Məhkəmə qərarları › İş №2-1(102)-843/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-843/2022

17.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-843/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə 60 yaşdan əmək pensiyasının təyin edilməsi Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı (bundan sonra cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-280/2022 saylı, 13 yanvar 2022-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx xxxxxx 1961-ci il tarixdə anadan olmuş, 1979-cu ildən 1981-ci ilə qədər həqiqi hərbi xidmətdə olmuşdur.

2. İddiaçı 19.09.1978-ci ildən 12.04.1979-cu ilə qədər Salyan taxıl məhsulları kombinatının yem zavodunda fəhlə, 01.06.1981-ci ildən 01.07.1981-ci ilə qədər Salyan plastmas emalı zavodunda fəhlə, 16.07.1981-ci ildən 01.05.2004-cu ilə q ədər “Salyan – Taxıl” SC-də teplovoz maşinisti, 24 saylı X9 05.04.2004-cü ildən 08.06.2004-cü ilə qədər presləyici, 08.06.2004-cü ildən 12.08.2013-cü ilə qədər relskəsən, 12.08.2013-cü ildən 01.05.2016-cı ilə qədər relsötürən, 01.05.2016-cı ildən hazıra qədər relskəsən işləyir. 3. "xxxx" QSC-nin 25 yanvar 2021-ci il tarixli 03 nömrəli arayışında qeyd olunmuşdur ki, iddiaçı 24 saylı X9 05.04.2004-cü ildən 08.06.2004-cü ilə qədər presləyici, 08.06.2004-cü ildən 12.08.2013-cü ilə qədər relskəsən, 12.08.2013-cü ildən 01.05.2016-cı ilə qədər relsötürən işləmiş, 01.05.2016-cı ildən hal-hazıradək relskəsən işləyir. İddiaçının ümumi əmək stajı 16 il 09 ay 20 gün, xüsusi əmək stajı 13 il 10 ay 25 gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 1 1.2 (abzas 25)-ci bəndi ilə isti metalın kəsilməsi ilə məşğul olan metalın preslərlə və qayçılarla kəsicilərinin güzəştli təqaüd almaq hüququ vardır.

4. İddiaçı 60 yaşdan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış 01 fevral 2021-ci il tarixli cavab məktubu ilə onun işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın "Metal emalı” bölməsində (11) Dəmirçi-presləmə istehsalatı bəndində (11.2) işçi ştamp presləyicilər peşəsinə uyğun gəlmədiyini əsas gətirərək iddiaçının ərizəsini təmin etməkd ən imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı 05 fevral 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 60 yaşının tamam olduğu 26 yanvar 2021-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

6. İddiа onunla əsaslandırılmışdır ki, iddiaçı 19 sentyabr 1978-ci ildən halhazıra qədər əmək fəaliyyəti ilə məşğuldur, 42 ilədək ümumi, 14 ilədək zərərli və ağır işlərdə iş stajı vardır. "xxxx" QSC-nin 24 saylı X4 işlədiyi 05.04.2004-cü ildən 08.06.2004cü ilə qədər presləyici, 08.06.2004-cü ildən 12.08.2013-cü il tarixə qədər relskəsən, 12.08.2013-cü ildən 01.05.2016-ci ilə qədər relsötürən, 01.05.2016-cı ildən hal-hazıra işlədiyi qədər relskəsən vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11.2-ci bəndinin 25-ci abzasında (isti metalın kəsilməsi ilə məşğul olan metalın preslərlə və qayçılarla kəsiciləri) öz əksini tapmışdır. Cavabdehin qeyd olunan əsaslarla iddiaçının müraciətindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır.

7. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya qarşı yazılı etiraz iddiaçının ərizəsinə imtina barədə məktubla eyni məzmunda əsaslandırılmışdır.

8. Bakı İnzibati Məhkəməsinin (hakim X1, 2-1(112)-4139/2021 saylı iş) 14 iyul 2021-ci il tarixli qərarı ilə iddia tə ləbi rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda və həmin qərar qəbul edilənə qədər qüvvədə olmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli və 2 nömrəli siyahılarda iddiaçının işlədiyi presləyici, relskəsən, relsötürən vəzifələrinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verməsi nəzərdə tutulmamışdır.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X2məruzəçi, X6 və X3, 2-1(103)-280/2022 saylı iş) 13 yanvar 2022-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2-1(112)-4139/2021 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçının 60 yaşının tamam olduğu 26 yanvar 2021-ci il tarixinə qədər 12 il 6 aydan da çox qeyd olunan Siyahının 3.7-ci bəndinə uyğun gələn peşədə soyuq metalın, o cümlədən, relsin kəsicisi kimi işlədiyi sübuta yetirilir. Belə olan halda, peşəsində çalışdığı kimi kəsən peşəsi "Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin nəzərdə tutulan 60 yaşından güzəştli pensiya təyinatı üçün tələb olunan azı 12 il 6 ay xüsusi iş stajının mövcudluğu da müəyyən olunur. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə 1 və 2 nömrəli Siyahı təsdiq edilənə qədər qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin 22 avqust 1956-cı il tarixli 1173 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının 30-cu bölməsi "Nəqliyyat” adlanırdı. Həmin bölmənin "Dəmiryol nəqliyyatı və Metropoliten” adlı 1-ci yarımbölməsində isə teplovoz, (o cümlədən didizel) sürücü və maşinistləri və onların köməkçiləri peşələri güzəştli pensiya hüququ verən peşələrə aid edilirdi. İddiaçının əmək stajından da görünür ki, 16.07.1981 - 01.05.2004-cü illərdə, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə 1 və 2 nömrəli Siyahılar təsdiq edilənədək X5 teplovoz maşinisti kimi işləmişdir. Belə olan halda, "Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbi baxımından, həmin müddətin də iddiaçının güzəştli pensiya hüququ verən iş stajı kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğundur. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini zəruri edən "Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən bütün şərtlər öz təsdiqini tapır.

13. Cavabdeh kas sasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi ilə bağlı yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayəti cavabdeh tərəfindən təqdim olunmuş iddiaya qarşı yazılı etiraz və iddiaçının ərizəsinə imtina barədə məktubla eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçıya güzəştli şərtlərlə əmək pensiyasını təyin edilməsini zəruri edən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində göstərilən bütün şərtlər öz təsdiqini tapır.

16. Cavabdeh tərəf öz kassasiya şikayətində irəli sürdüyü tələbləri heç bir sübutla əsaslandıra və təsdiq edə bilməmişdir. Cavabdehin kassasiya şikayət ində istinad etdiyi hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən artıq tam və obyektiv araşdırılmış və onlara düzgün hüquqi qiymət verilmişdir. Tətbiq edilən hüquq 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik old uqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. --------------------------------------------------------------------------------------------------9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırı ncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:..... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD №li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci ildən b aşlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”

18. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri s übutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

14. Sübut etmə vəzifəsi.... 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zərur i sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qər ardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

19. Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğ u gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əs as yoxdur.

22. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

23. Məhkəmə tərkibi qeyd edir ki, kassasiya şikayətinin mahiyyətcə apellyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək və onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq həmin qərarın təsdiqi ilə kifayətlənmək mümkündür.

24. Məlum olduğu kimi, 01.01.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixdən qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimu m məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

25. Pensiya təyin edilməsi üçün müraciət etdiyi tarixə kimi iddiaçının 60 yaş həddinə çatması, 26.01.2021-ci ildə 60 yaşı tamam olanadək 25 ildən çox iş stajının mövcudluğu və iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən pensiya kapitalına malik olması işin mübahisələndirilməyən hallarını təşkil edir.

26. Kassator öz şikayətində iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın "Metal emalı” bölməsində (11) Dəmirçipresləmə istehsalatı bəndində (11.2) işçi ştamp presləyicilər peşəsinə uyğun gəlmədiyini əsas gətirmişdir.

27. Məhkəmə tərkibi kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, 24 saylı X12 03 saylı 25 yanvar 2021-ci il tarixli arayışında göstərilmişdir ki, iddiaçının həmin müəssisədə çalışdığı 05.04.2004 - 08.06.2004 dövründə presləyici; 08.06.2004 12.08.2013 dövründə relskəsən; 01.05.2016-cı il tarixdən hal-hazıradək relskəsən kimi işlədiyi müddətin 13 ilə 10 ay 25 günü (relskəsən kimi işlədiyi müddət) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 11.2-ci (abzas 25) bəndində göstərilən isti metalın kəsilməsi ilə məşğul olan metalın preslərlə və qayçılarla kəsicisi peşəsinə uyğun gəlməklə ona güzəştli təqaüd almaq hüququ verir.

28. İşin apellyasiya icraatı mərhələsində müəyyən olunmuşdur ki, iddiaçı isti metalın (relsin) deyil, soyuq metalın kəsilməsi ilə məşğul olmuşdur. Bu ziddiyyətin aradan qaldırılması üçün məhkəmə tərəfindən müvafiq sorğular verilmiş və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “X8”nin 12 saylı 12 noyabr 2021-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş 11 nömrəli 26.11.2-21-ci il tarixli arayışa əsasən müəyyən olunmuşdur ki, 05.04.2004-cü ildən hal-hazıradək iddiaçı 24 saylı X9 14 il 8 ay 28 gün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının “Metal istehsalatı” bölməsinin 3.7-ci bəndinin (“Yayma, çarxyayma, bandajyayma, yabayayma, tənəkəyayma, qalayçı, sinkləmə, qurğuşunlama istehsa latı. Rels bəndlərinin istehsalı. İsti metalın termik emalı, kəsilməsi və təmizlənməsi.) 35-ci abzasına (soyuq metalın kəsiciləri) uyğun olan işdə işləmişdir.

29. Həmin məktuba əlavə olunmuş “Relskəsən”in vəzifə təlimatından da görünür ki, relskəsənin vəzifəsi relsin kəsilməsini təmin etməkdən ibarətdir. O cümlədən həmin Təlimatın 4-cü bəndinə əsasən xüsusi zəhərli məhlulla çalışan texnoloji xətdə quraşdırılmış polad lentvari mişarlı TMC markalı dəzgahda relslərin kəsilməsini təmin etmək relkəsənin vəzifəsidir.

30. Beləliklə, iddiaçının 60 yaşının tamam olduğu 26.01.2021-ci il tarixinə qədər 12 il 6 aydan da çox qeyd olunan Siyahının 3.7-ci bəndinə uyğun gələn peşədə soyuq metalın, o cümlədən, relsin kəsicisi kimi işlədiyi sübuta yetirilir.

31. Belə olan halda, peşəsində çalışdığı kimi kəs ən peşəsi “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin nəzərdə tutulan 60 yaşından güzəştli pensiya təyinatı üçün tələb olunan azı 12 il 6 ay xüsusi iş stajının mövcudluğu da müəyyən olunur.

32. Belə olan halda, “Əmək pensiyaları haqqında Qanunun 9.8-ci maddəsinin tələbi baxımından, həmin müddətin də iddiaçının güzəştli pensiya hüququ verən iş stajı kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğundur.

33. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini zəruri edən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən bütün şərtlər öz təsdiqini tapır.

34. Odur ki, məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

35. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2022-ci il tarixli 21(103)-280/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar