Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-841/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx xxxxxxx 1963-cü il təvəllüdlü; FİN kodu – xxxxxxx;) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ““pensiyanın bərpa edilməsi” tələbinə da ir inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2021-ci il tarixli, 2-1(103)-736/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən iddiaçıya 20 noyabr 2015-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilmiş və təyin edilmiş pensiya üzrə ödənişlər 25 noyabr 2020-ci ilə qədər həyata keçirilmişdir.
2. Əmək pensiyası ödənişinin dayandırılması haqqında **********0 saylı, 18 fevral 2021-ci il tarixli qərarı ilə İddiaçı əmək pensiyasının ödənilməsi cavabdeh tərəfindən dayandırılmışdır. Qərarda göstərilmişdir ki, pensiyanın dayandırılmasının əsası DSMF-nin aparatının daxili nə zarət departamentindən daxil olmuş **********6 nömrəli, 2 sentyabr 2020-ci il tarixli məktub olmuşdur.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək dayandırılmış pensiya ödənişinin bərpa edilməsini xahiş etmişdir.
4. Cavabdeh 5 mart 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, 14 yanvar 1980-ci il – 25 yanvar 2003-cü il tarixləri arasındakı dövr ərzində “N.Nərimanov adına BTB”də İddiaçı işlədiyi qeyd olunmuşdur. Fondun aidiyyəti mütəxəssisləri tərəfindən onun sənədlərində qeyd olunan məlumatların dəqiqləşdirilməsi zamanı 1991-1997-ci illər arasındakı dövr ərzində haqqı ödənilməyən ödənişsiz məzuniyyətdə olması müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək stajına aid edilmədiyi ü çün əmək pensiyası təyin edilərkən (“Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) ödənişsiz məzuniyyətdə olduğunuz müddəti onun ümumi iş stajınıza daxil etmək mümkün deyil. Buna görə də iddiaçının ümumi iş stajı 20 ildən az (17 il) təşkil edir. Qeyd edilən faktlar Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən 13 avqust 2020-ci il tarixli, 544 nömrəli Aktla təsdiq edilmişdir. Göstərilən uyğunsuzluqlara baxmayaraq, iddiaçıya 20 noyabr 2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən iddiaçıya 20 noyabr 201 5-ci il – 30 noyabr 2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 11624,89 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq iddiaçıya artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarılmasını xahiş edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 14 aprel 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qəbul edilmiş **********0 nömrəli, 5 mart 2021-ci il tarixli qərarın ləğv olunmasını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə güzəştl i şərtlərlə pensiyanın verilməsini 2020-ci ilin dekabr ayı daxil olmaqla bərpa etmək və pensiyanın ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul olunmasını və pozulmuş hüququnun bərpası üçün sərf etdiyi dövlət rüsumu 11.50 manat (etibarnamə) cavabdehdən alınaraq ona ödənilməsinin təmin edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1 yanvar 1980-ci ildən 25 iyul 2003cü ilə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahısında müəyyən olunmuş formalaşdırıcı vəzifəsində çalışmış, bu sahədə ümumilikdə 23 il 6 ay əmək stajına malikdir. Bundan sonra, 11 may 2006-cı ildən 18 fevral 2017-ci ilədək Bakı Dəmiryol Xəstəxanasında xadimə vəzifəsində çalışmış və bu sahədə 10 il 9 ay əm ək stajına malikdir. Beləliklə, onun zəhərli sahədə iş stajı 23 il 6 ay digər sahədə isə 2015-ci ilə qədər 8 il 9 ay əmək stajı mövcuddur. Bütün qeyd etdikləri əmək kitabçası ilə təsdiq edilir. Yuxarıda qeyd edilənləri rəhbər tutaraq ona 2015-ci ildən güzəştli şərtlərlə pensiya təyin edilmişdir və ötən ilin dekabr ayınadək o, qeyd edilmiş pensiyanı almışdır. Lakin cari ilin mart ayının 5-də Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul olunmuş “qərara” əsasən pensiyası dayandırılmışdır. Hesab edir ki, onun güzəştli şərtlərlə pensiya almaq hüququ olmuşdur, belə ki, pensiya 2015-ci ildə təyin edilərkən onun (qurumun mövqeyinə əsasən 1991-1997-ci illər çıxılmaqla) 17 il zərərli sahədə və 2006-cı ildən 2015-ci ilədək adi sahədə stajı mövcud olmuş dur ki, bu da qanuna uyğundur. Bundan əlavə qeyd edilmiş qurum ondan 11624.89 manat artıq ödənilmiş pul vəsaitini geri tələb etmişdir ki, bu da qanunaziddir.
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, aparılan araşdırma zamanı iddiaçıya vaxtilə pensiya təyin edilərkən onun təqdim etdiyi sənədlərdə 14 yanvar 1980-ci il – 25 iyul 2003-cü il tarixləri arasındakı dövr ərzində “N.Nərimanov adına BTB”də işlədiyi qeyd olunmuşdur. Fondun aidiyyəti mütəxəssisləri tərəfindən onun sənədlərində qeyd olunan məlumatların dəqiqləşdirilməsi zamanı 1991-1997ci illər arasındakı dövr ərzində haqqı ödənilməyən ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək stajına aid edilmədiyi üçün əmək pensiyası təyin edilərkən (“Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) iddiaçının ödənişsiz məzuniyyətdə olduğu müddəti onun ümumi iş stajına daxil etmək mümkün deyil. Buna görə də iddiaçının ümumi iş stajı 20 ildən az (17 il) təşkil edir. Qeyd edilən faktlar Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən 13 avqust 2020-ci il tarixli, 544 nömrəli Aktla təsdiq edilmişdir. Göstərilən uyğunsuzluqlara baxmayaraq, ona 20 noyabr 2015-cı il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən iddiaçıya 20 noyabr 20 15-ci il – 30 noyabr 2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 11624,89 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla, əlaqədar olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən 5 mart 2021-ci il tarixli **********0 nömrəli məktubla iddiaçıya artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağı xahiş edilmişdir. Əks halda iddiaçıya artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5766/2021 nömrəli, 19 aprel 2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olma yan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl Cavabdeh ilə əvəz edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2-1(112)-5766/2021 nömrəli qərarı (hakim: X2) ilə iddia təmin edilmiş, iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırılmasına dair cavabdehin hərəkətləri qanunsuz hesab edilmiş və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, iddiaçıya məxsus əmək kitabçasında onun 14 yanvar 1980-ci il – 25 iyul 2003-cü il tarixlərdə “N.Nərimanov adına BTİB”-də formalaşdırıcı vəzifəsində işləməsinə dair qeydlər aparılmışdır. Cavabdeh iddiaçının 1991-1997-ci i llər arasındakı dövr ərzində haqqı ödənilməyən ödənişsiz məzuniyyətdə olmasını və buna görə də iddiaçının sığorta stajının 17 il təşkil etdiyini əsas gətirsə də, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən təqdim olunmuş əmək haqqı cədvəlində iddiaçının 1991-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul və avqust ayları üzrə, 1994-cü ilin may, iyun, iyul, avqust, oktyabr ayları üzrə, 1995, 1996 və 1997-ci illərin bütün ayları üzrə əmək haqqı aldığı müəyyən olunmuşdur. Məhkəmə qeyd etmişdir ki, iddiaçının yalnız bütün ayları üzrə əmək haqqı aldığı 1995, 1996, 1997-ci illər ona tam əmək stajı kimi hesablandıqda 20 il sığorta stajı müəyyən olunur ki, bu da iddiaçının 20 noyabr 2015-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyas ı almaq hüququnu təsbit edir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının təyin edilmiş əmək pensiyası dayandırılarkən onun sosial sığorta stajı düzgün araşdırılmamış və 1991, 1994, 19951997-ci illərdə əmək haqqı alması müəyyən olunduğu halda həmin dövr sığorta stajı kimi nəzərə alınmamışdır. Bununla da iddiaçının konstitusion hüququ olan sosial təminat hüququ pozulmuşdur.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh apellyasiya instansiya məhkəməsinə təqdim etdiyi əmək pensiyası ödənişinin dayandırılması haqqında **********0 saylı, 18 fevral 2021-ci il tarixli qərarı ilə İddiaçı əmək pensiyası dayandırılmışdır. Qərarda göstərilmişdir k i, pensiyanın dayandırılmasının əsası DSMF-nin aparatının daxili nəzarət departamentindən daxil olmuş **********6 nömrəli, 2 sentyabr 2020-ci il tarixli məktub olmuşdur.
13. Cavabdehin təqdim etdiyi iddiaçı barəsində olan X7 Sistemindən çıxarışdan məlum olmuşdur ki, iddiaçıya 20 noyabr 2015-ci il tarixli qərarla güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiya 25 noyabr 2020-ci il tarixdən dayandırılmışdır.
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2021-ci il tarixli, 2-1(103)-736/2022 nömrəli qərarı (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X4 və X1) ilə Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qərarı iddiaçıya pensiya ödənişinin 25 noyabr 2020-ci il tarixdən bərpa edilməsi göstərilməklə dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyas ı məhkəməsi qərarda qeyd etmişdir ki, hazırkı işdə pensiyanın dayandırılmasından öncə cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Bununla yanaşı, iddiaçıya əmək pensiyası ödənişinin dayandırılması ha qqında qərarın təsdiq olunmuş surəti apellyasiya baxışı zamanı məhkəməyə təqdim olunmuşdur. Həmin qərar nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, sözügedən qərar iddiaçıya aid 084650 saylı pensiya işi üzrə pensiyanın növü “güzəştli şərtlərlə yaşa görə” qeyd edilməklə, 18 fevral 2021-ci il tarixdə qəbul edilmişdir. Halbuki, cavabdeh inzibati orqanın təqdim etdiyi iddiaçı barəsində olan X7 Sistemindən çıxarışdan məlum olur ki, iddiaçıya 20 noyabr 2015-ci il tarixli qərarla güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiya 25 noyabr 2020-ci il tarixdən dayandırılmışdır. İddiaçıya 20 noyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi-iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola onun icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, bu barədə iddiaçıya 5 mart 2021-ci il tarixli məktubla məlumat verməklə kifayətlənərək, a rtıq ödənildiyini iddia etdiyi pensiya məbləğinin geri qaytarılmasını tələb etmiş, bununla da pensiya təyinatı üzrə ödənişin dayandırılması barədə faktiki xarakterli hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçıya ünvanlanmış “pensiya ödənişinin dayandırılması haqqında” 5 mart 2021-ci il tarixli məktub əslində, iddiaçı barəsində qanun çərçivəsində həyata keçirilə bilən inzibati icraatın nəticəsi olaraq qəbul edilmiş inzibati aktla bağlı artıq ödənilmiş pensiya məbləğinin qaytarılması barədə göndərilə biləcək “tələbnamə” qismində çıxış edir, çünki həmin məktub “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulan “inzibati akt” anlayışına və meyarlarına cavab vermir. Həmçinin birinci instansiy a məhkəməsi qərarının nəticə hissəsində iddiaçının pensiya ödənişinin hansı tarixdən bərpa olunması məsələsi göstərilməsə də, bu hal kobud pozuntu kimi qiymətləndirilmədiyi üçün qərarın ləğvi üçün də əsas yaratmır. Buna görə də məhkəmə qərarı iddiaçıya pensiya ödənişinin 25 noyabr 2020-ci il tarixdən bərpa edilməsi göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın dəlillərinin əsasını iddiaçı ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə etirazda qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı sübut olunmuşdur ki, İddiaçı 14 yanvar 1980-ci il 25 iyul 2003-cü il tarixlərdə "N.Nərimanov adına BTİB'lə formalaşdırıcı vəzifəsində işlədiyi dövr nəzərə alınmaqla Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən ona 20 noyabr 2015-ci il tarixdən 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi əsaslı və qanuni olmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçının 1991- 1997-ci illər arasındakı dövr ərzində haqqı ödənilməyən ödənişsiz məzuniyyətdə olmasına istinad edərək pensiyanın dayandırması və 20 noyabr 2015-ci il – 30 noyabr 2020-ci il tarixləri arasındakı dövr ərzində ödənilmiş ümumilikdə 11624.89 m anat artıq pul vəsaitinin geri qaytarılması tələbi tam qanunsuz və əsassız olmuşdur. İddiaçıya əmək pensiyası ödənişinin dayandırılması haqqında qərarın təsdiq olunmuş surəti cavabdeh tərəfindən apellyasiya baxışı zamanı məhkəməyə təqdim olunmuşdur. Həmin qərar nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, sözügedən qərar iddiaçıya aid 084650 saylı pensiya işi üzrə, pensiyanın növü “güzəştli şərtlərlə yaşa görə” qeyd edilməklə, 18 fevral 2021-ci il tarixdə qəbul edilmişdir, Halbuki cavabdeh inzibati orqanın təqdim etdiyi iddiaçı barəsində olan X7 Sistemindən çıxarışdan məlum olur ki, iddiaçıya 20 noyabr 2015-ci il tarixli qərarla güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiya 25 noyabr 2020-ci il tarixdən dayandırılmışdır. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma on u deməyə əsas vermişdir ki, iddiaçıya 20 noyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmamış) “pensiya təyinatı ilə qanun pozuntusu yol verildiyini” aşkar, etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pe nsiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola onun icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, bu barədə iddiaçıya 5 mart 2021-ci il tarixli məktubla məlumat verməklə kifayətlənərək, artıq ödənildiyini iddia etdiyi pensiya məbləğinin geri qaytarılmasını tələb etmiş, bununla da pensiya təyinatı üzrə.ödənişin dayandırılması.barədə faktiki xarakterli hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya.təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. "İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallar da, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir.
19. Cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında’' Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də "İnzibati icraat haqqında" Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh: müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində, nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməc əyək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. TƏTBİQ EDİLƏN HÜQUQ 20. ”İnzibati icraat haqqında” qanun: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
21. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə)
22. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) idd ialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, hə mçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİY ANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Şi kayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin fa ktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının dayandırılmış pensiyasının bərpa edilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhk əməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçıya 20 noyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın mövcud olmasına baxmayaraq cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvv ədə ola-ola onun icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, bu barədə iddiaçıya 5 mart 2021-ci il tarixli məktubla məlumat verməklə kifayətlənərək, artıq ödənildiyini iddia etdiyi pensiya məbləğinin geri qaytarılmasını tələb etmiş, bununla da pensiya təyinatı üzrə ödənişin dayandırılması barədə faktiki xarakterli hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir.
30. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehi n üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
31. Belə ki, cavabdeh kassasiya şikayətində iddiaçının 1991-1997-ci illər arasındakı dövr ərzində haqqı ödənilməyən ödənişsiz məzuniyyətdə olmasını və buna görə də iddiaçının sığorta stajının 17 il təşkil etdiyini əsas gətirsə də, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən təqdim olunmuş əmək haqqı cədvəlində iddiaçının 1991-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul və avqust ayları üzrə, 1994-cü ilin may, iyun, iyul, avqust, oktyabr ayları üzrə, 1995, 1996 və 1997-ci illərin bütün ayları üzrə əmək haqqı aldığı müəyyən olunmuşdur. Beləliklə, iddiaçının 20 il sığorta stajı müəyyən olunur ki, bu da iddiaçının 20 noyabr 20 15-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnu təsbit edir.
32. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2021-ci il tarixli, 21(103)-736/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.