Məhkəmə qərarları › İş №2-1(102)-840/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-840/2021

19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-840/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: yeni məlumat vərəqəsinin verilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respubl ikası Dövlət Gömrük Komitəsinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) “yeni məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)282/2021 saylı, 16 fevral 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı dövlət gömrük orqanlarında xidmət etmiş, ona 19.12.2014-cü ildən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya işində olan məlumat vərəqəsinə əsasən o nun pul təminatında 25% digər növ əlavələr də nəzərə alınmışdır. Qeyd olunan əlavə “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli 388 nömrəli Fərmanı ilə müəyyən edilmiş Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizidir. Qeyd olunan Fərmana Azərbaycan Respublikası Prezidentinin 29 fevral 2016-cı il tarixli 810 nömrəli Fərmanı ilə dəyişiklik edilərək “25” rəqəmləri “50” rəqəmləri ilə, Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017-ci il tarixli 1207 nömrəli Fərmanı ilə dəyişiklik edilərək “50” rə qəmləri “60” rəqəmləri ilə əvəz edilmişdir.

2. İddiaçının 04.12.2019-cu il tarixli müraciətinə əsasən cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 13.12.2019-cu il tarixli məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” 07.02.2006-cı il tarixli Qanunun 5.3-cü maddəsinə (Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir) və “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-c i il tarixli 17 nömrəli Qərarının 2.1-ci bəndinə (Əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının təyin olunması, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün kağız üzərində və ya elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna yaxud Fondun şəhər (rayon) şöbələrinə və ya Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsinə müraciət edə bilərlər) əsasən tənzimlənir.

3. Üçüncü şəxs tərəfindən iddiaçıya ünvanlanmış 06.02.2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3- cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlarda həmin orqanlar tərəfindən İdarəyə göndərilməlidir. Cavabdeh tərəfindən təqdim olunmuş 2 noyabr 2014-cüil tarixli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə uyğun qaydada 19 dekabr 2014-cü il tarixdə İdarə tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 19 fevral 2020-ci il tarixdə cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 24.01.2017-ci il tarixli Fərmanına uyğun olaraq gömrük əməkdaşlarının vəzifə maaşına büdcədənkənar fonddan daxil olmuş 60% əlavəyə dair yeni məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərin ə həvalə edilməsi və pensiyanın yenidən hesablanması və keçən müddət ərzində ödənilməmiş məbləğin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddia onunla əsaslandırmışdır ki, iddiaçı gömrük orqanlarında uzun müddət, 20 ildən artıq xidmət etdikdən sonra 05.11.2014-cü il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” əsasnamənin 120-ci maddəsinin 3-cü bəndinə əsasən pensiya hüququ verən xidmət illərinə görə komitə sədrinin müvafiq əmrinə əsasən gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Cavabdehdən DSMF-yə təqdim edilən məlumat vərəqi əsasında vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq p ayı əvəzinə verilən pul kompensasiyası və aylıq vəzifə maaşlarına əlavə olan Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında“ 25 fevral 2011-cil il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25%-i təminat xərcinə daxil edilmiş və bunlara əsasən ümumi formalaşmış əmək haqqından iddiaçıya pensiya təyin edilmişdir. Büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər 30 noyabr 2018-ci il tarixli Qanuna əsasən 2019-cu ilin yanvar ayından təminat xərcliyindən çıxarılmışdır. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli Fərmanına sonradan 2 dəfə dəyişiklik edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 fevral 2016 tarixli 810 nömrəli Fərmanı ilə büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 50%-i və 24 yanvar 2017-ci il tarixli 1207 nömrəli Fərmanla isə 60%-i Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşına əlavə edilmişdir. Beləliklə, gömrük əməkdaşlarının vəzifə maaşına edilmiş yuxarıda qeyd edilmiş əlavələr (25%-in 60%-lə əvəz edilməsi) nəticəsində gömrük orqanlarında xidmət edən gömrük əm əkdaşlarının əmək haqqı (təminat xərcliyi) artmış və 2019-cu ilin yanvar ayının birinə qədər gömrük orqanlarından pensiyaya çıxan gömrük əməkdaşlarına pensiya həmin artımla, 60% və digərləri ilə hesablanmışdır. Lakin gömrük əməkdaşlarının təminat xərcliyinin artmasına baxmayaraq, iddiaçının büdcədənkənar inkişaf fondundan 25% əlavə ilə pensiyaya çıxmağına baxmayaraq, pensiyasında artım baş verməmişdir. Yuxarıda göstərilən qanunların tələblərinə görə gömrük əməkdaşlarının təminat xərcliyi artdıqca pensiya da artmalıdır. Hazırda təqaüdə çıxan gömrük əməkdaşlarının pensiyası ilə iddiaçının pensiyası arasında xeyli fərq var. Bu, həm qanuni cəhətdən, həmdə sosial ədalət prinsipi baxımından düzgün deyil. Gömrük əməkdaşlarının vəzifə maaşlarına edilmiş Azərbaycan Respublikası Gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25%-i təminat xərcliyi kimi qəbul edilib və iddiaçıya pensiya təyin olunarkən nəzərə alınmış, lakin təminat xərcliyinin həmin hissəsi artanda, 60% olanda onun pensiyasında artım baş verməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli qərarda göstərilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur”. İddiaçı gömrük əməkdaşlarının v əzifə maaşına büdcədənkənar fonddan daxil olmuş 25% əlavəni alıb, sosial sığortasını ödəyib, həmin əlavə iddiaçının təminatı xərcliyinin tərkib hissəsinə daxil edilib və verilib.

6. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia ərizəsində cavabdeh kimi göstərilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin cavabdehlərin siyahısından çıxarılaraq üçüncü şəxs kimi işə cəlb edilməsi, iddia tələbindən “pensiyanın yenidən hesablanması və keçən müddət ərzində ödənilməmiş məbləğin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi” hissəsinin çıxarılması və iddia tələbinin “Azərbaycan Respublikası Prezidentinin 24.01.2017-ci il tarixli Fərmanına uyğun otaraq gömrük əməkdaşlarının vəzifə maaşına büdcədənkənar fonddan daxil olmuş 60% əlavəyə dair yeni məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” hissədə saxlanılmasını xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin 14 avqust 2020-ci il tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

8. Cavabdeh iddiaya dair etirazında bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 07.06.2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitdən xüsusi rütbəsi olan əməkdaşlarına və mülki işçilərinə əlavənin ödənilməsi haqqında Təlimat”a əsasən aylıq vəzifə maaşlarına ödənilən əlavə əmək haqqı barədə məlumatın, yəni Azərbaycan Respublikası Prezidentinin 29.02.2016-cı il tarixli 810 nömrəli Fərmanı ilə 50 faizinin və 24.01.2017-ci il tarixli 1207 nömrəli Fərmanı ilə isə 60 faizinin sabiq əməkdaş iddiaçının təminat xərcliyinə daxil edilməsi qeyri-mümkündür. Beləliklə iş materiallarından göründüyü kimi iddiaçı təqaüdə çıxarkən qeyd olunan Azərbaycan Respublikası Prezidentinin 29.02.2016-cı il tarixli və 24.01.2017-ci il tarixli fərmanlarından əvvəl xidmətinə xitam verilmiş və təminat xərcliyinə daxil olan nəzərdə tutulmuş (müvafiq olaraq 50faiz və 60 faiz) vəzifə maaşına yuxarıda qeyd olunan sonrakı artımları xidmə tdən buraxıldığı gün almamış və eyni zamanda qanunvericiliklə nəzərdə tutulmuş sığorta ödənişləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna köçürülməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. Eyni zamanda Qanunun 29.3-cü maddəsinə əsasən əmək pensiyasın ın indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı (“Əmək pensiyaları haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü yarımbəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfindən həyata keçirilir. Göründüyü kimi iddiaçının xidmətinə Azərbaycan Respublikası Prezidentinin 29.02.2016-cı il tarixli və 24.01.2017-ci il tarixli fərmanlarından əvvəl xitam verildiyindən, o, pensiyaya çıxdığı gün həmin fərmanlarla müəyyən edilmiş (müvafiq olaraq 50 faiz və 60 faiz) əlavələri almadığından onun pensiyasının qeyd edilən fərmanlara əsasən yenidən hesabl anması üçün yeni məlumat vərəqəsinin verilməsi mümkün deyildir.

9. Üçüncü şəxsin iddiaya dair etirazında qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə əsasən - “hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur”. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5 maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illəri nə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ciil 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. 30 noyabr 2018-ci ul tarixli “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinə əsasən “bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır”.

10. Bakı İnzibati Məhkəməsinin (hakim X2, 2-1(112)-3465/2020 saylı iş) 26 avqust 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarını tətbiq etməklə belə qərara gəlmişdir ki, iddiaçıya 19.12.2014-cü ildən pensiya təyin edilmişdir və həmin tarixdə iddia çının aldığı əlavə (25%) ona pensiya təyin edilərkən nəzərə alınmışdır. Lakin Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 50 faizinin, daha sonra isə 60 faizinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavə edilməsi ilə əlaqədar olan dəyişiklik isə müvafiq olaraq 29 fevral2016-cı və 24 yanvar 2017-ci il tarixlərdə edilmişdir. İddiaçıya isə həmin tarixdən əvvəl pensiya təyin edilmişdir və iddiaçı işlədiyi dövrdə 60 faiz əlavəni almamışdır. Bu səbəbdən iddia tələbi əsassızdır və təmin edilməməlidir.

12. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı İnz ibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X4-məruzəçi, X3 və X8, 2-1(103)-282/2021 saylı iş) 16 fevral 2021-ci il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 26 avqust 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

14. İddiaçı 1 aprel 2021-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizinə dair sosi al sığorta haqqı ödəyib. Əgər iddiaçı 25 faiz əlavəyə dair sosial sığorta haqqı ödəməsəydi onda həmin məbləğ onun təminat xərcliyinə daxil edilməzdi və ona pensiya hesablanan zaman nəzərə alınmazdı. İş materiallarında iddiaçının büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizinin sosial sığorta haqqının ödənilməməsinə dair heç bir sübut yoxdur. Məhkəmə kollegiyası araşdırmayıb ki, təminat xərcliyinin sosial sığorta haqqının ödənilməmiş hissəsindən iddiaçıya necə pensiya hesablanıb. Məhkəmə kollegiyası qərarında “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsindən sitat gətirir və əsaslandırır ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər nəzərə alınır ki, həmin şəxs “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəs aitlərdən sosial sığorta haqqı ödənilmiş olsun. Əgər büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizinə dair sosial sığorta haqqı ödənilmədən, həmin vəsait iddiaçının təminat xərcliyinə daxil edilərək pensiyasına hesablanıbsa. onda həmin vəsaitə edilmiş artımda iddiaçının pensiyasına yenidən hesablanmalıdır.

16. Şikayət əsaslandırılarkən Azərbaycan Respublikası Konstitusiyasının 16, 38, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 40, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 93 və 113-cü maddələrinə istinad edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat ve rib şikayətin təmin edilməsini xahiş etmişdir.

19. Üçüncü şəxsin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir.

20. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 21. “Əmək pensiyaları haqqında” Qanun: 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; (-); 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir (1 yanvar 2019-cu il tarixə qədər olan redaksiy a); 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir (1 yanvar 2019-cu ildən sonrakı redaksiya); 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərza q payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir (26 may 2019-cu ildən sonrakı redaksiya); (-). Maddə 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu hüququn qüvvəyə mindiyi günsən tez olmamaqla ömürlük təyin edilir (1 iyul 2017-ci il tarixə qədər olan redaksiya). 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pens iyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir (1 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş redaksiya).

22. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli 388 nömrəli Fərmanı: (-)

1. Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunsun. (-). 29 fevral 2016-cı il tarixli 810 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 1 mart 2016-cı il, № 47; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, İİ kitab, maddə 274) ilə 1-ci hissədə “25” rəqəmləri “50” rəqəmləri ilə əvəz edilmişdir. 24 yanvar 2017-ci il tarixli 1207 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 25 yanvar 2017-ci il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1, maddə 54) ilə 1-ci hissədə “50” rəqəmləri “60” rəqəmləri ilə əvəz edilmişdir.

23. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgü n həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət hədd ində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hiss əsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübah isələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

24. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmamışdır.

27. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 24.01.2017-ci il tarixli Fərmanına uyğun olaraq gömrük əməkdaşlarının vəzifə maaşına büdcədənkənar fonddan daxil olmuş 60% əlavəyə dair yeni məlumat vərəqəsinin tərtib edilib üçüncü şəxsə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş, mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir.

28. Məhkəmə kollegiyası hazırkı işdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 8 oktyabr 2020-ci il tarixdə qəbul etdiyi 03/2020 saylı qərardadına istinad etməyi zəruri hesab edir. 29. 8 oktyabr 2020-ci il tarixli qərardadda inzibati kollegiya vurğulamışdır ki, “Əmək pensiyaları haqında” Qanun un 32.1-1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunvericiliyin müddəalarından göründüyü kimi 2017-ci il 10 mart tarixli 543VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, 01.07.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanun un qüvvəyə mindiyi gündən tez olmamaqla), 01.07.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır (75-ci bənd).

30. Beləliklə, müəyyən olunur ki, sözügedən qanun normasının qəbul edilməsi ilə əmək pensiyaçılarının hüquqi vəziyyətlərinə təsir edən yeni məzmunda normativ tənzimləmələr həyata keçirilmişdir. Bu yeni normanın əmək pensiyası hüquqları 1 iyul 2017-ci il tarixdən sonra yaranan şəxslərə münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur. Lakin həmin tarixədək hüquqlarının yaranmasına baxmayaraq pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün qanunvericilikdə dəyişiklik edilənədək müraciət etməmiş, başqa sözlə, hüquqlarını reallaşdırmamış şəxslərin hüquqlarının həyat a keçirilməsinə münasibətdə bu normanın tətbiq edilməsinin mümkünlüyü məsələsinə aydınlıq gətirilməlidir. Bunun üçün isə ilk növbədə dövlətin sosial təminat hüququ sahəsində qanunvericilik tənzimləmələri həyata keçirərkən nəzərə almalı olduğu prinsiplərə diqqət yetirilməlidir (76-cı bənd).

31. Pensiya təminatı sahəsində ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun ağlabatan və qanuni əsaslar olmadan fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə fərqli qaydada tətbiq edilməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Fərqləndirmə yalnız o zaman yolverilən hesab edilə bilər ki, onlar obyektiv hallara əsaslansın, legitim məqsədlərə xidmət etsin və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olsun. Mütənasiblik prinsipinə görə isə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (81-ci bənd).

32. Digər tərəfdən, sosial təminat hüququ sahəsindən həyata keçirilən tənzimləmələr ədalət və hüquqi müəyyənlik prinsiplərinin tələblərinə də cavab verməlidirlər. Bu prinsiplər hər şeydən əvvəl hüquqi vəziyyətə dair aydınlığı, hüquqi tənzimləmələrin haqq-ədalətə əsaslanmalı olduğunu və qanunvericilik nizamlamalarının gözlənilən olm asını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətlərinin iştirakçılarında öz davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan görə bilmələri və özlərinin rəsmi tanınmış hüquqi statusunun, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, insanların dövlətin hüquq siyasətinə etibarını artırır (82-ci bənd).

33. Qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafi ə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur (84-cü bənd).

34. Dəyişikliyin mahiyyəti ilə bağlı qeyd edilməlidir ki, yeni tənzimləmə əmək pensiyalarının onu almaq hüququnun yarandığı gündən (Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla) təyin ediləcəyi ilə bağlı mövcud qaydaya toxunmamışdır. Buna görə, pensiyalar yenə də hüququn yarandığı an qüvvədə olan qanunvericilik əsas götürülməklə təyin edilməlidir. Dəyişiklik onunla bağlı olmuşdur ki, artıq əvvəlki qaydadan fərqli olaraq keçmiş dövr üçün təyin edilmiş pensiyalar müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilə bilər (90-cı bənd).

35. Kollegiya dəyişikliyin mahiyyətini təhlil edərək belə qənaətə gəlir ki, keçmiş dövr üçün alınmamış pensiyaların ödənilməsinin müəyyən edilmiş yeni qaydası şəxsə münasibətdə əvvəlki qaydadan əhəmiyyətli dərəcədə fərqlənən nəticələr (mülkiyyət hüququ təşkil edən alınacaq məbləğlərin həcminin azalması ilə bağlı) doğurur. Əmək pensiyası ilə bağlı alınacaq məbləğin bu qaydada azaldılması şəxsin fərdi hallarının dəyişməsi nəticəsinə görə deyil, qanunda dəyişikliklərin edilməsi nəticəsində baş verdiyindən, bu hal, həmin şəxslərin mülkiyyət hüquqlarına müdaxilə təşkil edir. Buna görə də, sözügedən yeni normanın qanunun qüvvəyə minməsindən əvvəl hüquq əldə etmiş şəxslərə münasibətdə də tətbiq edilməsi həmin şəxslərin qazanılmış hüquqlarına müdaxilə təşkil edəcək və müvafiq olaraq yeni tənzimləmənin geriyə şamil edilməsinə səbəb olacaqdır. Beləliklə, aydınlaşdırılmalı olan məsələ ondan ibarətdir ki, inzibati hüquq münasibətlərini tənzimləyən normativ-hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi yol veriləndirmi, yaxud hansı hallarda və şərtlərdə yol verilən hesab oluna bilər? (91-ci bənd)

36. Kollegiya yuxarıda qeyd edilənləri, xüsusən də Avropa Məhkəməsinin presedent hüququnda Konvensiya üzrə razılığa gələn dövlətlərin əmək pensiyası təminat sistemini məqsədəuyğun hesab etdikləri qaydada, o cümlədən bu sahədə mövcud qanunvericiliyə dəyişikliklər etmək və qüvvədə olan qanunvericilikdən irəli gələn əmək pensiyası hüququnu yeni retrospektiv (geriyə qüvvəsi) müddəalar vasitəsi ilə tənzimləmək hüquqlarının olduğunun qəbul edildiyini nəzərə almaqla hesab edir ki, müəyyən hədlərə və şərtlərə ciddi riayət etməklə sosial təminat hüququ sahəsində yeni tənzimləmələrin geriyə şamil edilməsi yol verilən hesab edilə bilər (96-cı bənd).

37. Bununla bağlı olaraq kollegiya həmçinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin birinci hissəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğuna dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 may 2001-ci il tarixli qərarındakı hüquqi mövqe ilə bağlı məsələyə münasibət bildirilməsini də zəruri hesab edir (bax: 24-26-cı bəndlər). İlk növbədə qeyd edilməlidir ki, həmin qərar və oradakı hüquqi mövqe qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun norması ilə bağlı olmuşdur. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi həmin qanuna münasibətdə və təqribən 20 il bundan öncə mövcud olmuş şərtlər çərçivəsində ifadə olunmuşdu. Həmin qərardan sonra ölkəmizin inkişafı və həyata keçirilmiş köklü islahatlara uyğun olaraq ictimai münasibətlər və pensiya sistemi çoxsaylı dəyişikliklərə məruz qalmışdır. Belə ki, ötən dövr ərzində çoxsaylı yeni hallar və çağırışlar ortaya çıxmış, müvafiq olaraq onlara münasibətdə də yeni hüquqi yanaşmalar yaranmışdır. Təsadüfi deyildir ki, həmin qərardan sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi özünün sosial təminat hüququ ilə bağlı müxtəlif məsələlərə münasibət bildirdiyi bir çox qərarlarında qanunvericinin bu sahədə geniş mülahizə səlahiyyətinə malik olduğunu qəbul etmiş, lakin həm də bu mülahizə sərbəstliyinin müəyyən məhdudiyyətlərə tabe olduğunu qeyd etmişdir. Ko nstitusiya Məhkəməsinin zaman içərisində bu sahədə formalaşdırdığı hüquqi mövqelərinə görə tənzimləmələr Konstitusiyada təsbit olunmuş bərabərlik hüququna, normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı olduğuna dair tələblərə uyğun olmalı, ədalətlilik, hüquqi müəyyənlik və mütənasiblik prinsiplərinin tələblərinə cavab verməli, eləcə də eyni kateqoriyaya aid olan şəxslərin hüququnun ağlabatan və qanuni əsaslar olmadan fərqləndirilməməsinə təminat verməklə ayrı-seçkiliyə rəvac verməyəcək qaydada həyata keçirilməlidir. Bununla yanaşı, Konstitusiya Məhkəməsi sosial təminat hüququ sahəsində normativ-hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsinin ümumiyyətlə yolverilməz olduğu ilə bağlı qəti hüquqi mövqe də ifadə etməmişdir (bax 61-65-ci bəndlər) (97-ci bənd).

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 8 oktyabr 2020-ci il tarixli 03/2020 saylı qərardadı ilə inzibati kollegiya belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 1 iyul 2017-ci il tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

39. Hazırkı işin mübahisə olunmayan hallarına görə iddiaçı dövlət gömrük orqanlarında xidmət et miş, ona 19.12.2014-ci ildən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin pensiya işində olan məlumat vərəqəsinə əsasən onun pul təminatında 25% digər növ əlavələr də nəzərə alınmışdır. Qeyd olunan əlavə “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli 388 nömrəli Fərmanı ilə müəyyən edilmiş Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizidir. Qeyd olunan Fərmana Azərbaycan Respublikası Prezidentinin 29 fevral 2016-cı il tarixli 8 10 nömrəli Fərmanı ilə dəyişiklik edilərək “25” rəqəmləri “50” rəqəmləri ilə, Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017-ci il tarixli 1207 nömrəli Fərmanı ilə dəyişiklik edilərək “50” rəqəmləri “60” rəqəmləri ilə əvəz edilmişdir.

40. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017-ci il tarixli 1207 nömrəli Fərmanı tətbiq edilməklə Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizi nəzərə alınmaqla yeni məlumat vərəqəsinin üçüncü şəxsə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinin 1 yanvar 2019-cu il tarixə qədər qüvvədə olan redaksiyasında qeyd edilirdi ki, təminat xərcliyi (pul təminatı)-hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı gün ə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir.

41. Bu normaya 30 noyabr 2018-ci il tarixli Qanunla “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilmiş və bu əlavə 26 dekabr 2018-ci il tarixdə “Azərbaycan” qəzetində dərc edilmiş, 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmişdir.

42. Əlavə edilmiş normanın tələbinə görə təminat xərcliyinə (pul təminatına) büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər daxil edilmir.

43. İddiaçı büdcədənkənar vəsaitlər hes abına hesablanan əlavələrin (60 faiz məbləğin) təminat xərcliyinə (pul təminatına) əlavə edilməsini xahiş etmişdir.

44. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli 388 nömrəli Fərmanına 29 fevral 2016-cı il tarixdə və 24 yanvar 2017-ci il tarixdə dəyişiklik edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə isə dəyişiklik isə daha sonrakı vaxtda-30 noyabr 2018-ci il tarixdə edilmiş, 26 dekabr 2018-ci il tarixdə “Azərbaycan” qəzetində dərc edilmiş, 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmişdir. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə edilən dəyişikliyə qədər cavabdehə müraciət etməsinə dair məhkəmələrə sübut təqdim etməmişdir.

45. Məhkəmə kollegiyası Respublikası Ali Məhkəməsinin İnzibati Kolle giyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 8 oktyabr 2020-ci il tarixli 03/2020 saylı qərardadın işığında hazırkı mübahisə ilə bağlı hüquqi qiymətləndirmə apararaq bildirir ki, yeni tənzimləməni nəzərdə tutan qanun 30 noyabr 2018-ci il tarixdə qəbul edilmiş, 26 dekabr 2018-ci il tarixdə mətbuatda dərc edilmiş, 1 yanvar 2019-cu il tarixdən etibarən isə qüvvəyə minmişdir. Bu qaydada faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmə hüququ Azərbaycan Respublikası Prezidentinin 29 fevral 2016-cı il tarixli 810 nömrəli Fərmanı (1 mart 2016-cı il tarixdə dərc edilmişdir) və Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017-ci il tarixli 1207 nömrəli Fərmanı (25 yanvar 2017-ci il tarixdə dərc edilmişdir) əsasında yaranmış iddiaçı nın hüququnun həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. İddiaçı qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özünün hüququnun Prezident fərmanlarının müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdi. Məhz buna görə də, məhkəmə kollegiyası hesab edir ki, yeni tənzimləmənin iddiaçının hüququna təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Lakin iddiaçı 4 dekabr 2019-cu il tarixli ərizə ilə cavabdehə müraciət edərkən ona verilən imkanı itirmişdir.

46. Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi 8 oktyabr 2020-ci il tarixli qərardadda təsbit etmiş, məhkəmə tərkibi oxşar xarakterli hazırkı məsələyə baxarkən, 8 oktyabr 2020-ci il tarixli qərardadda müəyyən edilmiş hüquqi mövqedən fərqli qərar qəbul olunmasını zəruri hesab etməmişdir.

47. Bəhs olunanlara əsasən məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlilləri ilə razılaşmır.

48. Mübahisə edilən apelyasiya instansiyası məhkəməsinin qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgün olduğundan məhkəmə kollegiyası şikayəti təmin etmək üçün əsas görmür.

49. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

50. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-282/2021 saylı 16 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar