Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-838/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəhadətnamənin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 14.06.2023 Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X2 və X3) “Qax rayonu Xələftala kəndi ərazisindəki 0.29 ha torpaq sahəsinə üçüncü şəxslərin adına ver ilmiş JN026F nömrəli şəhadətnamənin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2022-ci il tarixli, 2-1(107)-428/2022 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. JN-026F saylı 40309088 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 saylı qərarı ilə 0.29 ha torpaq sahəsi X2 və X1 mülkiyyətinə verilmişdir.
2. JN-016F saylı 40309088 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 saylı qərarı ilə 0.12 ha torpaq sahəsi İddiaçı1 və İd diaçı2 mülkiyyətinə verilmişdir.
3. Qax rayon Dövlət Arxivi tərəfindən verilmiş Qax rayonunun Qaxingiloy kənd ƏİNnin Xələftala kəndinə aid 1996-2000-ci illər üzrə təsərrüfatbaşına kitabdan xx.xx.2020-ci il tarixli, 2041 nömrəli çıxarışdan görünür ki, İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində 0.12 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir.
4. İddiaçılar cavabdehə müraciət edərək, “Torpağın mülkiyyətə verilməsinə dair” JN026F saylı şəhadətnamənin ləğv olunmasını xahiş etmişlər.
5. Cavabdeh 21 may 2021-ci il tarixli, **********35 nömrəli məktubla “Torpağın mülkiyyətə verilməsinə dair” JN-026F saylı şəhadətnamənin ləğv edilməsinin onların səlahiyyətində olmadığını bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiyası məhkəməsində icraat
6. İddiaçılar cavabdehə qarşı iddia ə rizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Qax rayonu Xarabtala kəndi ərazisindəki 0,29 ha torpaq sahəsinə üçüncü şəxslər X2 və X1 adına verilmiş JN-026F nömrəli şəhadətnamənin ləğv edilməsi və həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər.
7. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçıların Qax rayonu, Xarabtala kəndində 0,29 ha pay torpağı vardır. Həmin torpaq sahəsi onlara 1996-cı ildə bələdiyyənin qərarı ilə verilib və uzun müddətdir ki, iddiaçıların istifadəsindədir. JN-26F saylı Şəhadətnamədə göstərilən torpaq sahəsi onlara məxsusdur. İddiaçılar hesab edir ki, onlara məxsus torpaq sahəsinə dai r X2 və X1 adına tərtib olunmuş JN-026F saylı şəhadətnamə əsassızdır və ləğv edilməlidir. JN-026F nömrəli 40309088 kodlu şəhadətnamə onların sahibliyində və istifadəsində olan torpaq sahəsinə tərtib edilmişdir. İş üzrə üçüncü şəxslər Şəhadətnaməni kökü olmayan saxta sənədlər əsasında almışlar və bu səbəbdən də həmin Şəhadətnamədə koordinatlar düzgün qeyd edilməmişdir. Belə ki, DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********25 saylı məktubunda İdarənin arxiv məlumatlarında onların adları qeyd olunan və 0,29 ha torpaq sahəsinə verilən JN-026F nömrəli 40309088 kodlu şəhadətnamənin mövcudluğu göstərilsə də, həmin şəhadətnamənin hansı əsasla verildiyi barədə sənədlərin mövcud olmadığı bildirilmişdir.
8. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla iddiaya münasibət bild irərək qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin arxiv materiallarında X2 və X1 adları qeyd olunan JN-026F nömrəli 40309088 kodlu (0.29 ha) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə mövcuddur. Sözügedən şəhadətnamənin hansı əsasla verilməsi haqqında sənədlər mövcud deyildir. İddiaçı1 JN026F 40309088 kodlu Şəhadətnamənin öz adına işlənməsi məqsədilə xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haq qında” Qanunun 4-cü maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxladığından “Torpağın mülkiyyətə verilməsinə dair” sözügedən şəhadətnamənin ləğv edilməsi və torpaq sahəsinin iddiaçılar İddiaçı1 və İddiaçı2 adına qeydiyyata alınması mümkün olmamışdır.
9. X2 və X3 iddia tələbinə dair vəsatətdə qeyd etmişlər ki, iddiaçılar sözügedən torpaq sahəsinin onlara Qax rayon Aqrar İslahat Komissiyasının qərarı ilə verildiyini nəzərə almamışlar. Onlar hesab edirlər ki, AİK-in müvafiq qərarı ləğv edilmədiyi halda, onların adına verilmiş hüquqmüəyyənedici sənəd ləvğ edilə bilməz.
10. Şəki İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1764/2022 nömrəli qərarı ilə (hakim V.Ə.Mu sayev) iddia təmin edilməmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçıların onların sahibliyində və istifadələrində olan torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədlər olmadığından və cavabdeh orqanın təqdim etdiyi məlumatlara əsasən, Qax rayonu Xələftala kəndində yerləşən əkin torpaq sahələrinə aid subyektlər siyahısı ilə iddiaçılara torpaq sahəsinin ayrılması müəyyən edilmədiyindən, JN-026F nömrəli 40309088 kodlu şəhadətnamənin iddiaçıların faktiki sahibliyində və istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyi yoxlanılmamışdır. Belə ki, hər hansı hüquqmüəyyənedici sənəd olmadan JN-026F nömrəli 40309088 kodlu şəhadətnamə ilə üçüncü şəxslərin mülkiyyətinə verilmiş torpaq sahəsindən iddiaçıların faktiki istifadə və sahiblik etməsi onlar tərəfindən həmin torpaq sahə sinin zəbt olunması deməkdir və bu zaman hər hansı üst-üstə düşmədən söhbət gedə bilməz.
