Məhkəmə qərarları › İş №2-1(102)-84/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-84/2023

23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-84/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə qarşı işi üzrə QƏRARDADİ (Açar sözlər: dövlət hesabına vəkil təmin olunma barədə ərizə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə qarşı “dəymiş mənəvi zərərə görə təzminatın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1418/2022 nömrəli, 29 iyun 2022-ci il tarix li qərarından kassasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin edilmə barədə iddiaçının ərizəsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı cavabdehə qarşı “vurulmuş 10000 manat mənəvi zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-9196/2021 nömrəli qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia qismən təmin edilmiş, mənəvi təzminatın əvəzi olaraq cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyindən 2000 (iki min) manat tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır.

3. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını xahiş etmi şdir. apelyasiya instansiyası məhkəməsində icraat

4. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1418/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qərarı ilə (sədrlik edən: X.A. Cəmilova, hakimlər: M.N. Tağızadə və A.P. Oruczadə) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-9196/2021 nömrəli qərarı iddianın təmin olunan hissəsində ləğv edilmiş, iddia rədd olunmuşdur.

5. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ

6. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının kassasiya şikayətinin vəkil tərəfindən tərtib edilmədiyi və imzalanmadığı, şikayətə vəkilin or derinin əlavə olunmadığı müəyyən edilmişdir.

7. Bununla əlaqədar apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək, qeyd olunan çatışmazlığın aradan qaldırılması təklif edilmişdir.

8. İddiaçı 28 oktyabr 2022-ci il tarixdə və 3 noyabr 2022-ci il tarixlərdə ərizə ilə məhkəməyə müraciət edərək kassasiya şikayəti vermək üçün dövlət büdcəsinin vəsaiti hesabına pulsuz vəkillə təmin olunmasını xahiş etmişdir.

9. Ərizədə qeyd edilmişdir ki, hüquqlarının keyfiyyətli müdafiəsi üçün onun vəkilə ehtiyacı olsa da, maddi vəziyyəti ilə əlaqədar olaraq öz hesabına vəkillə müqavilə bağlaya bilmir. TƏTBİQ EDİLƏN HÜQUQ:

10. Azərbaycan Respublikası Konstitusiyası Maddə

61. Hüquqi yardım almaq hüququ İ. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. İİ. Qanunla n əzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.5 Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Maddə 67.1 Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şə xslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə 67.2 Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Maddə 121.2 Bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilən məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şə xsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər. Maddə 407.3 Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 407.4 Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. 12. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 20.1 İnzibati qaydada tutulmuş şəxslərə, cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir.

13. Azərb aycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 1.2 Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 90.3 Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 96.

2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş ərizənin dəlillərini müzakirə edərək hesab edir ki, ərizənin təmin edilməsi üçün əsas yoxdur.

15. Belə ki, dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardıma ehtiyacı olan şəxslərə vəkil təyin edilməsinin əsasları bu qərarın 11-12-ci bəndi ndə istinad olunan normalarda nəzərdə tutulmuşdur. Həmin normaların dispozisiya şərtlərinə görə, hüquqi yardıma ehtiyacı olan şəxsin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadığı təqdirdə, həmin şəxs dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilə bilər.

16. Bununla bağlı «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67 və 423-cü maddələrinin şərhinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 iyun 2002-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, «Mülki Prosessual Məcəllənin 67-ci və 423-cü maddələrinin «Şikayəti işdə vəkillə iştirak edən şəxs verə bilər» müddəası tətbiq olunarkən Azərbaycan Respublikası Konstitusiyasının 25, 60 və 61-ci maddələrinin, habelə «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanunun 20-ci maddəsinin m üddəaları nəzərə alınmaqla, maddi vəsaitlərinin olmamasına görə vəkilin təyin edilməsini xahiş edən işdə iştirak edən şəxslərin vəsatəti olduqda, məhkəmə onların vəkillə təmin olunması məsələsini müzakirə etməlidir».

17. Həmçinin “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 8 may 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 yanvar 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmələr işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakının təmin edilməsi məsələsinə baxarkən, təqdim olunmuş müvafiq sənədlər əsasında belə şəxslərin aztəminatlı şəxs statusuna aid olmasını və vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitinin o lubolmamasını hərtərəfli aydınlaşdırmalıdırlar. Əks halda, şəxsin Konstitusiyada təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olan ədalətli məhkəmə araşdırılması hüququ məhdudlaşdırılmış olar.

18. Göründüyü kimi, hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərin vəkillə təmin edilməsi ilə bağlı məsələnin həlli, qanunvericilikdə təsbit edilmiş müəyyən şərtlər nəzərə alınmaqla məhkəmələrin diskresion səlahiyyətinə aid olunmuşdur. Bu baxımdan dövlət hesabına vəkil təyin edilməsi barədə müraciətin məhkəmə tərəfindən təmin olunmasından ötrü, hüquqi yardıma ehtiyacı olan şəxs tərəfindən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər maddi imkanının olmadığı sübut edilməlidir.

19. Hazırkı mübahisəyə münasibətdə ərizəçi vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər maddi imkanının o lmadığını öz ərizəsində əsaslandırmamış, aztəminatlı şəxs statusuna aid olduğunu, habelə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitə malik olmadığını təsdiq edən müvafiq sənədləri məhkəməyə təqdim etməmişdir. Odur ki, iddiaçının ərizəsi təmin edilə bilməz və konkret halda ərizəçinin dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsindən imtina olunması onun hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.

20. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi barədə ərizəsi təmin olunmadığı və bunun üzərindən kassasiya şikayəti vəkil tərəfindən tərtib edilmədiyi, eləcə də şikayətə vəkilin orderi əlavə edilmədiyi üçün şikayət üzrə kassasiya mümkün sayılmamalı və şikayətin qəbulundan imti na olunmalıdır.

21. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi barədə ərizəsi təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1418/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar