Məhkəmə qərarları › İş №2-1(102)-842/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-842/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-842/2025 01.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəhid ailəsi kimi mənzil növbəsinə daxil edilmiş şəxslərin mənzillə təmin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzillə təmin olunma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 noyabr 2024-cü il tarixli, 2-1(103)-3687/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-9436/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş və Qəbələ rayon İcra Hakimiyyəti başçısının 04 may 2021-ci il tarixli sərəncamına əsasən Vətən Müharibəsi şəhidi X3 ailə üzvü kimi mənzil növbəsinə götürülməsi nəzərə alınmaqla 04 may 2021-ci il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş şəxslərin 2 nəfər ailə üzvləri üçün (özü, İddiaçı, oğlu X 5) nəzərdə tutulmuş mənzil növbəsi siyahısına daxil edilməsi barədə sərəncam verilməsi öhdəliyi Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə həvalə edilmişdir.

2. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 109 nömrəli Sərəncamına əsasən şəhid ailəsi İddiaçı 2 nəfər (özü, oğlu) ailə tərkibində (mənzil növbəsi 04 may 2021-ci il tarixdən saxlanılmaqla) yaşayış yeri üzrə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların Səbail rayon İcra Hakimiyyəti nəzdindəki ümumi və güzəştli mənzil növbəsi siyahılarına daxil edilməsi qərara alınmışdır.

3. İddiaçının mənzillə təmin olunması barədə müraciətləri cavabdeh orqan tərəfindən uyğun mənzil olmaması səbəbi ilə təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsind ə icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən onun xx.xx.2021-ci il tarixdən mənzil növbəsinə dayanmış imtiyazlı şəxs kimi (özü İddiaçı və oğlu X5 hər iki nəfər üçün nəzərdə tutulmuş) 2 otaqlı mənzillə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Vətən Müharibəsi şəhidi mərhum əri X6 xx.xx.2020-ci ildə qismən səfərbərliyə cəlb olunaraq N nömrəli hərbi hissəyə göndərilmiş və xx.xx.2020-ci ildə Talış-Suqovuşan istiqamətində döyüş əməliyyatları zamanı aldığı xəsarətlərdən həlak olmuşdur. Hal-hazırda şəhid ailəsi üzvüdür. Səbail rayo n İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncamına əsasən mənzil növbəsində dayanmışdır. Respublika üzrə demək olar ki, xx.xx.2021-ci il tarixdən imtiyazlı şəxs kimi mənzil növbəsinə dayanan şəhid ailələrinin bir çoxu mənzillə təmin ediliblər. Mənzillə təmin olunmağı barədə dəfələrlə cavabdehə elektron və yazılı müraciət etsə də, müraciətinə biganə cavab verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin şəhid ailəsinə qarşı hərəkət sizliyi qanunsuz və tam əsassızdır, belə ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının Sərəncamına əsəsən 2021-ci ildən etibarən güzəştli şəxs kimi mənzil növbəsindədir, lakin mənzillə təmin edilməmişdir.

6. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Səbail rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim olunmuş 2020-2022-ci illərdə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil növbəliliyi siyahısında iddiaçının 4 may 2021-ci il tarixindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı qeyd edilmişdir. Hazırda Nazirliyin balansında Bakı şəhəri üzrə ikiota qlı mənzil olmadığından İddiaçı mənzil təminatını həyata keçirmək mümkün olmamışdır. Nazirliyin balansına müvafiq mənzillər verildikdən sonra iddiaçının sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə baxılacaqdır.

7. Məhkəmənin sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1- dən 2023-cü il yanvarın 1-d ək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin Naz irlik tərəfindən 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Qəbələ rayon İcra Hakimiyyətinin mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə 17 may 2021-ci il tarixli 2/348/67 nömrəli məktubu ilə Nazirliyə təqdim olunmuş siyahıda İddiaçı 4 may 2021-ci il tarixindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı qeyd edilmişdir. İddiaçı daimi yaşayış üzrə pasport qeydiyyatını ünvan 1 ünvanına dəyişmiş və ünvan 2in 23 avqust 2023-cü il tarixli 2-1(112)9436/2023 nömrəli qərarına əsasən Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 25 oktyabr 2023-cü il tarixli 109 nömrəli sərəncamı ilə uçota alınma tarixi saxlanılmaqla yaşayış yeri üzrə Səbail Rayon İcra Hakimiyyətinə köçürülmüşdür. İddiaçı mənzillə təmin olunması mə qsədilə 17 noyabr 2023-cü il tarixində Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə təqdim edilmiş müvafiq sənədlərə baxılmış, vətəndaşın ailə tərkibi (özü və oğlu) nəzərə alınmaqla ikiotaqlı mənzillə təmin olunması nəzərdə tutulmuşdur. Hazırda Nazirliyin balansında Bakı şəhəri üzrə ikiotaqlı mənzillər olmadığından vətəndaşın mənzil təminatının həyata keçirilməsi mümkün olmamışdır. Nazirliyin balansına müvafiq mənzillər verildikdən sonra İddiaçı sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə baxılacaqdır. Əlavə olaraq hazırda Nazirlik tərəfindən Bakı şəhəri üzrə ikiotaqlı mənzillə təmin olunması nəzərdə tutulmuş 246 nəfər imtiyazlı şəxs var ki, onların içində İddiaçı sıra sayı 106-dır. İddiaçı növbəlilik tarixi 4 may 2021-ci il olsa da, Bakı İnzibati Məhkəməsinin qərarına əsa sən Səbail rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşın uçota alınması haqqında sərəncam 25 oktyabr 2023-cü il tarixində verilmiş və həmin sərəncam, habelə İddiaçı mənzillə təmin olunması məqsədilə tələb olunan digər sənədlər Agentliyə 17 noyabr 2023-cü il tarixində təqdim edilmişdir. Vətəndaşın sənədlərinə baxılaraq ikiotaqlı mənzil təqdim edilməsi barədə qərar verildikdən sonra Nazirliyin balansında Bakı şəhəri üzrə ikiotaqlı mənzillərin olmaması səbəbindən mənzillə təmin edilməsi mümkün olmamışdır. Bakı şəhəri, Qaradağ rayonu Vətən müharibəsi şəhid ailələrinin mənzil növbəliliyi siyahısında 1 iyul 2021-ci il tarixində mənzil uçotuna alınmış X7 24 dekabr 2023-cü ildə, Bakı şəhəri, Binəqədi rayonu Vətən müharibəsi şəhid ailələrinin mənzil növbəliliyi siyahısında 13 aprel 2021-ci il tarixi ndə mənzil uçotuna alınmış X1 28 dekabr 2023-cü ildə və 24 fevral 2022-ci il tarixində mənzil uçotuna alınmış X8 isə 24 dekabr 2023-cü il tarixində ikiotaqlı mənzillə təmin olunublar.

8. Bakı İnzibati Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2-1(112)-4342/2024 nömrəli qərarı ilə (hakim H.A.Ağalarov) iddia təmin edilmiş, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən iddiaçının xx.xx.2021-ci il tarixdən mənzil növbəsinə dayanmış imtiyazlı şəxs kimi (özü İddiaçı və oğlu X5 hər iki nəfər üçün nəzərdə tutulmuş) 2 otaqlı mənzillə təmin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin mübahisəsiz halıdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdən şəhid ailəsi üzvü kimi mənzil növbəsinə götürülmüşdür. Cavabdeh yazılı etira zında hazırda Nazirliyin balansında Bakı şəhəri üzrə ikiotaqlı mənzil olmadığıdan İddiaçı mənzil təminatını həyata keçirməyin mümkün olmaması ilə əsaslandırmışdır. Eyni zamanda cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda İddiaçı növbəlilik tarixinin 4 may 2021-ci il olsa da, Bakı İnzibati Məhkəməsinin qərarına əsasən Səbail Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşın uçota alınması haqqında sərəncamın 25 oktyabr 2023-cü il tarixində verildiyi və həmin sərəncam, habelə İddiaçı mənzillə təmin olunması məqsədilə tələb olunan digər sənədlərin Agentliyə 17 noyabr 2023-cü il tarixində təqdim edildiyi qeyd edilmişdir. Məhkəmə qeyd edilənlərlə bağlı bildirmişdir ki, ilk növbədə cavabdehin sərəncamın xx.xx.2023-cü il tarixdə verilməsinə istinad etməsi əsassızdır. Belə ki, qəbul edilmiş Səbail r ayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 109 nömrəli sərəncamına əsasən şəhid ailəsi İddiaçı 2 nəfər (özü, oğlu) ailə tərkibində (mənzil növbəsi 04 may 2021-ci il tarixdən saxlanılmaqla) yaşayış yeri üzrə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların Səbail Rayon İcra Hakimiyyəti nəzdindəki ümumi və güzəştli mənzil növbəsi siyahılarına daxil edilməsi qərara alınmışdır. Sərəncamın qəbul edilmə tarixindən asılı olmayaraq iddiaçının mənzil növbəsi 04 may 2021-ci il tarixdən nəzərə alınmalı və həmin tarixə uyğun olaraq ona sıra nömrəsi verilməli idi. Digər tərəfdən, cavabdehin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi məlumatdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu Vətən müharibəsi şəhid ailələrinin mənzil növbəliliyi siyahısında 1 iyul 2021-ci il tarixində mənzil uçotuna alınmış X7 24 dekabr 2023-cü ildə, Bakı şəhəri, Binəqədi rayonu Vətən müharibəsi şəhid ailələrinin mənzil növbəliliyi siyahısında 13 aprel 2021-ci il tarixində mənzil uçotuna alınmış X1 28 dekabr 2023-cü ildə və 24 fevral 2022-ci il tarixində mənzil uçotuna alınmış X8 isə 24 dekabr 2023-cü il tarixində ikiotaqlı mənzillə təmin olunublar. Təqdim edilən məlumat cavabdehin imtina əsaslarını özlüyündə təkzib edir. Belə ki, İddiaçı 04 may 2021-ci il tarixdən mənzil növbəsinə alındığı halda bugünədək mənzillə təmin edilmədiyi halda ondan sonra, yəni 01 iyul 2021-ci il tarixdə və 24 fevral 2022-ci il tarixdə mənzil növbəsinə alınmış şəxslər 24 dekabr 2023-cü ildə ikiotaqlı mənzillə təmin olunmuşdurlar. Bu onu göstərir ki, hətta cavabdehin iddiaçının sənədlərinin təqdim e dildiyini qeyd etdiyi tarixə, yəni 17 noyabr 2023-cü il tarixə Nazirliyin balansında ən azı iki ədəd ikiotaqlı mənzil olmuşdur. Lakin cavabdeh bərabərlik prinsiplərini pozaraq mənzil növbəsinə daha sonradan alınmış şəxslərin mənzillə təmin edilməsini həyata keçirmişdir. Bununla da iddiaçının hüquqlarını pozmuşdur.

10. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 noyabr 2024-cü il tarixli, 2-1(103)-3687/2024 nömrəli qərarı ilə (hakimlər R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və E.Ə.Əliyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2-1(112)-4342/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanı lmışdır.

12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, Bakı Apellyasiya Məhkəməsi Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşmış və X4 24 dekabr 2023-cü ildə, Bakı şəhəri, Binəqədi rayonu Vətən müharibəsi şəhid ailələrinin mənzil növbəliliyi siyahısında 13 aprel 2021-ci il tarixində mənzil uçotuna alınmış X1 28 dekabr 2023-cü ildə və 24 fevral 2022-ci il tarixində mənzil uçotuna alınmış X8 isə 24 dekabr 2023-cü il tarixində ikiotaqlı mənzillə təm in olunmasına istinad edərək iddianı təmin etmişdir. Sözügedən şəxslərdən X1 iddiaçıdan daha əvvəl növbəyə alınmış, X8 xx.xx.2023-cü ildə, X7 isə xx.xx.2024-cü ildə Agentliyə mənzil təminatının həyata keçirilməsi üçün ərizə ilə müraciət etmişdir. Müvafiq ərizələr əsasında Agentlik inzibati icraat aparmış, icraatın nəticəsinə uyğun olaraq isə həmin şəxslərin mənzil təminatını həyata keçirmişdir. İddiaçı xx.xx.2021-ci ildən mənzil növbəsində olmasına baxmayaraq məhz inzibati icraatın başlamasına əsas verən ərizə və sənədləri xx.xx.2023-cü ildə Agentliyə təqdim etmişdir. Odur ki, iddiaçı orqana ərizə ilə müraciət etdiyi zaman artıq yuxarıda qeyd olunan şəxslər barəsində inzibati icraat yekunlaşmışdı və həmin vətəndaşların mənzillə təmin edilmə hüququ tanınmışdır. Agentliyin həmin şəxslərin ye rinə onlardan daha sonra müraciət etmiş iddiaçının mənzil təminatını həyata keçirməsi inzibati icraatın əsas prinsiplərindən olan bərabərlik prinsipinin pozulması ilə nəticələnəcəkdi və fiziki və hüquqi şəxslərin inzibati orqana olan etimadına mənfi təsir göstərəcəkdi. Odur ki, Agentlik inzibati orqan olaraq inzibati icraatın əsas şərtlərinə və prinsiplərinə uyğun icraat aparmış və bərabərlik prinsipini qorumuşdur. Agentlik dəfələrlə iddiaçıya inzibati icraatın başlanılmasına əsas verən sənədləri təqdim etməli olduğunu bildirsə də, iddiaçının səhlənkarlığı nəticəsində həmin sənədlər orqana gec təqdim olunmuşdur. Nəticədə, orqan inzibati icraat başlaya bilməmiş və iddiaçının hüquqi mənafeyini nəzərə alaraq sənədlərini təqdim etmək üçün vaxt vermişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən iddiaçı növbəsiz şəkildə mənzillə təmin olunmalıdır, lakin iddiaçının növbəsiz şəkildə mənzillə təmin olunması iddiaçıdan daha əvvəl növbəyə alınmış şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcək və bu zaman həmin vətəndaşlarda inzibati orqana olan etimad prinsipi şübhə altına düşəcək. Məhkəmə iddianı təmin edən zaman göstərilən halları nəzərə almalı, bərabərlik prinsipinin və inzibati orqana etimad prinsipinə riayət etməli idi. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial- məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamdan d a göründüyü kimi, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması 2021-2025-ci illər aralığında yekunlaşmalıdır. Həmçinin sərəncama əsasən imtiyazlı şəxslərin mənzil təminatının növbəli və mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulub. Odur ki, iddiaçının mənzil təminatının həyata keçirilmə prosesi artıq 2025-ci ildə yekunlaşmalıdır. Məhkəmə işə baxarkən mənzil təminatının həyata keçirilməsinin özlüyündə müəyyən vaxt ərzində mümkünlüyü məsələsinə qiymət verməli orqanın qərarın icrası ilə bağlı faktiki imkanlarını nəzərə almalı idi. Məhkəmə isə qərarın icrası ilə bağlı orqanın real imkanlarının mövcudluğu, qərarın icrasının mümkünlüyü məsələlərinə toxunmamışdır b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ ED İLƏN HÜQUQ 16. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2449 nömrəli Sərəncamı...

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmı ş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;...

2. Yerli icra hakimiyyəti orqanları: 2.1. bu Sərəncamın 1.1 və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin.... 17. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cüm lədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 492s saylı, xx.xx.2021-ci il tarixli Sərəncamı “... Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli 2449 nömr əli sərəncamının 1-ci hissələrində nəzərdə tutulmuş şəxslərin, habelə....mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istifadə edilsin.”

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Ap ellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının mənzillə təmin edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

24. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə almışdır.

25. Məlum olduğu kimi, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin s osial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil və ya fərdi evlə təmin edilməsi hüququ təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 92s saylı, xx.xx.2021-ci il tarixli Sərəncamı da həmin hüququ təsdiq edir.

26. Belə olan halda, qanunvericilik normalarının tələblərinə görə iddiaçının mənzillə təmin edilməsi üçün iki zəruri şərtin birlikdə mövcud olması tələb olunur - 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması və şəhid ailəsi statusunda olması.

27. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından isə görünür ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 65 nömrəli arayışından görünür ki, iddiaçının mərhum əri xx.xx.1998-ci il təvəllüdlü X6 xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Azərba ycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş və xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb olunaraq N saylı hərbi hissəyə göndərilmiş və xx.xx.2020-ci il tarixdə Talış-Suqovuşan istiqamətində döyüş əməliyyatları zamanı aldığı xəsarətlərdən həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli Qərarının 1.2.5-ci yarımbəndinə əsasən X6 şəhid, mərhumun ailəsi isə şəhid ailəsi hesab edilmişdir.

28. Həmçinin Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 109 nömrəli Sərəncamına əsasən şəhid ailəsi İddiaçı 2 nəfər (özü, oğlu) ailə tərkibində mənzil növbəsi 04 may 2021-ci il tarixdə n saxlanılmaqla yaşayış yeri üzrə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların Səbail Rayon İcra Hakimiyyəti nəzdindəki ümumi və güzəştli mənzil növbəsi siyahılarına daxil edilmişdir.

29. Odur ki, aşağı instansiya məhkəmələrinin haqlı mövqeyinə uyğun olaraq Səbail Rayon İcra Hakimiyyətinin Sərəncamın qəbul edilmə tarixindən asılı olmayaraq iddiaçının mənzil növbəsi 04 may 2021-ci il tarixdən nəzərə alınmalı və həmin tarixə uyğun olaraq ona sıra nömrəsi verilməli idi. Məhkəmə, həmçinin nəzərə alır ki, cavabdeh iddiaçının mənzillə təminatını həyata keçirərkən eyni vəziyyətdə olan digər oxşar şəxslərə münasibətdə bərabərlik, ardıcıllıq və növbəliliyi təmin etmək öhdəliyi daşıyır. Bunun təmin olunması üçün isə iddiaçının mənzil növbəsinin 04 may 2021-ci il tarixdən olduğu nəzərə alınmalıdır.

30. Kollegiya cavabdehin dəlilləri ilə bağlı olaraq həmçinin qeyd edir ki, cavabdeh hazırkı halda, müvafiq səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilmiş qərarın məzmununa bağlı olmaqla onun qanuniliyini təftiş etmək səlahiyyətinə malik deyildir. Belə ki, qanunvericiliyin imperativ göstərişinə görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınma məsələsinin həlli yerli icra hakimiyyəti orqanına malikdir və onun tərəfindən müvafiq qərar qəbul edilmişdir. İcra hakimiyyətinin vahidliyi pinsipindən irəli gələn həmin hakimiyyət qoluna daxil olan orqanların fəaliyyətinin təşkilinin ümumi qaydasına görə məhz sözügedən orqan qanunvericiliyin ona verdiyi səlahiyyətə görə şəxsin müvafiq statusunu tanımaq səlahiyyətinə malikdirlər. Yenə, icra hakimiyyətinin vahidliyi pri nsipinin tələbinə görə, eyni hakimiyyət qolu tərkibində olan mənzillə təmin etməni həyata keçirən inzibati orqan hüquqi statusun özünün yaranması məsələsini təftiş etmək və mübahisələndirmək hüququna malik deyildir. Həmin orqanın vəzifəsi müvafiq hüquqi status yarandıqdan sonra ondan irəli gələn fəaliyyəti həyata keçirməkdir. Nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqanlar məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edirlər. Həmin orqanlar məhkəmədə mübahisəyə baxılması ilə bağlı öz hüquqlarının və maraqlarını deyil, təmsil etdikləri dövlətin, o cümlədən icra hakimiyyəti sisteminin maraqlarını qoruyurlar. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq i cra hakimiyyəti orqanlarını təmsil edən inzibati orqanlar vahid hakimiyyət qolunun tərkibi olaraq məhz icra hakimiyyətinin adından inzibati fəaliyyəti həyata keçirir və səlahiyyətlərinə aid edilmiş məsələlərə dair qərarlar qəbul edirlər. Ona görə də, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınma məsələsini həll edən inzibati orqanın qərarı, hazırkı icraata münasibətdə cavabdehin davranışını müəyyən etməlidir.

31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xid mətlər Agentliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 noyabr 2024-cü il tarixli, 2-1(103)-3687/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar