Məhkəmə qərarları › İş №2-1(102)-840/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-840/2020

11.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-840/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: hakimlər məzuniyyətə çıxarkən onlara verilən 2 aylıq əmək haqqı həcmində müavinət və müalicə pulu) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun, iddiaçının vəkili Ruslan Həsənovun, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunu n Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya fərqinin birdəfəlik olaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2827/19 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, xx xxxx 2020-ci il tarixdə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1949-cu il tarixdə Oğuz rayonunda anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəs i Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı hakimlər məzuniyyətə çıxarkən onlara verilən 2 aylıq əmək haqqı həcmində müavinət, 2 aylıq əmək haqqı həcmində müalicə pulu və xx.xx.2010-cu il tarixdən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25% həcmində aylıq pul təminatı Ali Məhkəmənin hakiminin aylıq maaşına uyğunlaşdırılmaqla pensiya hüququnun yarandığı tarixdən əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya fərqinin birdəfəlik olaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o 41 il hakim və zifəsində işləmiş, o cümlədən 10 illini (1990-ci ildən 2000-ci ilədək) Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi vəzifəsində çalışmışdır. 2019-cu ildə ona Ali Məhkəmənin hakimi kimi əmək pensiyası təyin edilmiş, lakin sonradan məlum olmuşdur ki, pensiya hesablanarkən yanlışlığa yol verilmiş, hakimlik illərində müvafiq qanunvericiliyə uyğun olaraq, hakimlərə verilən məzuniyyətə çıxarkən 2 aylıq əmək haqqı həcmində müavinət, 2 aylıq əmək haqqı həcmində müalicə pulu və xx.xx.2010-cu il tarixdən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25% həcmində aylıq pul təminatı pensiyasında nəzərə alınmamşdır. Halbuki, onun tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin işlər idarəsindən alınmış, əmək haqqı və ona əlavələr haqqında xx xxxx 2019- cu il tarixli 111/19 nömrəli müvafiq arayış təqdim olunmuşdur. O, həmin arayış da əlavə olunmaqla cavabdehə ərizə ilə müraciət edərək onun əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, lakin sonuncu xx xxxx 2019-cu il tarixli məktubu ilə ərizənin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(81)-3439/2019 nömrəli (sədrlik edən hakim Miminat Hacıbəyova) qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, iddiaçıya hakimlər məzuniyyətə çıxarkən onlara verilən 2 aylıq əmək haqqı həcmində müavinət, 2 aylıq əmək haqqı həcmində müalicə pulu və xx.xx.2010-cu il tarixdən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25% həcmində aylıq pul təminatı Ali Məhkəmənin hakiminin aylıq maaşına uyğunlaşdırılma qla pensiya hüququnun yarandığı tarixdən əmək pensiyasının yenidən hesablanması və ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməsi, iddia tələbinin “yaranacaq pensiya fərqinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın təmin olunmayan hissəsində dəyişdirib, iddia tələblərinin tam təmin edilməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələblərinin isə təmin edilməməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli,2-1(103)-2827/19 nömrəli (hakimlər Cahangir Yusifov - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Afaq Nuriyeva) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının, nəticə hissəsində “xx.xx.2010-cu il” tarixi, “xx.xx.2014-cü il” tarixi ilə əvəz edilməklə, dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətlərinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, tələb edilən müavinət (m. 107) və pul təminatının (m. 109) “əmək haqqının sonrakı artımı’’ kimi qəbul edilməsi yolverilməzdir. İddiaçıya görə, ƏPQ-nin 20.7 və 29.3-cü maddələri ona belə bir hüquqla çıxış etmək imkanı tanıyır. Halbuki, 20.7-ci maddə, sabiq hakimlərin əmək pensiyasına əlavələrin hesablanması zamanı əmək haqqındakı sonrakı artımların diqqətə alınmalı olmasını təsbit edir. Cavabdeh hesab edir ki, MHQ-nin 107 və 109-cu maddələrində nəzərdə tutulmuş müavinət və pul təminatı əmək haqqındakı sonrakı artım kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçının tələb etdiyi müavinətlər MHQ-nin 107 və 109-cu maddələrində təsbit edilib və hazırda sözügedən maddələrin mətnin özünün məzmunu da müavinət və pul təminatının əmək haqqı olmadığına dəlil təşkil edir. Çünki adı çəkilən maddələrdə müavinətin və pul təminatının məbləğinin 2 aylıq əmək haqqı miqdarında olacağı nəzərdə tutulmuşdur. Eyni zamanda, qanunverici bu 2 aylıq məbləği əmək haqqına daxil etmək istəsəydi, 106-cı maddədə göstərərdi. Göründüyü kimi, 107 və 109cu maddələrdəki 2 aylıq müavinət ƏPQ-nin 20.7-cı maddəsindəki “əmək haqqının sonrakı artımı” çərçivəsinə daxil edilə bilməz. İddiaçı Ali Məhkəmənin hakimi işlədiyi dövrün 1 ili üçün yalnız 2 aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı ala bilərdi. Başqa sözlə, iddiaçının işlədiyi dövrdə (1990-2000) ona 2 aylıq əmək haqqı məbləğində müavinət ödənilməsi MHQ-də nəzərdə tutulmamışdı və iddiaçı da bu məbləği almamışdır. Alınmamış məbləğin iddiaçının pensiyasının hesablanması zamanı diqqətə alınmalı olmasına dair bir dəlil qəbul edilə bilməz. Göründüyü kimi, həmin əlavə iddiaçı Ali Məhkəmənin hakimi olduğu müddətə təsadüf etmir. Bu mənada, iddiaçının 1996-2000-ci i llər üzrə əmək haqqı barədə təqdim etdiyi arayışda bu məbləğin göstərilməməsi tamamilə anlaşılandır. Çünki iddiaçı həmin dövrdə belə bir məbləği almamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2827/2019 saylı qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilmə sini, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili R.Həsənov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və c avabdehin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, tələb edilən müavinət (m. 107) və pul təminatının (m. 109) “əmək haqqının sonrakı artımı’’ kimi qəbul edilməsi yolverilməzdir. İddiaçıya görə, ƏPQ-nin 20.7 və 29.3-cü maddələri ona belə bir hüquqla çıxış etmək imkanı tanıyır. Halbuki, 20.7-ci maddə, sabiq hakimlərin əmək pensiyasına əlavələrin hesablanması zamanı əmək haqqındakı sonrakı artımların diqqətə alınmalı olmasını təsbit edir. Hesab edilir ki, MHQ-nin 107 və 109-cu maddələrində nəzərdə tutulmuş müavinət və pul təminatı əmək haqqındakı sonrakı artım kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçının tələb etdiyi müavinətlər MHQ-nin 107 və 109-cu maddələrində təsbit edilib və hazırda sözügedən maddələrin mətnin özünün məzmunu da müavinət və pul təminatının əmək haqqı olmadığına dəlil təşkil edir. Çünki adı çəkilən maddələrdə müavinətin və pul təminatının məbləğinin 2 aylıq əmək haqqı miqdarında olacağı nəzərdə tutulmuşdur. Eyni zamanda, qanunverici bu 2 aylıq məbləği əmək haqqına daxil etmək istəsəydi, 106-cı maddədə göstərərdi. Göründüyü kimi, 107 və 109-cu maddələrdəki 2 aylıq müavinət ƏPQnin 20.7-cı maddəsindəki “əmək haqqının sonrakı artımı” çərçivəsinə daxil edilə bilməz. İddiaçı Ali Məhkəmənin hakimi işlədiyi dövrün 1 ili üçü n yalnız 2 aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı ala bilərdi. Başqa sözlə, iddiaçının işlədiyi dövrdə (19902000) ona 2 aylıq əmək haqqı məbləğində müavinət ödənilməsi MHQ-də nəzərdə tutulmamışdı və iddiaçı da bu məbləği almamışdır. Alınmamış məbləğin iddiaçının pensiyasının hesablanması zamanı diqqətə alınmalı olmasına dair bir dəlil qəbul edilə bilməz. Göründüyü kimi, həmin əlavə iddiaçı Ali Məhkəmənin hakimi olduğu müddətə təsadüf etmir. Bu mənada, iddiaçının 1996-2000-ci illər üzrə əmək haqqı barədə təqdim etdiyi arayışda bu məbləğin göstərilməməsi tamamilə anlaşılandır. Çünki iddiaçı həmin dövrdə belə bir məbləği almamışdır. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd edilən dəlillər əsassızdır. Belə ki, «Məhkəmələr və hakimlərə haqqında Qanun» a xx xxxx 2003-cü il tarixdə edilən dəyişiklikdən sonra həmin Qanunun 109-cu maddəsinin 5-ci hissəsinin redaksiyasına görə səlahiyyət müddətləri qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları vəzifə maaşlarının istənilən beş ilin orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir. Həmin Qanunun qeyd olunan maddəsinin 4-cü hissəsinə əsasən hakimlər dövlət tibb xidməti ilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Həmin Qanunun 107-ci maddəsinin 1-ci hissəsinə əsasən hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verili r. Hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Qeyd olunduğu kimi, hakimlərin hakimlik stajının istənilən beş ilini seçmək hüququ var və onlar həmin illərin orta aylıq əmək haqqı hesablanarkən, o cümlədən, məzuniyyətə çıxarkən ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaları üçün hər il onlara verilən iki aylıq əmək haqqı məbləğində ödənilən pul təminatı nəzərə alınmalıdır. Ali Məhkəmənin İnzibati Kollegiyası bu baxımdan hesab edir ki, iddiaçı öz seçiminə görə 1990-2000-ci illərdə Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi işlədiyi dövrün 5 ili üzrə qeyd olunan pul təminatları da daxil olmaqla orta aylıq əmək haqqından, hakim kimi pensiya təyin edilməsi hüququna malikdir. Ali Məhkəmənin işə əlavə olunmuş xx.xx.2019-cu il tarixli məktubundan da görünür ki, Ali Məhkəmənin hakiminə qeyd olunan pul təminatlarının ödənildiyi təsbit olunmuşdur. «Əmək pensiyaları haqqında» Qanunun 20.1.4-cü maddəsi də nəzərdə tutur ki, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş sabiq hakimlərin əmək pensiyasına qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.7-ci və 20.7.2-ci maddələrinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: -15 ildən yuxarı hakim vəzifəsində aldıqları orta aylıq əmək haqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 29.2-ci maddəsinin tələbinə görə isə bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlara qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı (əmək haqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Göründüyü kimi, hakimlər pensiyaya çıxarkən, onlara ödənilən 2 aylıq əmək haqqı məbləğində müavinət və mülalicə üçün 2 aylıq əmək haqqı həcmində ödənilən pul təminatı, habelə vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinə görə ödənilən əlavə haqq, hamı kimi, iddiaçının, əmək haqqında da, o cümlədən, onun Ali Məhkəmənin hakimi vəzifəsi üzrə əmək haqqında (təminat xərcliyində), sonradan Ali Məhkəmənin hakimi vəzifəsində baş verən artımlar nəzərə alınmalıdır. Ali Məhkəmənin İnzibati Kollegiyası bu baxımdan hesab edir ki, cavabdehin iddiaçıya pensiyasının yenidən hesablanması tələbindən imtina etməsi əsassız olmuş və iddiaçının qanunla qorunan hüquqlarının poz ulmasına səbəb olmuşdur. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(103)-2827/19 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar