Məhkəmə qərarları › İş №2-1(102)-841/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-841/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-841/2023 11.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçın cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiya kapitalı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərt lərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(107)-359/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Şəki Mexanika Texnologiya Texnikumunda xx.xx.1985-xx.xx.1988-ci illərdə təhsil almışdır. O, xx.xx.1979 - xx.xx.1981-ci illərdə (2 il, 1 ay, 3 gün) SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Həmçinin, iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən o, xx.xx.1982 - xx.xx.2007-ci illərdə müxtəlif işlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur.

2. İddiaçı 4 oktyabr 2021-ci il tarixdə cavabdehə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

3. Cavabdeh 14 oktyabr 2021-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının xx.xx.198203.0.5.1990-cı illərdə "xxxx" ASC-nin Boyaq bəzək istehsalatında işlədiyi boyaqçı vəzifəsi, həmçinin xx.xx.1990-xx.xx.2007-ci illərdə adıçəkilən müəssisənin eyni adlı istehsalatında bişirici vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Bişirici peşəsi peşə tullantıları bişirmək üçün kimya tərkiblərinin bişirici ləri və barama tullantısı bişiriciləri vəzifələrinə uyğun deyil. Eləcə də, iddiaçıya münasibətdə 40800 manat pensiya kapitalı tələb olunduğu halda, fərdi hesabının sığorta hissəsində 20802,92 manat pensiya kapitalı mövcuddur. Qeyd olunanlar nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı ərizəsində göstərmişdir ki, ümumi və xüsusi i ş stajı nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh əsassız olaraq ona imtina cavabı vermişdir.

6. Şəki İnzibati Məhkəməsinin (hakim V.Ə.Musayev) 5 avqust 2022-ci il tarixli, 21(116)-572/2022 saylı qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2018-ci il tarixdən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi və 12 il 6 aydan az olmayan güzəştli iş stajı mövcuddur. İddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1990-cı ildən keçirildiyi bişirici peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 22100000 XX. Yüngül sənaye 22106000

5. İpək və baramaaçma istehsalatları 2210600a—11363 tullantıları bişirmək üçün kimya tərkiblərinin bişiriciləri kodunda nəzərdə tutulmuşdur. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 57 yaşının tamamlandığı xx.xx.2018-ci il tarixdə yaranmışdır. Onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciəti xx.xx.2021-ci il tarixdə cavabdeh quruma daxil olduğundan, ona xx.xx.2018ci il tarixdən, yəni müraciət edilən tarixdən əvvəlki üç il müddət üçün pen siya hesablanıb ödənilməlidir..

8. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.R. Rəfiyev -sədrlik edən və məruzəçi, M.V.Məlikov və G.İ.Cavadova) xx.xx.2022-ci il tarixli, 21(107)-359/2022 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 5 avqust 2022-ci il tarixli, 2-1(116)-572/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLL ƏRİ a. kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri

13. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 16. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakıl ar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddinin 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.

17. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qər arını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİ YASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

21. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predm etini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

22. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

23. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiya sı, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

25. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarına görə, hazırkı mübahisəyə münasibətdə iddiaçının 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: o, 57 yaşına çatmalı, xx.xx.2006-cı il tarixədək 25 ildən az olmayan ümumi, o cümlədən həmin müddət daxilində, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və gö stəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır.

26. İddiaçının 57 yaşa çatması işin mübahisəsiz halıdır. Eləcə də iddiaçının təhsil və hərbi xidmət müddəti də daxil olmaqla, xx.xx.2006-cil tarixədək 25 il ümumi iş stajına malik olması iş materiallarında olan diplomun, hərbi biletin və əmək kitabçasının surətinə əsasən müəyyən edilir. Cavabdeh də iddiaçının ümumi iş stajını mübahisələndirmir.

27. Cavabdeh iddiaçının güzəştli iş stajını mübahisələndirərək bildirmişdir ki, onun "xxxx" ASC-nin Boyaq bəzək istehsalatında işlədiyi boyaqçı vəzifəsi, həmçinin xx.xx.1990 - xx.xx.2007-ci illərdə adıçəkilən müəssisənin eyni adlı istehsalatında bişirici vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Q ərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Bişirici peşəsi peşə tullantıları bişirmək üçün kimya tərkiblərinin bişiriciləri və barama tullantısı bişiriciləri vəzifələrinə uyğun deyil.

28. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, Şəki İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC-nin boyaq bəzək istehsalatında boyaqçı, bişirici peşəsində uzun illər işləmiş İddiaçı tələbinə dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 saylı qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, p eşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda bəzi peşə adlarındakı əvəzedilmələri bildiririk. Qərarın 26-cı bəndinə əsasən, Yüngül sənaye üzrə: 26.

1. Toxuculuq sənayesi: Bişiricilər - parçanı bişirənlər, parçanı yuyanlar və parçanı buğa verənlər Boyaqçılar - boyaq hazırlayanlar, parçanı boyayaıılar həqiqətən “Toxuculuq sənayesi” bölməsində göstərilən bişirici və boyaqçı peşəsində işləyənlərdir. Sorğuya cavab olaraq bildirilir ki: 26.5 “İpək və baramaaçma istehsalatları:” “tullantıları bişirmək üçün kimya tərkiblərinin bişiriciləri” peşəsi ilə boyaq bəzək istehsalatında olan “bişirici” peşəsinin həyata keçirdiyi fəaliyyətin xarakteri bir birinə uyğundur. “Bişirici” - kimyəvi maddələr barkaya tökülür, parçalar barkaya yüklənir,sonra qurumağa və boyanmağa verilir. “Boyaqçı” - kimyə vi maddələr kalsiləşdirilmiş soda, silikat, hidrosulfıd, naşatır spirti və perehidroldan istifadə edilir. Bu peşədə işləyənlər 100 dərəcə temperaturda qaynar buxarlı suda işləyirlər. Bütün bunlar kimyəvi, zəhərli, ağır sahə sayıldığı üçün bu peşələrdə işləyən işçilərə gündə bir litr süd verilib. Onların aldığı əmək haqqı hesablanarkən başqa işçilərlə onlar arasında 15- 20 % fərq olub. "xxxx" ASC-nin xx.xx.2022-ci il arayışında qeyd edilənlər iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1990 - xx.xx.2007-ci illərdə işlədyi bişirici peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 22100000 XX. Yüngül sənaye 22106000

5. İpək və baramaaçma istehsalatları 2210600a—11363 tullantıları bişirmək üçün kimya tərkiblərinin bişiriciləri peşəsinə uyğunluğunu təsdiq edir.

29. Beləliklə də, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün iddiaçının 01 yanvar 2006-cı il tarixədək, hərbi xidmət dövrü də daxil olmaqla, azı 25 il ümumi iş stajı ilə yanaşı, 12 il 6 ay güzəştli iş stajını da topladığı tam sübuta yetirilir.

30. Cavabdehin kassasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan norma lara görə, hazırkı mübahisə üzrə iddiaçıya münasibətdə pensiya kapitalı ilə bağlı tələb irəli sürülə bilməz. Nəzərə alınmalıdır ki, iddiaçının pensiya hüququ “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən yarandığından, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” müddəası ona şamil edilə bilməz. Bu baxımdan, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı cavabdehin tələbi əsassızdır və iddiaçıya qarşı həmin tələbi irəli sürməkdə cavabdeh haqlı sayıla bilməz.

32. Beləliklə, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Nəticə etibarı i lə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(107)-359/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar