Məhkəmə qərarları › İş №2-1(102)-838/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-838/2022

22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-838/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə və Cəbrayıl Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburi köçkün kimi aylıq müavinət alan şəxslərin adlı siyahısına daxil edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə və Cəbrayıl Rayon İcra Hakimiyyətinə qarşı “məcburi köçkün kimi aylıq müavinətin bərpa edilməsi və ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 fevral 2022-ci il tarixli, 2-1(103)-403/2022 nömrəli qərar və qərardadından cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Cəbrayıl rayonundan “məcburi köçkün” statusuna malikdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Yasamal Rayon Mühafizə İdarəsində xidmət etmişdir və 17 mart 2020-ci il tarixdən dövlət qulluqçusu kimi (dövlət qulluğunun xüsusi növündə xidmətə görə) əmək pensiyasına çıxmışdır. İddiaçı həmin tarixdən ona məcburi köçkünlər üçün nəzər də tutulan yemək xərci müavinətinin, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlərin əvəzinə vahid aylıq müavinətin ödənilməsi ilə bağlı Cəbrayıl Rayon İcra Hakimiyyətinə və cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən onun adı ümumi adlı siyahıya daxil edilmiş və həmin siyahı üzrə hesabat (digər müvafiq sənədlərlə birlikdə) Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə təqdim olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi köçkün kimi aylıq müavinətin bərpa edilməsi və Komitəyə ərizə ilə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən ödənilməsi öhdəliyinin Azərbaycan Resp ublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin 17 mart 2020-ci il tarixli əmri ilə yaş həddinə çatdığı üçün Yasamal Rayon Mühafizə İdarəsində tutduğu vəzifədən azad edilmiş və təqaüdə çıxmışdır. Bundan sonra, vahid aylıq müavinətin bərpa edilməsi üçün xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə ərizə ilə müraciət etmişdir. Lakin Komitə məsələnin həllini təmin etməmiş, onun müraciəti baxılması üçün Cəbrayıl rayon İcra Hakimiyyətinə göndərilmiş, uzun müddət keçdikdən sonra ona məsələnin mahiyyətinə aid olmayan bir cavab verilmişdir. Cəbrayıl RİH xx.xx.2020-ci il tarixli məktubunda müraciətin Komitəyə göndərildiyini, xx.xx.2021-ci il tarixli məktubunda isə, ona ödənilməli olan vahid aylıq müavinətin Komitədə fəaliyyət göstərən Komissiya tərəfindən «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası»nın (AR Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş) 2.13-cü bəndinə əsasən bərpa edilmədiyini bildirmişdir. Bununla əlaqədar qeyd etmək lazımdır ki, həmin Qaydanın 2.13cü bəndinə görə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində v ə ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçularına, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə, bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara aylıq müavinət şamil edilmir. Normanın dispozisiyasında aylıq müavinətin şamil edilmədiyi şəxslərin dairəsi dəqiq olaraq müəyyən edilmi şdir və burada hər hansı genişləndirici təfsir aparılması bilavasitə qanunvericiliyə ziddir. İnzibati orqan isə, müraciətə baxarkən normanı düzgün tətbiq etməmiş və onun normanın təsiri altına düşdüyünü qeyd edərək məcburi köçkün kimi DİO-dan təqaüdə çıxdığını nəzərə almadan, ona məcburi köçkün kimi nəzərdə tutulan müavinətin verilməli olmadığı qənaətinə gəlmiş və bununla da mövcud sahəvi qanunvericiliyin tələbini pozmuşdur. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş edir.

4. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi iddiaya qarşı etirazında qeyd etmişdir ki, cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyəti xx.xx.2021-ci il tarixli məktubunda iddiaçının adının 2020-ci ilin may ayının hesabatına əlavə olunaraq Komitəyə təqdim edildiyini bildirsə də, qeyd olunan xü susatlarla əlaqədar məhkəməyə heç bir etibarlı sübut təqdim etməmişdir. Habelə, Cəbrayıl Rayon İcra Hakimiyyəti Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda, iddiaçıya vahid aylıq müavinətin verilməsinin bərpa edilməsi ilə əlaqədar 710 nömrəli, xx.xx.2020-ci il tarixli məktubla Komitəyə müraciət etdiyini bildirsə də, sözügedən məktub rəsmi qaydada Komitəyə daxil olmamışdır.

5. Bununla bağlı məhkəmə tərəfindən cavabdehin qeyd olunan dəlilləri nəzərə alınaraq, Cəbrayıl Rayon İcra Hakimiyyətindən həmin hesabatın Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə təqdim edilməsini və Komitə tərəfindən qəbul olunmasını sübut edən sənədlərin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur.

6. Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 1 148 nömrəli, xx.xx.2021-ci il tarixli məktubdan, ona əlavə edilmiş cədvəldən və Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin sədr müavininə ünvanlanmış 719 saylı, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçı xx.xx.2020-ci ildə Yasamal rayon Mühafizə İdarəsindən təqaüdə çıxmış və onun təqdim etdiyi sənədlər 2020-ci ilin may ayının hesabatına əlavə olunaraq Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə təqdim edilmişdir (2020-ci ilin may ayının hesabatı əlavə olunur). Vahid aylıq müavinətin verilməsi ilə bağlı Komitədə fəaliyyət göstərən müvafiq komissiya şifahi olaraq Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsin dən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydası”nın 2.13-cü bəndini əsas gətirərək (yaş həddinə görə əmək pensiyasına çıxma) onun vahid aylıq müavinətini bərpa etməmişdir. Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2020-ci il tarixli, 710 nömrəli məktubla Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə müraciət edilərək iddiaçının vahid aylıq müavinətinin bərpa olunması xahiş edilmiş, lakin Cəbrayıl Rayon İcra Hakimiyyətinə rəsmi cavab verilməmişdir.

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-5267/2021 saylı qərardadı ilə iddia cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyətinə münasibətdə mümkün sayılmamışdır.

8. Bakı İnzibati Məhkəməsinin (hakim R.L. Kərimli) 31 avqust 2021-ci il tarixli, 21(112)-5267/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının a dının vahid aylıq müavinət alan məcburi köçkünlərin siyahısına daxil edilməsi və müraciət etdiyi 22 may 2020-ci il tarixdən həmin müavinətin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının adının “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın müddəalarına uyğun olaraq vahid aylıq müavinət alan məcburi köçkünlərin siyahısına daxil edilməsi cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyəti tərəfindən təmin edilmişdir və həmin müavinətin verilməsi üzrə icraatın növbəti mərhələsinin aparılmasında Cəbrayıl rayon İcra Hak imiyyəti səlahiyyətli deyildir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia həmin cavabdehə münasibətdə mümkün sayıla bilməz. İddiaçının vaxtilə daxili işlər orqanlarında qulluq keçmiş və hazırda əmək pensiyaçısı olan şəxs kimi “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.13-cü bəndində göstərilən şəxslərin dairəsinə aid edilməsi yanlış mövqedir. Çünki, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş sözügedən Qaydanın həmin bəndində sadalanan müvafiq qurumların aparatlarında işləməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Yasamal Rayon Mühafizə İdarəsində işlədiyi dövrdə həmin Qaydanın 2.12-ci bəndinə göstərilən kateqoriyaya aid edilə bilərdi, lakin məlum olduğu kimi iddiaçı artıq daxili işlər orqanlarında xidmətdən xaric edildiyindən, qeyd olunan kateqoriyadan olan şəxs sayılmır. Cavabdeh Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin İddiaçı adının vahid aylıq müavinət alan məcburi köçkünlərin siyahısına daxil edilməməsi (dürüstləşdirilmə zamanı siyahıdan çıxarılması) ilə bağlı hərəkətləri qanunsuz sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymə tləndirilməlidir. İddiaçının adının məcburi köçkün kimi müavinət alan şəxslərin siyahısına daxil edilməsindən sonra aidiyyəti qurumlarla əlaqəli şəkildə (müvafiq prosedur üzrə) ona müraciət etdiyi 22 may 2020-ciil tarixdən vahid aylıq müavinət ödənilməlidir.

10. Həmin qərardan və qərardaddan cavabdeh Qaçqınların və X1 üzrə Dövlət Komitəsi apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının və qərardadının ləğv edilməsini, iddia tələbinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə münasibətdə mümkün sayılmaması və cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyətinə münasibətdə isə rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(1 03)-403/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin iddia tələbinin Cəbrayıl rayon İcra Hakimiyyətinə münasibətdə mümkün sayılmaması barədə xx.xx.2021-ci il tarixli, 2-1(112)-5267/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər S.İ.Bəktaşi sədrlik edən və məruzəçi, M.N.Tağızadə və A.Ə.Hüseyn) 4 fevral 2022-ci il tarixli, 21(103)-403/2022 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-5267/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin həmin qərarının və qərardadının ləğv edilməsini və iddia tələbinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə münasibətdə mümkün sayılmamasını, cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyətinə münasibətdə isə rədd olunmasını xahiş etmişdir. KASASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZLARİN DƏLİLLƏRİ Kasasiya şikayətlərinin dəlilləri

15. Kassasiya şikayətinin dəlilləri məzmun baxımından apelyasiya şikayətinin dəlilləri ilə eynidir. Şikayətdə qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanununun 4cü maddəsi ilə sosial təminat üzrə müdafiə tədbirl əri, məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirlərindən biri qismində müəyyən olunmuşdur. Azərbaycan Respublikasının “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanununun 9-cu maddəsinə əsasən, məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təminatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın tələblərinə əsasən, Qaçqınların və X1 üzrə Dövlət K omitəsi, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi ilə bağlı işğaldan azad olunmuş rayonların icra hakimiyyətləri tərəfindən adlı siyahıların hazırlanmasına, həmçinin həmin siyahıların dəqiqliyinə və düzgünlüyünə görə heç bir cavabdehlik daşımır. Qaydanın tələblərindən göründüyü kimi, vahid aylıq müavinətin verilməsi ilə bağlı hazırlanan siyahıların dəqiqliyinə və düzgünlüyünə, müavinət almalı olan şəxslərin həmin siyahılara daxil edilməsinə və ya çıxarılmasına görə işğaldan azad olunmuş rayonların icra hakimiyyətləri cavabdehlik daşıyırlar. Xüsusilə qeyd olunmalıdır ki, əraziləri işğaldan azad olunmuş rayonların icra hakimiyyətləri tərəfindən müvafiq siyahılar qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun qaydada hazırlanaraq Komitəyə təqdim edilməlidir. Cəbrayıl rayon İcra Ha kimiyyəti xx.xx.2021-ci il tarixli məktubunda iddiaçının adının 2020-ci ilin may ayının hesabatına əlavə olunaraq Komitəyə təqdim edildiyini bildirsə də, qeyd olunan xüsusatlarla əlaqədar məhkəməyə heç bir etibarlı sübut təqdim etməmişdir. Habelə, Cəbrayıl rayon İcra Hakimiyyəti Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda, iddiaçıya vahid aylıq müavinətin verilməsinin bərpa edilməsi ilə əlaqədar 710 nömrəli, xx.xx.2020-ci il tarixli məktubla Komitəyə müraciət etdiyini bildirsə də, sözügedən məktub rəsmi qaydada Komitəyə daxil olmamışdır. Məhkəmə isə öz növbəsində qeyd olunan məsələləri obyektiv, tam və hərtərəfli araşdırmayaraq, cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyətindən müvafiq məqamlarla bağlı heç bir sübut tələb etməmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 nömrəli, 10 aprel 2015ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Qərardadı”nın 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.

18. Həmin qərarın 9-cu bəndinə əsasən, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

19. Qeyd olunanlara əsasən, Komitə tərəfindən iddiaçıya vahid aylıq müavinə tin verilməsi ilə əlaqədar heç bir imtina cavabı təqdim olunmadığından, həmçinin heç bir hərəkətsizlik halı mövcud olmadığından və ümumiyyətlə, müvafiq iddia tələbi üzrə Komitə cavabdeh şəxs qismində çıxış etmədiyindən, İddiaçı sözügedən iddia tələbi inzibati prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Komitəyə münasibətdə məhkəmə tərəfindən mümkün sayılmamalı idi.

20. İddiaçı cavabdehdən imtina qərarını aldıqdan sonra və ya cavabdeh hərəkətsizlik etdiyi halda məhkəməyə iddia tələbi ilə müraciət edə bilər. Müvafiq iddia tələbi ilə bağlı Komitə tərəfindən İddiaçı heç bir imtina cavabı təqdim olunmamış, habelə heç bir hərəkətsizlik halı göstərilməmişdir. Belə ki, iddiaçının “ona müavinətin verilməsi” ilə bağlı müraciəti Komitə tərəfindən 01/64 nömrəli, xx.xx.2021-ci il tarixli mək tubla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın tələblərinə uyğun olaraq, müvafiq qaydada baxılması üçün cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinə göndərilmişdir.

21. Cəbrayıl rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya vahid aylıq müavinətin verilməməsi tam əsaslı və qanunvericiliyin tələbinə uyğundur. Belə ki, işin faktiki hallarına əsasən, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Yasamal Rayon Mühafizə İdarəsində dövlət qulluqçusu olmuş və xx.xx.2020-ci il tarixdən əmək pensiyasına çıxmışdır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək x ərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.13-cü bəndinə əsasən, iddiaçıya vahid aylıq müavinət ödənilə bilməz. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. 25. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun Maddə

1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: (-); məc buri köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. (-). Maddə

6. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir: (-); dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq;

26. İnzibati Xətalar Məcəlləsi M addə

594. İnzibati icraat haqqında qanunvericiliyin pozulması 594.0.4-1. inzibati orqan tərəfindən inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların əldə olunmasının ərizəçidən tələb edilməsinə;

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” Bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra – aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir.

2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.12. dövlət qulluğunun xüsusi növündə xidmət (qulluq) edən məcburi köçkünlərə;

3. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün verilən aylıq müavinətin ödənilməsinin ümumi qaydaları aşağıdakılardır: 3.1. əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlay ıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər; 3.3. aylıq müavinət alan məcburi köçkünlərin illik adlı siyahıları təsərrüfatbaşına uçot sənədlərinə əsasən təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər əsasında həyata keçirilir; 3.4. aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar; 3.5. əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir; (-).

28. İnzibati Prosessual Məcəllə (İPM) Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

87. Apelyasiya instansiyası məhkəməsində icraat (-). 87.7. Apelyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə i lə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Ka sasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar ü zrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

29. Kasasiya şikayəti mümkündür. Şikayətdə vaxtın da verilmişdir, formal baxımdan lazımı qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir.

30. Apelyasiya məhkəməsinin qərarı və qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktlarının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə qərarı və qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı və qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə obyektiv qanunauyğun qərarın qəbulu üçün zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

34. Həmçinin, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ət raflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

35. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

36. Bununla yanaşı, apelyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

37. Mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı hərbi təcavüz nəticəsində Cəbrayıl rayonundan daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir və “Qaçqınların və məcburi köçkün lərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun anlamında məcburi köçkün statusuna malikdir. İddiaçı Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Yasamal rayon Mühafizə İdarəsində xidmət etmiş və 17 mart 2020-ci il tarixdən dövlət qulluğunun xüsusi növündə xidmət etmiş dövlət qulluqçusu kimi yaşa görə təqaüdə çıxmış, onun dövlət qulluğuna xitam verilmişdir. İddiaçı həmin tarixdən sonra ona məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi ilə bağlı Cəbrayıl rayon İcra Hakimiyyətinə və Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Cəbrayıl rayon İcra Hakimiyyəti tərəfindən onun adı ümumi adlı siyahıya daxil edilm iş və həmin siyahı üzrə hesabat (digər müvafiq sənədlərlə birlikdə) cavabdeh Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə təqdim olunmuşdur.

38. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalarda konkret şəxsə münasibətdə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi ilə bağlı məsələnin həll edilməsi və təyinatın aparılması üzrə proseduralar, həmin prosedurların həyata keçirilməsinə məsul olan aidiyyəti icra hakimiyyəti orqanları və onların səlahiyyət dairəsi müəyyən olunmuşdur.

39. İstinad olunan normalara görə əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları, o cümlədən Cəbrayıl rayon İcra Hakimiyyəti aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Hazırkı mübahisə üzrə işdə Cəbrayıl rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının da adının daxil edildiyi ümumi adlı siyahının və müvafiq hesabatın Komitəyə təqdim olunduğu işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş halları ilə təsdiq olunur. Bu baxımdan nəzərə almaq lazımdır ki, Cəbr ayıl rayon İcra Hakimiyyəti onun səlahiyyətinə və məsuliyyət sferasına aid olan vəzifəni yerinə yetirmiş, bunun bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir.

40. Bu qərarın 27-ci bəndində istinad olunan normada təsbit olunmuş tənzimləməyə görə, icra hakimiyyət orqanları tərəfindən təqdim olunmuş aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirilir və bundan sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Yəni istinad olunan normaların mənasına görə, mübahisə edilən müavinəti almaq hüququ olan şəxslərin yekun tərkibinin və dairəsinin müəyyən edilməsi, eləcə də həmin hesabat (siyahı) üzrə ödənişin aparılması məqsədi ilə aidiyyəti quruma sifarişin verilməsi Komitənin səlahiyyət dairəsinə aid edilmişdi r. Bu mənada Cəbrayıl rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının adının daxil edildiyi ümumi adlı siyahının və müvafiq hesabatın Komitəyə təqdim olunduğunu nəzərə aldıqda, iddiaçının adının Komitə tərəfindən dürüstləşdirilmiş hesabatda və həmin hesabat (siyahı) üzrə ödənişin aparılması məqsədi ilə aidiyyəti quruma verilmiş sifarişdə əksini tapmaması Komitənin məsuliyyət sferasına aid olunmalıdır.

41. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən xüsusi olaraq vurğulanır ki, hüquq və azadlıqlarının reallaşdırılması ilə əlaqədar şəxsin müraciətinə baxılması üzrə icraat çərçivəsində icra hakimiyyəti orqanları öz konkret adlarından deyil, hakimiyyətlər bölgüsü prinsipinə görə müstəqil hakimiyyət qolu olan vahid icra hakimiyyəti adından çıxış edir və ümumiyyətlə dövlət-vətəndaş münasibətlərind ə bütövlükdə vahid icra hakimiyyətini təmsil edirlər. Bu baxımdan icra hakimiyyəti orqanları arasında mövcud olan və ya yaranan münasibətlər, eləcə də mübahisələr vahid icra hakimiyyətinin daxili məsələsi kimi qəbul olunmalı, həmin münasibətlərin şəxsə hər hansı neqativ təsiri istisna edilməlidir. Hazırkı mübahisəyə münasibətdə iddiaçının adının daxil edildiyi ümumi adlı siyahının və müvafiq hesabatın Komitəyə təqdim olunub-olunması ilə bağlı məsələ Qaçqınların və X1 üzrə Dövlət Komitəsi və Cəbrayıl rayon İcra Hakimiyyəti arasında mövcud olan daxili məsələ kimi qiymətləndirilməli və həmin məsələnin aydınlaşdırılması onların məsuliyyət sferasına aid edilməlidir. Başqa sözlə, həmin orqanlar qeyd olunan sənədlərin təqdim edilibedilməməsini, məhkəmənin və şəxsin iştirakı olmadan öz aralarında həll etmək imkanına malikdirlər və hətta bunu etməyə borcludurlar. Nəzərə almaq lazımdır ki, bir dövlət orqanı başqa dövlət orqanın sərəncamında olan məlumatları və sənədləri xidməti vəzifəsinə görə həmin orqandan özü əldə etməyə borcludur və bunu vətəndaşın üzərinə qoymaqda haqlı sayıla bilməz. Belə ki, 7 dekabr 2018-ci il tarixli,1384 nömrəli-VQD Qanunla, inzibati orqan tərəfindən inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların əldə olunmasının ərizəçidən tələb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin qayda səmərəli dövlət idarəçiliyinin təmin olunması və inzibati idarəçiliyi həyata keçirilməsi zamanı şəxsin aşırı dərəcədə yüklənməsinin qarşısının alınması məqsədlərinə xidmət edir.

42. Bundan əlavə, qeyd olu nmalıdır ki, bu kateqoriyadan olan işlər üzrə cavabdeh qismində icra hakimiyyətinin müxtəlif icra hakimiyyəti orqanları ilə təmsil olunması da icra hakimiyyətinin vahidliyi və hakimiyyətlər bölgüsü kimi konstitusion prinsiplər və dəyərlər baxımından yolverilməzdir.

43. Kassasiya şikayətində cavabdehin “Sosial müavinətlər haqqında” Qanuna istinadı ilə bağlı nəzərə alınmalıdır ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi ilə bağlı hallar həmin Qanunun tənzimləmə sferasına aid edilə və həmin hallara tətbiq oluna bilməz. Həmçinin qeyd olunmalıdır k, göstərilən müavinət şəxsin məcburi köçkün statusuna bağlıdır və bu kateqoriyadan olan şəxslərə dövlət dəstəyi xarakteri daşıyır. Ona görə də, həmin Qanun anlamında sosial müavinət kimi təfsir oluna bilməz.

44. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən, iddiaçı ona məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsini tələb etməkdə haqlı sayılmalıdır.

45. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Odur ki, şikayət təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı və qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlə t Komitəsinin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 fevral 2022-ci il tarixli, 21(103)-403/2022 nömrəli qərarı və qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar