Məhkəmə qərarları › İş №2-1(102)-840/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-840/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-840/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müavinətin tam və birdəfəlik ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1958-ci il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Döv lət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “son 3 illik qalıq müavinətinin tam və birdəfəlik şəkildə 2880 manat olmaqla ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2754/2021 nömrəli, 19 noyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3749/2020 saylı,18 iyun 2020-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2014-cü il tarixdən əvvəlki 3 (üç) il, yəni 36 ay fərq məbləğində ödənilməmiş müavinətin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1667/2020 saylı 4 noyabr 2020ci il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21(102)532/2021 saylı 10 mart 2021-ci il tarixli qərarı ilə müvafiq olaraq cavabdehin apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. 2. xx.xx.2021-ci il tarixdən etibarən cavabdeh tərəfindən qərarın icrasına başlanılmışdır.

3. İddiaçı cavabdehə müraciət edərək məhkəmə qərarı əsasında ona ödənilməli olan ödənişin tam ödənilməsini xahiş etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə yazılı cavab verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2021-ci il tarixli sonuncu ərizə ilə məhkəməyə müraciət edərək, son 3 illik qalıq müavinətinin tam və birdəfəlik şəkildə (ayda 80 manatdan, cəmi 36X80= 2880) 2880 manat olmaqla ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məhkəmə qərarı ilə təyin edilmiş 3 illik sosial müavinət cavabdeh orqan tərəfindən düzgün hesablanmamış, həmçinin, cavabdeh orqan birdəfəlik ödəməli olduğu məbləği hissə-hissə ödəməklə qanunvericilik normalarının tələblərini pozmuşdur.

6. Cavabdeh tərəfindən iddia tələbinə qarşı verilən yazılı etirazda qeyd edilmişdir ki, Ali Məhkəmənin 2-1(102)-532/2021 nömrəli 10 mart 2021-ci il tarixli qərarı icra edilərək, iddiaçıya ödənilməli olan 1293,14 manat məbləğ 24 may 2021-ci il tarixdən ödənilir. Məhkəmə qərarlarında (hər üç instansiya üzrə qəbul edilmiş) müavinətin birdəfəlik ödənilməsi göstərilməmişdir. Həmçinin, iddiaçı müraciət ərizəsində də, ödənilməmiş müavinətin birdəfəlik ödənilməsi barədə fikir bildirməmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7963/2021 nömrəli, 1 sentyabr 2021-ci il tarixli qərardadı ilə (hakim A.P.Oruczadə) iddia mümkün sayılmamışdır.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbi Bakı İnzibati Məhkəməsinin 18 iyun 2020-ci il tarixli 2-1(112)-3749/2020 saylı qərarının icrası ilə bağlıdır. Lakin iddiaçı qeyd olunan məhkəmə qərarının icrası ilə bağlı müraciət etməmiş, məhkəmədə ayrıca iddia qaldırmışdır. Halbuki, tərəf barəsində qəbul edilmiş məhkəmə aktının düzgün icra edilib-edilməməsi ilə bağlı ayrıca iddia tələbi ilə deyil, müvafiq ərizə ilə müraciət edə bilər, həmçinin, qərara izah verilməsini tələb edə bilər. Odur ki, iddiaçının “so n 3 illik qalıq müavinətinin tam və birdəfəlik şəkildə 2880 manat olmaqla ödənilməsi” tələbinə dair iddiasına inzibati icraat qaydasında ayrıca iddia çərçivəsində baxılması mümkün sayılmamalıdır.

9. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2754/2021 nömrəli, 19 noyabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7963/2021 nömrəli, 1 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, icra edilən məhkəmə qərarında müavinətin birdəfəlik ödənilməsi barədə qeyd göstərilməmişdir.

12. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılaraq aidiyyatı üzrə baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

13. İşə baxan apellyasiya instansiya məhkəməsi iddia tələbinin mümkünlüyünə düzgün qiymət verməmişdir. Belə ki, iddiaçı ilk iddiadan fərqli olaraq yeni iddia qaldırmış, başqa sözlə, iddia predmetini dəyişərək ona hesablanmalı olan müavinətin aylıq 80 manatdan hesablanmasını istəmişdir. Bu halda, iddia mümkün sayılmaqla mahiyyəti üzrə ba xılmalıdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyi şdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. İddiaçı tərəfindən kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə verilsə də, məhkəmə kollegiyası iddiaçı tərəfindən müddətin ötürülmədiyi və şikayət üzrə kasasiyanın mümkün olduğu nəticəsinə gəlmişdir. Belə ki, iddiaçıya dövlət hesabına təyin olunmuş vəkil tərəfindən order xx.xx.2022-ci il tarixdə verilmiş, kassasiya şikayəti isə xx.xx.2022-ci il tarixdə vəkilin elektron kabinet vasitəsi ilə elektron mə hkəmə informasiya sisteminə yerləşdirilmişdir.

17. Şikayətdə apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

20. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

21. Bununla belə, məhkəmə kollegiyası iddiaçının “hazırkı iş üzrə iddia tələbinin ilkin iddiadan fərqli olması əsası ilə mümkün olması”na dair kassasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir.

22. Hazırkı iş üzrə iddiaçıya məh kəmə qərarı ilə xx.xx.2014-cü il tarixdən əvvəlki 3 (üç) il üçün ödənilməmiş müavinət ödənilməlidir. İddiaçı hazırkı iddia tələbi ilə həmin ödənilməli müavinətin məbləğini (hər ay üçün 80 manatdan) və ödənilmə qaydasını (birdəfəlik) mübahisələndirir. İddiaçının hazırkı iş üzrə tələbi formaca (ifadə tərzi olaraq), özünün də kassasiya şikayətində qeyd etdiyi kimi, yeni məzmunlu iddia tələbi kimi görünsə də, faktiki olaraq, məhkəmə qərarının icrasına aid olan məsələdir. Belə ki, məhkəmə qərarının icrası qaydasının (hissəvi və ya birdəfəlik) və qərarın düzgün icra edilməsi (hazırkı halda ödənilməli olan müavinətin məbləğinin düzgün hesablanması) ilə bağlı məsələlər Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3749/2020 saylı,18 iyun 2020-ci il tarixli qərarının icrası qaydasında həyata keçirilməlidir. Başqa sözlə, həmin məsələlər sözügedən qərarın icrasına nəzarət edən məhkəmə tərəfindən həmin qərarın icrası çərçivəsində həll edilməli olan məsələlərdir. Odur ki, iddiaçı məhkəmə aktının düzgün icrası ilə bağlı ayrıca iddia tələbi ilə deyil, Bakı İnzibati Məhkəməsinin 2-1(112)3749/2020 saylı,18 iyun 2020-ci il tarixli qərarının cavabdeh tərəfindən düzgün icra edilməməsi ilə bağlı müvafiq ərizə ilə icraya nəzarət edən məhkəməyə (hazırkı halda Bakı İnzibati Məhkəməsinə) müraciət edə bilər və həmin ərizədə hazırkı iddia tələbində irəli sürdüyü dəlillərə istinad edə bilər.

23. Beləliklə, apellyasiya instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin mümkün sayılmaması olması barədə birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmış, qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir. 24.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2754/2021 nömrəli, 19 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar