Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-839/2023 12.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ahıl şəxsə qulluq etmə müddətinin sığorta stajına daxil edilməsi, tütünçü peşəsinin güzəştli peşə sayılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1964-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək v ə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 dekabr 2022-ci il tarixli, 2-1(107)-381/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1964-cü ildə Vartaşen rayonu Qoxmuq kəndində anadan olmuş və hazırda Şəki rayonu Qoxmuq kəndində yaşayır. İddiaçı aşağıdakı iş yerlərində işləmişdir: xx.xx.1984-cü ildən xx.xx.1997-ci ilədək Şəki rayonu Qoxmuq kəndi "1 May" kolxozunun üzvü, xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilədək Ş əki rayonu "Qoxmuq" İstehsal Kooperativinin üzvü, xx.xx.2004-cü ildən xx.xx.2009-cu ilədək "xxxx" ASC-nin barama açan istehsalatında barama döyən.
2. İddiaçı xx.xx.1984-cü ildən xx.xx.1997-ci ilədək Şəki rayonu Qoxmuq kəndi "1 May" kolxozunun üzvü olmaqla tütünçü işləmiş və həmin illərdə təsərrüfatda əmək iştirakı minimumu 170 adam/gün müəyyən edilmişdir. İddiaçı həmin minimumu bütün illərdə yerinə yetirmiş və onun kolxozda sosial sığorta stajı 14 il təşkil edir.
3. Bundan başqa, İddiaçı bir mənzildə yaşadığı, yaşı 70-ə çatmış xx.xx.1930-cu il təvəllüdlü anası X1 xx.xx.2000-ci ildən başlayaraq qulluq etmişdir.
4. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün xx.xx.2022-ci ildə cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli **********3 n ömrəli məktubu ilə bundan imtina edərək bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi xx.xx.1985-ci il tarixli ******* nömrəli əmək kitabçasında və ona əlavə edilmiş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun ümumi iş stajı 20 ildən az (16 il 8 ay 25 gün (xx.xx.2004 - xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər, 12 il kolxozda işlədiyi dövr və 2006-2009-cu illər üzrə cəmi 2 il 10 ay)), eyni zamanda, güzəştli iş stajı da yoxdur. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir.Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qe ydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 48720 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 12673,60 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "52 yaşının tamam olduğu xx.xx.2016-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə, müraciətdən əvvəlki 3 ilin xx.xx.2019-cu ildən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması"nı xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsаslаndırmışdır ki, onun kifayət qədər ümumi və güzəştli sığorta stajı vardır.
7. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək iddianın rədd edilməsi barə də qərar qəbul edilməsini xahiş etmişdir.Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.
8. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 29 sentyabr 2022-ci il tarixli 2-1(116)-1212/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2016-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiyanın xx.xx.2019-cu ildən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının zərərli işdə çalışdığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunda həmin peşə (iş) güzəştli şərt kimi nəzərdə tutulduğu halda, bunun sonra kı Qanunda bilavasitə həmin məzmunda təsbit olunmaması şəxsin hüquqlarının məhdudlaşdırılmasının və ya bu hüquqların ümumiyyətlə aradan qaldırılmasının əsası kimi qəbul edilə bilməz, çünki şəxsin zərərli işdə çalışması faktı onun sosial təminat hüququnun tərkib hissəsi kimi mövcud olmaqda davam edir. İddiaçının həmin zərərli işdə "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin "z" bəndində nəzərdə tutulduğu kimi 15 il deyil, 14 il işlədiyinə gəldikdə, burada yeni Qanunun qüvvəsindən şəxsin hüquqi vəziyyətinin yaxşılaşdırılması üçün istifadə olunmalıdır. Hazırkı halda, "Əmək pensiyaları haqqında" Qanunun (xx.xx.2017-ci ilədək qüvvədə olan redaksiyada) 9.1-ci maddəsi zərərli işdə çalışmanın minimum müddətini qadınlara münasibətdə 10 il həddində müəyyən etmişdir. İddiaçı is ə həm ümumi stajı (20 il), həm də xüsusi stajı (10 il) toplamışdır. Güzəştli sığorta stajı ilə bağlı eyni hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2669/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli, eləcə də bu kimi digər qərarlarında da ifadə edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının 52 yaşının tamam olduğu vaxt "Əmək pensiyaları haqqında" Qanunun (xx.xx.2017-ci ilədək qüvvədə olan redaksiyada) 9.1-ci maddəsinə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bu səbəbdən də həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Bundan başqa, "Əmək pensiyaları haqqında" Qanunun 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
10. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 dekabr 2022-ci il tarixli, 2-1(107)-381/2022 nömrəli qərarı ilə (sədrlik edən – R.R.Rəfiyev, hakimlər – V.İ.Məlikov və G.İ.Cavadova) cavabdeh Azərba ycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2-1(116)-1212/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
12. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 dekabr 2022-ci il tarixli, 2-1(107)-381/2022 nömrəli qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şik ayətinin əsasını imtina məktubunda qeyd olunanlar, iddia tələbinə qarşı etirazın dəlilləri və apelyasiya şikayətinin məzmunu təşkil edir. Bundan başqa kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iş yerindən güzəştli iş stajı barədə arayış təqdim etməmişdir. Belə olan halda məhkəmə İPM-nin 12.1-ci maddəsinə əsasən öz təşəbbüsü ilə arayış tələb etməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilmişdir.Etiraza əsasən iddiaçı kassasiya şikayətinin təmin edilməməsini və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 dekabr 2022-ci il tarixli, 2-1(107)-381/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbayc an Respublikasının Konstitusiyası Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. (1 iyul 2017-ci ilə qədər qüvvədə olmuş redaksiya) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta staj ına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun9.1-cimaddəsindəgöstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olanşəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdəbu Qanuna uyğun olaraqtəyin edilir. Maddə 21.Sığortastajına daxil ediləniş və ya digər fəaliyyət müddətləri 21.2.Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsindəqeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:... 1.2.4.müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablananorqanizmin funksiyalarının 81-100 faiz pozulması na görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habeləahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti; Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 18. xx.xx.2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanun Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... z) kolxozlarda, sovxozlardavə digər dövlət aqrar-sənaye müəssisələrində: bilavasitə kənd təsərrüfatı məhsulları istehsalınla çalışan traktorçu-maşinistlər, köçəri heyvandarlıq işçiləri, tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında, pambığın becərilməsi və pambıq yığımında tammövsüm ərzində çalışanlar: kişilər—55 yaşına çatdıqda və azı 25 il ümumi iş stajı olduqda bu müddətin azı 20 ilini həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarsa;... Maddə
67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına d axil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1-ci bəndinə görə, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.8. ahıllara qulluqetmə müddəti üzrə: 1. patronajın təyin edilməsi barədə qərara əsasən; 2. qulluq etməyə dair qull uqolunanın (fəaliyyət qabiliyyəti olmayanorqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmişşəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2.5.İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10nömrəli Əlavə); 3.9.İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qu lluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxudŞöbənin və ya İdarəninnümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədətərtib olunan aktəsasında daxil edilir. 21.“İnzibati icraat haqqında” Qanun Maddə 19.Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
22. Azərbaycan Re spublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası" 4.1-ci bəndinə görə, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.8. ahıllara qulluqetmə müddəti üzrə: 2. qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan İ dərəcə əlilliyi olan şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən.
23. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kif ayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 13 1.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASS ASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 26.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.
27. İddiaçı 15 ildən çox tütünçü işləməsini və ahıl anasına qulluq etdiyi müddət də daxil olmaqla 20 ildən çox ümumi stajı olduğunu bildirib, 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası t əyin edilməsini və cavabdehə müraciətdən əvvəlki 3 ildən başlayaraq pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
28. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının zərərli işdə çalışdığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunda həmin peşə (iş) güzəştli şərt kimi nəzərdə tutulduğu halda, bunun sonrakı Qanunda bilavasitə həmin məzmunda təsbit olunmaması şəxsin hüquqlarının məhdudlaşdırılmasının və ya bu hüquqların ümumiyyətlə aradan qaldırılmasının əsası kimi qəbul edilə bilməz, çünki şəxsin zərərli işdə çalışması faktı onun sosial təminat hüququnun tərkib hissəsi kimi mövcud olmaqda davam edir. İddiaçının həmin zərərli işdə "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin "z" bəndində nəzərd ə tutulduğu kimi 15 il deyil, 14 il işlədiyinə gəldikdə, burada yeni Qanunun qüvvəsindən şəxsin hüquqi vəziyyətinin yaxşılaşdırılması üçün istifadə olunmalıdır. Hazırkı halda, "Əmək pensiyaları haqqında" Qanunun (xx.xx.2017-ci ilədək qüvvədə olan redaksiyada) 9.1-ci maddəsi zərərli işdə çalışmanın minimum müddətini qadınlara münasibətdə 10 il həddində müəyyən etmişdir. İddiaçı isə həm ümumi stajı (20 il), həm də xüsusi stajı (10 il) toplamışdır. Güzəştli sığorta stajı ilə bağlı eyni hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)2669/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli, eləcə də bu kimi digər qərarlarında da ifadə edilmişdir. İddiaçının 52 yaşının tamam olduğu vaxt "Əmək pensiyaları haqqında" Qanunun (xx.xx.2017-ci ilədək qüvvədə ol an redaksiyada) 9.1-ci maddəsinə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
29. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının ümumi iş stajı 20 ildən azdır (16 il 8 ay 25 gün (xx.xx.2004 - xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər, 12 il kolxozda işlədiyi dövr və 2006-2009-cu illər üzrə cəmi 2 il 10 ay)), eyni zamanda, güzəştli iş stajı və güzəştli arayışı yoxdur. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir.
30. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 31. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin z) bəndinə görə kolxozlarda tütünün becəri lməsi, yığılması və yığımdan sonrakı emalında qadınlar 50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda, bu müddətin azı 15 ilini həmin işlərdə çalışarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 32. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci ilə qədər qüvvədə olmuş redaksiyasına görə iddiaçı 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
33. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının ümumi stajına aydınlıq gətirmək istəyir.
34. İddiaçı 1 iyul 1964-cü ildə doğulmuş, 1 iyul 2016-cı ildə 52 yaşı tamam olmuşdur. 1 yanvar 2006-cı ilə qədər sığo rta stajı xx.xx.1984-cü ildən xx.xx.1997-ci ilədək Şəki rayonu Qoxmuq kəndi "1 May" kolxozunda xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilədək Şəki rayonu "Qoxmuq" İstehsal Kooperativində, 6 fevral 2004-cü ildən 1 yanvar 2006-cı ilədək Şəki İpək” ASC-də işləmişdir. “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda bəhs edilən müddəalarına görə 1 yanvar 2006-cı ildən sonrakı iş dövrü ilə bağlı yalnız 13 mart 2009-cu ilədək "xxxx" ASC-də barama açan istehsalatında barama döyən işləmişdir. Belə olan halda 1 yanvar 2006-cı ildən sonrakı dövr üzrə sığorta stajı 3 il 2 ay 13 gün nəzərə alınır. 13 mart 2009-cu ildən sonra 52 yaşının tamam olduğu 1 iyul 2016-cı ilə qədər, həmçinin 1 avqust 1998-ci ildən 6 fevral 2004-cü ilədək sığorta stajına malik olması ilə bağlı apelyasiya məhkəməsi ətraflı araşdırma aparm amışdır.
35. Cavabdehin mübahisə açdığı ümumi stajla bağlı qeyd edilməlidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçının anası 1930-cu ildə doğulmuş, 2000-ci ildə 70 yaşı tamam olmuşdur. İddiaçının və anasının 12 may 2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizələrinə əsasən iddiaçı anasının 70 yaşının tamam olduğu vaxtdan hazırkı vaxtadək anasına qulluq etmişdir.
36. İddiaçı 70 yaşlı anasına qulluq etdiyinə görə qulluq dövrünün ümumi staja daxil edilməli olmasını bildirmiş, cavabdeh bununla bağlı mübahisə açmış, apelyasiya məhkəməsi iddiaçının dəlilini əsaslı saymışdır.
37. Yuxarıda qeyd edilən hüquq normalarına görə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Lakin ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolun anın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxudşöbənin və ya idarəninnümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədətərtib olunan aktəsasında, yaxud qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan İ dərəcə əlilliyi olan şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən daxil edilir.
38. Ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxudşöbənin və ya idarəninnümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsa sən xidmətin faktiki olaraq həyata keçirilməsi barədətərtib olunan aktəsasında müəyyən edilməsinə baxmayaraq, işdə belə akt mövcud olmamışdır.
39. Qulluq etməyə dair qulluqolunanın (iddiaçının anasının) və qulluqedənin (iddiaçının) notariusun təsdiq etdiyi ərizələrinə əsasən daxil edildiyindən, iddiaçı və anasının ərizəsi 12 may 2022-ci ildə notarial qaydada təsdiq edildiyinə görə qulluq dövrü 12 may 2022-ci il tarixdən başlandığından həmin ərizələrin tərtib edilmə tarixindən əvvəlki dövr qulluq dövrü kimi sayıla bilməz.
40. Odur ki, iddiaçının 52 yaşının tamam olduğu vaxt 20 il sığorta stajına malik olması apelyasiya məhkəməsi tərəfindən ətraflı araşdırılmamışdır. İddiaçının anasına qulluq etməsi müddəti ilə bağlı rayon icra hakimiyyəti orqanlarının, yaxudşöbənin və ya idarəninnümayən dələrindən ibarət komissiya tərəfindən, iddiaçının anasının, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədətərtib olunan aktapelyasiya məhkəməsinə təqdim edildiyi halda, aktda göstərilən müddət sığorta stajına daxil edilə bilər.
41. İddiaçının güzəştli stajı ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
42. Cavabdeh apelyasiya şikayətində iddiaçının güzəştli iş stajının olmadığını bildirmiş, apelyasiya məhkəməsi İPM-in 87.8-ci maddəsinin tələbinə əməl etməyərək qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirməmiş, qərarını əsaslandırmamışdır.
43. Arxiv arayışında iddiaçının ayrı-ayrı illərdə tütün, göy tütün, quru tütün, tütün işi ilə məşğul olduğu qeyd edilmişdir.
44. Apelyasiya instansiyası məhkəməsi qərarının 32-ci bəndində iddiaçının işlədiyi peşənin güzəştli şərt kimi nəzərdə tutulduğunu bildirsə də, bununla bağlı hər hansı əsaslandırma verməmişdir.
45. Apelyasiya məhkəməsi iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısında, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərərı ilə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda hansı peşə ilə üst-üstə düşməsi, həmçinin "Vət əndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinə uyğun olaraq tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında tammövsüm ərzində çalışması ilə bağlı araşdırma aparmamışdır.
46. Məhkəmə kollegiyası vurğulayır ki, Ali Məhkəmənin İnzibati kollegiyası əvvəlki qərarlarında, o cümlədən 2-1(102)-2629/2018 saylı 5 dekabr 2018-ci il tarixli, 21(102)-686/2019 saylı 26 fevral 2019-cu il tarixli, 2-1(102)-1107/2019 saylı 10 aprel 2019cu il tarixli və 2-1(102)-499/2020 saylı 18 fevral 2020-ci il, 2-1(102)-871/2021 saylı 19 may 2021-ci il tarixli qərarlarında qeyd edilmişdir ki, tütün istehsalı özü-özlüyündə zərərli sahə olduğundan, tütün istehsalı ilə məşğul olan tütünçünün əməyinin həmin sahə ilə bağlı olmaması qəbul edilməyə bilməz. Tütün anlayışı öz mənasına görə tütünçülük sahəsinə aid olan bütün fəaliyyət növlərini əhatə etdiyindən, iddiaçı tütünçü kimi güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir.
47. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən İPM-in 12 və 58-ci maddələrinin tələbləri təmin olunmadığından qəbul etdiyi qərar ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli, kasasiya şikayəti qismən təmin olunmalı, iş üzrə əlavə araşdırmanın davam etdirilməsi zəruri olduğundan iddianın rədd edilməsi hissəsində şikayət təmin edilməməlidir. 48.Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin olunsun. Şəki Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 07 dekabr 2022-ci il tarixli 21(107)-381/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.