Məhkəmə qərarları › İş №2-1(102)-841/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-841/2024

15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-841/2024 15.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı21, İddiaçı2 və digərlərinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; 2011-ci ildən əvvəlki münasibətlər) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçılar İddiaçı10, İddiaçı9 və digərlərinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3096/2023 nömrəli, 7 noyabr 2023-cü il tarixli qərardadından idd iaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının 16 dekabr 2005-ci il tarixli 330 saylı və 02 iyun 2006-cı il tarixli 142 saylı sərəncamlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar 1991-ci ildə 26 Bakı komissarı (indiki Əli Əmirov) adına NQÇİ-nin müraciəti əsasında yaradılan “Şabandağ bağçılıqyoldaşlıq təsərrüfatı kollektivinin üzvləri olmuşlar və onlara Şabandağ sahəsində bağ sahələri verilmişdir. Bakı şəhər X2 İcraiyyə Komitəsinin 11/ 546 nömrəli, xx.xx.1991-ci il tarixli qərarına əsasən 26 Bakı Komissarı adına Neft-Qazçıxarma İdarəsinin xahişi nəzərə alınaraq, Qaradağ rayonu Lökbatan-Hacı Həsən yolunun qərb hissəsində kollektiv bağçılıq-bostançılıq üçün həmin idarəyə torpaq sahəsi ayrılmışdır. “26 Bakı Komissarı” adına Neft-Qazçıxarma İdarəsinin və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokolundan çıxarışa əsasən iddiaçılar “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin üzvü olmuşlar və “26 Bakı Komissarı” adına Həmkarlar Təşkilatının xx.xx.1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokoluna əsasən onlara Şabandağ sahəsində “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin ümumi sahəsindən torpaq sahələri verilmişdir. Bağçının üzvlük kitabçalarına əsasən iddiaçılar 1991-c i ildən 2004-cü ilə kimi “Şabandağ” bağçılıq yoldaşlıq kollektivinə üzv qəbul edilmişlər. İddiaçılar 2022-ci may ayından oktyabr ayına kimi ayrı-ayrılıqda onlara məxsus bağ sahələri üzərində mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişlər, lakin iddiaçıların müraciətlərinin təmin edilməsindən imtina olunmuşdur. Bütün imtina bildirişlərinin əsasları kimi idarədə mövcud arxiv məlumatlarına əsasən bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında iddiaçıların adının aşkar olunmaması, elektron kadastr baza məlumatlarına əsasən bağçılıq-yoldaşlığa dair bölgü sxeminin olmadığı üçün göstərilən torpaq sahəsinin yerləşməsini müəyyən etməyin mümkün olmaması, qeyd edilən ərazilərə digər fiziki şəxsin müraciətinin qeydə alınması, həmçinin ümumi əraziyə (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər şəxsə məxsus Torpaq sahəsinin plan və ölçüsünün (kadastr planı) verilməsi göstərilmişdir.

3. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 16 dekabr 2005-ci il tarixli 330 saylı və 12 iyun 2006-cı il tarixli 142 saylı sərəncamları ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbovun 16 dekabr 2005-ci il tarixli 330 saylı sərəncamına əsasən, X3 05 avqust 2005-ci il tarixli, 01/0026 saylı məktubu nəzərə alınaraq, Binəqədi və Xocasən rayonlarının ərazilərində, Xocasən kəndinin şərqində yerləşən Xocasən gölü ətrafından universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün X3 daimi istifadəsinə torpaq sahəsi verilmişdir. Cavabdeh qurumun 02 iyun 2006-cı il tarixli 142 saylı sərəncamına əsasən Binəqədi rayonu Xocasən gölünün şimalında "xxxx" X1 və "xxxx" MMC-yə torpaq sahəsinin ayrılması ilə bağlı sərəncamlar ləğv edilərək, həmin torpaq sahələri cavabdeh qurumun 330 saylı sərəncamına əsasən, universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün X3 daimi istifadəsinə verilmiş torpaq sahələrinə əlavə edilmişdir.

4. İddiaçılar 2022-ci ildə müxtəlif vaxtlarda onlara verilmiş bağ sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və bununla bağlı onlara çıxarış verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişlər. İdarədən 19 iyul 2022-ci il tarixindən başlayaraq 2022-ci ilin dekabr ayına kimi müxtəlif vaxtlarda təqdim edilmiş cavab məktubları nda iddiaçıların müraciətinin təmin edilməsindən imtina edilmiş, idarə imtinanın əsaslarından biri kimi elektron kadastr baza məlumatlarında iddiaçılara verilmiş torpaq sahələri ilə bağlı digər şəxsin adına kadastr planının olduğunu göstərmişdir. Əldə olunan sənədlərdən məlum olmuşdur ki, həmin torpaq sahələri ilə bağlı kadastr planı cavabdeh qurumun 16 dekabr 2005-ci il tarixli sərəncamına əsasən X5 verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının sözügedən sərəncamları qanunsuz və əsassızdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçılara ünvanladığı imtina bildirişlərinin əsaslarından biri kimi göstərilən əraziyə digər şəxsin adına kadastr planının verilməsi göstərilmişdir. İddiaçılar qeyd edilmiş torpaq sahələri üzərində istifadə hüququnu 7 avqust 1991-ci ildə əldə etmişlər. X6 isə həmin torpaqlar üzərində daimi istifadə hüququnu 16 dekabr 2005-ci il və 02 iyun 2006-cı ildə cavabdeh qurumun iki müvafiq sərəncamı ilə əldə etmişdir. Həmin torpaq sahələri Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X3 adına X4 kitabında 12 yanvar 2011-ci ildə 23519 nömrə ilə uçota alınmış və Torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. Bağ sahələri həmin dövrdə mövcud olan qanunvericiliyə uyğun olaraq icra hakimiyyətlərinin nəzdində olduğu üçün cavabdeh qurum həmin torpaq sahələrinin iddiaçılara verilməsi ilə bağlı sənədlərə və digər arxiv məlumatlarına sahib olmuşdur. Cavabdeh qurum həmin bağ sahələrinin digərlərinin istifadəsində olduğunu bildiyi halda və torpaq sahələrinin iddiaçılar a ayrılmasına dair 07 avqust 1991-cı il tarixli, 11/546 saylı protokol və Bakı şəhər X2 İcraiyyə Komitəsinin 11/546 nömrəli, xx.xx.1991-ci il tarixli qərarı qüvvədə olduğu halda həmin torpaqlar üzərində istifadə hüququnu başqa bir hüquqi şəxsə vermişdir ki, bu da qanunsuz və əsassızdır.

5. Bundan başqa Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktublarından aydın olur ki, cavabdeh qurumun torpaq sahəsinin X5 verməsi ilə bağlı sərəncamlarının idarə tərəfindən qanunvericiliyə uyğun qəbul edilməsinin əsas səbəbi idarənin əlində torpaq sahəsinin iddiaçılara məxsus olduğunu təsdiq edən arxiv məlumatlarının olmamasıdır. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Re spublikası Prezidentinin 22 may 2007-ci il tarixli № 2186 Sərəncamının 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etməli və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etməlidir. Ancaq işin hallarından görünür ki, qeyd edilən arxiv məlumatlarının Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə təqdim edilmədiyindən idarə arxiv məlumatlarından xəbərsiz olduğu üçün cavabdeh qurumun qanunvericiliyə zidd sərəncamını rəsmiləşdirmək məcburiyyətində qalmışdır.

6. İddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının 16 dekabr 2005-ci il tarixli, 330 sayl ı və 2 iyun 2006-cı il tarixli 142 saylı sərəncamlarının iddiaçılara aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6178/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qərardadı ilə (hakim L.Musayeva) iddia mümkün sayılmamışdır.

8. Məhkəmə qeyd etmişdir ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fə slində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu.

9. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzi bati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

10. Hazırkı işdən iddiaçıların 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdikləri tələb ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.

11. İddiaçılar həmin qərardaddan apellya siya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılaraq iddia tələbinə aidiyyatı üzrə Bakı İnzibati Məhkəməsində baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdirlər. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3096/2023 nömrəli, 7 noyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər: Ş.Məmmədova /sədrlik edən və məruzəçi/, P.Hüseynov və C.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçılar həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılaraq iddia tələbinə aidi yyatı üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçıların kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələrin istinad etdiyi İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olmuş Mülki Prosessual Məcəllənin 24-1-ci fəslində, 2000-ci ildə qüvvəyə minmiş Mülki Prosessual Məcəllənin 30 sentyabr 2011-ci ilədək qüvvədə olmuş 27-ci fəslində, eyni zamanda hazırda qüvvədə olan İnzibati Prosessual Məcəllədə 2011-ci il tarixədək qəbul edilmiş aktların həmin tarixədək mübahisələndirlmədiyi hallarda sonradan mübahisələndirilməsinin yolverilməzliyi ilə bağlı heç bir müddəa yoxdur. Digər tərəfdən Azərbaycan Respublikasının Konstutisyasınm 149cu maddəsinin 7-ci hissəsinə ə sasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. İddiaçılar onların qanuni mənafelərinə və hüquqlarına toxunan cavabdehin 2005 və 2006-cı il tarixli sərəncamlarını mübahisələndirməklə istifadələrində olan və onlara qanuni şəkildə verilmiş torpaq sahələri üzərində mülkiyyət hüquqularını müəyyən etmək istədiyindən, bununla da iddiaçıların hüquqi vəziyyətini yaxşılaşdırmağa imkan yaradan 2011-ci ilin sentyabrında qüvvəyə minmiş İnzibati Prosessual Məcəllə həmin tarixdən əvvəl qəbul edilmiş inzibati aktların mübahisələndirilməsinə də imkan vermiş olur.

16. Bakı Apellyasiya Məhkəm əsinin İnzibati Kollegiyası çıxardığı qərardadla iddiaçıların təkcə ədalətli mühakimə hüququnu deyil, həm də Azərbaycan Respublikasının Konstitus iyasının 29-cu maddəsi və Avropa Konvensiyasına 1-ci Əlavə Protokolun 1-ci maddəsi ilə təminat verilən mülkiyyət hüququnuda pozmuş olur. Belə ki, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin 2005 və 2006-cı il tarixli sərəncamları iddiaçılara aid hissədə ləğv olunması üçün hüquqi mübahisələndirmə imkanı yaradılmadığından onlar faktiki istifadələrində olan torpaq sahələri üzərində hüquqlarını təsbit edəcək müvafiq çıxarışı əldə edə bilmirlər. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən ş ərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəmə sinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı b ütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hazırkı iş üzrə qəbul etdiyi 7 noyabr 2023-cü il tarixli qərardadı ilə, iddiaçıların (cəmi 21 nəfər) apellyasiya şikayətinin təmin edilməməsi, iddiaçıların iddiasının mümkün sayılmaması barədə Bakı İnzibati Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2-1(112)-6178/2023 saylı qərardadının dəyişdirilmədən saxlanılması nəticəsinə gələrkən belə hesab etmişdir ki, “Hazırkı işdən iddiaçıların 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdikləri tələb ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda in zibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.”

23. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmaqla, xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, iddiaçılar iddia ərzəsi ilə məhkəməyə müraciət etdikləri və birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından apellyasiya şikayəti verdikləri zaman onların sayı cəmi 21 nəfər olduğu halda, kassasiya şikayətindən göründüyü kimi, kassasiya şik ayətini 13 nəfər imzalamış, yəni 21 nəfərdən 8 nəfər apellyasiya instansiyası məhkəməsinin 7 noyabr 2023-cü il tarixli, 2-1(103)-3096/2023 saylı qərardadı ilə razılaşmışlar.

24. Məlum olduğu kimi, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

25. Bu baxımdan apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, “Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhk əməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.”

26. Məlum olduğu kimi, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu.

27. Başqa sözlə mübahisə açan tərəf həmi n qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

28. İş materiallarından göründüyü kimi, hazırkı işdən iddiaçıların 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etd ikləri tələb ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən, apellyasiya məhkəməsi düzgün olaraq 7.11.2023-cü il tarixli qərardadı ilə, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə xx.xx.2023-cü il tarixli qərardadını dəyişdirmədən qüvvədə saxlamışdır.

29. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçıların (cəmi 13 nəfər) kassasiya şikayətinə gəldikdə isə, həmin kassasiya şikayətinin dəlillərinin əsasları iddiaçıların apellyasiya şikayətindəki dəlillərinin əsasları ilə eynilik təşkil etdiyindən, yəni faktiki yeni dəlillər yazılmadığından, həmin dəlillərin kassasiya instansiyası məhkəməsində təkrar olaraq təkzib edilməsinə ehtiyac qalmır, belə ki, apellyasiya instansiyası məhkəməsi sözügedən dəlilləri araşdıraraq onlara doğru qiymət vermiş və bunun nəticəsində iş üzrə qanuni və əsaslı məhkəmə qərardadı qəbul etmişdir.

30. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin 7 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3096/2023 nömrəli, 7 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar