Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-840/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), 04.06.2019 Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçı, cavabdeh şöbənin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı pensiyanın yenidən hesablanması və fərqin ödənilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 noyabr 2018-ci il tarixli qərarından cavabdeh şöbə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15 % məbləğində əlavə haqq, həmçinin ixtisas dərəcəsi nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanaraq, keçmiş müddət üçün ödənilməyən pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh şöbəyə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qərarı ilə (hakim E.Məmmədov; iş № 2-1(81)-3288/2018) iddianın təmin edilməsi; hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15 % məbləğində əlavə haqq, həmçinin ixtisas dərəcəsi nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanaraq keçmiş müddət üçün ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliynin cavabdeh şöbəyə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 noyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən V.Ağayev, hakimlər A.Nuriyeva və C.Yusifov; iş № 2-1(103)2694/2018) cavab deh şöbə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh şöbə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh şöbənin kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdeh şöbənin vəkili X.Musayev kassas iya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasına gəlmiş İddiaçı Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə iştirak etmədiyindən məhkəmə kollegiyası tərəfindən nümayəndələrə çıxış etmək üçün söz verilməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qərarı qismən ləğv edilməlidir. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, işin materiallarında olan iddiaçının əmək kitabçasının surətinə görə, O, 09 avqust 1973-cü il tarixdən 1992-ci ilə qədər Azərbaycan Respublikası Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə dövlət qulluqçusu kimi çalışmış, həmin dövrün 07 fevral 1984-cü il tarixdən 23 may 1988-ci il tarixinə qədər bu Nazirliyin Dövlət Sığortasının əsas şöbəsində müdir vəzifəsi ndə işləmişdir. İddiaçı ona təyin olunmuş yaşa görə əmək pensiyasınnın hesablanması zamanı nəzərə alınmamış əlavələrin nəzərə alınması və pensiyasının yenidən hesablanması haqqında müvafiq ərizə ilə cavabdeh şöbəyə müraciət etmişdir. Lakin həmin inzibati orqanın iddiaçıya ünvanladığı 17/4571 saylı, 13.06.2018-ci il tarixli cavab məktubu ilə iddiaçıya qeyd etdiyi formada pensiya hesablanan zaman vəzifə maaşının üzərinə gəlməli olan mükafatlar, müavinətlər və 15% əlavələrin şamil olunmadığı, ona işlədiyi dövrə uyğun olaraq müasirləşdirilərək pensjyanın üzərinə hesablana biləcəyi bildirilərək ərizənin təmin edilməsindən imtina edilmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, iddia tələbinin hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15 %-i məbləğində təyin edilən və ödənilən əlavə haqq hissəsi ilə bağlı qeyd olunmalıdır ki, «Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında» 31.05.2002-ci il tarixli Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə dövlət qulluqçusuna hakimiyyət səlahiyyəti vermək barədə qərar qəbul edildiyi vaxtdan müvafiq səlahiyyətlərin icrasına görə hər ay vəzifə maaşına qanunverciliklə müəyyən edilmiş məbləğdə əlavə haqq verilir. Azərbaycan Respublikası Prezidentinin «Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı»nın və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə 20.06.2008-ci il tarixli 776 saylı Fərmanına əsasən hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15% məbləğində əlavə haqq təyin edilir. Qeyd edilən siyahının 25.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının nazirliklərinin, dövlət komitələrinin və digər mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarının təminedici və yardımçı şöbə müdirləri və şöbə müdirlərinin müavinləri hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçuları sırasına daxildirlər. Ona görə də, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin bu hissədə icra edilməsindən imtina etməsi əsassız və qanunsuz olmuşdur. Eyni zamanda iddiaçının bu hissədə iddia tələbi əsaslı və qanuni olduğundan, həmin tələb 1-ci instansiya məhkəməsi tərəfindən düzgün o laraq təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin iddia tələbinin yuxarıda qiymət verilən hissəsi üzrə çıxarılmış qərar əsaslı və qanunidr; eyni zamanda cavabdeh şöbənin kassasiya şikayətində göstərilən və bu hissəyə aid dəlilləri əsassız olduğundan qəbul edilməməlidir. Lakin məhkəmə kollegiyası, apellyasiya instansiya məhkəməsinin araşdırılan qərarında iddiaçının pensiyasının ixtisas dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla hesablanması haqqında tələbinə verilmiş hüquqi qiymətlə razılaşmır, onun əsassız və qanunsuz hesab edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli, 774 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”nin 2-ci bənd inə əsasən, mükafatın müəyyən edilməsi üçün götürülən dövr (hesablaşma dövrü) və mükafatlandırmanın şərtləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir. Həmin Əsasnaməyə görə dövlət qulluqçularının mükafatlandırılması onların qulluq keçdiyi orqanın rəhbərinin mülahizəsinə əsasən həll edilir. Dövlət qulluqçusunun mükafatlandırılması onun fəaliyyətinə iş yerinin rəhbərinin diskresion səlahiyyətlərdən çıxış edərək verəcəyi qiymətdən asılıdır. Dövlət qulluqçusuna mükafat heç də bütün dövlət qulluqçularına deyil, fərdiləşmiş qaydada Əsasnamənin 7-ci bəndində nəzərdə tutulmuş tələblərə cavab verən şəxsə, dövlət orqanı rəhbərinin əmri ilə verilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “D övlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydalarf’mn (Əlavə 1) 12-ci bəndində əsasən dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır. Bundan başqa, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən, ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş m üddəti də daxil edilir. İlk dəfə daimi dövlət qulluğuna qəbul olunmuş şəxsə tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir. Həmin Qanunun müvafiq olaraq, 17.5 və 17.6-cı maddələrinə görə dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 33.1.7-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət qulluqçusu ona verilmiş ixtisas dərəcəsindən məhrum edilir və bu barədə şəxsin əmək kitabçasında müvafiq qeyd aparılır. Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2001-ci il tarixli, 559 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 10-cu bəndinə əsasən, dövlət qulluqçusuna bu Qaydaların 5.2-ci bəndində nəzərdə tutulan ixtisas dərəcəsinin verilməsi dövlət orqanının rəhbərinin əmri ilə rəsmiləşdirilir və bu barədə dövlət qulluqçusunun əmək kitabçasında, şəxsi işində və xidməti vəsiqəsində müvafiq qeydlər edilir. Qanunvericiliyin istinad edilən müddəalarına görə dövlət qulluqçusuna ixtisas dərəcəsinin verilməsi səlahiyyətli dövlət orqanının rəhbərinin mülahizəsinə əsasən onun əmri ilə həyata keçirildiyindən, həmçinin dövlət qulluqçusunun ixtisas dərəcəsinin aşağı salınması və ya onun ixtisas dərəcəsindən məhrum edilməsi mümkün olduğundan, ixtisas dərəcəsinə görə əlavələr yalnız onun verildiyi gündən ba, olduğundan, pensiyaya, çıxan dövlət qulluqçusunun ixtisas dərəc hesablanarkən ixtisas dərəcəsinə görə əlavə haqq nəzərə alına bilməz. Azərbaycan Respublikası Prezi dentinin 194 saylı 07.02.2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına pensiya tə məvacibinin hesablanması Qaydaları”nın (Əlavə 1) 10-cu bəndinə əsasən, dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində ixtisas dərəcəsinə görə haqq ixtisas dərəcəsinin verilməsi haqqında onun qulluq etdiyi dövlət orqanı tərəfindən əmək kitabçası əsasında verilmiş arayış üzrə nəzərə alınır. Bu müddəalardan bəlli olur ki, əgər pensiya hüququnun əldə olunmasını iddia edən şəxs bunun üçün müraciət edirsə, müvafiq sənədləri təqdim etməlidir. İddiaçı tərəfindən isə yalnız əmək kitabçasının kserosurəti əlavə edilmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, dövlət orqanının mülahizəsindən asılı olaraq alınan əlavələrə, o cümlədən ixtisas dərəcəsi ilə əlaq ədar olan əlavələrə münasibətdə nəzərə alınmalıdır ki, dövlət qulluqçusunun həmin əlavələrə layiq görüləcəyi qənaətinə gəlmək inzibati orqanının diskresion səlahiyyətinə müdaxilə təşkil etmiş olar. Başqa sözlə, dövlət qulluqçusunun əgər, işləsəydi həmin əlavələri alacağını qəti şəkildə söyləmək mümkün deyildir. Göründüyü kimi, hakimiyyət səlahiyyətlərinin icrasına görə verilən haqq qanunun birbaşa göstərişinə əsasən dövlət qulluqçusuna ödənilən əlavədir. Ona görə də, apellyasiya instansiyası məhkəməsi iddiaçının bu tələbini təmin etməklə haqlı olmamışdır. Bu hissədə cavabdeh şöbənin imtinası əsaslı və qanunidir, iddia tələbi isə əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşd ırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları qismən düzgün tətbiq olunmamış, qərarın qismən ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilmiş dır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının qismən ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 noyabr 2018-ci il tarixli qərarı qismən – iddianın ixtisas dərəcəsi nəzərə alınmaqla, iddiaçının əmək pensiyasının yenidən hesablanması hissəsində ləğv edilməli; bu hissədə iş üzrə yeni qərar qəbul edilməli; həmin hissədə iddia təmin edilməməli; qalan hissədə qərar dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sos ial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 noyabr 2018-ci il tarixli qərarı qismən – iddianın ixtisas dərəcəsi nəzərə alınmaqla, iddiaçının əmək pensiyasının yenidən hesablanması hissəsində ləğv edilsin. Bu hissədə iş üzrə yeni qərar qəbul edilsin. Həmin hissədə iddia təmin edilməsin. Qalan hissədə qərar dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-840/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-840/2019
04.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver