Məhkəmə qərarları › İş №2-1(102)-840/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-840/2023

19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-840/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ixtisas imtahanının şifahi müsahibə mərhələsini vermədən Vəkillər Kollegiyasının üzvlüyünə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsinə dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi nə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-385/2022 saylı, 7 dekabr 2022ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Vəkillər X1 03 iyul 2015-ci il tarixli qərarı ilə iddiaçı Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilərək vəkillik fəaliyyətinə xitam verilmişdir. Qərar qəbul edilərkən iddiaçıdan hər-hansı izahat alınmamış və ümumiyyətlə barəsində aparılan müzakirələr haqqında xəbərdar edilməmişdir. İddiaçı qərardan sayt vasitəsi ilə xəbərdar olmuşdur. Qərarın surəti iddiaçıya göndərilmədiyinə görə 10 iyul 2015-ci il tarixdə sorğu ilə cavabdehə müraciət etmişdir. Vəkillər Kollegiyasının 265 saylı, 16 iyul 2015-ci il tarixli məktubu ilə qərarın s urəti iddiaçıya göndərilmişdir. Qərardan iddiaçının verdiyi şikayətlər məhkəmə qaydasında rədd edilib, hazırda şikayət Avropa İnsan Hüquqları Məhkəməsinin icraatındadır. 2. “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq Vəkillər Kollegiyasına üzvlük üçün 2017-ci ilin dekabr ayının 16-də təkrar müraciət etmişdir.

3. Müraciət etdikdən sonra dəfələrlə cavabdeh təşkilatın rəhbər vəzifəli şəxsləri ilə görüşmüş, ərizəsinin taleyinə aydınlıq gətirilməsini istəmişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyası ixtisas Komissiyasının sədri, aparat rəhbəri, sədr müavinləri ilə görüşləri nəticəsiz qalmışdır. Ərizəsi baxılması üçün İxtisas Komissiyasına göndərilməyib, səbəbləri barədə yazılı məlumat verməkdən imtina edilmişdir. 2019-cu ilin iyul ayında sosial şəbəkə üzərindən cavabdehə etdiyi müraciətdən sonra cavabdeh təşkilat Azərbaycan Respublikası Vəkillər X2 sədr müavininin imzası ilə 04 avqust 2019-cu il tarixli, 1114 saylı məktubla bildirilmişdir ki, şifahi müsahibə mərhələsinə dəvət olunacaqdır. Vaxt və yer haqqında heç bir məlumat verilməmişdir. Cavab başdansovdu olduğundan 30 avqust 2019-cu il tarixdə cavabdehə sorğu ilə müraciət etmiş, 2017-ci ilin dekabr ayının 16-dan etibarən Azərbaycan Respublikası Vəkillər Kollegiyası İxtisas Komissiyasının keçirilən iclasları barədə məlumat verilməsini xahiş etmişdir. İddiaçının müraciəti cavablandırılmamışdır.

4. Bakı İnzibati Məhkəməsində cavabdehə qarşı "öhdəlik qoyulması tələbinə dair" iddia qaldırandan sonra cavabdeh 11 yanvar 2020-ci il tarixdə mesaj və 12 y anvar 2020-ci il tarixdə teleqramla iddiaçını 14 yanvar 2020-ci il tarixdə keçirilən şifahi müsabiqəyə çağırılmış, istifadəsində olan sosial şəbəkədə yerləşdirdiyi məlumatda şifahi müsahibədən keçən şəxslər siyahısına iddiaçının adını daxil etməmişdir. İddiaçı sorğu ilə tələb etsə də, İxtisas Komissiyasının 2020-ci il tarixli iclas protokolu ona göndərilməmişdir. İnternet resurslarında cavabdehin yerləşdirdiyi məlumat əsasında Azərbaycan Respublikası Vəkillər Kollegiyası İxtisas Komissiyasının inzibati akt kimi qəbul edilə biləcək protokolundan cavabdehə şikayət vermişdir. İddiaçı şikayətinə baxılmasının vaxtı və yeri barədə heç bir məlumat almamış, təkrar sorğulardan sonra cavabdeh Azərbaycan Respublikası Vəkillər X2 sədr müavininin imzası ilə 317 nömrəli 04 mart 2020-ci il tarixli məktub la ona bildirilmişdir ki, İxtisas Komissiyasının qərarından verdiyi şikayət cavabdehin xx.xx.2020-ci il tarixli iclasında baxılaraq müraciəti təmin edilməmişdir.

5. Bundan başqa məktubda iddiaçının müraciətinə hansı qaydada baxıldığı, İxtisas Komissiyasının üzvlərinin dəvət edilib-edilmədiyi göstərilməmişdir. Yuxarıda göstərdiyi kimi iddiaçı həmin iclas barədə məlumatlandırılmamış, iclasın protokolu, qəbul edilmiş qərarın surəti ona göndərilməmişdir.

6. Həmin iş üzrə icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qərarı ilə başa çatmış, iddianın təmin edilməməsi barədə Şəki Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanmışdır. İş üzrə məhkəmə aktlarından Avropa Məhkəməsinə şikayət vermişdir.

7. İddiaçı sənədlərini təkrarən Vəkillər Kollegiyasının rəyasət He yətinə təqdim edərək şifahi müsahibə mərhələsinə buraxılmağını xahiş etmişdir. Sənədlər 08 fevral 2021-ci il tarixdə rəsmi poçtla daxil olsa da, uzun müddət baxılmamış, baxılmamasının səbəb və əsasları barədə məlumat verilməmişdir. İddiaçı 2021-ci ilin sentyabrında İxtisas Komissiyasına çağırılmış, Komissiya üzvlərinin verdiyi beş sualın beşini də müvəffəqiyyətlə cavablandırmışdır. 21 oktyabr 2021-c i il tarixdə Vəkillər Kollegiyası İxtisas Komissiyasının 20 oktyabr 2021-ci il tarixli məlumatı dərc edilmiş, lakin iddiaçının adı İxtisas Komissiyasının şifahi müsahibəsindən keçmiş namizədlər siyahısına daxil edilməmişdir. Qərardan verdiyi şikayət Azərbaycan Respublikası Vəkillər X2 04 noyabr 2021-ci il tarixli qərarı ilə rədd edilib. İddiaçı israr etməsinə baxmayaraq Azərbaycan Respublikası Vəkillər X2 04 noyabr 2021-ci il tarixli iclasına çağırılmamışdır. İddiaçının teleqramla müraciətindən sonra Azərbaycan Respublikası Vəkillər X3 sədrinin müavini iddiaçıya 11 noyabr 2021-ci il tarixli, 1267 saylı məktub göndərmiş, ərizəsinin təmin edilməməsini bildirmişdir. Məktuba qərar əlavə edilməmişdir. İddiaçı bildirir ki, Azərbaycan Respublikası Vəkillər X2 03 iyul 2015-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyündən çıxarılmış və vəkillik fəaliyyətinə xitam verilmişdir. Əsas olaraq iddiaçının cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum olunması göstərilmişdir. İddiaçı məhkəmə hökmü ilə müəyyən edilmiş cəzasını çəkmiş və hazırda məhkumluğu yoxdur.

8. İddiaçı cavabdehə müraciət edərək, ixtisas imtahanının şifahi müsahibə mərhələsini vermədən Vəkillə r Kollegiyasının üzvlüyünün bərpa edilməsi barədə cavabdehə müraciət etmişdir.

9. Cavabdehin xx.xx.2022-ci il tarixli 243 nömrəli imtina məktubu ilə ona qanunvericiliyin tələbləri izah edilərək tələbinin təmin olunması üçün hüquqi əsasın olmadığı bildirilmişdir. Bundan sonra vətəndaş məhkəməyə müraciət etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsinə dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı bildirir ki, Azərbaycan Respublikası Vəkillər X2 03 iyul 2015-ci il tarixli qərarı ilə A zərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyündən çıxarılmış və vəkillik fəaliyyətinə xitam verilmişdir. Əsas olaraq iddiaçının cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum olunması göstərilmişdir. İddiaçı məhkəmə hökmü ilə müəyyən edilmiş cəzasını çəkmiş və hazırda məhkumluğu yoxdur. "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 23cü maddəsinə əsasən barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda vəkilin fəaliyyətinə Vəkillər X1 qərarı ilə xitam verilir, bu maddənin 1-ci hissəsinin 7-ci və 9-cu abzaslarında nəzərdə tutulmuş hallarda vəkillərin fəaliyyətinə xitam verilməsi yalnız vəkilin Kollegiyadan xaric olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsas ında həyata keçirilə bilər. Həmin qanunun 8-ci maddəsinin 1-ci hissəsinə əsasən əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər. Qanunvericiliyin tələblərindən aydın görünür ki, iddiaçının fəaliyyətinə məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmünə əsasən xitam verildiyinə görə o, əvvəllər vəkil olmuş şəxs kimi yalnız ixtisas imtahanının şifahi müsahibə mərhələsində uğur qazanmaqla vəkilliyə qəbul edilə bilər. Belə olan halda, iddiaçının tələbi qanunsuz və əsassızdır.

12. Cavabdeh iddia tələbinə etiraz verərək bildirmişdir ki, iddiaçı əvvəllər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmu şdur. Azərbaycan Respublikası Vəkillər X1 xx.xx.2015-ci il tarixli 8 saylı iclas qərarı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2015-ci il tarixli qərarını nəzərə alaraq, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikalı Qanununun 23-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən Zərdab rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil İddiaçı xx.xx.2015-ci il tarixdən Vəkillər Kollegiyası üzvlüyündən xaric edilərək, vəkillik fəaliyyətinə xitam verilmişdir.

13. Şəki İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1060/2022 saylı qərarı ilə (hakim F.İsmayılzadə) iddia rədd edilmişdir.

14. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı nın tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslıdır, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun olmuşdur.

15. İddiaçı qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-385/2022 saylı 7 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər R.Rəfiyev - s ədrlik edən və məruzəçi, V.Məlikov və G.Cavadova) Şəki İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayətinin dəlillərinə görə, iddia ərizəsində göstərdiyi kimi 1995-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunmuş, fərdi qaydada fəaliyyət göstərmiş, vəkil statusundadır. Son 9 ildir ki, strateji məhkəmə çəkişmələri ilə məşğul olmuşdur. Vəkillər Kolleg iyasının Rəyasət Heyəti 03 iyul 2015-ci il tarixli qərarı Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilərək vəkillik fəaliyyətinə xitam verilmişdir. Qərar qəbul edilərkən ondan hər hansı izahat alınmamış, və ümumiyyətlə barəsində aparılan müzakirələr haqqında xəbərdar edilməmişdir. Qərardan "Haqqın az" saytı vasitəsi ilə xəbərdar olmuşdur. Qərarın surəti ona göndərilmədiyinə görə 10 iyul 2015-ci il tarixdə sorğu ilə cavabdehə müraciət etmişdir. Vəkillər Kollegiyasının 265 saylı,16 iyul 2015-ci il tarixli məktubu ilə qərarın surəti ona göndərilib. Bu qərara görə "Vəkillər və Vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunun 23-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə istinad edilməklə kollegiya üzvlüyündən xaric edilməklə vəkillik fəaliyyətinə xitam verilmişdir.

20. Apellyasi ya məhkəməsi apellyasiya şikayətini rədd etməsini aşağıdakı qaydada əsaslandırmışdır: birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinası əsaslıdır, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun olmuşdur.

21. Məhkəmənin gəldiyi qənaət qanuna və iş üzrə sübutlara əsaslanmır. "...imtina mövcud inzibati praktikaya uyğun olmuşdur ifadəsi hansı konkret məhkəmə presedentinə uyğundur? Barəsində şikayət verilən məhkəmə qərarında istinad edilən heç bir məhkəmə presedenti yoxdur. "..iddiaçının tələbinin təmin olunmasının zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur.” əsası da heç bir qanun normasına və sübuta söykənmir, belə çıxır ki, o cinayət məsuliyyətinə cəlb edilməsi əsası ilə məhkəmədən kənar qaydada cavabdehin özbaşına qərarı ilə vəkillik fəaliyyətindən məhrum edilməmişdir. "... cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış..." əsası da qanuna və sübutlara söykənmir. Heç bir qanun normasında böyük ictimai təhlükə törətməyən cinayətə görə vəkilin vəkillik fəaliyyətindən məhrum edilməsinə dair müddəa yoxdur. Bütün yuxarıda göstərilən lərə əsasən iddiaçı kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin 2-1(107 )-385i2022 saylı iş üzrə 07 dekabr 2022-ci il tarixli qərarı ləğv edib iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

23. İnzibati Prosessual Məcəllə Maddə 12.1 Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2 Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları top lamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13 Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məh kəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5 Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.5.1 apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə 96.11 Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilm işdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi 07 dekabr 2022-ci il tarixli, 2-1(107)-385/2022 saylı qərarının ləğv edib onun iddiasının təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

27. Məlum olduğu kimi, iddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsinə dair qərar qəbul edilməsi öhdəl iyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

28. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin 1-ci hissəsinə əsasən, Ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərən, İxtisas Komissiyasında peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə yazılı testdən və şifahi müsahibədən ibarət olan ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirmiş şəxs bu maddənin İİ hissəsində göstərilən hallara zidd olmamaq şərti ilə vəkil o la bilər. Əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər. Hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər, habelə əvvəllər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər yazılı testi vermədən, şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan vəkil ola bilərlər.

29. Həmin Qanunun 11-ci maddəsinin 3-cü hissəsinin ikinci abzasına görə Vəkillər Kollegiyasının Rəyasət Heyəti Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunma məsələsini həll edir.

30. Qanunun tələbinə görə əvvəllər vəkil (intizam qaydasında və killik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər.

31. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, müsahibə mərhələsindən keçmədən vəkilliyə bərpa edilməsi barədə qərar qəbul olunması ilə bağlı tələbin irəli sürülməsi əsassız olmuşdur.

32. Burada məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, İddiaçı iddia ərizəsinin 3-cü səhifəsinin 4-cü abzasında göstərmişdir ki, “...2021-ci ilin sentyabrında İxtisas Komissiyasına çağırılmışam, Komissiya üzvlərinin verdiyi 5 sualın 5-ni də müvəffəqiyyətlə cavablandırmışam. 21 oktyabr 2021-ci il tarixdə Vəkillər Kollegiyası İxtisas Komissiyasının 20 oktyabr 2021-ci il tarixli məlumatı d ərc edilib, adının İxtisas Komissiyasının şifahi müsahibəsindən keçmiş namizədlər siyahısına daxil edilməyib. Qərardan verdiyim şikayət Azərbaycan Respublikası Vəkillər X2 04 noyabr 2021-ci il tarixli qərarı ilə rədd edilib”.

33. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia ərizəsində sadaladığı yuxarıda göstərilmiş Vəkillər Kollegiyasının İxtisas Komissiyasının 20 oktyabr 2021-ci il tarixli şifahi müsahibədən keçmiş namizədlərin siyahısı, Vəkillər X2 04 noyabr 2021-ci il tarixli qərarı, eyni zamanda 2021-ci ilin sentyabrında Vəkillər Kollegiyasının İxtisas Komissiyasında keçirilmiş iclas protokolu və iddiaçının sözügedən məsələyə dair qərarı iş materiallarında mövcud deyildir və nəzərə alaraq ki, məhkəmə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüy ünə hüquqşünasların qəbul edilməsinə qərar verən orqan deyildir, məhkəmə kollegiyası hesab edir ki, adıçəkilən sənədlər tələb edilməklə İPM-nin 13-cü maddəsinin tələbləri baxımından onlarla iddiaçıya tanış olmaq imkanı yaradılmalı və iddiaçıya sözügedən sənədlərin mübahisələndirilməsi və buna görə də iddia tələblərinin dəqiqləşdirilməsi halında iddianın mümkünlüyü məsələsi baxımdan iddiaçıya apellyasiya məhkəməsi tərəfindən yardım edilməlidir.

34. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 07 dekabr 2022-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

35. Şərh edilənlərə əsasən m əhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 dekabr 2022-ci il tarixli, 21(107)-385/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar