup əlillərin əmək haqqının 20-25 faiz artırılmasının təmin edilməsi tədbirləri nəzərdə tutulmuşdur. Göründüyü kimi, 20-25 faiz artım əmək haqqına əlavə kimi deyil, artırma kimi nəzərdə tutulmuşdur. İşin araşdırılması zamanı da müəyyən olunduğu kimi, iddiaçının vəzifə maaşı 2.0 dəfə artırılmışdır. Bundan əlavə, sözügedən proqramda qeyd edildiyi kimi nə iddiaçı ilə bağlanmış fərdi əmək müqaviləsində, nə də Həmkarlar İttifaqı Komitəsi ilə bağlanmış kollektiv əmək müqavilələri ilə kollektivdə işləyən əlillərin əmək haqqının əlavə 20-25 faiz artırılması nəzərdə tutulmamışdır. Odur ki, iddiaçının hüquqları pozulmadığından, cavabdehin imtinası qanuna zidd olmadığından, iddia təmin edilməməlidir.
7. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-629/2021 saylı, 02 fevral 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və A.Ə.Hüseyn) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5916/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qərarı dəyiş dirilmədən saxlanılmışdır.
9. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
11. Kassator hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, hər iki instansiya məhkəməsi əsassız olaraq Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2007-ci il tarixli Sərəncamına əsaslanmışlar. Lakin qeyd edilən sərəncam ümumi xarakter daşıyır və bütün işçilərə aidiyyəti vardır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
13. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.
14. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun çıxışı dinlənilmədən baxıldı. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 14.1. Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublik asının vətəndaşıdır. 16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs;
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur:... 8.1.3. inzibati or qanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsasl andırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apelyasiya instansiyas ı məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün və iddia tələbi bölünməz olduğundan hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.
21. Belə ki, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsipləri və qaydaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 2.2-ci maddəsində inzibati m əhkəmə icraatı qaydasında baxılan iddiaların dəqiq siyahısı müəyyən edilmişdir.
22. Müddəaların sadalanması onunla bağlıdır ki, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Ümumiyyətlə, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarında qeyd edilmişdir ki, “iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, iddiaçı ilə inzibati orqan arasında publik hüquqdan irəli gələn münasibətlərin mövcud olması, habelə sonuncu tələblə bağlı iddiaçı tərəfindən ziyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət edilib-edilməməsi yoxlanılmalıdır”.
23. Göründüyü kimi, iddianın mümkün sayılmasının ilkin şərtlərindən biri tərəflərdən birinin inzibati orqan olması və tərəflər arasındakı münasibətin publik hüquqdan irəli gələn münasibətlər olmasıdır. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.
24. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1 -ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquq münasibəti olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 25.Hazırkı iş üzrə isə iddiaçı əmək haqqının artırılması tələbi ilə bağlı cavabdeh Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Bakı şəhər Təcili və X2 Stansiyası” X3rşı iddia qaldırmışdır. T ərəflər arasında olan əmək haqqı ilə bağlı mübahisə cavabdehin ictimai idarəetmə və hakimiyyət səlahiyyətlərinin icrası ilə bağlı olmamışdır. Bundan əlavə, mübahisənin predmeti (əmək haqqının artırılması) ilə bağlı isə qeyd edilməlidir ki, İPM-in 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Qeyd edilən normanın tələbinə görə, iddiaçının əmək haqqı artımına dair iddiasına inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, iddiaçı İPM-nin 8.1.3-cü maddəsində sadalanan şəxslərdən biri olmadığından (iddiaçı həkimdir) hazırkı iddiaya inzibati məhkəmə icraatında baxıla bilməz.
26. Digər tərəfdən, iş materiallarında olan Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 24.07.2020-ci il tarixli 2(006)-4009/2020 saylı qərardadı ilə iddiaçının ərizəsi, işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması əsası ilə geri qaytarılmış və həmin qərardaddan şikayət verilməmişdir.
27. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Nəsimi rayon Məhkəməsinin 24.07.2020-ci il tarixli 2(006)-4009/2020 saylı qərardadı hazırkı iş üzrə iddiaçının tələbinə mülki məhkəmə qaydasında baxılmasına mane təşkil etmi r.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-629/2021 saylı iş üzrə 02 fevral 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Kassasiya şikayəti qismən təmin edilsin. Qərar qətidir.