Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-842/2021 04.05.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X1, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə “diplomun tanınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.02.2021-ci il tarixli, 2-1(103)-174/20 21 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Rusiya Federasiyasının (X4 Universitetinin) Dövlət İmtahan Komissiyasının 23.06.2018-ci il tarixli qərarı ilə 106805 ******* saylı (14615 qeydiyyat nömrəli) bakalavr diplomu verilmiş, həmin diplom Rusiya Federasiyasında səlahiyyətli orqanı tərəfindən apostil olunmuşdur.
2. İddiaçı cavabdehə müraciət edərək, həmin diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini xahiş etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir.
3. İmtinanı isə onunla əsaslandırılmışdır ki, iddiaçı həmin təhsil müəssisəsinin tədris normativi üzrə tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddətdə olmuşdur və bu müddət ərzində diploma əlavədə göstərilən tədris yükünü mənimsəməsi mümkün deyildir. İddiaçı məhkəməyə müraciət edib cavabdehin imtinasını mübahisələndirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı Rusiya Federasiyasının (X5 Universitetinin) Dövlət İmtahan Komissiyasının 23.06.2018-ci il tarixli qərarı ilə iddiaçıya verilmiş 14615 qeydiyyat nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, elektron formada cavab məktubu gəlmişdi r. Həmin cavab məktubunda iddiaçının aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Hesab edir ki, cavabdeh təşkilatın imtinası qanunsuz və əsassızdır. Diplomunun tanınmasında heç bir məhdudiyyət olmadığı halda tanınmaması iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Əgər iddiaçı Rusiya Federasiyasının X4 Universitetinin tədris normativi yükünü yerinə yetirə bilməsəydi, onda Dövlət imtahanını verə bilməzdi və nəticədə də Rusiya Federasiyasının X4 Universitetinin rəhbərliyi tərəfindən ona 03.07.2018-ci ildə ali təhsil haqqında (bakalavr) diplomu verilməzdi. Qeyd edir ki, iddiaçı Rusiya Federasiyasının X4 Universitetində qiyabi təhsil almışdır və vaxtlı-vaxtında Rusiya Federasiyasına gedərək Universitetin təhsil normasına uyğun dərslərdə iştirak etmişdir. Ona görə də tələb olunan müddətin qarşılığında həmin ölkədə nəzərdə tutulmuş müddət ərzində olmuş və diploma əlavədə qeyd olunan tədris yükünü tam yerinə yetirmişdir. Maraqlı məqamlardan biri də odur ki, təhsil verən müəssisə Rusiya Federasiyasının X4 Universiteti onun tədris yükünü yerinə yetirdiyini bildirmişdir, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi isə Rusiya Federasiyasının X4 Universitetinin yerinə qanunsuz qərar qəbul edərək bildirmişdir ki, guya o tədris yükünü yerinə yetirə bilməmişdir. Ölkədən ən çox təhsil almaq üçün üz tutulan Rusiyanın 58 ali təhsil müəssisələrinin diplomunu Təhsil Nazirliyi tanıyır. Rusiya Federasiyasının X4 Universiteti də həmçinin Təhsil Nazirliyi tərəfindən tanınır. Qeyd edilənlərə əsasən hesab edir ki, iddia tə ləbi əsaslı olduğundan təmin edilməlidir.
6. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçının sənədləri araşdırılarkən iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi Ekspert Qrupu tərəfindən müəyyən edilmişdir. Ekspert rəyinə görə iddiaçının xarici ölkədə qaldığı müddət ərzində diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.06.2019-cu il tarixli, 2-1(82)1621/2019 nömrəli (sədrlik edən hakim Rauf Daşdəmirov) qərarı ilə iddia tələbinin təmin edilməsi, iddiaçı Rusiya Federasiyasının (X4 Universitetinin) Dövlət İmtahan Komissiyasının 23 iyun 2018-ci il tarixli qərarı ilə İddiaçı verilmiş 14615 qeydiyyat nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçının təhsil aldığı ölkədə qısa müddət ərzində olmasını əsas gətirsə də, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nda şəxsin ali təhsil aldığı dövlətdə hansı müddətdə olub-olmamasının yoxlanılması müəyyən edilməmiş və bu hər hansı bir qanunvericiliklə tənzimlənməmişdir. Buna baxmayaraq işdən məlum olur ki, iddiaçı qiyabi təhsil almışdır və aldığı təhsillə bağlı kifayət qədər həmin ölkədə olmuşdur. Bundan başqa, Rusiya Federasiyası “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” 05.10.1961-ci il tarixli Haaqa Konvensiyasına qoşulmuş, həmin ölkənin səlahiyyətli nümayəndəsi tərəfindən iddiaçıya verilmiş diploma apostil möhürü vurulmaqla, diplomun qanuniliyi tanınmışdır.
9. Məhkəmə qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.06.2020-ci il tarixli, 21(103)-64/2020 nömrəli (hakimlər Həmid Həmidov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Vidadi Məmmədov) qərarı ilə a pelyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.06.2019-cu il tarixli, 2-1(82)-1621/2019 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasıqərara alınmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir. c. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26.08.2020ci il tarixli, 2-1(102)-1745/2020 nömrəli qərarına əsasən cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.06.2020ci il tarixli, 2-1(103)-64/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
14. Məhkəmə kol legiyası qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işi həll edərkən işdəki mahiyyətcə biri digərinə zidd olan sənədləri araşdırmamış, onlara ümumiyyətlə diqqət yetirməmişdir. Belə ki, işin 21-ci səhifəsində olan «Diplom sahibinin şəxsiyyəti haqqında məlumatlar» adlı sənəddə göstərilmişdir ki, iddiaçı əyani təhsil forması üzrə tədris proqramını mənimsəmişdir. Halbuki işin 45-ci səhifəsində yer almış «Qeydiyyat vərəqəsi»ndə iddiaçının təhsil formasının «qiyabi» olduğu qeyd edilmişdir. Belə olan halda apelyasiya instansiyası məhkəməsi sözügedən məsələnin aydınlaşdırılması məqsədi ilə iddiaçının təhsil aldığı tədris müəssisəsinə sorğu göndərməli və cavabdan asılı olaraq bu fakta düzgün hüquqi qiymət verməli idi. ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
15. B akı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.02.2021-ci il tarixli, 21(103)-174/2021 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – Valeh Ağayev, hakimlər – Afaq Nuriyeva və Aida Hüseyn) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.06.2019-cu il tarixli, 2-1(82)1621/2019 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
16. Ali Məhkəmənin göstərişlərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, diplomda bakalavr əyani tədris forması üzrə tədris proqramını mənimsəmə müddətinin 4 il olduğu qeyd olunsa da, iş materiallarına, iddiaçının izahatına, həmçinin cavabdeh tərəfindən təqdim olunmuş qeydiyyat vərəqəsinə əsasən iddiaçının qiyabi təhsil forması üzrə təhsil aldığı, ona görə də 5 il müddətində tə hsil aldığı müəyyən olunmuşdur.
17. Məhkəmə qərarının cavabdehə hansı tarixdə təqdim edilməsini təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir.
18. Cavabdeh 20.03.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.02.2021-ci il tarixli, 2-1(103)-174/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətinin əsasını imtina məktubunda və iddia ərizəsinə etirazda qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, sərhədkeçmə məlumatlarından görünür ki, iddiaçı 2013-cü i l tarixində 10 gün müddətində, 2014-cü il tarixində 1 ay 19 gün müddətində, 2016-cı il tarixində 1 ay 20 gün müddətində, 2017-ci il tarixində 10 gün müddətində, 2018-ci il tarixində 9 gün müddətində ölkə sərhədindən keçməklə Rusiya Federasiyasının ərazisində olmuşdur.
20. Müvafiq icra hakimiyyəti orqanından alınmış məlumatlara əsasən bildirmək olar ki, iddiaçı qeyd olunan müddət ərzində dərslərdə və imtahanlarda iştirak etməmişdir. Təhsilalanın özünün tədris prosesində iştirak etmədən tədris yükünü yerinə yetirməsi, imtahanları verməsi, sonda da diplom işi yazıb müdafiə edərək ali məktəbdən məzun olması qeyri-mümkündür.
21. Bundan başqa, iddiaçının diplomunun tanınması “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.5, 2.2, 3.6, 3.7-ci maddələrinin tələblərinə uyğun deyil. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi göstərilən halları nəzərə almamış, işi tam, hərtərəfli və obyektiv araşdırmadan əsassız qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, cavabdehin gətirdiyi arqumentlər əsassız və qanunsuzdur. Belə ki, X3 Aqrar Universitetinin qiyabi təhsil üzrə təhsil alma müddəti 5 ildir. İddiaçı da 5 il ərzində Rusiya Federasiyasına gedib gəlmişdir. Həmçinin, iş materialları ilə cavabdeh tərəfindən təqdim olunmuş qeydiyyat vərəqəsinə əsasən iddiaçının qiyabi təhsil forması üzrə təhsil aldığı və bu səbəbdən də təhsil müəssisəsində 5 il təhsil alması müəyyən olun muşdur. 2015-ci ildə həmin ölkədə olmamasının səbəbi isə ondan ibarətdir ki, Universitet rəhbərliyi 2015-ci ilin sessiyasını 2016-cı ilə keçirmiş və bu səbəbdən də onu və onunla oxuyan digər tələbələri 2015-ci ildə yox, onun əvəzi kimi 2016-cı ildə sessiyaya çağırmışdır. Bundan başqa, iş materiallarına əlavə edilmiş Rusiya Federasiyasının X4 Universitetinin “arxiv arayışı” ilə də iddiaçının qiyabi formada təhsil alması və imtahanları müvəffəqiyyətlə verərək təhsil norması üzrə yükü tam mənimsəməsi qeyd olunmuşdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili X1 izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassa siya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür.
26. Həmin Qaydaların 1. 6-cı bəndində görə, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir.
27. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu;
28. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməs inə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
29. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsin ə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
30. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qə bul edir.
32. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01.12.2020ci il tarixli, 2-1(102)-2046/2020 nömrəli qərarında qeyd olunmuşdur ki, “göründüyü kimi, apelyasiya instansiya məhkəməsi iddiaçının təhsil aldığı müddətin qarşılığında xarici ölkədə qısa müddət ərzində olduğunu hesab etsə də, qısa müddət deyildiyində nəyin nəzərdə tutulduğu, yetərli müddətin məhz nə qədər olmalı olduğu və ümumiyyətlə, bununla bağlı hansı meyarların rəhbər tutulduğunu qeyd etməmişdir. Ümumiyyətlə, apelyasiya instanisya məhkəməsi qərarını əsaslandırmamış, sadəcə maddi və prosessual hüquq normalarını sadalamış və son nəticədə cavabdehin imtinasının qanuni olması qənaətinə gəlməklə, əsaslandırılmamış qərar qəbul etmişdir”. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiy a şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
34. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Belə ki, cavabdeh orqan iddia çının diplomunun tanınmasından imtina edərkən ekspert rəyinə istinad etmişdir. Həmin ekspert rəyində iddiaçı tərəfindən qısa müddət ərzində diploma əlavədə göstərilən tədris yükünün yerinə yetiriliməsi qeyri-mümkün olduğunu qeyd edilmiş, bu baxımdan “Qaydaları”nın 3.7-ci bəndinə əsasən diplom üzrə ixtisasın tanınmasının mümkünsüzlüyü barədə mənfi rəy verilmişdir. Cavabdeh öz kassasiya şikayətində də həmin dəlillərə istinad etmişdir.
37. Kollegiya ilk növbədə bununla bağlı olaraq kassasiya məhkəməsinin oxşar işlər üzrə əvvəlki qərarlarında əks olunmuş (hazırkı qərarın 32-cı bəndi) hüquqi mövqeyinə istinadla qeyd edir ki, təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaşın həmin ölkədə qısa müddət ərzində olması dəlili özü - özlüyündə bir qədər qeyrimüəyyəndir. Belə ki, sözü gedə n dəlil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində mənfi rəyin verilməsinə əsas olan hal kimi təsbit edilməmişdir. Belə ki, həmin bəndə əsasən xarici ölkədə alınan təhsilin ümumi normativ müddəti, sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar və təhsilin forması ilə bağlı qiymətləndirmə meyarları nəzərdə tutulmuşdur ki, iddiaçının ixtisasının bu meyarlardan birinə uyğun gəlmədiyi iş üzrə sübuta yetirilmir. Belə ki, iddiaçının təhsilinin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olmamış, ona verilən bakalavr diplomunun verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olmamış, aldığı təhsilin forması (qiyabi) Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə mövcud təhsil formasına uyğun olmuşdur.
38. Göründüyü kimi, cavabdeh orqan iddiaçının təhsil aldığı müddətin qarşılığında xarici ölkədə qısa müddət ərzində olduğunu iddia etsə də, qısa müddət deyildiyində nəyin nəzərdə tutulduğu, yetərli müddətin məhz nə qədər olmalı olduğu və ümumiyyətlə, bununla bağlı hansı meyarların rəhbər tutulduğunu qeyd etməmişdir. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq iddiaçının dəlillərini əsassız hesab etmişdir.
39. Bundan başqa, işin aşağı instansiya məhkəmələrində müəyyən edilən hallarından görünür ki, iddiaçı təhsil aldığı müdd ətdə mütəmadi olaraq təhsil aldığı xarici ölkəyə gedib gəlmiş, həmin ölkədə olmadığı dövrün səbəblərini məhkəməyə bildirmiş, bundan əlavə, iddiaçının təhsil aldığı müəssisə tərəfindən tədris yükünün tam mənimsənilməsinə görə bakalavr diplomu verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tədris yükünü yerinə yetirdiyi halda, mənfi rəyin verilməsinə əsas olan qanunvericiliklə nəzərdə tutulan hər hansı halın mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, cavabdehin diplomun tanınmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslıdır.
40. İşə ilk dəfə kassasiya instansiyası məhkəməsində baxılarkən Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qər arını ləğv etmiş və qeyd etmişdir ki, işin 21-ci səhifəsində olan «Diplom sahibinin şəxsiyyəti haqqında məlumatlar» adlı sənəddə göstərilmişdir ki, iddiaçı əyani təhsil forması üzrə tədris proqramını mənimsəmişdir. Halbuki işin 45-ci səhifəsində yer almış «Qeydiyyat vərəqəsi»ndə iddiaçının təhsil formasının «qiyabi» olduğu qeyd edilmişdir. Belə olan halda apelyasiya instansiyası məhkəməsi sözügedən məsələnin aydınlaşdırılması məqsədi ilə iddiaçının təhsil aldığı tədris müəssisəsinə sorğu göndərməli və cavabdan asılı olaraq bu fakta düzgün hüquqi qiymət verməli idi.
41. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi İPM-in 96.11-ci maddəsinin tələblərinə uyğun olaraq göstərilən göstərişlər barədə araşdırma aparmış və İş materiallarına, iddiaçının izahatına, həmçinin, cavabdeh tərəfində n təqdim olunmuş qeydiyyat vərəqəsinə əsasən müəyyən etmişdir ki, iddiaçının qiyabi təhsil forması üzrə 5 il müddətində təhsil almışdır.
42. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən həm maddi, həm də prosessual hüquq normalarının tələblərinə əməl olunmuşdur. Odur ki, cavabdehin kassasiya şikayəti rədd edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia olduğundan inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin m övcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür ki, hazırkı işdə iddiaçı tədris yükünü yerinə yetirməsini sübut edə bilmiş, cavabdeh imtinasının əsası kimi göstərdiyi dəlillərin qanuni olduğunu sübut edə bilməmişdir.
44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.02.2021-ci il tarixli, 21(103)-174/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.