Məhkəmə qərarları › İş №2-1(102)-842/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-842/2020

04.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-842/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: hərbi həkim komissiyasının imtinasının əsassız sayılması, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiqi hərbi xidmətdə olarkən xəstələnmə) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun, cavabdehin vəkili Əlirza Həbilovun iştirakı ilə, İddiaçı cavabdeh DİN Daxili Qoşunlarının Baş İdarəsinə qarşı hərbi həkim komissiyasının imtinasının əsassız sayılması öhdəliyinin cava bdehin üzərinə qoyulması tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İİK-nın xx xxxxxx 2019-cu il tarixli 2-1(107)641/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı hərbi həkim komissiyasının imtinasının əsassız sayılması və həqiqi hərbi xidmətdə xəstələnməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1985-ci ildə Ağsu şəhərində doğulmuş, N3-N7-ci illərdə ali təhsil almış, N7-ci ildə təhsilini bitirib hərbi xidmətə getmişdir. N8-ci ilin aprel ayında hərbidə olarkən qanaxma baş vermiş və bu barədə tağım komandirini məlumatlandırmışdır. Tağım komandiri onu tibb məntəqəsinə göndərmiş və sonuncu ona qanın boğazından gəldiyini, qaçmaqdan kapilyarların partladğını bildirmişdir. 10 günə yaxın tibb məntəqəsində yatmış, müraciətlərinə baxmayaraq hərbi hospitala göndərilməmişdir. Ordudan təxris edildikdən sonra avqust ayında təkrar qanaxması olmuş və həkimə müraciət etmişdir. Bu zaman məlum olmuşdur ki, ciyərində ləkələr var. Müalicə olunmasına baxmayaraq sağalmamışdır və hazırda da Ağsu rayon X1 Dispanserində qeydiyyatdadır. X3 Məntəqəsində yatması və xəstəliyinin başlanğıcının həmin vaxtdan olması barədə müraciət etsə də, 3 ildən s onra sənədlərin yandırıldığını və sənəd olmadığını bildirmişlər. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(84)-1077/2019 nömrəli (sədrlik edən hakim R.Məcidov) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli, 2-1(107)-641/2019 nömrəli (hakimlər G.Abbasov - sədrlik edən və məruzəçi, R.Rəfiyev və M.Hüseynov) qərarı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasıqərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,1985-ci ildə Ağsu şəhərində doğulmuş, N3–N7-ci illərdə ali təhsil almışdır. N7-ci ilin iyul ayından N8-ci ilin iyul ayına kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətdə olmuşdur. N8-ci ilin aprel ayında hərbi xidmətdə olarkən iddiaçıda qanqusma baş vermiş və bu barədə taqım komandirini məlumatlandırmışdır. Taqım komandiri onu tibb məntəqəsinə göndərmiş və tibb məntəqəsində ona qanın boğazından gəldiyini, qaçmaqdan kapillyarların partladığı bildirilmişdir. 10 günə yaxın tibb məntəqəsində yatmış, müraciətlərinə baxmayaraq hərbi hospitala göndərilməmişdir. Ord udan tərxis olunduqdan sonra N8-ci ilin avqust ayında təkrarən qanaxması olmuş və həkimə müraciət etmişdir. Bu zaman məlum olmuşdur ki, onun ciyərlərində ləkələr var. Həmin vaxtdan müalicə olunmağına baxmayaraq, iddiaçı sağalmamış və hazırda da Ağsu rayon X2 Dispanserində ağ ciyərlərin YP-nin infiltrativ vərəmi (XDR forma) diaqnozu ilə qeydiyyatdadır. İddiaçı xəstəliyinin hərbi xidmət dövründə yaranması ilə bağlı müvafiq qərarın qəbul edilməsi üçün cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh təşkilat iddiaçıya imtina edərək bildirmişdir ki, xəstəliyin başlanğıcının hərbi xidmət dövrünə aid edən məlumat olmadığından Hərbi-Həkim Komissiyası tərəfindən qərarın verilməsi məqsədəmüvafiq deyildir. Bundan əlavə, iddiaçı hərbi xidmət zamanı tibb məntəqəsində yatması barədə sənədlərin alınm ası üçün müraciət etmiş, cavabdeh təşkilat isə cavabında sənədlərin 3 ildən sonra yandırıldığını və sənəd olmadığını bildirmişlər. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı N7-ci ilin iyul ayından N8-ci ilin iyul ayına kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətdə olmuş və hərbi xidmətə sağlam vəziyyətdə başlamışdır. Hərbi xidmətə başladığı vaxtdan 9 ay sonra, yəni, N8-ci ilin aprel ayında iddiaçıda qanqusma baş vermiş və bunun nəticəsində o, tibb məntəqəsinə yerləşdirilmişdir. Həmin vaxtı iddiaçıda vərəm xəstəliyinin əlamətləri olsa da, bu hal hərbi hissənin tibb məntəqəsi tərəfindən qərəzli olaraq gizlədilmiş, bu barədə müvafiq sənədləşmə aparılmamış və iddiaçıya qanun boğazdan gəldiyi, qaçmaqdan kapillyarların partladığı bildirilmişdir. Hesab edir ki, işin hallarının obyektiv araşdırılması və iddiaçının xəstəliyinin hərbi xidmət dövründə başlayıb-başlamamasını müəyyən etmək üçün məhkəmə tərəfindən iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilməli idi. Lakin məhkəmə iddiaçı tərəfindən xəstəliyinin hərbi xidmət dövründə başlanmasını təsdiq edən heç bir sübut təqdim edə bilməməsini əsas gətirərək apelyasiya şikayətini təmin etməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 21(107)-641/2019 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iş tirak edən cavabdehin vəkili Ə.Həbilov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında, eləcə də məhkəmə iclasında vəkillə iştirak etdikdə izahatlar vermək barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsi xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli, 2-1(107)-641/2019 saylı qərarla, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2-1(84)-1077/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması, İddiaçı apelyasiya şikayətinin təmin edilməməsi qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1, 8.1, 33.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N8-c i il 29 fevral tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi həkim ekspertizası haqqında» Əsasnaməyə istinad etməklə belə hesab etmişdir ki, iddiaçı isə xəstəliyinin hərbi xidmət dövründə bağlanması barədə nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına heç bir sübut təqdim edə bilməmişdir. Belə olan halda iddiaçının iddiasının təmin olunması üçün heç bir əsas yoxdur, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı «hərbi həkim komissiyasının imtinasının əsassız sayılması və həqiqi hərbi xidmətdə xəstələnməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması» tələbi haqqında iddiasını rədd etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətindəki dəlilləri əsassızdır. Belə ki, məlum olduğu kimi iddiaçının iddia tələbi iddiaçının həqiqi hərbi xidmətdə xəstələnməsi barədə hərbi həkim komissiyasının imtinasının əsassız sayılmasından, iddiaçının hərbi xidmət dövründə xəstələnməsi barədə qərar verilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasından ibarətdir. Bununla əlaqədar xatırlatmaq zəruridir ki, iddiaçı N7–N8-ci illər ərzində hərbi xidmətdə olmuş, hazırkı iddia tələbi ilə məhkəməyə isə 11 il keçəndən, yəni, xx xxxx 2019cu il tarixdə müraciət etmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxx N7-ci il tarixli 165 nömrəli əmri ilə əsgər hərbi rütbəsi verilməklə hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün nö v təminatlarına daxil edilmiş və X4 xx xxxx N8-ci il tarixli 348 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin xx xxxx N8-ci il tarixli 164 nömrəli əmri ilə xidmət müddəti başa çatdığına görə hərbi hissənin siyahısından və bütün növ təminat növlərindən çıxarılıb, hərbi qeydiyyata durmaq üçün Ağsu rayon Hərbi Komissarlığının sərəncamına göndərilmişdir. O, xx xxxxxx N8-ci il tarixdən ağ ciyərlərin YP-nin infiltrativ vərəmi (XDR forma) diaqnozu ilə Ağsu rayon Mərkəzi Xəstəxanasının «Ax» şöbəsində dispanser qeydiyyatda olsa da, sonucunun məhz hərbi xidmətdə olduğu dövrdə xəstələnməsi barədə hər hansı sübut mövcud olmamaqla yanaşı, xəstələnməsi ilə bağlı xidmət etdiyi hərbi hissə komandirinin xəstəliyi ilə haqqında arayışı da mövcud deyildir. Bu baxımdan, apelyasiya instansiyası məhk əməsi düzgün olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin N8-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi həkim ekspertizası haqqında» Əsasnamə»ni tətbiq etmişdir. Belə ki, 7.2-ci bəndinin c) yarımbəndinə əsasən, əgər şəhadətləndirilən şəxs xəsarəti «a» yarımbəndində («Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır») göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa, əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, kimyəvi silahlara aid olan toksiki kimyəvi preparatların, elektromaqnit sahələri və lazer şüalanması mənbələrinin, İ, İİ qrup patogenlikli mikroorq anizmlərin təsirinə məruz qalmaq nəticəsində almışsa, əgər şəhadətləndirilən şəxs müalicədə olduğu dövrdə virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı cərrahiyyə əməliyyatı (tibbi manipulyasiya) nəticəsində almışsa, tibbi heyətdən olan şəhadətləndirilən şəxs virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən yaralanması nəticəsində almışsa, əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən həşəratların, sürünənlərin dişləməsi və heyvan tərəfindən yetirilmiş bədən zədələnməsi nəticəsində almışsa və əgər şəhadətləndirilə n şəxs vərəm əleyhinə ixtisaslaşdırılmış tibb müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutulmuşsa Hərbi həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi kimi «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» qərarını çıxarır. Həmin Əsasnamənin 7.3-cü bəndinə görə, hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayı şın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. Həmin Əsasnamənin 7.4-cü bəndinə müvafiq olaraq, hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilir ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndi rilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinin rəhbəri tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz. Bununla əlaqədar olaraq Məhkəmə kollegiyası hesab edir ki, a pelyasiya instansiyası məhkəməsi doğru olaraq qeyd etmişdir ki, hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıda sözügedən sübutların heç biri mövcud deyildir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslıdır ki, bu səbəbdən də iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(107)-641/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar