Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-843/2021 28.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın katibliyi, iddiaçının vəkili Yunis Məmmədovun, cavabdehin vəkili Samir Əliyevin iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə si Nazirliyi yanında Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-373/2021 nömrəli iş üzrə ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 28 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 17.07.2015-ci il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının hesablanması zamanı yaranacaq fərq məbləğinin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 17.07.2015-ci ildə qüvvədə olan 37.7- ci maddəsinin tələbləri əsasında hesablanaraq birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1963-cü ildə anadan olmuş, 01.07.1980-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. 17.07.2015-ci ildən iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin olunmalı idi. Həmin vaxtdan halhazırkı tarixə kimi dəfələrlə aidiyyəti orqanlara müra ciət edilsə də, iddiaçıya 17.07.2015-ci il tarixdən, yəni 52 yaşının tamam olduğu vaxt güzəştli şərtlərlə əmək pensiyası təyin olunmamışdır. Əmək pensiyasının 52 yaşdan, 17.07.2015-ci il tarixdən təyin olunması və müvafiq dövrün qanunvericiliyinə uyğun olaraq pensiya məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə birinci dəfə edilmiş müraciətinə cavab olaraq 01.10.2019-cu il tarixdə iddiaçıya ünvanlanmış imtina məktubunda göstərilənləri yerinə yetirəndən sonra ikinci dəfə 30.10.2019-cu il tarixdə müraciət edilmiş, cavab olaraq, 11.02.2020-ci il tarixdə **********8 saylı, 24.01.2020 il tarixli imtina məktubunu alınmışdır. Qeyd olunan imtina məktu buna əsasən ki, iddiaçının «xxxx» ASCdə işlədiyi vəzifə Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahıda öz əksini tapmadığından və Göyçay rayonu K.Marks adına kolxozda işləməyini təsdiq edən arxiv arayışı təqdim olunmadığı üçün iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina olunur. İddiaçıya görə ona əmək pensiyası «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 17.07.2015-ci il tarixdə qüvvədə olan tələbləri əsasında təyin edilib hesablanmalıdır. Hesab edilir ki, cavabdehin imtina məktubu qeyri-qanunidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
3. Birinci instansiya məhkəməsi nin il tarixli, 2-1(112)-3536/2020 nömrəli (sədrlik edən hakim Mehriban Qarayeva) qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı 17.07.2015-ci il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının hesablanması zamanı yaranacaq fərq məbləğinin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 17.07.2015-ci ildə qüvvədə olan 37.7-ci maddəsinin tələbləri əsasında hesablanaraq birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9, 9.1, 9.8, 31.1, 32.1, 37.7-ci maddələrinə, 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Resp ublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13, 67, 67.1-ci maddələrinə, Nazirlə Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarına əsaslanaraq iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının hesablanması zamanı yaranacaq fərq məbləğinin hesablanaraq birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olduğuna dair nəticəyə gəlmişdir.
5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) -ci il tarixli, 2- 1(103)-373/2021 nömrəli (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Aida Hüseyn) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8, 31.1, 32.1-ci maddələrinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 17.07.2015-ci ildə qüvvədə olan 37.7-ci maddəsinə, 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icr aatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
8. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. 9. “Əmək pensiyaları haqqında”Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kolle giyasinin 11 dekabr 2017-ci il tarixli 17 saylı Qərarının 3.2-cü bəndində göstərilmişdir-2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlərüzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 10. əmək kitabçası; 11. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı;
12. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə Müraciətə pe nsiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən)əlavə edillər. (bənd 2.2)
13. Qeyd edilən 2 saylı əlavəyə əsasən-Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir.(əlavənin 2.4-cü bəndi)
14. Onu da qeyd etmək istəyir ki, şəxsə güzəştli əmək pensiyası hüququ verən peşələrdə işləməsini təsdiq edəcək iş yerindən arayışların təqdim edilməsi həmçinin hal hazırda qüvvədən düşən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tədbiq edilməsi müddətində də tələb edilmiş və qüvvədə olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 saylı Qərarı ilə təsdiq edilmiş «Vətən daşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 19-cu bəndində qeyd edilmişdir ki, “ Əmək kitabçasında xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar (məsələn: isti iş sahələrində, isti işlərdə işləmək, müəyyən təhlükə dərəcəsi olan maddələrlə işləmək, yeraltı işlərdə çalışmaq, müəyyən üsullarla iş aparmaq və s.) barədə tam məlumat olmadıqda xüsusi əmək stajının təsdiqi üçün idarə və müəssisənin dəqiqləşdirici arayışı qəbul olunur. Arayışda göstərilməlidir: xüsusi staja daxil olan dövr; peşə və ya vəzifəsi; görülən işin xarakteri, həmin iş dövrünün hansı siyahının bölməsi, hansı yarım bölməsi bənd nə daxil olması, həmin arayışın verilməsinə əsas olan ilkin sənədlər”
15. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçıya ünvanladığı 24.01.2020-ci il tarixli **********8 nömrəli məktubundan göründüyü kimi, qeyd edilən məktubla İdarə iddiaçının tələbindən imtina etməmişdir. Həmin məktubda göstərilmişdir ki, iddiaçının İdarəyə təqdim etdiyi arayışda iddiaçının işlədiyi peşələr qeyd edilsə də həmin peşələrin ona yaşa görə güzəştli pensiya hüquq verən sahələrə aid olmaları qeyd edilməmiş, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsi onun idarəyə təqdim etdiyi arayışda qeyd etdiyi peşələrin həmin hüququ verən sahələrə aid olub-olmaması barədə məlumatlar qeyd edildikdən, həmçinin onun 01.07.1980-04.10.1984-cü il tarixləri arasındakı dövr ərzində Göyçay rayon K.Marks adına kolxozda işləməsinə dair aparılmış qeydlər arxiv arayışları əsasında tədiq edildikdən sonra baxıla bilər.
16. Fərz etsək belə ki, iddiaçın iddiası təmin edilməli və onun pensiyası yenidən hesablanmalıdı bu halda belə pensiyanın 17.07.2015-ci il tarixdən hesablanması və birdəfəlik ödənilməsi vəzifəsinin İdarənin üzərinə qoyulması açıq maddi hüquq pozuntusudur.
17. Əvvəla, bu halda “X1” Qanunun 37.7-ci maddəsinin açıq tələbi pozulmuş olar. Həmin maddəyə görə, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. ƏPQ-nin 32.1-1 -ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir.
18. Bununla da həmin qərar ilə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da, öz növbəsində, qərarın kasasiya instansiya məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi üçün əsasdır.
19. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-373/2021 nömrəli, 09 fevral 2021 nömrəli qərarının ləğv edilməsi və iddianın mümkünsüz sayılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kasasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə iclasında iştirak ed ən cavabdehin vəkili S.Əliyev kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin -ci il tarixli qərarının ləğv edilməsini, iddianın mümkünsüz sayılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
22. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Y.Məmmədov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin -ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin -ci il tarixli qərarın isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
23. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
25. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin və iddiaçının vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericili k normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının -ci il tarixli 2- 1(103)-373/2021 nömrəli qərarının “Bakı İnzibati Məhkəməsinin il tarixli, 2-1(112)-3536/2020 nömrəli qərarının 17.05.15-11.11.2016-cı il tarixə qədər pensiyanın təyin edilməsi hissəsində dəyişdirilmədən qüvvədə saxlanılsın” hissəsi ləğv edilməli, iddiaçının “Bakı İnzibati Məhkəməsinin il tarixli, 2-1(112)-3536/2020 nömrəli qərarının 17.05.15-11.11.2016-cı il tarixə qədər pensiyanın təyin edilməsi” tələbi rədd edilməli, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhk əmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
27. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
28. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır.
29. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 30. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə əsasən hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. 31. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var.
32. «Andreyeva Latviyaya qar şı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir.
33. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər qismən əsaslıdır.
34. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08.10.2020-ci il tarixli №3/2020 qərardadı ilə qərara alınmışdır ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.”
35. İş materiallarından görünür ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna 19.11.2019-cu ildə müraciət etmişdir.
36. Bu səbəbdən də iddiaçıya yalnız müraciət edilən tarixdən əvvəlki üç il üçün əmək pensiyası ödənilməlidir.
37. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının -ci il tarixli 2- 1(103)-373/2021 nö mrəli qərarının “Bakı İnzibati Məhkəməsinin il tarixli, 2-1(112)-3536/2020 nömrəli qərarının 17.05.15-11.11.2016-cı il tarixə qədər pensiyanın təyin edilməsi hissəsində dəyişdirilmədən qüvvədə saxlanılsın” hissəsi ləğv edilməli, iddiaçının “Bakı İnzibati Məhkəməsinin il tarixli, 2-1(112)-3536/2020 nömrəli qərarının 17.05.15-11.11.2016-cı il tarixə qədər pensiyanın təyin edilməsi” tələbi rədd edilməli, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının -ci il tarixli 2- 1(103)373/2021 nömrəli qərarının “Bakı İnzibati Məhkəməsin in il tarixli, 2-1(112)-3536/2020 nömrəli qərarının 17.05.15-11.11.2016-cı il tarixə qədər pensiyanın təyin edilməsi hissəsində dəyişdirilmədən qüvvədə saxlanılsın” hissəsi ləğv edilsin. İddiaçının “Bakı İnzibati Məhkəməsinin il tarixli, 2-1(112)-3536/2020 nömrəli qərarının 17.05.15-11.11.2016-cı il tarixə qədər pensiyanın təyin edilməsi” tələbi rədd edilsin. Qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.