Məhkəmə qərarları › İş №2-1(102)-842/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-842/2022

13.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-842/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı сavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanması məqsədi ilə inzibati icraatın yenidən aparılması) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı (xx.xx.1954-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inziba ti iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 yanvar 2022-ci il tarixli, 2-1(103)-375/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 112665 saylı pensiyaçının uçot vərəqəsinə əsasən iddiaçıya ilkin olaraq 1 dekabr 2006-cı il tarixdə pensiya təyin edilmişdir.

2. Daşkəsən rayon Məhkəməsinin 29 yanvar 2013-cü il tarixli, 2(030)-47/2013 nömrəli qətnaməsi ilə iddiaçının 1972-ci ilin fevral ayından 1993-cü ilin aprel ayınadək olan müddətdə dövlət sənaye müəssisəsində (işğala məruz qalmış Kəlbəcər rayonundakı Civə zavodunda) fəhlə (civə emalçısı) kimi göstərdiyi əmək fəaliyyətinə görə cəmi 21 il 2 ay əmək (sosial sığorta) stajının olması faktı müəyyən edilmişdir.

3. Bundan sonra, iddiaçı ona 1972-ci ilin aprel ayından 1993-cü ilin aprel ayına kimi Kəlbəcər rayonu, Şorbulaq kəndindəki Civə zavodunda civə emalçısı işlədiyini nəzərə alaraq və orta aylıq əmək haqqının Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal orta aylıq əmək haqqına uyğun olaraq 2007-ci ilin yekunlarına görə iqtisadi fəaliyyət növləri üzrə işçilərin orta aylıq əmək haqqına uyğun olmaqla pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən onun müraciətinə münasibətdə hərəkətsizlik göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 1972-ci ilin apre l ayından 1993-cü ilin aprel ayına kimi Kəlbəcər rayonu, Şorbulaq kəndindəki Civə zavodunda civə emalçısı işlədiyini nəzərə alaraq və orta aylıq əmək haqqının Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal orta aylıq əmək haqqına uyğun olaraq 2007-ci ilin yekunlarına görə iqtisadi fəaliyyət növləri üzrə işçilərin orta aylıq əmək haqqına əsasən pensiyanın yenidən hesablanması və xx.xx.2008-ci il tarixdən hal-hazırkı tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 01 aprel 1993-cü ildə Kəlbəcər rayonundan məcburi köçkün düşmüş, həmin vaxtdan Daşkəsən rayonunun Quşçu kəndində məskunlaşmışdır. Onun yaşamış olduğu Kəlbəcər rayonunun Seyidlər kəndində 1962-1 970-ci illərdə 8 illik natamam-orta təhsil alandan sonra təhsilini davam etdirməmiş, 1972-ci ilin fevral ayından 1993-cü ilin aprel ayına kimi Kəlbəcər rayonu, Şorbulaq kəndində yerləşən Civə zavodunda civə emalçısı işləmişdir. Qəflətən baş vermiş köçkünlüklə əlaqədar iş yerindən əmək kitabçasını alıb gətirə bilməmiş, onun 1972-ci ilin fevral ayından 1993-cü ilin aprel ayınadək olan müddətdə dövlət sənaye müəssisəsində (işğala məruz qalmış Kəlbəcər rayonundakı Civə zavodunda) fəhlə (civə emalçısı) kimi göstərdiyi əmək fəaliyyətinə görə 21 il 2 ay əmək stajının olması faktı Daşkəsən rayon Məhkəməsinin 2(030)-47/2013 saylı, 29 yanvar 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Ona görə də ona pensiya təyin edilərkən Statistika Komitəsi tərəfindən müəyyən edilmiş müvafiq iş sahəsinə uyğun nominal orta aylıq əmək haqqı nəzərə alınmaqla təyinat aparılmalı idi. Yəni, konkret halda mədənçıxarma sahəsində işlədiyi üçün “iqtisadi fəaliyyət növlərinin təsnifatına” uyğun bölmə əsas götürülməli idi. Ümumi iş stajı və 10 ildən artıq ağır şəraitdə işlədiyi üçün 1 nömrəli Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı aparılarkən, pensiyalar 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 29-cu maddəsi ilə müəyyən edilmiş qaydada hesablanır. 01 yanvar 2008-ci il tarixdən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa edilmiş əlavə və dəyişikliklərlə əlaqədar olaraq orta aylıq əmək haqqına tətbiq edilmiş məhdudiyyət aradan qaldırıldıqdan sonra, 01 yanvar 2006-cı ildən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azə rbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq bu qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunuvericilik üzrə hər bir sığortaolunanın bu qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun bu qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılmalı idi. Bu zaman həmin qanun qüvvəyə mindiyi günədək olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi hesablanmalı idi. Bundan başqa o, 2006-cı ildən güzəştli şərtlərlə pensiyaya çıxmalı idi. Bu qanunsuzluğun aradan qaldırılması üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin bu günə qədər cavabdeh tərəfindən ərizəsinə heç bir münasibət bildirilməmişdir.

6. Cavabde h vəsatət təqdim edərək, iddia tələbinin mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı hazırkı tələblə cavabdehə müraciət edərək imtina almamışdır. Ona izah edilmişdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli, 2-1(85)-711/2016 nömrəli Qərarına əsasən iddiaçıya 01 dekabr 2006-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(112)-2410/2021 nömrəli qərarı ilə (hakim Pərviz Hüseynov) iddia qismən təmin edilərək, iddiaçının 1972-ci ilin fevral ayından 1993-cü ilin aprel ayınadək olan müddətdə dövlət sənaye müəssisəsində (işğala məruz qalmış Kəlbəcər rayonundakı Civə zavodunda fəhlə (civə emalçısı) kimi iş s tajı nəzərə alınmaqla ona təyin edilmiş pensiyanın yenidən hesablanması məqsədi ilə inzibati icraatın yenidən aparılması öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia digər hissədə təmin edilməmişdir.

8. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar tam və hərtərəfli araşdırılmamışdır. Ona görə də məhkəmə hesab edir ki, qeyd olunan hallar nəzərə alınmaqla iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanması məqsədi ilə cavabdeh tərəfindən inzibati icraat yenidən aparılmalıdır.

9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmidir. apelyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının 21 yanvar 2022-ci il tarixli, 2-1(103)-375/2022 nömrəli qərarı ilə (hakimlər Xəyalə Cəmilova-sədrlik edən, Aytən Oruczadə və Mirzə Tağızadə) Bakı İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 21(112)-2410/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, iddiaçıya xx.xx.2006-cı il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilərkən iddiaçının 21 il 2 ay əmək stajı, 25 manat orta aylıq əmək haqqı nəzərə alınmışdır. Lakin bundan sonra, xx.xx.2011-ci il tarixində iddiaçının öz müraciəti əsasında onun pensiyası yenidən sığorta kapitalı əsasında hesablanmış, həmçinin xx.xx.2016-cı il tarixində də işdən çıxdığı nəzərə alınaraq, öz müraciəti əsasında təkrar hesablama aparılmışdır. Hazırkı mübahisənin halları baxımından müəyyən olunur ki. iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu 52 yaşdan əldə etmiş, həmin vaxt onun pensiyası əmək haqqı əsasında hesablanmış, lakin sonradan sığorta kapitalı əsasında hesablanması ilə bağlı müraciət etmişdir. Bu səbəbdən də, İddiaçının pensiyasının yenidən əvvəlki qanunvericilik əsasında hesablanması qeyri-mümkündür. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “İnzibati icraat haqqında” Qanun Həmin Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

16. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və ya lnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

18. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndiri ldiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

20. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmə lərinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

21. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından pensiyanın ye nidən hesablanması ilə bağlı iddiaçının tələbi və həmin tələb üzrə lazımi inzibati icraatın aparılması barədə məsələ apelyasiya məhkəməsi tərəfindən hərtərəfli qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

23. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, həmçinin aşağıdakıları nəzərə almışdır.

24. Hazırkı mübahisə iddiaçının 1972-ci ilin aprel ayından 1993-cü ilin aprel ayına kimi Kəlbəcər rayonu, Şorbulaq kəndində yerləşən Civə zavodunda civə ema lçısı işlədiyi nəzərə alınaraq və Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal orta aylıq əmək haqqına uyğun olaraq onun pensiyasının yenidən hesablanması ilə bağlıdır.

25. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, xx.xx.2011-ci il tarixində iddiaçının öz müraciəti əsasında onun pensiyası sığorta kapitalı əsasında yenidən hesablanmış, həmçinin xx.xx.2016-cı il tarixində işdən çıxdığı nəzərə alınaraq onun müraciəti əsasında təkrar hesablama aparılmışdır.

26. Apelyasiya məhkəməsi iddiaçıya məxsus pensiya işin materiallarını araşdıraraq müəyyən etmişdir ki, iddiaçının xx.xx.2011-ci il tarixdə onun pensiyasının sığorta kapitalı əsasında hesablanması ilə bağlı müraciət etməsi faktı iş üzrə materiallarla təsdiq olunmur. Belə olan halda, cavabdeh tərəfindən iddiaçını n pensiyasının xx.xx.2006-cı il tarixdə əmək haqqı nəzərə alınmaqla təyin olunduğu halda, sonradan həmin həmin təyinatın dəyişdirilərək, iddiaçının pensiyasının sığorta kapitalı əsasında yenidən hesablanmasının əsası və səbəbləri məlum deyil.

27. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının xx.xx.2016-cı il tarixdə işdən çıxması ilə bağlı pensiyasının yenidən hesablanması barədə müraciəti, əmək haqqı nəzərə alınmaqla ona yaşa görə təyin olunmuş pensiyasının sığorta kapitalı əsasında hesablanmasını tələb etməsi anlamına gəlmir.

28. Yuxarıda istinad olunan “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə, inzibati orqanlar qanuna riayət etməyə borcludurlar. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və ob yektiv araşdırmağa borcludur. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Obyektiv araşdırma prinsipini təsbit edən normaya əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

29. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə mə sul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından şəxsin müraciəti üzrə inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi qərarında şəxsin müraciətinin təmin edilməsindən imtinasını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın onun müraciəti üzrə hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, imtinanın səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xid mət edir.

30. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

31. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, dü zgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, həmin tələblərə və prosedurlara uyğun aparılmış icraat üzrə materiallar və həmin materiallar üzrə inzibati orqanın qəbul etdiyi əsaslandırılmış qərar, maraqlı şəxsin narazı qaldığı təqdirdə həmin qərarın mübahisələndirilməsi imkanlarının qiymətləndirilməsi və onun səmərəli hüquqi müdafiə imkanları ilə təchiz olunması məqsədlərinə xidmət edir.

32. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzib ati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə düzgün və qanunauyğun qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətl ər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciəti ilə bağlı inzibati orqan tərəfindən inzibati icraat aparılmadığından hazırkı vəziyyətdə iddianın təmin edilməsinin mümkün olmadığı qənaətinə gəlməkdə və iddiaçının həmin müraciəti üzrə hazırkı qərarın 16-cı bəndində istinad olunan “İnzibati İcraat haqqında” Qanunun müddəalarına müvafiq olaraq araşdırma aparmaq öhdəliyini cavabdehin üzərinə qoymaqda apelyasiya məhkəməsi haqlı sayılm alıdır.

34. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 yanvar 2022-ci il tarixli, 21(103)-375/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar