Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-84/2024 28.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kameral vergi qərarının ləğvi, gəlir vergisi, qeyri-sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı əldə edilmiş gəlir) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (VÖEN: **********) cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzi bati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 21(103)-1404/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı vergi ödəyicisi kimi xx.xx.2015-ci il tarixdə vergi uçotuna alınmışdır və əsas fəaliyyət növü “ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı”ndan ibarətdir.
2. İddiaçı tərəfindən 2020-ci ildə X2 məxsus **-SR-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E220D AMG” markalı, X1 məxsus **-ON-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz S500” markalı iki nəqliyyat vasitəsi ona verilmiş etibarnamə əsasında etibar edən həmin şəxslərin xeyrinə özgəninkiləşdirilmiş, eyni zamanda iddiaçının mülki yyətində olan **-ZR-*** dövlət qeydiyyat nişanlı, “Porsche Cayenne” markalı nəqliyyat vasitəsi alqı-satqı qaydasında satılmışdır.
3. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********792400 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, iddiaçıya 2020-ci il üçün 11550 manat gəlir vergisi hesablanmışdır.
4. Həmin qərardan iddiaçının verdiyi xx.xx.2021-ci il tarixli inzibati şikayətlər Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********580200 nömrəli qərarı ilə təmin edilməmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********792400 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL E DİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********792400 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin kameral vergi yoxlaması qaydasında qəbul etdiyi xx.xx.2021-ci il tarixli, **********792400 nömrəli qərarı ilə iddiaçıya 11550 manat gəlir vergisi hesablanmışdır. Həmin qərardan iddiaçı inzibati qaydada şikayət versə də, Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********580200 nömrəli qərarı ilə qeyd edilən qərar dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hesab edir ki, kameral yoxlama nəticəsində ona hesablanmış vergi əsassız və qanunsuzdur. Belə ki, iddiaçı xx.xx.2015-ci il tarixində vergi uçotuna alınmış və fəaliyyət kodu “ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların” pərakəndə satışı olmuşdur. xx.xx.2020-ci il tarixli, AK-006/20 nömrəli alqısatqı müqaviləsi ilə tanışı X2 məxsus “Mercedes Benz E220D AMG” markalı avtomobili ona verdiyi etibarnamə əsasında “X8” MMC-yə 110000 manat qiymətinə, xx.xx.2020-ci il tarixli, AK-009/20 nömrəli alqı-satqı müqaviləsi əsasında özünə məxsus və şəxsi istifadəsində olan “Porsche Cayenne” minik markalı avtomobili “X8” MMC-yə 153000 manat qiymətinə və xx.xx.2020-ci il tarixli, 06/31/28/DLİZ nömrəli alqı-satqı müqaviləsi əsasında tanışı X1 məxsus “Mercedes Benz S500” minik markalı avtomobili onun xahişi ilə etibarnamə əsasında "xxxx" MMC-yə o nun xeyrinə 83500 manat qiymətinə satmışdır. Cavabdeh həmin satış əməliyyatlarından əldə edilən gəlirə iddiaçının sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlir kimi qiymət verərək ona 11550 manat məbləğində gəlir vergisi hesablamışdır. Avtomobillərin alqı-satqısının həyata keçirildiyi dövrdə iddiaçının sahibkar kimi faktiki fəaliyyəti olmamış, özünə məxsus və şəxsi istifadəsində olan avtomobilin satışını həyata keçirmiş və həmin avtomobilin onun sahibkarlıq fəaliyyəti ilə heç bir əlaqəsi olmamışdır. Həmçinin şəxsi avtomobilinin sahibkarlıq fəaliyyətində istifadə edilməsi ilə bağlı Dövlət Vergi Xidmətində hər hansı mötəbər sübut mövcud deyildir. Bu səbəbdən həmin avtomobilin satışından əldə etdiyi gəlir iddiaçının sahibkarlıq fəaliyyətindən deyil, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmayan gəlir olmaqla gəlir vergisindən azaddır. Digər iki avtomobilə gəldikdə isə, həmin avtomobillər ümumiyyətlə iddiaçının mülkiyyətində olmamışdır, iddiaçı yalnız şəxsi tanışlıq zəminində üçüncü şəxslərin xahişi əsasında, onların xeyrinə və onlar tərəfindən verilən etibarnamələr əsasında həmin avtomobillərin satışını həyata keçirmiş, buradan hər hansı gəlir əldə etməmişdir. Digər tərəfdən, Dövlət Vergi Xidməti xx.xx.2022-ci il tarixli, **********580200 nömrəli qərarında “alqı-satqı müqavilələrində təmsilçilik hüququ barədə qeyd yazılmadan “Satıcı” olaraq iddiaçının adının qeyd olunması” faktını aparılan əməliyyatların fərdi sahibkar tərəfindən gəlirlərini gizlətmək və vergi üstünlüyü əldə etmək üçün aparılan əməliyyat kimi qiymətləndirmişdir. Lakin müqavilədə təmsilçilik hüq uqu barədə qeydin olub-olmaması faktiki olaraq iddiaçının həmin nəqliyyat vasitələrini mülkiyyət hüququ ilə deyil, etibarnamə əsasında alıcılara satdığı, alqı-satqı müqaviləsində nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrində göstərilmiş məlumatların qeyd olunması (ban nömrəsi, buraxılış ili və s.), alıcıların qeydiyyat şəhadətnaməsi ilə tanışlığı və həmin nəqliyyat vasitələrinin iddiaçının mülkiyyətində olmadığını bilmələri ilə bağlı gerçəkliyi dəyişdirmir. Alqı-satqı müqavilələrində hər hansı qeydin olmaması, həmin müqavilələrdən əldə edilmiş gəlirin faktiki sahibinin iddiaçı olmadığı faktını inkar etmək üçün əsas hesab edilə bilməz.
7. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçı ərizəsində 3 ədəd minik avtomobili satdığını, satılmış avtomobillərdən birinin öz ş əxsi avtomobili, digərlərinin isə tanışlarının olduğunu, maşınların satılmasından əldə olunan gəlirin qeyrisahibkarlıq fəaliyyətindən gəlir olduğunu və həmin gəlirin vergidən azad olduğunu bildirmişdir. Uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın xx.xx.2015-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı və əsas fəaliyyət növünün “ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı” olduğu, vergi orqanında qeydiyyata alınmış aktiv təsərrüfat subyektinin olmadığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı fərdi sahibkar tərəfindən 2020-ci il ərzində elektron alış aktları əsasında ümumilikdə 346500 manat dəyərində malların təqdim edilməsinə baxmayaraq, müvafiq dövr üçün gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi vergidən yayınma kimi qiymətləndirilmişdir. Ver gi orqanı tərəfindən xx.xx.2021-ci il tarixdə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” **********121500 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər və ya cari (dəqiqləşdirilmiş) bəyannamə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2020-ci il üçün 11550 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********792400 nömrəli qərar qəbul olunmuşdur. Həmin qərardan fərdi sahibkar tərəfindən xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tar ixli **********881100 nömrəli) və xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********882800 nömrəli) inzibati şikayətlər verilmiş və vergi orqanının xx.xx.2022-ci il tarixli qərarı ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmişdir. Kameral vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə gəlir vergisi bəyannaməsi təqdim edilmədiyi üçün həmin dövr ərzində vergi ödəyicisi tərəfindən təqdim edilən elektron alış aktlarına əsasən 346500 manat gəlir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun olaraq şərti rentabellik norması nəzərə alınmaqla 11550 manat gə lir vergisi hesablanmışdır. İnzibati araşdırma zamanı vergi ödəyicisi tərəfindən “X8” MMC-yə (VÖEN: **********) xx.xx.2020-ci il tarixdə EAA seriyalı, 064814 nömrəli elektron alış aktına əsasən 110000 manat dəyərində “Mercedes Benz E220D AMG” markalı, xx.xx.2020-ci il tarixdə EAA seriyalı, 086467 nömrəli elektron alış aktına əsasən 153000 manat dəyərində “Porsche Cayenne” markalı və "xxxx" MMC-yə (VÖEN: **********) xx.xx.2020-ci il tarixdə EAA seriyalı, 077621 nömrəli elektron alış aktına əsasən 83500 manat dəyərində “Mercedes Benz S500” markalı, ümumilikdə 3 sayda, 346500 manat dəyərində avtomobillərin təqdim edilməsi, eyni zamanda fərdi sahibkar tərəfindən 2019-cu il ərzində gömrük dəyəri 46509 manat olan “X7 Glide” (ban nömrəsi1HD1KBC19KB653138) nəqliyyat vasitəsinin idxal edildiyi müəy yən edilmişdir. Vergi ödəyicisinin araşdırmaya təqdim etdiyi sənədlərə əsasən X3 tərəfindən verilmiş etibarnamə əsasında **-ST-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E220D AMG” markalı avtonəqliyyat vasitəsinin fərdi sahibkarın istifadəsinə verildiyi, xx.xx.2020-ci il tarixli avtomaşının alqı-satqı müqaviləsinə əsasən nəqliyyat vasitəsinin “X8” MMC-yə təqdim edildiyi, X1 məxsus **-ON-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz S500” markalı avtonəqliyyat vasitəsini xx.xx.2020-ci il tarixli avtomaşının alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-yə təqdim edildiyi və şəxsi mülkiyyətində olan **-ZR-*** dövlət qeydiyyat nişanlı, “Porsche Cayenne” markalı avtonəqliyyat vasitəsini xx.xx.2020-ci il tarixli avtomaşının alqı-satqı müqaviləsinə əsasən “X8” MMC-yə təqdim edildiyi müəyyən edilmi şdir. Eyni zamanda, uçot baza məlumatlarına əsasən yuxarıda qeyd olunan avtonəqliyyat vasitələrindən əlavə fərdi sahibkarın mülkiyyətində 88 sayda avtonəqliyyat vasitələrinin (86 minik, bir motosiklet və bir qoşqu) olduğu müəyyən edilmişdir. Vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı və əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir. Bundan əlavə, vergi qanunvericiliyinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əml ak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Belə ki, sahibkarlıq fəaliyyəti qanunvericilikdə konkret olaraq aktivlərin sayına, satış həcminə və s. bu kimi xüsusiyyətlərə görə deyil, məhz bu fəaliyyətlə məşğul olan şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirməkdə əsas məqsədinin mənfəət, gəlir əldə etmək olması ilə şərtləndirilmişdir. Araşdırma zamanı fərdi sahibkar tərəfindən 2019-cu ildə idxal olunmuş dəyəri 46509 manat olan 1HD1KBC19KB653138 ban nömrəli nəqliyyat vasitəsinin (motosiklet) sahibkarın mülkiyyətində olmadığı müəyyən edilmişdir. Araşdırma zərurəti ilə əlaqədar məlumatların əldə edilməsi ilə bağlı adları yuxarıda qeyd olunan hüquqi şəxslərə xx. xx.2022-ci il tarixdə sənədlərin təqdim edilməsi barədə məktub göndərilərək 2020-ci il ərzində aparılmış əməliyyatlara dair müvafiq təsdiqedici sənədləri: bağlanmış müqavilələr, alış aktları, bank hesablarından çıxarışı (bank tərəfindən təsdiq edilmiş şəkildə), bank ödəniş tapşırıqlarını (bank tərəfindən təsdiq edilmiş şəkildə), alınmış mallara dair ödəniş məbləğləri və formaları (nağd və ya nağdsız qaydada) barədə məlumatları, ilkin sənədlərin təsdiq edilmiş surətlərinin xx.xx.2022-ci il tarixədək inzibati araşdırmaya təqdim edilməsi bildirilmişdir. "xxxx" MMC xx.xx.2020-ci il tarixdə vergi orqanına müraciət edərək nəqliyyat vasitəsinin alqı-satqısı ilə bağlı bağlanmış müqaviləni, fərdi sahibkar tərəfindən imzalanmış elektron alış aktını və pul vəsaitinin fərdi sahibkara ödənilməsini təqd im edən ödəmə tapşırığını araşdırmaya təqdim etmişdir. Araşdırma zamanı fərdi sahibkar tərəfindən elektron alış aktları ilə təqdim olunmuş avtomobil nəqliyyatı vasitələrinin alqı-satqı müqavilələrində təmsilçilik hüququ barədə qeyd yazılmadan “Satıcı” olaraq İddiaçı adının qeyd olunduğu, avtomobillərin alqı-satqı müqaviləsinə əsasən ondan alındığı qeyd olunmuşdur. Beləliklə, vergi ödəyicisinin 3 sayda müxtəlif markalarda avtomobillərin şəxsi istifadəsində olmamasını iddia etməsinə, etibarnamə əsasında şəxsi tanışları olan şəxslərin avtomobil nəqliyyatı vasitələrinin satılmasına köməklik göstərməsini bildirməsinə, yalnız 1 avtomobilin şəxsi mülkiyyətində olmasını və təqdim etməsini qeyd etməsinə, sahibkarlıq fəaliyyətindən gəlir əldə etmədiyini bildirməsinə baxmayaraq, təqdim edilmiş alqı -satqı müqavilələrində təmsilçilik hüququ barədə qeyd yazılmadan “Satıcı” olaraq fərdi sahibkarın adının qeyd edilməsi, fərdi sahibkarın əvvəlki illərdə də analoji fəaliyyətlə məşğul olması, adına qeydiyyatdan keçmiş və etibarnamə ilə istifadəsinə verilmiş avtomobil nəqliyyatı vasitələrinin sayının çox olmasının şəxsi istifadə təyinatına uyğun olmadığını şərtləndirməsi, qeyd olunanların fərdi sahibkar tərəfindən gəlirlərini gizlətmək və ya vergi üstünlüyü əldə etmək məqsədi ilə aparılan əməliyyatlar olması, “Lizinq” şirkətləri tərəfindən tərtib olunmuş elektron alış aktlarının ləğv edilməməsi, qaydalara uyğun İnternet Vergi İdarəsindən müvafiq düzəlişi etməklə elektron alış aktında hər hansı düzəlişin aparılmaması halları da vergi orqanı tərəfindən qəbul olunmuş qərarın tamamilə qanunveric iliyə uyğun formada tərtib olunduğunu sübut edir. İddiaçı tərəfindən yuxarıda qeyd edilən dövr üzrə qərarın ləğv edilməsi ilə bağlı iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. İddiaçı xx.xx.2021-ci il tarixində qeydiyyatda olduğu vergi orqanına ərizə ilə müraciət edərək “Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə” bağlamışdır. Qeyd edilən müqavilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası”na uyğun olaraq tərtib edilmişdir. Sözügedən müqavilənin tələblərinə əsasən, xx.xx.2021-ci il tarixli, **********792400 nömrəli “Vergilər in, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar iddiaçının elektron qutusuna göndərilmiş və onun tərəfindən xx.xx.2021-ci il tarixində saat 17:24:19-də elektron qutuda oxunmuşdur. Vergi ödəyicisinə təqdim olunmuş qərar “Asan imza” ilə imzalanmışdır.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: Mehriban Qarayeva) 05 noyabr 2022-ci il tarixli, 2-1(112)-9568/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçıya mübahisələndirilən qərarla vergi hesablanmasına əsas olan əməliyyatların iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlı olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının özünə məxsus olan **-ZR-*** dövlət qeydiyyat nişanlı “Porsche Cayenne” minik markalı avtom obilini və nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə əsasında X2 məxsus **-SR-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E220D AMG” markalı nəqliyyat vasitəsini “X8” MMC-yə, həmçinin nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə əsasında X1 məxsus **-ON-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz S500” markalı nəqliyyat vasitəsini "xxxx" MMC-yə satması sahibkarlıq fəaliyyəti hesab edilə bilməz. Çünki, iddiaçının özünə məxsus olan və etibarnamə əsasında ona verilmiş nəqliyyat vasitələrini satarkən iddiaçı qanun və müqavilə əsasında malik olduğu mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam vermək hüququnu realizə etmişdir. Bu aktların icrası zamanı iddiaçı hər hansı gəlir əldə etmək məqsədi daşımamışdır. Vergi orqanı tərəfindən də bunun əksini təsdiq edə n sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi zamanı gəlir əldə etmək məqsədilə deyil, qanun əsasında ona verilən hüquqlardan öz şəxsi məqsədilə istifadə etmişdir. Həmin hüquqların icrası qanunun tələblərinə riayət edilməklə icra edildiyi üçün vergi orqanının mübahisələndirilən qərarı qanunsuz olmuşdur. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq hesab edir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdeh vergi orqanının iddiaçıya münasibətdə vergi məbləğini hesablamasına əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir.
10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. ap ellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Cahangir Yusifov /sədrlik edən və məruzəçi/, Pərviz Hüseynov və Şərafət Məmmədova) 22 iyun 2023-cü il tarixli, 2-1(103)-1404/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı, mülki qanunvericiliklə müəyyən olunan hüquqlarından istifadə edərək, vergi ödəyicisi kimi vergi uçotuna alındığı fəaliyyət növünə aidiyyəti olmayan, ailə təsərrüfatına aid olan, özünə məxsus bir ədəd minik avtomobilini öz şəxsi məqsədləri çərçivəsində satmış, digər iki halda isə ona verilən etibarnamə əsasında üçüncü şəxslərə məxsus iki ədəd nəqliyyat vasitəsini onların xeyrinə özgəninkiləşdirmişdir. Lakin cavabdehin mübahisələndirilən qərarından göründüyü kimi, iddiaçının qeyd olunan hərəkətləri sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilərək əlaqəli məlumatlara istinadən, mübahisələndirilən qərarla ona 2020-ci ilin vergi dövrü üçün 11550 manat gəlir vergisi hesablanmışdır. İşə əlavə olunmuş həmin qərarda əlaqəli məlumatların nədən ibarət olmasına aydınlıq gətirildiyi görünmür. İddia ərizəsinə etiraza və apellyasiya şikayətinin dəlillərinə əsasən isə müəyyən olunur ki, kameral vergi yoxlaması aparılarkən iddiaçı tərəfindən ona ünvanlanmış uyğunsuzluq məktubu üzrə 2020-ci il üçün gəlir vergisi bəyannaməsi təqdim edilmədiyi əsas gətirilərək, qeyd olunan alqı-sa tqı müqavilələri üzrə əldə olunan vəsait onun vergi ödəyicisi kimi fəaliyyətindən əldə etdiyi gəlir kimi qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 nömrəli qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun şərti rentabellik norması tətbiq edilməklə ona 3 nəqliyyat vasitəsinə görə 2020-ci il üçün 346500 manat gəlir hesablanaraq, həmin gəlirdən ona 11550 manat gəlir vergisi hesablanmışdır. Halbuki, reallıqda, iddiaçının həmin əqdlər əsasında vergi ödəyicisi kimi təsərrüfat fəaliyyəti çərçivəsində gəlir əldə etdiyi vergi orqanı tərəfindən sübuta yetirilmir. Ən azından iki halda, o, təmsilçilik borcunu yerinə yetirərək hər iki avtomobilin satışı ndan əldə etdiyi vəsaiti etibar edənə verməyə borclu olduğuna görə, özünə məxsus avtomobilin satışından əldə etdiyi vəsait öz şəxsi məqsədlərinə və ailə təsərrüfatına aid olan əmlak olduğundan, burada həmin satışlardan əldə edilən vəsait, onun vergi ödəyicisi kimi fəaliyyətindən əldə edilən gəlir kimi qiymətləndirilə bilməz.
13. Apellyasiya instansiyası məhkəməsi həmçinin cavabdehin iddiaçı tərəfindən elektron qaydada mübahisələndirilən qərarı oxuduğu tarixdən etibarən İPM-in 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük iddia müddətinin buraxılması barədə dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı ilk öncə cavabdehin qərarından şikayət instansiyasına şikayət vermiş, lakin onun həmin şikayəti Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli qərarı ilə təmin olunmamışdır. Şikayət instansiyasının həmin qərarının isə iddiaçıya nə vaxt təqdim edildiyini təsdiq edən sənəd – sübut məhkəməyə təqdim edilməmiş və iddiaçı xx.xx.2022-ci il tarixində cavabdehin xx.xx.2021-ci il tarixli ilkin qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, qeyd olunanlar baxımından iddiaçı tərəfindən İPM-in 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük iddia müddəti ötürülmüş hesab oluna bilməz.
14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayə tinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
18. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilm əyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2.37. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşy aya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət h üququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bü tün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt y azılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyət li hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığ ı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansi yası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən kameral vergi qərarının ləğvi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar.
30. Beləliklə, yuxarıda istinad olunan normalar baxımında n və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 21(103)-1404/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.