Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-84/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətdə olan torpaq sahəsinə plan və ölçünün tərtib edilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı “İsmayıllı rayon Sumağallı kəndi ərazisində mülkiyyətində olan 0,35 ha və 0,19 ha torpaq sahələrinə dair torpa q sahəsinin planı və ölçüsünün tərtib edilməsi və həmin sahələrin sərhədlərinin yerində ona göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-356/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İsmayıllı Rayonu Sumağallı Bələdiyyəsinin 21.08.2006-cı il tarixli 08 nömrəli qərarı ilə iddiaçıya bələdiyyənin ümumi torpaq sahəsindən 0,35 ha torpaq sahəsinin satılması qərara alınmışdır.
2. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin 28.08.2006-cı il tarixli rəyinə əsasən h əmin şöbə iddiaçıya Sumağallı Bələdiyyəsinin 0,35 ha torpaq sahəsinin tikinti məqsədilə satılmasına etiraz etmədiyini bildirmişdir.
3. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən tərtib edilmiş və satılan 0,35 ha torpaq sahəsinin əks olunduğu yerquruluşu layihəsindən çıxarış Sumağallı Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir.
4. İsmayıllı Rayonu Sumağallı Bələdiyyəsi tərəfindən 0,35 ha torpaq sahəsinin iddiaçıya satılması ilə bağlı torpaqların alqı-satqısına dair 28.08.2006-cı il tarixli akt tərtib edilmişdir.
5. İsmayıllı Rayonu Sumağallı Bələdiyyəsinin 04.09.2006-cı il tarixli 09 nömrəli qərarı ilə iddiaçıya bələdiyyənin kəndaltı torpaq sahəsindən 0,19 ha torpaq sahəsinin satılması qərara alınmışdır.
6. Azərbaycan Respublika sı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin 05.09.2006-cı il tarixli rəyinə əsasən həmin şöbə iddiaçıya Sumağallı Bələdiyyəsinin 0,19 ha kəndaltı torpaq sahəsinin həyətyanı məqsədilə satılmasına etiraz etmədiyini bildirmişdir.
7. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən tərtib edilmiş və satılan 0,19 ha torpaq sahəsinin əks olunduğu yerquruluşu layihəsindən çıxarış Sumağallı Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir.
8. İsmayıllı Rayonu Sumağallı Bələdiyyəsi tərəfindən 0,19 ha torpaq sahəsinin iddiaçıya satılması ilə bağlı torpaqların alqı-satqısına dair 07.09.2006-cı il tarixli akt tərtib edilmişdir.
9. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla 0,35 ha tor paq sahəsinə iddiaçının mülkiyyət hüququ 04.10.2006-cı ildə qeydiyyata alınmışdır.
10. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla 0,19 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ 24.01.2007-ci ildə qeydiyyata alınmışdır.
11. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 21.09.2011-ci il tarixli sərəncamı ilə iddiaçıya Sumağallı kəndi ərazisində həmin 0,35 ha və 0,19 ha torpaq sahələrində ümumi sahəsi 1480 kv.m olan istirahət mərkəzinin tikilməsinə icazə verilmiş, aparılacaq tikintiyə sərəncam imzalandığı tarixdən 1 ildən gec olmayaraq başlanması və üzrlü səbəb olmadan 3 ildən gec olmayaraq başa çatdırılması nəzərdə tutulmuşdur.
12. İddiaçı sözügedən 0,35 ha və 0,19 ha torpaq sahələrinə texniki pasportun verilməsi üçün cavabdehə ərizə ilə müraciə t etmiş, cavabdehin 12.02.2020-ci il tarixli məktubundan görünür ki, torpaq sahəsi yaşayış məntəqəsindən kənarda yerləşməklə kənd təsərrüfatı təyinatlı örüş ərazisinə düşür. Həmçinin, torpaq sahələrinin bir hissəsi avtomobil yolunun, bir hissəsi isə yüksək gərginlikli (10000 kv) elektrik xəttinin qorunma zolağına düşür. Elektron baza məlumatlarına əsasən, faktiki torpaq sahəsinin yerləşdiyi ərazi JN331 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında başqa vətəndaşa (X3) məxsus torpaq sahəsi ilə üst-üstə düşür.
13. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə də müraciət etmiş, 14.04.2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahələri İsmayıllı Rayon Sumağallı Bələdiyyəsi tərəfindən 05.05.2004-cü ildə X4 adlı şəxsə satılmış və JN-331 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşür, həmçinin, iddiaçının faktiki istifadəsində olan torpaq sahələrinin bir hissəsi 10 kV-luq yüksək gərginlikli hava elektrik ötürücü xəttinin və respublika əhəmiyyətli Qəbələ-İsmayıllı-Bakı avtomobil yolunun mühafizə zonasında yerləşir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
14. İddiaçı 25 iyun 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İsmayıllı rayon Sumağallı kəndi ərazisində mülkiyyətində olan 0,19 ha və 0,35 ha torpaq sahələrinə dair texniki pasportun verilməsi və torpaq sərhədlərinin yerində plan ölçüləri göstərilməsi öhdə liyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. İddia ərizəsi işin hallarına uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının mülkiyyət hüququnu pozur.
16. İddia tələbinin 1-ci hissəsi kifayət qədər aydın ifadə edilsə də, 2-ci hissəsi tam aydın olmamış, torpaq sərhədlərinin yerində plan ölçüləri göstərilməsi dedikdə, iddiaçının nəyi nəzərdə tutması məlum olmamışdır. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya iddia tələbinin “Torpaq sərhədlərinin yerində plan ölçüləri göstərilməsi” hissəsini dəqiqləşdirməsi təklif edilmişdir.
17. İddiaçı həmin təklifə cavab olaraq birinci instansiya məhkəməsinə yazdığı 07.08.2020-ci il tarixli ərizədə bildirmişdir ki, onun tələbi torpaq sahələrinin yerində plan ölçülərinin göstərilməsindən və sənəd üzərində ona təqdim edilməsindən ibarətdir.
18. Birinci instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, iddiaçının iddia tələbi 0,35 ha və 0,19 ha torpaq sahələrinə “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsi, eləcə də həmin sahələrin sərhədlərinin yerində ona göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
19. Cavabdeh tərəfindən tərtib edilərək məhkəməyə təqdim edilmiş “İsmayıllı rayonu Sumağallı kəndində yerləşən **********42 və **********33 nömrəli dövlət reyestrindən çıxarış əsasında iddiaçının mülkiyyətində olan 0,35 ha və 0,19 ha torpaq sahələrinin JN-331 nömrəli dövlət aktında göstərilən 0,35 ha torpaq sahəsi ilə müqayisəli planı”ndan görünür ki, iddiaçıya Sumağallı Bələdiyyəsi tərəfindən satılmış 0,35 ha və 0,19 ha torpaq sahələri örüş ərazisinə düşür, həmçinin, torpaq sahələrinin bir hissəsi avtomobil yolunun, bir hissəsi isə yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına, eləcə də JN- 331 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşür.
20. Şəki İnzibati Məhkəməsinin 01.09.2020-ci il tarixli qərardadı ilə X4 üçüncü şəxs qismində iş üzrə inzibati məhkəmə icraatına cəlb edilmişdir.
21. Birinci instansiya məhkəməsinin qərardadına əsasən, aşağıdakı suallarla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən mütəxəssis rəyi alınması qərara alınmışdır: 1) İşin 67-ci vərəqində olan “İsmayıllı rayon Sumağallı kəndi Sumağallı təsərrüfatının yerquruluşu layihəsindən çıxarış”da göstəril miş 0,35 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilsin. 2) İşin 62-ci vərəqində olan “İsmayıllı rayon Sumağallı kəndi Sumağallı təsərrüfatının yerquruluşu layihəsindən çıxarış”da göstərilmiş 0,19 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilsin. 3) Elektron xəritə bazasında həmin 0,35 ha və 0,19 ha torpaq sahələrinin mülkiyyətçisi kimdir, təyinatı (kateqoriyası) və məqsədli istifadə növü necə göstərilmişdir? 4) “İsmayıllı rayon Sumağallı kəndi Sumağallı təsərrüfatının yerquruluşu layihəsindən çıxarış”da göstərilmiş 0,35 ha torpaq sahəsi dövlət meşə fondu, örüş, avtomobil yolunun və elektrik xəttinin mühafizə zolaqları, JN-331 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən torpaq sahəsi, yaxud da digər şəxslərə məxsus torpaq sa hələri ilə üst-üstə düşürmü? Düşürsə, düşən hissənin sahəsi və koordinatları göstərilsin. 5) “İsmayıllı rayon Sumağallı kəndi Sumağallı təsərrüfatının yerquruluşu layihəsindən çıxarış”da göstərilmiş 0,19 ha torpaq sahəsi dövlət meşə fondu, örüş, avtomobil yolunun və elektrik xəttinin mühafizə zolaqları, JN-331 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda göstərilən torpaq sahəsi, yaxud da digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşürmü? Düşürsə, düşən hissənin sahəsi və koordinatları göstərilsin.
22. Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş 30.12.2020-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, “İsmayıllı rayonu Sumağallı təsərrüfatının yerquruluşu layihəsindən çıxarış”larda göstərilmiş 0,35 ha və 0,19 ha torpaq sahələrinə dair plan-ölçü sənədi tərtib olunmadığı üçün döngə nöqtələrinin koordinatlarını təyin etmək, eləcə də onların dövlət meşə fondu, örüş, avtomobil yolunun və elektrik xəttinin mühafizə zolaqları, JN-331 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda göstərilən torpaq sahəsi, yaxud da digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsini müəyyən etmək mümkün deyil. Bundan başqa, 0,35 ha və 0,19 ha torpaq sahələri Mərkəzin elektron məlumat bazasında öz əksini tapan İsmayıllı rayonu Sumağallı kəndinin kompleks yerquruluşu layihəsinə əsasən, Sumağallı kənd ərazi dairəsinin sərhədləri daxilində Sumağallı Bələdiyyəsinin mülkiyyətinə aiddir, təyinatı (kateqoriyası) kənd təsərrüfatı torpaqları olmaqla məqsədli istifadə növü örüşdür.
23. Mütəxəssis rəyində olan anlaşılmazlıqların aydınlaşdırılması üçün birinci instansiya məhkəməsinin 28.01.2021-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təkrarən sorğu verilmiş və alınan 07.05.2021-ci il tarixli təkrar mütəxəssis rəyindən müəyyən edilmişdir ki, iddiaçıya satılmış 0,35 ha və 0,19 ha torpaq sahələri yerquruluşu planlarına görə Sumağallı Bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı örüş sahəsindən ayrılmışdır. İddiaçının faktiki naturada iddia etdiyi torpaq sahəsinin üzərinə 0,25 ha torpaq sahəsinin X2 mülkiyyətinə verilməsinə dair JN-331 nömrəli dövlət aktı tərtib edilmişdir. Sumağallı Bələdiyyəsi tərəfindən 0,25 ha torpaq sahəsi X3 iddiaçının iddia etdiyi ərazidən 320 metr şərq istiqamətində ayrılmışdır. İddiaçının mülkiyyətinə verilmiş 0,35 ha və 0,19 ha torpaq sahələrində uyğunsuzluq və mübahisə olduğu üçün plan-ölçü sənədləri tərtib edilməmişdir.
24. Şəki İnzibati Məhkəməsinin (hakim X6, 2-1(116)-134/2021 saylı iş) 16 iyun 2021-ci il tаrixli qərarı ilə iddia rədd edilmişdir.
25. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mütəxəssis rəylərinə əsasən iddiaçıya Sumağallı Bələdiyyəsi tərəfindən satılmış 0,35 ha və 0,19 ha torpaq sahələri tərtib edilən yerquruluşu planlarına görə kənd təsərrüfatı təyinatlı örüş sahəsinə düşür. Onun faktiki istifadə etdiyi torpaq sahəsi isə həmin yerdən kənarda yerləşir. Qanunvericilik bələdiyyənin mülkiyyətində olan örüşlərin satılmasını qadağan etmişdir. İddiaçı İsmayıllı Rayonu Sumağallı Bələdiyyəsi tərəfindən 21.08.2006-cı il tarixli 8 nömrəli qərarla, 04.09.2006-cı il tarixli 9 nömrəli qərarla satılmış 0,3 5 ha və 0,19 ha torpaq sahələri də örüş olduğuna görə satıla bilməzdi. Beləliklə, iddiaçının tələbi əsassızdır.
26. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
27. Şəki İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X7-məruzəçi, X8 və X1, 2-1(107)-356/2021 saylı iş) 28 sentyabr 2021-ci il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 16 iyun 2021-ci il tаrixli qərarını dəyişdirmədən saxlamışdır.
28. İddiaçı qərarın surətini 10 oktyabr 2021-ci il tarixdə almış, 1 noyabr 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi ni xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
29. İddiaçının cavabdehə qarşı iddia tələbi mülkiyyətində olan torpaq sahələrinin plan ölçülərinin verilməsi vəzifəsinin həvalə edilməsindən ibarətdir. Məhkəmə iddia tələbindən kənara çıxaraq mülkiyyətində olan torpaq sahələrinin örüş sahəsi olduğunu qeyd etmiş, iddia tələbini təmin etməmişdir. Hazırki iddia tələbi mülkiyyətdə olan torpaq sahələrinin istifadə təyinatı ilə bağlı olmamışdır.
30. Şəki Apellyasiya Məhkəməsi heç bir araşdırma aparmadan iş materiallarında olan sübutlara və ekspertiza rəyinə düzgün qiymət verməmişdir. İddiaçının mülkiyyətində olan torpaq sahələrinin başqa şəxsin torpaq sahələrinə aidiyyəti olmaması barədə də ekspertiza rəyində göstərilmişdir.
31. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
32. Həmin məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
33. İddiaçı mülkiyyətində və istifadəsində olan torpaq sahələrinin plan və ölçülərinin tərtib edilməsi istifadə təyinatından asılı olmayaraq cavabdehin vəzifəsidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 35. “Daşınmaz əml akın dövlət reyestri haqqında” Qanun: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə
6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sən ədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: (-); 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Maddə
7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. (-). Maddə 10 Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tu tulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. (-). Maddə
16. Dövlət reyestrində düzəlişlər (-). 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
36. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə:
3. Xidmətin vəzifələri 3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmət aşağıdakı vəzifələri yerinə yetirir: (-); 3.0.23. daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; (-).
37. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi:
3. Xidmətin vəzifələri 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakıl ardır: (-); 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; (-); 3.0.27. dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək; (-).
38. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, o nların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə ba ğlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstər ilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdi rə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
39. Kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
40. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməmişdir. 42. 0,35 ha və 0,19 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində müvafiq olaraq 2006 və 2007-ci illərdə iddiaçının adına qeydə alınmış və cavabdeh inzibati orqan tərəfindən hüquqların qeydə alınmasına dair çıxarışlar verilmişdir.
43. İddiaçının iddia tələbi 0,35 ha və 0,19 ha torpaq sahələrinə “Torpaq sahəsinin planı və ölçü sü”nün tərtib edilməsi, eləcə də həmin sahələrin sərhədlərinin yerində ona göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
44. Cavabdehin imtinasının dəlillərinə görə iddiaçının faktiki istifadə etdiyi torpaq sahələri İsmayıllı Rayon Sumağallı Bələdiyyəsi tərəfindən 05.05.2004-cü ildə X4 adlı şəxsə satılmış və JN-331 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşür, həmçinin, iddiaçının faktiki istifadəsində olan torpaq sahələrinin bir hissəsi 10 kV-luq yüksək gərginlikli hava elektrik ötürücü xəttinin və respublika əhəmiyyətli Qəbələ-İsmayıllı-Bakı avtomobil yolunun mühafizə zonasında yerləşir.
45. Apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə mütəxəssis rəyləri ilə müəyyən edilmişdir ki, iddiaçıya Sumağallı B ələdiyyəsi tərəfindən satılmış 0,35 ha və 0,19 ha torpaq sahələri tərtib edilən yerquruluşu planlarına görə kənd təsərrüfatı təyinatlı örüş sahəsinə düşür. Onun faktiki istifadə etdiyi torpaq sahəsi isə həmin yerdən kənarda yerləşir, qanunvericilik bələdiyyənin mülkiyyətində olan örüş torpaq sahəsinin satılmasını qadağan etmişdir. İddiaçıya İsmayıllı Rayonu Sumağallı Bələdiyyəsi tərəfindən 21.08.2006-cı il tarixli 8 nömrəli qərarla, 04.09.2006-cı il tarixli 9 nömrəli qərarla satılmış 0,35 ha və 0,19 ha torpaq sahələri də örüş olduğuna görə satıla bilməzdi.
46. Məhkəmə kollegiyası xatırladır ki, iddiaçı mülkiyyətində olan 0,35 ha və 0,19 ha torpaq sahəsinə plan və ölçü sənədinin verilməsini xahiş etmişdir. Cavabdeh imtinasını iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinə münasibət bi ldirmişdir. 47. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsinə görə dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
48. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 19 noyabr 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. 49. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.
50. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
51. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 20 07-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).”
52. İddiaçının mülkiyyətində olan torpaq sahəsi cavabdeh inzibati orqanda onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, hər iki qeyd hazırkı vaxta qədər mübahisə predmeti olmamışdır. Apelyasiya instansiyası məhkəməsi torpaq sahəsinin bələdiyyə tərəfindən iddiaçıya satılması barədə bələdiyyə qərarının və alqı-satqı müqaviləsinin, həmçinin həmin sənədlər əsasında hüququn qeydə alınması barədə qeydin qüvvədə olmasına baxmayaraq bələdiyyənin örüş torpaq sahəsini sata bilməməsi barədə apelyasiya instansiyası məhkəməsinin dəlilləri və gəldiyi nəticə əsaslı olmamışdır.
53. Apelyasiya instansiya məhkəməsinin istinad etdiyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.2-ci maddəsində nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünün hüquqların qeydiyyata alınması ilə bağlı ərizəyə əlavə edilməli sənədlərin siyahısında göstərilmişdir. İddiaçının torpaq sahəsinə hüquqları qeydə alınmışdır, bu barədə mübahisə və iddiaçının müraciəti olmamışdır.
54. Digər tərəfdən, hüquqların qeydiyyatı zamanı belə torpaq sahəsinin planı və ölçüsü sənədi olmadıqda, yuxarıda sadalanan Əsasnamələrin tələbinə görə belə sənədi tərtib edib vermək cavabdehin vəzifəsidir.
55. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.23-cü bəndinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı invent arlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək xidmətin vəzifələrinə aid edilmişdir.
56. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahəsinə texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək cavabdehin vəzifəsi olduğundan iddiaçı tələbində haqlı olmuşdur.
57. Odur ki, apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, kasasiya şikayəti təmin edilməli, iddia təmin edilməlidir.
58. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-356/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İdd ia təmin edilsin. İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış 0,19 ha və 0,35 ha torpaq sahəsinə plan və ölçünün tərtib edilməsi və torpaq sahəsinin yerində ölçülərinin (sərhədlərinin) göstərilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə həvalə edilsin. Qərar qətidir.