Məhkəmə qərarları › İş №2-1(102)-839/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-839/2024

19.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-839/2024 19.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı ASC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icrası haqqında iddianın mümkünlüyü; subyektiv hüquq; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka dair q eydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-276/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 19.11.2019-cu il tarixli ********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa və **********54-06301 reyestr nömrəli Texniki pasporta əsasən Şəki şəhəri, Heydər Əliyev prospekti 4 ünvanında yerləşən 1678.90 kv.m sahəsi olan qeyri-yaşayış binası və tikilinin yerləş diyi 0,1588 ha torpaq sahəsi İddiaçı ASC-nin mülkiyyətindədir.

2. Dövlət Kadastrı və Reyestri PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********14 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2019-cu il tarixli ********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Şəki şəhəri, Heydər Əliyev prospekti 13 ünvanında yerləşən 10.6 kv.m sahəsi olan qeyri-yaşayış binası X1 mülkiyyətindədir. Həmin tikilinin yerləşdiyi 0,0015 ha torpaq sahəsi dövlət mülkiyyətindədir.

3. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli **********40 saylı məktubu ilə müraciətin təmin edilməsindən imtina edilmişdir.

4. İmtina onunla əsaslandırmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan R espublikası Qanununun 1.0.4-cü maddəsinin tələblərinə əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Sözügedən qanunun 2-ci maddəsinin tələblərinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bu səbəbdən, Şəki şəhəri, Heydər Əliyev prospekti, 13 ünvanında yerləşən qeyri-yaşayış binasına X1 adına verilmiş **********54-06301 reyestr nömrəli çıxarışın ləğv edilməsi üçün aidiyyəti üzrə müraciət edilə bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, “Şəki ş əhəri Heydər Əliyev prospekti 13 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində X1 hüquqlarının dövlət qeydiyyatı ilə bağlı xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1713/2022 saylı qərardadı ilə X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.

7. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2-1(116)-225/2023 saylı qərardadı ilə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi üçüncü şəxs qismində inzi bati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir. İddiaçının əsaslandırması:

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsində iddiaçı "xxxx" ASC-nin cavabdeh X2 qarşı “cavabdeh tərəfindən iddiaçıya məxsus olan Şəki şəhəri, Heydər Əliyev prospekti, 4 ünvanında yerləşən qeyri-yaşayış binasının sərhəd divarı üzərində və yan divarına ara məsafəsi saxlanılmadan bitişik tikilmiş tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi” tələbinə dair işə baxılarkən məhkəmənin e-22(117)-364/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/198 saylı rəyi məhkəməyə daxil olduqdan sonra cavabdeh X2 məxsus tikil inin faktiki vəziyyəti ilə texniki pasport sənədində qeyd olunan məlumatlar arasında konstruktiv uyğunsuzluqlar olduğunu və faktiki olaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus tikilinin yan divarına bitişik olduğunu, həmin tikilinin inşası zamanı ara məsafəsi ilə bağlı Müfəssəl Qaydaların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cu il tarixli, 72 №-li qərarının 9-cu maddəsinin tələbinin pozulduğunu müəyyən edilmişdir.

10. Eyni zamanda, müəyyən olmuşdur ki, ara məsafəsi ilə bağlı Müfəssəl Qaydaların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cu il tarixli, 72 №-li qərarının 9-cu bəndinin tələbinin pozulması ilə tikilmiş Şəki şəhəri, Heydər Əliyev prospekti 13 ünvanında yerləşən qeyri-yaşayış binası ilə b ağlı X1 adına reyestr nömrəsi **********54-06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019 olan, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir.

11. Qanunvericiliyin tələblərini pozmaqla tikilmiş heç bir tikili ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində heç kimin adına qeydiyyat aparıla bilməz və qanunvericiliyin tələblərini pozmaqla tikilmiş heç bir tikiliyə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilə bilməz.

12. Şəki şəhəri, Heydər Əliyev prospekti 13 ünvanında yerləşən qeyri-yaşayış binası ilə bağlı X1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı silməklə, reyestr nömrəsi **********54-06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019 olan, Hü quqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi üçün xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edilmişdir.

13. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********40 saylı məktubu ilə müraciətin müsbət həll edilməsindən imtina edilmişdir.

14. İmtina əsassızdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********40 saylı məktubunun məzmunundan da göründüyü kimi, müraciətin müsbət həll edilməsindən imtinanın lehinə olan arqumentlər əsaslandırılmadan ümumi və mücərrəd şəkildə sadalanmışdır. Buna görə də Daşınmaz Əmlakın Dövlət Kadast rı və Reyestri PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinin imtinası heç bir halda əsaslı hesab edilə bilməz. Cavabdehin etirazları:

15. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı etiraz təqdim edilmiş, etirazda qeyd edilmişdir ki, iddiaçı "xxxx" ASC-nin idarə heyətinin sədri Nümayəndə1 Şəki şəhəri, Heydər Əliyev prospekti, 13 ünvanında yerləşən qeyri-yaşayış binası ilə bağlı X1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı silməklə, xx.xx.2019-cu il tarixli, **********54-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə ********** nömrəli ərizə ilə ərazi idarəsinə müraciət etmişdir. 16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddə sinin tələblərinə əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Sözügedən Qanunun 2-ci maddəsinin tələblərinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınan hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

17. Həmçinin Şəki şəhəri, Heydər Əliyev prospekti, 13 ünvanında yerləşən qeyriyaşayış binasına X1 adına verilmiş **********54-06301 reyestr nömrəli çıxarışın ləğv edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

18. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-1(116)-225/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ləğvi tələb olunan xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışa əsasən X1 mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi 0,015 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının mülkiyyətində olan 0,1588 ha torpaq sahəsi ilə üst-üstə düşmür.

20. Mübahisələndirilən torpaq sahəsi və onun üzərindəki tikiliyə xx.xx.2022-ci il tarixdə yerində baxış keçirilən zaman müəyyən olunmuşdur ki, iddiaçıya məxsus qeyriyaşayış binası ilə üçüncü şəxsə məxsus qeyri-yaşayış binasının arasında-hər iki binanın divarlarına bitişik, sahəsi 2.7 kv.m., tikintialtı sahəsi 4.1 kv.m olan tikili vardır. Həmin tikili nə iddiaçıya məxsus, nə də üçüncü şəxs Nütvəli Mirzəyevə məxsus Çıxarışlarda və texniki pasportlarda təsbit olunmamışdır. Həmin tikilinin özünəməxsus yan divarları mövcud olmamaqla bir tərəfdən i ddiaçıya, digər tərəfdən isə üçüncü şəxs Nütvəli Mirzəyevə məxsus qeyri-yaşayış binasının yan divarlarına bitişikdir. Yəni, faktiki olaraq iddiaçıya məxsus qeyri-yaşayış binasının üçüncü şəxsə məxsus qeyri-yaşayış binası ilə bitişik olmadığı, ayrı-ayrılıqda hər iki tikiliyə münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cu il tarixli, 72 №-li qərarı ilə təsdiq olunmuş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın tələbi pozulmamışdır.

21. Üçüncü şəxs Nütvəli Mirzəyevə məxsus çıxarış qanuna əsasən tərtib olunduğundan və onun ləğvi üçün hüquqi əsas olmadığından cavabdehin iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi qanuni olmuşdur.

22. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) a pellyasiya instansiyası məhkəməsində icraat

23. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-276/2023 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)225/2023 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

24. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iddia tələbi üzrə iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququ mövcud deyildir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli 3-21-3-39/2-163/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, üçüncü şəxsə məxsus xx.xx.2019-cu il tarixli ********** qeyd iyyat nömrəli qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi Dövlət mülkiyyətindədir və qeyri-yaşayış binasının tikintialtı sahəsi 15.4 kv.m-dir. Üçüncü şəxsin mülkiyyətində olan xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Üçüncü şəxsin mülkiyyətində olan qeyri-yaşayış binası ilə iddiaçıya məxsus qeyri yaşayış binası arasında yerləşən tikilinin ümumi sahəsi 2.7 kv.m., tikintialtı sahəsi 4.1 kv.m-dir və sözügedən tikili Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçmədiyinə görə tikilinin yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü haqqında məlumat vermək mümkün deyil. Üçüncü şəxsin mülkiyyətində olan qeyri-yaşayış binasının ön, arxa və yan divarları iddiaçıya məxsus qeyri-yaşayış binasının divarları ilə kəsişmir. Üçüncü şəxsin mülkiyyətində olan qeyri-yaşayış binası ilə iddiaçıya məxsus qeyri yaşayış binası arasında yerləşən tikilinin onlara bitişik özünəməxsus yan divarları mövcud deyil. Üçüncü şəxsin mülkiyyətində olan qeyri-yaşayış binası faktiki vəziyyətdə texniki pasporta uyğundur.

25. Göründüyü kimi iddiaçının iddia tələbində qeyd etdiyi X1 adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış iddiaçının maraqlarına toxunmur və onun hüquqlarını pozmur. Beləliklə, iddiaçının hazırkı iddia tələbinə dair subyektiv hüququ yaranmır.

26. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etm işdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir.

28. İddiaçı əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbi üzrə cavabdeh olan, yəni iddianın təmin olunmamasında bilavasitə maraqlı olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli 3-21-3-39/2-163/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyini Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/198 saylı ekspert rəyindən üstün tutmaqla qanunsuz və əsasız nəticəyə gəlmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/198 saylı ekspert rəyinə düzgün hüquqi qiymət verəcəyi təqdirdə, üçüncü şəxs X2 məxsus tikilinin faktiki vəziyyəti ilə texniki pasport sənədində qeyd olunan məlumatlar arasında konstruktiv uyğunsuzluqların olduğu və faktiki olaraq iddiaçı "xxxx" ASC-yə məxsus tikilinin yan divarına bitişik olduğu, həmin tikilinin inşası zamanı ara məsafəsi ilə bağlı Müfəssəl Qaydaların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cu il tarixli, 72 №-li qərarının 9-cu maddəsinin tələbinin pozulduğu aşkar olunacaqdı və bununla da iddiaçı tərəf olaraq bizim hazırkı iddia tələbi üzrə məhkəmə iddia qaldırmaq üçün subyektiv hüququmuzun mövcud olması aşkara çıxacaqdı.

30. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi sübutl arın qiymətləndirilməsində səhvə yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışd ırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin b u Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

36. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsinin əsası kimi qeyd etmişdir ki, mübahisələndirilən torpaq sahəsi və onun üzərindəki tikiliyə xx.xx.2022-ci il tarixdə yerində baxış keçirilən zaman müəyyən olunmuşdur ki, iddiaçıya məxsus qeyri-yaşayış binası ilə üçüncü şəxsə məxsus qeyri-yaşayış binasının arasında-hər iki binanın divarlarına bitişik, sahəsi 2.7 kv.m., tikintialtı sahəsi 4.1 kv.m olan tikili vardır. Həmin tikili nə iddiaçıya məxsus, nə də üçüncü şəxs Nütvəli Mirzəyevə məxsus Çıxarışlarda və texniki pasportlarda təsbit olunmamışdır. Həmin tikilinin özünəməxsus yan divarları mövcud olmamaqla bir tərəfdən iddiaçıya, digər tərəfdən isə üçüncü şəxs Nütvəli Mirzəyevə məxsus qeyri-yaşayış binasının yan divarlarına bitişikdir. Yəni, faktiki olaraq iddiaçıya məxsus qeyri-yaşayış binasının üçüncü şəxsə məxsus qeyri-yaşayış binası ilə bitişik olmadığı, ayrı-ayrılıqda hər iki tikiliyə münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cu il tarixli, 72 №-li qərarı ilə təsdiq olunmuş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın tələbi pozulmamışdır.

37. Apellyasiya instansiyası məhkəməsi isə iş üzrə eyni faktiki hallardan çıxış edərək iddiaçının hazırkı məzmunda iddia qaldırmağa subyektiv hüququnun olmadığı qənaətinə gəlmişdir.

38. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bununla bağlı əsaslandırmasını İPM-in 12.1, 35.1, 58.7, 82 və 87.8-ci maddələrinin tələblərinə uyğun hesab etmir.

39. İddiaçı öz tələbinin əsası kimi qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/198 saylı rəyi məhkəməyə daxil olduqdan sonra cavabdeh X2 məxsus tikilinin faktiki vəziyyəti ilə texniki pasport sənədində qeyd olunan məlumatlar arasında konstruktiv uyğunsuzluqlar olduğunu və faktiki olaraq iddiaçı " xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus tikilinin yan divarına bitişik olduğunu, həmin tikilinin inşası zamanı ara məsafəsi ilə bağlı Müfəssəl Qaydaların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cu il tarixli, 72 №-li qərarının 9-cu maddəsinin tələbinin pozulduğunu müəyyən edilmişdir.

40. İddiaçı eyni dəlili apellyasiya şikayətində də qeyd etməsinə baxmayaraq, həmin dəlil işdəki digər sübutlarla əlaqəli şəkildə araşdırılmayıb. Bunun əksinə olaraq, apellyasiya instansiya məhkəməsi cavabdehin xx.xx.2023-ci il tarixli 3-21-3-39/2-163/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə istinadla qeyd etmişdir ki, üçüncü şəxsə məxsus xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi Dövlət mülkiyyətind ədir və qeyri-yaşayış binasının tikintialtı sahəsi 15.4 kv.m-dir. Üçüncü şəxsin mülkiyyətində olan xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Üçüncü şəxsin mülkiyyətində olan qeyri-yaşayış binası ilə iddiaçıya məxsus qeyri yaşayış binası arasında yerləşən tikilinin ümumi sahəsi 2.7 kv.m., tikintialtı sahəsi 4.1 kv.m-dir və sözügedən tikili Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçmədiyinə görə tikilinin yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü haqqında məlumat vermək mümkün deyil. Üçüncü şəxsin mülkiyyətində olan qeyri-yaşayış binasının ön, arxa və yan divarları iddiaçıya məxsus qeyri-yaşayış binasının divarları ilə kəsişmir. Üçüncü şəxsin mülkiyyətində olan qeyri-yaşayış binası ilə iddiaçıya məxsus qeyri-yaşayış binası arasında yerləşən tikilinin onlara bitişik özünəməxsus yan divarları mövcud deyil. Üçüncü şəxsin mülkiyyətində olan qeyri-yaşayış binası faktiki vəziyyətdə texniki pasporta uyğundur.

41. Göründüyü kimi, məhkəmənin istinad etdiyi mütəxəssis rəyi ilə iddiaçının istinad etdiyi ekspert rəyi arasında ziddiyyətin olduğu aşkardır. Digər tərəfdən, üçüncü şəxsin mülkiyyətində olan qeyri-yaşayış binası ilə iddiaçıya məxsus qeyri-yaşayış binası arasında yerləşən, ümumi sahəsi 2.7 kv.m., tikintialtı sahəsi 4.1 kv.m olan, özünə məxsus yan divarları olmayan, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan və mənsubiyyəti müəyyən edilməyən, üçüncü şəxsə məxsus tikliyə dair 1994-cü ildə tərtib edilmiş texniki pasportda “Alışqan təmiri sexi ” kimi göstərilən (İ cild, iş v.121, 122) tikilinin mövcudluğu iddiaçıya məxsus tikili ilə üçüncü şəxsə məxsus tikili arasında ara məsafəsinə dair tələblərin pozulmadığını özü-özlüyündə təsdiq etmir. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı mübahisəli tikiliyə məhkəmə tərəfindən icraatın iştirakçıları ilə birgə yerində baxış keçirilsə də, hər hansı ölçmə işlərinin (o cümlədən, mübahisəli tikilinin hündürlüyü və tikililər arasındakı məsafə ilə bağlı) aparıldığına dair baxış protokolunda hər hansı məlumat yoxdur.

42. Məhkəmələrin istinad etdikləri mütəxəssis rəyində də mübahisəli tikilinin hündürlüyünün və ara məsafəsinin ölçülərinə dair məlumat yoxdur. Belə olan halda, ara məsafəsinə dair tələblərin gözlənildiyinə, iddiaçının hüquqlarının pozulmadığına, buradan, iddianın mümkü nsüzlüyünə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət əsaslı hesab edilə bilməz.

43. Nəzərə alınmalıdır ki, işin hallarının araşdırılması prinsipinin tələbləri iddianın mümkünlüyünə də aiddir.

44. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərardadı İPM-in 12.1, 35.1, 58.7, 82 və 87.8-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.

45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-276/2023 saylı qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar