Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-842/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs ’’X2” MMC, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi) qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-842/2024) (Açar sözlər: iddianın mümkünlüyü; iddia müddətinin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (üçüncü şəxslər ’’X2” MMC, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi) qarşı ““Bakı şəhər İHB-nın ’’X2” MMC-yə ofis binası, anbar və kassaların tikilməsinə icazə verilməsi haqqında 145 saylı xx.xx.2017-ci il tarixli sərəncamının ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2023-cü il tarixli, 2-1(103)-2797/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2002-ci il tarixli 002072 nömrəli şəhadətnamədən görünür ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 ünvanında yerləşən beşmərtəbəli binanın zirzəmisindəki 78.1 kv.m qeyri-yaşayış sahəsini satın almışdır.
2. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən iddiaçının adına qeyri-yaşayış sahəsinin texniki pasportu tərtib edilmişdir.
3. Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti, 5 ünvanda yerləşən qeyriyaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, adına RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli çıxarış hazırlanmışdır.
4. Bakı şəhər 3 saylı Xüsusi Təyinatlı MKTB ilə iddiaçı arasında bağlanmış qeyriyaşayış sahələrinin istismar və məişət tullantılarının daşınması haqlarının ödənilməsi haqqında xx.xx.2015-ci il tarixli 8 nömrəli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 ünvanında yerləşən, ümumi sahəsi 79.0 kv.m olan qeyriyaşayış sahəsi anbar qismində istifadə üçün iddiaçının istifadəsinə verilmişdir.
5. Bakı şəhər İHB-nın xx.xx.2017-ci il tarixli 98 nömrəli sərəncamı ilə Bakı şəhər Mənzil Kommunal Departamentinin balansında olan, Yasamal rayonu, İnşaatçılar prospekti 5 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 240.16 kv.m qeyri-yaşayış sahəsi “X2” MMC-nin balansına verilmiş, həmçinin qeyri-yaşayış obyektinin planı təsdiq edilmişdir.
6. Bakı şəhər İHB-nın xx.xx.2017-ci il tarixli 145 nömrəli sərəncamına əsasən, Bakı şəhər İHB-nın xx.xx.2017-ci il tarixli 98 nömrəli sərəncamı nəzərə alınaraq, Yasamal rayonu, İnşaatçılar prospekti 5 saylı yaşayış binasının yaxınlığında 2 mərtəbəli ofis binası, anbar və kassaların tikintisi üçün “X2” MMC-yə icazə verilmişdir.
7. Bakı şəhər İHB-nın xx.xx.2018-ci il tarixli 95 nömrəli sərəncamına əsasən, “X2” MMC-nin balansına verilmiş Yasamal rayonu, İnşaatçılar prospekti, 5 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 240.16 kv.m və həmin ünvanda əlavə olaraq yeni inşa edilmiş 1 və 2 mərtəbəli, sahəsi 271.20 kv.m, ümumi sahəsi 511.36 kv.m qeyriyaşayış sahəsində yerləşən ofis binası, anbar və kassa otaqları istismara qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhər İHB-nın ’’X2” MMC-yə ofis binası, anbar və kassaların tikilməsinə icazə ver ilməsi haqqında 145 saylı, xx.xx.2017-ci il tarixli sərəncamının ləğv olunmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 5 ünvanında yerləşən, ümumi sahəsi 78.1 kv.m olan qeyri-yaşayış sahəsi X1 məxsus yataqxana kimi istifadə olunan 5 mərtəbəli binanın zirzəmisinin bir hissəsində yerləşir. Zirzəmidən çıxış birbaşa İnşaatçılar prospektinə açılırdı. Lakin iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin üstündə yerləşən hissədə (binanın 1-ci mərtəbəsi) binaya bitişik vəziyyətdə olan iki mərtəbəli əlavə tikili inşa olunmaqla, iddiaçıya məxsus olan qeyriyaşayış sahəsinin giriş-çıxış yolu tam kəsilmiş və bütünlüklə təcrid olunmuş vəziyyətə salınmışdır. Hazırda, ona məxsus sahədən istifadə etmək imkanından məhrum olmuşdur. Bununla əlaqədar cavabdehə müraciət etdikdə, iddiaçıya bir neçə ağlasığmaz variantlar təklif olunmuşdur. Həmin tikilinin inşa olunmasına əsas verən sənədlərin təqdim olunması tələb edildikdə isə cavabdeh bundan imtina etmiş və mübahisənin danışıqlar yolu ilə həll olunması imkanı baş tutmamışdır. Cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası və Mülki Məcəlləsi ilə qorunan və müdafiə olunan mülkiyyət hüququ kobud şəkildə pozulmuş və faktiki olaraq mülkiyyət hüququndan məhrum edilmişdir. O, hazırkı vəziyyətdə əmlakından nəinki istifadə etmək və ona sahib olmaq imkanını itirmişdir, hətta onun üzərində sərəncam vermək hüququndan belə məhrum olunmuşdur. Belə ki, həmin əmlakı satmaq istəsə belə, göstərilən vəziyyətdə onu heç kim almayacaqdır. Qeyd olunan ik imərtəbəli ofis binası, anbar və kassaların tikintisi üçün ’’X2” MMC-yə Bakı şəhər İHB-nın xx.xx.2017-ci il tarixli 145 nömrəli sərəncamı ilə icazə verilmişdir. Tikilinin altındakı torpaq sahəsi ümumi istifadə yeri olmaqla, həmin torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanunun 2.2-ci maddəsinə əsasən bələdiyyəyə məxsusdur və həmin qanunun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlar xüsusi mükiyyətə verilə bilməz. Həmin Qanunun 5.3-cü maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanlari tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, ondan istifadə və bu torpaqlar barəsində sərəncam vermək sahəsində bələdiyyələrin hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edilməsinə yol verilmir. Tikilinin yerləşdiyi torpaq sahəsi başqa şəxsin istifadəsinə heç bir əsasla verilə bilməz və orada qanunsuz inşa edilmiş tikili təkcə iddiaçının deyil, digər vətəndaşların da hüquqlarını pozur.
10. Bakı İnzibati Məhkəməsinin (hakim: T.Ə.Əsədova) xx.xx.2019-cu il tarixli 21(81)-3506/2019 nömrəli qərardadı ilə ’’X2” MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
11. Üçüncü şəxs iddiaya qarşı yazlı etirazını onunla əsaslandırmışdır ki, Bakı şəhər İHB-nın xx.xx.2017-ci il tarixli 98 nömrəli sərəncamı ilə Yasamal rayonu, İnşaatçılar prospekti 5 saylı binasının 1-ci mərtəbəsində yerləşən 240.16 kv.m qeyri-yaşayış sahəsi “X2” MMC-nin balansına verilmişdir. xx.xx.2017-ci il tarixli, 145 nömrəli sərəncamla “X2” MMC-yə qeyd olunan sərəncamı nəzərə alaraq, həmin ünvanda 2 mərtəbəli ofis binası, anbar və kassaların tiki ntisi üçün icazə verilmişdir. Sərəncamlarda göstərilənlər icra edilməsi məqsədilə tikinti-quraşdırma işləri başa çatmış obyektlərin istismara qəbul edilməsi haqqında qəbul komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli akt tərtib olunaraq, Bakı şəhər İHB tərəfindən təsdiq edilmişdir. Bakı şəhər İHB-nın xx.xx.2018-ci il tarixli 95 nömrəli sərəncamı ilə MMC-nin balansına verilmiş 511.36 kv.m qeyri-yaşayış sahəsi istismara qəbul edilmişdir. Bakı şəhər İHB-nın göstərilən sərəncamı nəzərə alınaraq, təqdim olunmuş sənədlərə əsasən, tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyi və ondan təyinatı üzrə istifadə mümkün olduğu üçün xx.xx.2018-ci il tarixdən qeyri-yaşayış tikinti obyektinin istismarına icazə sənəd i təsdiq edilmişdir. İddiaçının qeyri-yaşayış sahəsinə giriş-çıxışı və həmin binada yaşayan şəxslərin giriş-çıxışı göstərilən 5 mərtəbəli binanın layihə sənədlərində təmin edilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin (hakim: P.A.Hüseynov) 13 noyabr 2020-ci il tarixli, 2-1(112)-201/2020 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən mübahisələndirilən sərəncamın qəbul edilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Eyni zamanda, həmin sərəncamla icazə verilmiş tikintinin iddiaçının mülkiyyət hüquqlarını pozması, ona məxsus qeyriyaşayış sahəsinə giriş-çıxış yolunu kəsməsi ilə əlaqədar iddiaçı tərəfindən irəli sürülən dəlillər öz təsdiqini tapmamışdır. Bu səbəbdən məhkə mə hesab etmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir.
14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və C.A.Yusifov) 29 sentyabr 2021-ci il tarixli, 21(103)-1393/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq göstərmişdir ki, işə birin ci instansiya qaydasında baxmış məhkəmə iddiaçı və 3-cü şəxsə məxsus torpaq sahələrinin üst-üstə düşüb-düşmədiyini, düşdüyü təqdirdə iddiaçının hüquqlarının pozulduğunu, mübahisələndirilən tikilinin tikintisi üçün ayrılmış torpaq sahəsinin planında nəzərdə tutulmuş sahədən artıq ərazidə inşa edilməsini, ümumiyyətlə, İcra Hakimiyyətinin tikintiyə icazə verərkən bunun üçün həmin dövrdə səlahiyyətinin olub-olmamasını araşdırmamışdır. Bununla yanaşı, iddiaçıya məxsus binanın həqiqətən də iki giriş-çıxış yolunun olub-olmamasını müəyyən etmək üçün ərazinin yerində müayinəsi keçirilməmiş, iddiaçı ilə 3-cü şəxsin maraqlarının toqquşduğunu müəyyən etmək məqsədilə müvafiq ekspertiza keçirilməmiş, eyni zamanda inzibati orqan tərəfindən inzibati icraatın aparılmasında iddiaçının iştirakının və onun di nlənilmə hüququnun təmin edilib-edilmədiyi yoxlanılmamışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin həm mümkünlüyü baxımından, həm də mahiyyəti üzrə qanuni və əsaslı olub-olmaması baxımından birinci instansiya məhkəməsinin apardığı səthi araşdırma iddianın rədd edilməsi üçün yetərli deyildir. Beləliklə, hazırki işə birinci instansiya qaydasında yenidən baxılarkən, ilk növbədə iddianın mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyi yoxlanılmalı, eləcə də yuxarıda qeyd edilən halların müəyyən edilməsi istiqamətində araşdırma aparılmalıdır. c) birinci instansiya məhkəməsində ikinci icraat
17. Bakı İnzibati Məhkəməsinin (hakim: A.Ə.Əhədova) 31 mart 2023-cü il tarixli 21(112)-39/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
18. İddiaçı həmin qəra rdan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, İ.S.Şirinov və R.Ə.Səmədov) 30 noyabr 2023-cü il tarixli, 21(103)-2797/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (üçüncü şəxslər: “X2” MMC, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq göstərmişdir ki, iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İddiaçı Bakı şəhər İHB-nın 07 aprel 2017-ci il tarixli 145 nömrəli sərəncamının ləğv olunmasını tələb edir. Beləliklə, işin araşdırılan hallarından görünür ki, iddiaçı inzibati orqanın bundan 2 il əvvəl (iddia ərizəsi xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur) qəbul etdiyi inzibati aktı mübahisələndirir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus ol an maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı özü iddia ərizəsində də qeyd etmişdir ki, mübahisələndirilən tikili ilə bağlı cavabdehə müraciət etmiş, bu zaman ona bir neçə ağlasığmaz variantlar təklif olunmuşdur. Həmçinin, məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf üçüncü şəxs tərəfindən tikinti işlərinin aparıldığından məlumatlı olduğunu, hətta ona İnşaatçılar prospektinə çıxış üçün qapı qoyulacağı barədə vədlər verildiyini, onun da həmin vədlərə etimad edərək gözlədiyini bildirmişdir. Bu da onu göstərir ki, iddiaçı tikili ilə bağlı sərəncamın qəbulundan xəbərdar olmuşdur. Bununla da, işdən göründüyü kimi, mübahisələndirilən sərəncam qəbul olu nduqdan sonra qeyri-yaşayış binasının tikintisi başlanılıb və artıq həmin vaxt göstərilən əraziyə bitişik qeyri-yaşayış binasının mülkiyyətçisi olan iddiaçı hüquqlarının pozulduğunu (bu həqiqətən də baş verdiyi halda) bilməli idi. Lakin iddiaçı hazırkı tələblə yalnız 2019-cu ilin avqust ayında, qanunvericiliklə müəyyən olunmuş mübahisələndirmə müddətini ötürməklə müraciət etmişdir. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, qeyri-yaşayış binasının tikintisi başa çatdığı halda həmin qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi barədə sərəncamın mübahisələndirilməsi əhəmiyyətsiz olur. İşin mübahisəsiz halıdır ki, qeyri-yaşayış binası artıq inşa olunmuşdur. Həmçinin, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 95 nömrəli Sərəncamının təs diq edilmiş surətindən görünür ki, Bakı şəhər İHB-nın xx.xx.2017-ci il tarixli, 98 nömrəli sərəncamı ilə “X2” MMCnin balansına verilmiş Yasamal rayonu, İnşaatçılar prospekti 5 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 240.16 kv.m və həmin ünvanda əlavə olaraq yeni inşa edilmiş 1 və 2 mərtəbəli, sahəsi 271.20 kv.m, ümumi sahəsi 511.36 kv.m qeyri-yaşayış sahəsində yerləşən ofis binası, anbar və kassa otaqlarının istismara qəbul edilməsi qərara alınmışdır. Belə olan təqdirdə, həmin qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi haqqında sərəncamın mübahisələndirilməsinin heç bir əhəmiyyəti qalmır. Məhkəmə kollegiyası həmçinin, İPM-in 13-cü maddəsinin tələblərindən çıxış edərək iddiaçıya hüquqi yardım göstərərək izah edir ki, iddiaçının hüquqi marağı mülkiyyətində olan qeyri-yaşa yış sahəsinə birbaşa İnşaatçılar prospektinə çıxışın təmin edilməsi ilə bağlı olduğu halda, bu maraq sözügedən sərəncamın ləğvinə nail olmaqla deyil, mülki qaydada tərəflər arasında servitutla bağlı hüququn həll edilməsi ilə nail olmaq mümkün ola bilər. Bundan əlavə, iddiaçı sözügedən qeyri-yaşayış binasının tikilməsi nəticəsində ona dəymiş zərərin də ödənilməsini tələb etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 172.3-cü maddəsinə əsasən, əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu h ər il ödəməlidir.
21. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin təkrar apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
22. İddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, ona məxsus qeyriyaşayış sahəsinə giriş-çıxış yolunun kəsilməsi ilə əlaqədar məhkəməyə müraciət edərkən sərəncam barədə məlumatı olmamış, hətta mane olan tikilinin kimə məxsus olduğunu bilməmişdir. Tikilinin özbaşına inşa edilməsi qənaətinə gələrək, sökülməsi barədə iddia tələbi ilə Yasamal rayon Məhkəməsinə müraciət etmiş, bu müddət ərzində vəkil tərəfindən sorğu verilərkən sərəncam göndərilmişdir. Sərəncam ondan gizli qəbul edilmişdir. Sərə ncamın icra edilmiş inzibati akt olması, tikilidən məlumatlı olması və inzibati aktın tikilinin inşasından əvvəl qəbul olunması iddianın mümkün sayılmamasına əsas vermir. Apellyasiya instansiyası məhkəməsi isə qeyd edilən halları nəzərə almamış, prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iddianın mümkünsüzlüyü barədə səhv nəticəyə gəlmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
23. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə
38. İddia müddəti 38.1. Mübahis ələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılı r. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məh kəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. İPM-in 35.1-ci maddəsinin tələbinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
31. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəs ində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
32. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaç ının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır (8.6-cı bənd).Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müra ciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
33. Qeyd edilməlidir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddiadır. Mübahisələndirmə haqqında iddianın xüsusi mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir.
34. İPM-in 38.1-ci maddəsi mübahisələndirmə haqqında iddia qaldırmaq üçün müddət məhdudiyyəti (iddia müddəti) müəyyən etmişdir. Həmin maddənin tələbinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
35. Hazırkı mübahisə üzrə işin hallarından göründüyü kimi, iddiaçı cavabdeh Bakı şəhər İcra Hakim iyyəti başçısının 07 aprel 2017-ci il tarixli 145 nömrəli Sərəncamını, yəni 2 il bundan əvvəl (iddia ərizəsi xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur) qəbul etdiyi inzibati aktı mübahisələndirir. İddiaçı özü iddia ərizəsində də qeyd etmişdir ki, mübahisələndirilən tikili ilə bağlı cavabdehə müraciət etmiş, bu zaman ona bir neçə ağlasığmaz variantlar təklif olunmuşdur. Həmçinin, məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf üçüncü şəxs tərəfindən tikinti işlərinin aparıldığından məlumatlı olduğunu, hətta ona İnşaatçılar prospektinə çıxış üçün qapı qoyulacağı barədə vədlər verildiyini, onun da həmin vədlərə etimad edərək gözlədiyini bildirmişdir. Qeyd olunan hallar onu göstərir ki, iddiaçı tikili ilə bağlı sərəncamın qəbulundan xəbərdar olmuşdur. Göründüyü kimi, mübahisələndirilən sərə ncam qəbul olunduqdan sonra qeyri-yaşayış binasının tikintisinə başlanılmışdır və artıq həmin vaxt göstərilən əraziyə bitişik qeyri-yaşayış binasının mülkiyyətçisi olan iddiaçı hüquqlarının pozulduğunu (bu həqiqətən də baş verdiyi halda) bilməli idi. Lakin iddiaçı hazırkı tələblə məhkəməyə, yalnız 2019-cu ilin avqust ayında, qanunvericiliklə müəyyən olunmuş iddia verilməsi müddətini ötürməklə müraciət etmişdir.
36. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı qərarın 27-28-ci bəndlərində istinad olunan qanunvericilik normaları baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə qanuni və əsaslıdır.
37. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. 38.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2023-cü il tarixli, 21(103)-2797/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.