12. İddiaçılar apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsində icraat
13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2022-ci il tarixli, 2-1(107)-428/2022 nömrəli qərarı ilə (hakimlər: R.R.Rəfiyev – sədrlik edən və məruzəçi, V.İ.Məlikov və G.İ.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçılar kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğundur. Kassasiya şikayətinin dəlillərində qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən işin hərtərəfli, ədalətli araşdırılması üçün lazımı şərait yaratmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, həqiqəti ifadə etməyən ifadələrə əsaslanmaqla, qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Üçüncü şəxslər kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2022-ci il tarixli, 2-1(107)-428/2022 nömrəli qərarının dəyişdirilmədə n saxlanılmasını xahiş etmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 19. "Torpaq islahatı haqqında" Qanun Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərini n, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə
20. İslahatı aparan orqanlar Torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə
21. Yerquruluşu işlərinin aparılması və sənədlərin verilməsi... İslahat hər bir kənd təsərrüfatı müəssisəsi üçün torpaq islahatının kompleks yerquruluşu layihələri və şəhər, qəsəbə və kənd yaşay ış məntəqələrinin baş planları əsasında aparılır... Qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir.
20. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya ş ikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, h abelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin, şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
25. Avropa İnsan H üquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından üçüncü şəxslərin adına verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məh kəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.
27. Hazırkı mübahisə mahiyyət etibarı ilə, üçüncü şəxslər X2 və X1 adlarına verilmiş JN-026F saylı 40309088 kodlu "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin cavabdeh tərəfindən ləğv olunması ilə bağlıdır.
28. Bununla bağlı nəzərə almaq lazımdır ki, "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlər qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada iddiaçılar qüvvədə olan həmin hüquqmüəyyənedici sənədlər əsasında verilmiş şəhadət namənin ləğvini tələb etməkdə haqlı sayıla bilməzlər.
29. Bu qayda hazırkı mübahisəyə münasibətdə də tətbiq olunmalıdır. Belə ki, mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 0,29 ha həyətyanı torpaq sahəsi üçüncü şəxslərin mülkiyyətinə Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 saylı qərarı əsasında verilmişdir. Başqa sözlə, üçüncü şəxslərin adına mübahisələndirilən Şəhadətnamənin verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənəd qismində Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 saylı qərarı çıxış edir. Nəzərə almaq lazımdır ki, həmin qərar hüquq müəyyən edən inzibati akt sayılır və şəxsə münasibətdə hüquqi nəticə yaradır.
30. Bundan başqa, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-016F say lı 40309088 kodlu Şəhadətnaməyə əsasən, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 saylı qərarı ilə iddiaçıların mülkiyyətinə 0,12 ha torpaq sahəsi verilmişdir. Həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş subyektlər siyahısında (DBF) iddiaçılara 0,12 ha torpaq sahəsinin ayrıldığı qeyd edilmişdir. Eyni zamanda Qax rayon Dövlət Arxivi tərəfindən təqdim olunmuş 1996-2000-ci illər üzrə təsərrüfatbaşına kitabdan xx.xx.2020-ci il tarixli, 2041 nömrəli çıxarışdan görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində 0.12 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. Yəni iddiaçıların mülkiyyətinə başqa torpaq sahəsinin verildiyi mübahisəyə dair iş üzrə materiallarla təsdiq olunmur.
31. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar üçüncü şəxslərin adina tərtib edilmiş şəhadətnamənin ləğv olunması barədə iddia irəli sürərkən, mübahisələndirilən torpaq sahəsinin onların faktiki sahibliyində və istifadəsində olduğuna istinad etmələrinə rəğmən, həmin torpaq sahəsinin onların mülkiyyətinə ayrılmasını təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədə malik olduqları da mübahisəyə dair iş üzrə materiallardan görünmür.
32. Nəzərə almaq lazımdır ki, iddiaçıların üçüncü şəxslərin adına verilmiş şəhadətnamə ilə əhatə olunan torpaq sahəsinin onlara məxsus olduğunu iddia etməsi həmin şəhadətnamənin ləğvi üçün yetərli sayıla bilməz. Bunun üçün iddiaçılar mübahisəli torpaq sahəsinin onlara ayrıldığını təsdiq edən hüquqmüəyyənedici sənədlərə əsaslanmalı və iddianın hüquqi əsası kimi həmin sənədləri təqdim etməlidirlər. Lakin iddiaçıların bununla bağlı hər h ansı mötəbər sənədə malik olduğu məhkəmə tərəfindən müəyyən olunmamışdır. İddiaçılar tərəfindən də məhkəməyə bu barədə hər hansı mötəbər sənəd təqdim edilməmişdir.
33. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Bu baxımdan kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2022-ci il tarixli, 21(107)-428/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.