Məhkəmə qərarları › İş №2-1(102)-839/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-839/2022

24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-839/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əlilliyin səbəbinin dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx xxxx 1964-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı “ iddiaçıya təyin edilmiş əlilliyinin səbəbinin “ümumi xəstəlik” əvəzinə “Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda alınmış hərbi xəsarət (travma) nəticəsində baş verməsi” kimi dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1741/2021 nömrəli 24 dekabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının 097061 nömrəli Arayışına əsasən iddiaçıya müddətsiz “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. İ Ş ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya təyin edilmiş əlilliyinin səbəbinin "ümumi xəstəlik" əvəzinə “Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda alınmış hərbi xəsarət (travma) nəticəsində baş verməsi” kimi dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. iddiaçının əsaslandırması:

3. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı 1990-1992-ci illərdə erməni işğalçıları tərəfindən torpaqlara basqın zamanı bir Əfqanıstan müharibəsi döyüşçüsü kimi Naxçıvan Muxtar Respublikasının torpaqlarının müdafiəsində döyüşərək iki dəfə ağır xəsarət almışdır. İlk dəfə 3 fevral 1992-ci ildən - 6 iyun 1992-ci ilədək Babək rayonu, Buzqo v kəndində erməni quldurlarına qarşı gedən döyüşlərdə xəsarət almış və müalicə olunduqdan sonra yenidən döyüş bölgəsinə qayıtmışdır. İkinci dəfə 10 iyul 1992 – 13 noyabr 1992-ci ildə Sədərək kəndi uğrunda gedən döyüşdə mina partlaması nəticəsində kəllə beyin silkələnməsi, həmdə qəlpə yaraları ilə yaralanaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilərək müalicə olunmuşdur. Bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Babək rayon xəstəxanası tərəfindən torpaqların müdafiəsi uğrunda gedən döyüşlərdə xəsarət almasını təsdiq edən çıxarışlar mövcuddur. Əlavə olaraq döyüşlərdə xəsarət aldığını təsdiq edən Babək rayonu İcra Hakimiyyəti başçısının 11 noyabr tarixli, 1/75-6 saylı arayışı, Babək rayonu Hərbi Komissarlığının 15 aprel 1997-ci il tarixli arayışı, əlavə olaraq hərbi biletin də qeyd edilmə, Babək rayonu, Buzqov kənd icra nümayəndəliyinin 10 aprel 1997-ci il tarixli, 46 saylı arayışı mövcuddur. 1998-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert komissiyası tərəfindən ona əlillik qrupu müəyyən edən zaman torpaqların müdafiəsi uğrunda gedən döyüşlərdə xəsarət almağını təsdiq edən faktlara, sənədlərə məhəl qoyulmadan, hərbi əməliyyatlar gedən zonada olmaqla əlillik qrupu müəyyən edilmişdir. cavabdehin etirazları:

4. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazında qeyd etmişdir ki, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar” əlillik səbəbi yerli icra hakimiyyəti orqanı və ya işlədiyi müəssisə tərəfindən tərtib edilmiş akt (“Azərbaycan Respublikası Ali X1 Azərbaycan Respublikasının DQV-də və digər rayonlarda fövqəladə vəziyyə t elan edilməsi barədə 15 yanvar 1990-cı il tarixli fərmanını icra edərkən qoşun hissələrinin hərəkətləri nəticəsində baş vermiş bədbəxt hadisə haqqında" AKT) əsasında müəyyən edilir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik səbəbi isə müvafiq Hərbi Həkim Komissiyasının qərarı (və ya xəstəlik haqqında şəhadətnaməsi) əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə Əlillik altsistemi üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. İddiaçının travmasının səbəb əlaqəsini müəyyən edən Hərbi Həkim Komissiyasının qərarı varsa, həmin qərar əsasında səhiyyə müəssisəsi tərəfindən müayinə olunmalı, göndəriş rəsmiləşdirildiyi halda əlillik vəziyyəti Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq iştirakı olmadan qiymətləndirilib müvafiq qərar veriləcəkdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

5. Bakı İnzibati Məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 2-1(112)-4536/2020 saylı qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli iclasında cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2-1(112)-952/2021 saylı qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, İddiaçı təyin edilmiş əlilliyinin səbəbinin "ümumi xəstəlik" əvəzinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar baş verməsi” kimi dəyişdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, İddiaç ı 1989-1992-ci illərdə erməni daşnaqlarının hücumu vaxtı Babək rayonunun A.Buzqov kəndinin düşmənlərdən müdafiəsində iştirak etməsi və döyüş vaxtı müxtəlif xəsarətlər alması, yəni hərbi əməliyyatlarla əlaqədar Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyə səbəb olan yaralanması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmçinin şəxsin əlillik səbəbinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” kimi müəyyən edilməsi üçün mütləq olaraq onun hərbi qulluqçu statusunda olması tələbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarında nəzərdə tutulmadığından, hazırkı iddia tələbi əsaslıdır və təmin edilməlidir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1741/2021 nömrəli iş üzrə 24 dekabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər: E.Nağıyeva - /sədrlik edən və məruzəçi/, C.Yusifov və H.Həmidov) Bakı İnzibati Məhkəməsinin 15 mart 2021-ci il tarixli 2-1(112)-952/2021 saylı qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının nə ilkin - “iddiaçıya təyin edilmiş əlilliyinin səbəbinin “ümumi xəstəlik” əvəzinə “Azərbaycan Respublikasının suverenliyi v ə ərazi bütövlüyü uğrunda alınmış hərbi xəsarət (travma) nəticəsində baş verməsi” kimi dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi”, nə də birinci instansiya məhkəməsi tərəfindən qeyd edilmiş - “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar baş verməsi” kimi dəyişdirilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” barədə iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etməmiş, həmçinin məhkəmə qeyd etmişdir ki, iş materiallarında iddiaçının travmasının səbəb əlaqəsini müəyyən edən Hərbi Həkim Komissiyasının qərarı mövcud deyildir. Göründüyü kimi, birinci instansiya məhkəməsi Hərbi Həkim Komissiyasının qərarının mövcud olub-olmamasını araşdırmadan, cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində iddiaçının hansı hüquqlarının pozulmasını müəyyən etmədən, əsassız olaraq iddia tələbini təmin etmişdir.

12. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinə görə, Azərbaycan Respublikasında Milli ordu 18 oktyabr 1991-ci il tarixdən sonra, yəni Azərbaycan Respublikası müstəqillik əldə edildikdən sonra yaranmışdır. İddiaçı isə 1989-cu ildən döyüşlərdə olmuş və xəsarət almış, həmin ərəfələrdə Milli ordunun yaranmaması səbəbindən ona hərbi qulluqçu statusunun verilməsi iddiaçıdan asılı olan bir hal kimi qiymətləndirilə bilməz.

14. Həmçinin birinci instansiya məhkəməsinin də tam əsaslı olaraq toxunduğu məsələlərdən biri də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş əlilliyin qiymətləndirilməsi qaydasında şəxsin əlilliyinin səbəbinin iddiaçının göstərdiyi qaydada təyin edilməsi üçün mütləq olaraq həmin şəxsin hərbi qulluqçu statusunda olması barədə hər hansı bir norma mövcud deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Cavabdeh kassasiya şikayətinə etiraz verərək qeyd etmişdir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti heç bir dəlilə əsaslanmır, prosesin süni şəkildə uzadılmasına xidmət edir, ona görə də qərardad qüvvədə saxlanılmalıdır. Belə ki, iddiaç ı tərəfindən verilmiş kassasiya şikayəti əsaslandırılmamışdır. Kassasiya şikayətinə baxılması üçün əsas maddi və prosessual hüquq normalarının pozulmasıdır. Maddi və prosessual hüquq normalarının tələbləri pozulmadığından apellyasiya instansiyası məhkəməsi haqlı olaraq “əlilliyin bərpa edilməsi” tələbinə dair iddianı mümkün saymamışdır. By səbəbdən də o, iddiaçının kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin 24 dekabr 2021-c il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqa nın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə m übahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tə ləb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, xəsarətin, xəstəliyin səbəb əlaqəsi müvafiq Hərbi Həkim Komissiyasının qərarı əsasında müəyyən edilir. Hazırkı iş üzrə iddiaçının xəsarətinin səbəb əlaqəsi barəsində Hərbi Həkim Komissiyasının qərarı mövcud deyildir. Belə olan halda, iddiaçının Hərbi Həkim Komissiyasında şəhadətləndirildikdən və aldığı travmanın (xəsarətin) məhz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olduğuna dair müvafiq qərar qəbul edildikdən sonra hazırkı məzmunda tələblə cavabdehə müraciət etməlidir. Belə ki: - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hə rbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinə (a) yarımbəndinə əsasən, xəsarətlərin, xəstəliklərin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi haqqında qərarı Hərbi-həkim komissiyası çıxarır; - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının 1.2-ci bəndinə əsasən, şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respubli kasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən verilir.

23. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

24. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1741/2021 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar