Məhkəmə qərarları › İş №2-1(102)-838/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-838/2025

10.04.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-838/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qeydiyyatlarının ləğv edilməsinin və əmlakın yüklülükdən azad edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı (üçüncü şəxs QSC “Bank Standart” Kommersiya Bankı) ““ona məxsus olan Sumqayıt şəhəri, Bakı-Rostov şossesi ünvanında yerləşən əmlak kompleksi (Şamot tozu istehsal sahəsi) üzərində əmlak hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına (yüklü edilməsinə) dair 12 mart 2010-cu il, 01 dekabr 2010-cu il, 24 fevral 2011-ci il, 09 aprel 2011-ci il və 24 yanvar 2013-cü il tarixlərində cavabdeh tərəfindən aparılmış dövlət qeydiyyatlarının ləğv edilməsinin və əmlakın yüklülükdən azad edilməsinə dair çıxarışın verilməsi” barədə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 oktyabr 2024-cü il tarixli 2-1(105)989/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı X3 "xxxx" MMC-nin nizamnamə əsasında fəaliyy ət göstərən direktorudur.

2. MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Sumqayıt şəhəri, Bakı-Rostov şossesi ünvanında yerləşən ümumi sahəsi 991.5 kv.m əmlak kompleksi (Şamot tozu istehsal sahəsi) tam mülkiyyət hüququ üzrə iddiaçının adına xx.xx.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır 3. 18 mart 2008-ci il tarixli ********** saylı kredit müqaviləsinə əsasən QSC “Bank Standart” Kommersiya Bankı tərəfindən "xxxx" MMC-yə illik 18% dərəcəsi ilə 12 ay müddətinə ******* manat məbləğində kredit vermişdir. 4. ********** saylı, 18 mart 2008-ci il tarixli ipoteka müqaviləsi ilə “Bank Standart” Kommersiya Bankı ilə iddiaçı arasında bağlanmış ********** saylı, 18 mart 2008-ci il tarixli k redit müqaviləsi üzrə öhdəliyinin icrasının təmini üsulu kimi ona məxsus Sumqayıt şəhəri, Bakı-Rostov şossesi ünvanında yerləşən Şamot tozu istehsal sahəsi ipoteka ilə yüklü edilmişdir.

5. MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən iddiaçıya məxsus Sumqayıt şəhəri, Bakı-Quba yolu, 1.0073 ha torpaq sahəsində yerləşən Şamot tozu əmlak kompleksi kimi müəssisənin ipoteka ilə yüklü edilməsi xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

6. Daha sonra tərəflər arasında 25 noyabr 2010-cu il tarixli ipoteka müqaviləsinə 01 saylı əlavə saziş bağlanılmış, həmin sazişə əsasən tərəflər arasında bağlanılmış 25 noyabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə 421000 manat məbləğində verilmiş kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə sözügedən əmlak ipoteka ilə yüklü edilmişdir.

7. Daha sonra tərəflər arasında 17 fevral 2011-ci il tarixli ipoteka müqaviləsinə 02 saylı əlavə saziş bağlanılmış, həmin sazişə əsasən tərəflər arasında bağlanılmış 17 fevral 2011-i il tarixli kredit müqaviləsi üzrə 721000 manat məbləğində verilmiş kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə sözügedən əmlak ipoteka ilə yüklü edilmişdir.

8. Daha sonra tərəflər arasında 05 aprel 2011-ci il tarixli ipoteka müqaviləsinə 03 saylı əlavə saziş bağlanılmış, həmin sazişə əsasən tərəflər arasında bağlanılmış 05 aprel 2011-ci il tarixli kredit müqaviləsi üzrə ******* manat məbləğində verilmiş kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə sözügedən əmlak ipoteka ilə yüklü ed ilmişdir.

9. Daha sonra tərəflər arasında 02 may 2013-cü il tarixli ipoteka müqaviləsinə 06 saylı əlavə saziş bağlanılmış, həmin sazişə əsasən tərəflər arasında bağlanılmış 30 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə 445600 manat məbləğində verilmiş kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə sözügedən əmlak ipoteka ilə yüklü edilmişdir.

10. Cavabdeh tərəfindən üçüncü şəxs bankın xeyrinə əmlak barəsində ipoteka qeydiyyatı 19 mart 2008-ci il tarixli ipoteka müqaviləsi əsasında 12 mart 2010-cu il tarixdə aparılmış, 25 noyabr 2010-cu il tarixli ipoteka müqaviləsinə 01 saylı əlavə saziş əsasında 01 dekabr 2010-cu il tarixli ipotekanın əlavə qeydiyyatı, 17 fevral 2011-ci il tarixli ipoteka müqaviləsinə 02 saylı əlavə saziş əsasında 24 fevral 2011-ci il tarixdə əlavə qeydiyyat ı, 05 aprel 2011-ci il tarixli ipoteka müqaviləsinə 03 saylı əlavə saziş əsasında 09 aprel 2011-ci il tarixdə ipotekanın əlavə qeydiyyatı, 12 dekabr 2012-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatı aparılmış, 18 yanvar 2013-cü il tarixli ipoteka müqaviləsinə 04 saylı əlavə sazişinə əsasən 24 yanvar 2013-cü il tarixdə əlavə qeydiyyatı, 03 may 2013-cü il tarixli ipoteka müqaviləsinə 06 saylı əlavə saziş əsasında 07 may 2013-cü il tarixdə əlavə qeydiyyat aparılmış, həmin hallara dair Çıxarış verilmişdir.

11. İddiaçı cavabdehə Sumqayıt şəhəri, Bakı-Rostov şossesi ünvanında yerləşən əmlak kompleks kimi müəssisə (Şamot tozu istehsalat sahəsi) üzərində ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi ilə əlaqədar 12 mart 2016-cı il tarixdə cavabdehə mür aciət etmiş və onun müraciətinin icrası 28 mart 2016-cı il tarixli, **********54 saylı məktubla təmin olunmamışdır. Belə ki, Azərbaycan Respublikası “İpoteka Haqqında” Qanunun 15.1ci və Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanununun 20.4-cü maddələrinə əsasən ipotekanın dövlət qeydiyyatının ləğvi ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir.

12. Bağlanılmış 30 aprel 2013-cü il tarixli kredit müqaviləsinin və onun təminatı olaraq sözügedən əmlakın ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2013-cü tarixli ipoteka müqaviləsinin ləğv edilməsi və 6 saylı Əlavə saziş üzrə həmin əmlakın yüklülükdən azad edilməsinə dair mülki məhkəmə icraatı qaydasında məhkəmə mübahisələri olmuş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında müvafiq MMC tərəfindən verilmiş həmin iddia tələbi təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsində icraat

13. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona məxsus olan Sumqayıt şəhəri, BakıRostov şossesi ünvanında yerləşən əmlak kompleksi (Şamot tozu istehsal sahəsi) üzərində əmlak hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına (yüklü edilməsinə) dair 12 mart 2010-cu il, 01 dekabr 2010-cu il, 24 fevral 2011-ci il, 09 aprel 2011-ci il və 24 yanvar 2013-cü il tarixlərində cavabdeh tərəfindən aparılmış dövlət qeydiyyatlarının ləğv edilməsinin və əmlakın yüklülükdən azad edilməsinə dair çıxarışın verilməsinin bir vəzifə olaraq cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, üçüncü şəxs olan QSC “Bank Standart” KB ilə onun arasında bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq elə həmin tarixli ipoteka müqaviləsi ilə ona məxsus Sumqayıt şəhəri, Bakı-Rostov şossesi ünvanında yerləşən əmlak kompleksi (Şamot tozu istehsal sahəsi) ipotekaya qoyulmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 12 ay olmuş və həmin kredit müqaviləsinin müddəti 18 mart 2009-cu il tarixində bitmişdir ki, həmin dövrdə də onun bank qarşısında icra edilməmiş hər hansı öhdəliyi qalmamışdır. Öhdəliyin təminatı qismində aralarında bağlanmış ipoteka müqaviləsinin də müddəti 12 ay olmuş və həmin müddətdə 18 mart 2009-cu il tarixində başa çatmışdır. Müstəqil xarakter daşımayan və əsas öhdəliklərin icrasını təmin etmək məqsədi daşıyan ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. Yalnız bundan sonra ipoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan o qüvvəyə minir və yalnız bundan sonra əsas öhdəliyin icrasının təminatı kimi çıxış edir. Onun ilə QSC “Bank Standart” KB arasında bağlanmış 18 mart 2008-ci il tarixli ipoteka müqaviləsinin müddəti 18 mart 2009-cu ildə bitmiş və həmin müqavilə onun qüvvədə olduğu müddət ərzində dövlət qeydiyyatına alınmamışdır. Lakin QSC “Bank Standart” KB sonradan 12 mart 2010-cu il, 01 dekabr 2010-cu il, 24 fevral 2011-ci il, 09 aprel 2011-ci il və 24 yanvar 2013-cü il tarixlərində müddəti bitmiş ipoteka müqaviləsinə əlavə qeydiyyatlar aparmaqla ona məxsus əmlakı əsassız olaraq yüklü etmişdir ki, bunun da nəticə sində onun öz əmlakından sərbəst istifadə etmək və ona dair sərəncam vermək hüquqları əsassız olaraq məhdudlaşdırılmışdır. Qeyd olunan qeydlərin ləğv edilməsi ilə bağlı cavabdeh orqana müvafiq müracitələr etsə də, müraciəti təmin edilməmişdir, odur ki, pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur.

15. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Sumqayıt şəhəri, BakıRostov şossesi ünvanında yerləşən əmlak kompleks kimi müəssisənin (Şamot tozu istehsalat sahəsi) hüquqi vəziyyəti barədə sorğu ilə X4 11 mart 2016-cı il tarixdə 2 saylı Ərazi İdarəsinə müraciət etmiş və onun müraciətinin icrası 17 mart 2016-cı il tarixli, **********34 saylı məktubla təmin olunmuşdur. Bundan sonra o, Sumqayıt şəhəri, BakıRostov şossesi ünvanında yerləşən əmlak komple ks kimi müəssisə (Şamot tozu istehsalat sahəsi) üzərində ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi ilə əlaqədar 12 mart 2016cı il tarixdə 2 saylı Ərazi İdarəsinə müraciət etmiş və onun müraciətinin icrası 28 mart 2016-cı il tarixli, **********54 saylı məktubla təmin olunmamışdır. Belə ki, Sumqayıt şəhəri, Bakı-Rostov şossesi ünvanında yerləşən əmlak kompleks kimi müəssisə (Şamot tozu istehsalat sahəsi) üzərində dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin 005333 qeydiyyat nömrəli, 06 iyun 2005-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə əsasında mülkiyyət hüququ üzrə X2 adına 12 aprel 2006-cı il tarixində ********* qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sumqayıt şəhəri 3 saylı dövlət notariat kontorunun 3M-201 rey estr nömrəli 03 may 2006-ci i| tarixli ipoteka müqaviləsi əsasında mənzil üzərində 04 may 2006-cı il tarixdə “Turanbank" ASC-nin xeyrinə ipotekanın qeydiyyatı aparılmışdır. Bankın əmlak üzərində yüklülüyün ləğv edilməsinə dair 09 nömrəli 18 yanvar 2008-ci il tarixli məktubu əsasında daşınmaz əmlakın dövlət reyestrində ipotekanın ləğvinə dair müvafiq qeydiyyat aparılmışdır. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair 000945 qeydiyyat nömrəli, 14 yanvar 2008-ci il tarixli şəhadətnamə əsasında mülkiyyət hüququ üzrə X2 adına 23 yanvar 2008-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri 12 saylı dövlət notariat kontorunun 3M-2-429 reyestr nömrəli 19 mart 2008-ci il tarixli ipoteka müqaviləsi əsasında əmlak kompleks kimi müəssisə (Şamot tozu istehsalat sahəsi) üzərində 12 mart 2010-cu il tarixdə QSC "Bank Standart” KB-nın xeyrinə ipotekanın qeydiyyatı aparılmışdır. Sumqayıt şəhəri 3 saylı dövlət notariat kontorunun 3M882 reyestr nömrəli 25 noyabr 2010cu il tarixli ipoteka müqaviləsinə 01 saylı əlavə saziş əsasında əmlak kompleks kimi müəssisə (Şamot tozu istehsalat sahəsi) üzərində 01 dekabr 2010-cu il tarixdə QSC “Bank Standart” KB-nın xeyrinə ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Sumqayıt şəhəri 3 saylı dövlət notariat kontorunun 3M-118 reyestr nömrəli 17 fevral 2011-ci il tarixli ipoteka müqaviləsinə 02 saylı əlavə saziş əsasında əmlak kompleks kimi müəssisə Şamot tozu istehsalat sahəsi) üzərində 24 fevral 2011-ci il tarixdə QSC “Bank Standart” KB-ın xeyrinə ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Sumqayıt şəhəri 3 saylı dövlət notariat kontorunun 3M-234 reyestr nömrəli 05 aprel 2011-ci il tarixli ipoteka müqaviləsinə 03 saylı əlavə saziş əsasında əmlak kompleks kimi müəssisə (Şamot tozu istehsalat sahəsi) üzərində 09 aprel 2011-ci il tarixdə QSC “Bank Standart” KB-nın xeyrinə ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Bankın 11/7888 saylı 12 dekabr 2012-ci il tarixli məktubu əsasında əmlak üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatı aparılmışdır. Sumqayıt şəhəri 3 saylı dövlət notariat kontorunun 3M/38 reyestr nömrəli 18 yanvar 2013-cü il tarixl i ipoteka müqaviləsinə 04 saylı əlavə saziş əsasında əmlak kompleks kimi müəssisə (Şamot tozu istehsalat sahəsi) üzərində 24 yanvar 2013cü il tarixdə QSC “Bank Standart” KB-nın xeyrinə ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Sumqayıt şəhəri 3 saylı dövlət notariat kontorunun 3M-445 reyestr nömrəli 02 may 2013cü il tarixli ipoteka müqaviləsinə 06 saylı əlavə saziş əsasında əmlak kompleks kimi müəssisə (Şamot tozu istehsalat sahəsi) üzərində 07 may 2013-cü il tarixdə QSC “Bank Standart” KB-nın xeyrinə ipotekanın əlavə qeydiyyatı aparılmışdır.

16. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-275/2024 nömrəli qərarı ilə (hakim L.Mirzəyeva) iddia təmin edilmiş, Sumqayıt şəhəri, Bakı-Rostov şossesi ünvanında yerləşən əmlak kompleksi (Şamot tozu istehsal sahəsi) üzərində əmlak hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına (yüklü edilməsinə) dair 12 mart 2010cu il, 01 dekabr 2010-cu il, 24 fevral 2011-ci il, 09 aprel 2011-ci il və 24 yanvar 2013-cü il tarixlərində cavabdeh tərəfindən aparılmış dövlət qeydiyyatlarının ləğv edilməsi və əmlakın yüklülükdən azad edilməsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.

17. Birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, iddiaçı və bank arasında bağlanmış xx.xx.2008-ci il kredit müqaviləsinin müddəti bitdikdən sonra ilk dəfə xx.xx.2010-cu il tarixində əmlak üzrə yüklülük qeydə alınmış, daha sonra xx.xx.2010-cu il tarixli 01 saylı əlavə saziş üzrə xx.xx.2010-cu il tarixində; xx.xx.2011-ci il tarixli 02 saylı əlavə saziş üzrə xx.xx.2011-ci il tarixin də; xx.xx.2011-ci il tarixli 03 saylı əlavə saziş üzrə xx.xx.2011-ci il tarixində; xx.xx.2012-ci il tarixli 04 saylı əlavə saziş üzrə xx.xx.2013-cü il tarixində əmlak üzrə yüklülük qeydə alınmışdır. Kredit müqaviləsi üzrə 05 saylı əlavə olmadan 06 saylı xx.xx.2014-cü il tarixli Əlavə saziş bağlanmış, lakin həmin saziş üzrə əmlakın yüklülüyü qeydə alınmamışdır. İddiaçıya məxsus əmlakın yüklü edilməsinə dair hər hansı əsas mövcud olmadığından, hazırda onun yüklü vəziyyətdə qalması tamamilə əsassız olmaqla, iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına əsas olmuşdur.

18. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

19. Sumqayıt Apellyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının 3 oktyabr 2024-cü il tarixli 2-1(105)-989/2024 nömrəli qərarı ilə (hakimlər: G.Cabbarova – sədrlik edən və məruzəçi, M.Hüseynov və H.Babayeva) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilərək iddia rədd edilmişdir.

20. Apellyasiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etmişdir: “...qanunvericilik normasının dispozitiv şərtinə əsasən ipotekanın dövlət qeydiyyatı cavabdeh inzibati orqan tərəfindən iki halda ləğv edilir:ipoteka saxlayanan ərizəsi və məhkəmə qərarı. İndiki halda ipoteka saxlayan qismində müvafiq Bank çıxış etməklə, bu barədə belə məzmunlu ərizəsi mövcud olmamışdır. ipotekanın dövlət qeydiyyatının aparılmasının əsasını məhz ipotekaya qoyanl a ipoteka saxlayan arasında bağlanılmış ipoteka müqaviləsi çıxış edir və həmin müqavilə tərəflərin iradə ifadəsinin nəticəsini ehtiva etməklə, məhz əsas öhdəliyin icrasının təminatı qismində ortaya çıxır. ipoteka müqaviləsi əsasında əmlakın ipoteka ilə yüklülüyü barədə dövlət qeydiyyatı aparıldığı halda, həmin əmlakın yüklülükdən azad olunması və dövlət qeydiyyatının ləğv edilməsi üçün qeyd edilən müqavilənin etibarsız hesab edilməsi və ya ləğv edilməsi halının olub-olmaması, habelə qanunla müəyyən edilmiş ipotekaya xitam verilməsi əsaslarının mövcud olub-olmaması halı müəyyən edilməlidir. İşin mübahisəsiz hallarından görünür ki, indiki halda sözügedən əmlakın ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi və ona əlavə sazişlərin etibarsız hesab edilməsi və ya ləğv edilməsi halı mövc ud olmamışdır.... məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən əmlakın ipoteka yüklü edilməsinə əsas olan kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi, habelə ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi ilə bağlı məhkəmədə bank ilə borcalan arasında məhkəmə mübahisəsi mövcuddur. İndiki halda iddiaçı kredit müqaviləsi üzrə borc öhdəliyinin tam icra edilməsi halına istinad etsə də, həmin halın iş materialları əsasında müəyyən edilməsi mümkün olmamış, habelə hazırda kreditor tərəfindən qalıq borcun mövcudluğuna dair maliyyə arayışı təqdim edilmiş, həmin borc öhdəliyinin icrası məhkəmə qaydasında tələb edilmişdir. Nəticə etibarilə həmin əmlakın ipoteka təminatı qismində çıxış etdiyi əsas kredit müqaviləsi üzrə öhdəliyə xitam verilməsi halı da müəyyən edilm əmişdir.”

21. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 139.1, 139.3, 269.1, 307.6, 314, 317.1, 319.1, “İpoteka haqqında” Qanunun 10.1, 10.2, 10.4, 11.1, 12.1, 15.1, 25.1, 25.2, 48.1, 48.2-ci maddələrinə istinad etmişdir.

22. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

23. Kassasiya şikayətində qeyd edilmişdir ki, iş materialları və orada olan sübutların məzmunu işə baxan məhkəmə tərəfindən araşdırılmamış və beləliklə də yekunda tamamilə səhv hüquqi nəticəyə gəlinmişdir. Belə ki, iş üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş AR X1 Kredit Reyestrindən xx.xx.2016-cı il tarixli arayışın borcalanın bağlanmış ö hdəlikləri adlanan 4-cü maddəsinin 4.1-ci bəndindən də göründüyü kimi cavabdeh Bankla "xxxx" MMC arasında başlanmış ******* (bir milyon iyirmi bir min) manat məbləğində kredit xətti müqaviləsi üzrə hər hansı ödənilməmiş öhdəliyi yoxdur. Belə olan halda iddiaçıya məxsus əmlak kompleksinin yüklülükdən azad edilməməsi üçün hər hansı bir səbəb yoxdur və rəsmi dövlət qurumu olan AR Mərkəzi Bankının, daha sonra isə Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzdində olan Mərkəzləşdirilmiş Kredit Reyestri tərəfindən verilmiş arayışlar da əmlakın yüklülükdən azad edilməsi üçün bir nömrəli hüquqi əsas kimi çıxış edir. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2016-cı il tarixli etiraz ərizəsindən də açıqaşkar görünür ki. yuxarıda sadalanan ipoteka müqaviləsi onun qüvvədə olma müddəti basa çatdıqdan son ra qeydə alınmış, lakin xx.xx.2013-cü il tarixli 5 saylı əlavə saziş (bu saziş konkret olaraq ******* manat məbləğində olan öhdəliyin təminatı qismində bağlanmışdır) dövlət qeydiyyatına alınmamışdır. xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsinə bağlanmış xx.xx.2013-cü il tarixli 5 saylı əlavə sazişin dövlət qeydiyyatına alınmaması səbəbi ondan ibarətdir ki, rəsmi dövlət reyestri olan AR Maliyyə Bazarlarına Nəzarət Palatasının (əvvəllər AR Mərkəzi Bankının) Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin verdiyi xx.xx.2016-cı il tarixli arayışdakı məlumatlardan açıq aydın görünür ki, ******* (bir milyon iyirmi bir min) manat məbləğində olan kredit xətti müqaviləsinə öhdəlik borclu (indiki halda biz) tərəfindən xx.xx.2013-cü il tarixdə tam icra edildiyindən xitam verilmişdir.

24. Kassator apel lyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 138.1, 139.1, 149.2-ci, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 1.0.7, 2.1, 10.7, 11.1-ci, İpoteka haqqında Qanunun 1.0.5, 1.0.6, 1.0.7, 11.2, 11.3-cü maddələrinə istinad etmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Üçüncü şəxs LPO QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin sığortalanması fondu kassasiya şikayətinə etiraz təqdim edərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 oktyabr 2024-cü il tarixli 2-1(105)-989/2024 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı d övlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur..... Maddə 307.6. İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir s ənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Maddə 309.1. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Maddə

310. Eyni bir əşya ipoteka ilə bir neçə dəfə yüklü edilə bilər. Yüklü edilmənin növbəliyi ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyənləşdirilir. Maddə

314. İpoteka və tələb yeni ipoteka saxlayana köhnə ipoteka saxlayan üçün olduğu qaydada keçir. Daşınmaz əmlakın dövlət reyestrində və ya daşınar əmlakın rəsmi reyestrində qeydə alınmış məlumatlar ipoteka saxlayanın mənafeləri əsas götürülməklə düzgün hesab edilir. Bu halda ipoteka verən tələbin mövcud olmadığına istinad edə bilməz. Əgər yeni ipoteka saxlay an reyestrdəki yanlış qeydlərdən xəbərdar olmuşdursa, bu qayda tətbiq edilmir. Maddə

316. Əgər ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina edirsə, ipotekaya xitam verilir. İmtina bu şərtlə hüquqi qüvvəyə malik olur ki, ipotekaya xitam vermə daşınmaz əmlakın dövlət reyestrində və ya daşınar əmlakın rəsmi reyestrində qeydə alınsın. 27. “İpoteka haqqında” Qanun: Maddə 10.1 İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Maddə 10.2 İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxl ayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Maddə 10.3 İpoteka müqaviləsi ilə əsas öhdəliyi yaradan müqavilə arasında uyğunsuzluq olduqda ipoteka qoyan borclu olduqda əsas öhdəliyi yaradan müqavilənin, ipoteka qoyan borclu olmadığı halda isə ipoteka müqaviləsinin şərtləri üstünlük təşkil edir. Maddə 10.4 İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Maddə 11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Maddə 12.1. Daşınmaz əş yanın ipotekasının dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 15.1. İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Maddə 25.1. İpoteka qoyanın aşağıdakı hüquqları vardır:... 25.1.4. ipoteka saxlayan ipoteka predmetinin saxlanmasını və ondan istifadə olunmasını lazımi qaydada təmin etmədikdə, ipotekaya xitam verilməsini və əsas öhdəliyin vaxtından əvvəl icrasının qəbul edilməsini məhkəmə qaydasında ipoteka saxlayandan tələb etmək. Maddə 25.2. Bu Qanunun 25.1.3-cü maddəsində göstərilən hüquqa tutmanın yönəldilməsi haqqında bildiriş verildikdən sonra xitam verilir. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verili r: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.2-1. ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. 48.2. Bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatlar ı, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiya sı məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

29. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Ape llyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin fakti ki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

35. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

36. İşin araşdırılmış hallarına əsasən, iddiaçı "xxxx" MMC-nin nizamnamə əsasında fəaliyyət göstərən direktoru kimi iddiaçı üçüncü şəxs QSC “Bank Standart” Kommersiya Bankı ilə 18 mart 2008-ci il tarixli kredit və ipoteka müqavilələri bağlamışdır, həmin müqavilə əsasında iddiaçıya məxsus əmlak - Sumqayıt şəhəri, Bakı-Rostov şossesində yerl əşən 991.5 kv.m sahəsi olan əmlak kompleksi (Şamot tozu istehsal sahəsi) ipoteka ilə yüklü edilmişdir. Qeyd olunan xx.xx.2008-ci il tarixli kredit və ipoteka müqavilələri üzrə sonradan əlavə sazişlər bağlanmış və əmlakın ipoteka yüklülüyü müxtəlif tarixlərdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

37. Bundan əlavə işin müəyyən edilmiş hallarından görünür ki, üçüncü şəxs bank ilə müvafiq MMC arasında bağlanılmış 30 aprel 2013-cü il tarixli kredit müqaviləsinin və onun təminatı olaraq sözügedən əmlakın ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2013-cü tarixli ipoteka müqaviləsinin ləğv edilməsi və 6 saylı Əlavə saziş üzrə həmin əmlakın yüklülükdən azad edilməsinə dair mülki məhkəmə icraatı qaydasında məhkəmə mübahisələri olmuş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında müv afiq MMC tərəfindən verilmiş həmin iddia tələbi təmin edilməmişdir.

38. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı cavabdeh inzibati orqan tərəfindən aparılmış müvafiq ipoteka qeydiyyatlarının ləğv edilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsindən ibarət olmuşdur. İddiaçı tələbinin əsası kimi 2008-ci il tarixli ipoteka müqaviləsinin qüvvədə olduğu müddətdə dövlət qeydiyyatına alınmaması, mövcud olmayan ipoteka müqaviləsinə əsasən əmlakının yüklü edilməsi, borcunun olmaması kimi hallarla əsaslandırmışdır.

39. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iş materiallarında olan xx.xx.2008-ci il tarixli ********** saylı ipoteka müqaviləsinin 7.1-ci maddəsinə (Müqavilənin qüvvədə olma müddəti) əsasən “Bu müqavilə notarial qaydada təsdiq olunduqdan və ipoteka daşınm az əmlakın dövlət reyestrində müvafiq dövlət orqanı tərəfindən qeydiyyata alındığı andan qüvvəyə minir”. Tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli ********** saylı ipoteka müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır və ipoteka müqaviləsinin 7.1-ci maddəsinə əsasən həmin gündən qüvvəyə minmişdir. İpoteka müqaviləsi xx.xx.2010-cu il tarixdə qüvvəyə mindikdən sonra həmin ipoteka müqaviləsinə bir neçə dəfə Əlavə Saziş bağlanaraq əsas kredit sazişinin təminatı kimi ipoteka predmeti yenidən ipoteka ilə yüklü edilmişdir.

40. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının ipoteka müqaviləsinin qüvvədə olduğu müddətdə dövlət qeydiyyatına alınmaması, mövcud olmayan ipoteka müqaviləsinə əsasən əmlakının yüklü edilməsi ilə bağlı dəlillərini əs assız hesab edir.

41. Bundan əlavə qeyd edilməlidir ki, “İpoteka haqqında” Qanunun 15.1-ci maddəsinin dispozitiv şərtinə əsasən ipotekanın dövlət qeydiyyatı cavabdeh inzibati orqan tərəfindən iki halda ləğv edilir: ipoteka saxlayanan ərizəsi və məhkəmə qərarı. İndiki halda ipoteka saxlayan qismində müvafiq Bank çıxış etməklə, bu barədə belə məzmunlu ərizəsi mövcud olmamışdır.

42. Bundan əlavə, ipotekanın dövlət qeydiyyatının aparılmasının əsasını məhz ipotekaya qoyanla ipoteka saxlayan arasında bağlanılmış ipoteka müqaviləsi çıxış edir və həmin müqavilə tərəflərin iradə ifadəsinin nəticəsini ehtiva etməklə, məhz əsas öhdəliyin icrasının təminatı qismində ortaya çıxır.

43. Bununla bağlı apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ipoteka müqaviləsi əsasında əmlakın ipoteka ilə yükl ülüyü barədə dövlət qeydiyyatı aparıldığı halda, həmin əmlakın yüklülükdən azad olunması və dövlət qeydiyyatının ləğv edilməsi üçün qeyd edilən müqavilənin etibarsız hesab edilməsi və ya ləğv edilməsi halının olubolmaması, habelə qanunla müəyyən edilmiş ipotekaya xitam verilməsi əsaslarının mövcud olub-olmaması halı müəyyən edilməlidir. Lakin hazırkı halda sözügedən əmlakın ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi və ona əlavə sazişlərin etibarsız hesab edilməsi və ya ləğv edilməsi halı mövcud olmamışdır.

44. Digər tərəfdən “İpoteka haqqında” Qanunun 48-ci maddəsində ipotekaya hansı hallarda xitam verilməsinin əsasları dəqiq və imperativ şəkildə müəyyən edilmişdir. Hazırkı halda iddiaçıya münasibətdə sözügedən ipoteka predmeti ilə bağlı qanunla müəyyən edilmiş ipotekaya xitam v erilməsi əsaslarından hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir.

45. Bundan əlavə iddiaçı kredit müqaviləsi üzrə borc öhdəliyinin tam icra edilməsini qeyd etsə də, həmin halın iş materialları əsasında müəyyən edilməsi mümkün olmamış, habelə hazırda kreditor tərəfindən qalıq borcun mövcudluğuna dair maliyyə arayışı təqdim edilmiş, həmin borc öhdəliyinin icrası məhkəmə qaydasında tələb edilmişdir. Nəticə etibarilə həmin əmlakın ipoteka təminatı qismində çıxış etdiyi əsas kredit müqaviləsi üzrə öhdəliyə xitam verilməsi halı da müəyyən edilməmişdir.

46. Belə ki, qeyd edildiyi kimi, iddiaçının kreditor bank qarşısında icra etməli olan kredit müqaviləsi üzrə borc öhdəliyinin icrası və tutmanın ipoteka predmeti olan əmlaka yöndəlilməsi ilə bağlı məhkəmə mübahisəsi olduğundan, iddiaçı tərə findən həmin hala indiki halda istinad edilməsi əsassız olmuşdur.

47. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 oktyabr 2024-cü il tarixli 2-1(105)-989/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar