Məhkəmə qərarları › İş №2-1(102)-842/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-842/2023

26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-842/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin X3 Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddiaçının tələbinin təmin olunduğu və işin məhkəmədən kənar qaydada həll olunduğu üçün iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi N azirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin X1rşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-406/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti və iş üzrə icraata xitam verilməsinə dair vəsatətə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1029/2022 nömrəli, 23 sentyabr 2022-ci il tarixli qərarı ilə (hаkim Vüqar Musayev) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin X3 Filialının üzərinə İddiaçı - 1992, 1994-2005-ci illərdə “Azəraqrartikinti” ATSC-nin Zaqatala “Aqrartikinti” filialında işlədiyi illəri sığorta stajı kimi nəzərə alaraq, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

2. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

3. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-406/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli (hakimlər: V.İ.Məlikov - sədrlik edən və məruzəçi, R.R.Rəfiyev və G.İ.Cavadova) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1029/2022 nömrəli, 23 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv e dilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh daha sonra Ali Məhkəməyə vəsatət təqdim edərək İPM-in 67.3-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə mübahisə cavabdeh inzibati orqan tərəfindən məhkəmədən kənar qaydada həll edilmiş və İddiaçı hüququ yarandığı xx.xx.2019-cu il tarixdən yasa görə əmək pensiyası təyin olunmuşdur. Cavabdeh vəsatətə iddiaçıya əmək pensiyasının təyin edilməsinə dair 21 yanvar 2023-cu il tarixli qərarı əlavə etmişdir.

6. İddiaçı cavabdeh tərəfindən verilmiş vəsatətlə bağlı məhkəməyə ünvanladığı teleqramda ona əmək pensiyasının təyin edildiyini və hazırda həmin pensiyanı aldığını göstərmiş, işin icraatına xitam verilməsinə e tiraz etmədiyini bildirmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

7. İnzibati Prosessual Məcəllə: Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. KASSASİYA İNSTANSİYAS İ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları, cavabdehin vəsatətini və ona qoşulmuş sənədləri, eləcə də iddiaçının məhkəməyə ünvanladığı teleqramı nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir.

9. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi iddiaçının bununla bağlı tələbini təmin etmiş, apellyasiya məhkəməsi isə həmin qərarı qüvvədə saxlamışdır.

10. Cavabdeh kassasiya şikayəti versə də, daha sonra iddiaçının tələbini təmin edən ona əmək pensiyasının təyin edilməsi haqqında 21 yanvar 2023-cu il tarixli qərar qəbul etmişdir.

11. İddiaçı həmin vəsatətlə bağlı məhkəməyə ünvanladığı teleqramda göstərmişdir ki, ona əmək pensiyası təyin edilmişdir, hazırda həmin pensiyanı alır və işin icraatına xitam verilməsinə etiraz etmir.

12. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 67-ci maddəsinin yuxarıda istinad olunan normalarının məzmununa görə, iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

13. Cavabdehin təqdim etdiyi və mübahisəyə dair iş materiallarına əlavə olunmuş sənədlərdən iddiaçıya əmək pensiyanın təyin edildiyi və ödənilməyə başlanıldığı görünür. İddiaçı özü də həmin vəsatətlə bağlı məhkəməyə ünvanladığı teleqramda bu halı təsdiq etmiş, dolayısıyla da iş üzrə hər hansı mübahisəsinin qalmadığını bildirmişdir.

14. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş cavabdeh inzibat i orqan tərəfindən məhkəmədən kənar qaydada həll edilmiş və iddiaçının tələbinin təmin olunduğu, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı və bunun üzərindən iddiaçının hüquqi marağına və məqsədinə çatdığı nəzərə alınmalı və yuxarıda istinad olunan normalara əsasən iş üzrə icraata xitam verilməlidir.

15. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin X3 Filialı tərəfindən verilmiş vəsatət təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı X2rşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzr

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar