Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-843/2023 02.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyiyanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Əraz i İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3302/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli, 318 nömrəli sərəncamının surətindən görünür ki, Qaçaq Nəbi küçəsində cizgidə göstərilən ərazidə tikilmiş mövcud 40 kv.m. ölçüdə məntəqənin İddiaçı adına sənədləşdirilməsi, məntəqənin eskiz layihəsinin rayon memarı ilə razılaşdırılması qərara alınmışdır.
2. Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən məntəqənin yerləşmə cizgisi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin memarı ilə razılaşdırılmışdır.
3. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 11 nömrəli “Tikinti obyektinin istismarına icazə”yə əsasən, Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən, ümumi sahəsi 40 kv.m., ümumi torpaq sahəsi 40 kv.m., mərtəbələrinin sayı 1, ümumi tikinti həcmi 160 kub.m. olan qeyri-yaşayış sahəsinin istismarına İddiaçı adına icazə verilmişdir.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (icarəyə verən) ilə İddiaçı (icarəçi) arasında bağlanılmış “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” xx.xx.2021-ci il tarixli, 855 nömrəli müqavilənin 1-ci maddəsinə əsasən icarəyə verənin icarəyə verdiyi Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsindəki qeyri-yaşayış binasının yerləşd iyi 40.8 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Müqavilənin 3.1-ci maddəsinə əsasən, bu müqavilə üzrə icarə haqqı aşağıdakı qaydada hesablanır: torpaq sahəsinin illik icarə haqqı 480.0 manat, aylıq icarə haqqı 40.0 manat.
5. İddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh tərəfindən həmin müraciətə cavab məktubunda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edildiyi bildirilmiş və qeyd olunmuşdur ki, qeyri-yaşayış binasının tikintisinə icazə barədə qərar təqdim edilməmişdir. Təqdim edilən tikinti obyektinin istismarına icazə sənədi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Həmçinin eskiz layihəsi Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiqlənməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən qeyri-yaşayış binası uzun müddətdir ki, iddiaçının istifadəsindədir. Qeyri-yaşayış sahəsinin istismarına Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən 11 nömrəli, xx.xx.2017-ci il tarixdə icazə verilmiş dir. Sözügedən qeyri-yaşayış sahəsinin eskiz layihəsi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənmişdir. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 318 nömrəli sərəncamına əsasən, həmin obyektin sənədləşdirilməsi qərara alınmışdır. Binanın yerləşdiyi torpaq sahəsi iddiaçının icarəsindədir. Qeyri-yaşayış sahəsinə dair dövlət qeydiyyatının aparılması və mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın verilməsi üçün cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir.
8. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi barədə qərar təqdim edilməmişdir. Təqdim edilən tikinti obyektinin istismarına icazə sənədi Bakı şəhər İcra Hakimiyyəti tərəfind ən verilməmişdir. Həmçinin eskiz layihəsi Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiqlənməmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5919/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qərarı ilə (hakim H.A.Ağalarov) iddia təmin edilmiş, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli, 318 nömrəli sərəncamı ilə sənədləşdirilməsi nəzərdə tutulmuş, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən, ümumi sahəsi 40 kv. m. olan qeyri-yaşayış sahəsinə İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, iddia predmeti olan qeyri-yaşayış binası yeni tiki li deyildir, qeyri-yaşayış sahəsi uzun müddətdir ki, mövcuddur və iddiaçının istifadəsindədir. Məhz qeyri-yaşayış sahəsinin uzun müddət istifadə olunmasının nəticəsidir ki, icra hakimiyyəti orqanı onun tikintisinə icazə deyil, mövcud vəziyyətdə sənədləşdirilməsinə icazə vermişdir. Həmçinin sözügedən sərəncam cavabdehin istinad etdiyi “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin təsdiq edilməsindən əvvəl verilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır.
12. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3302/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri 1
6. Cavabdehin kassasiya şikayəti iddia tələbinə etirazın və apelyasiya şikayətinin dəlillərinə əsaslanır. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. 101.2. Tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ya nvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. Dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. Hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. Hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. Daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. Daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.Bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
20. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya in stansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 2
3. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam v ə hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi üçün tələb olunan hüquqi əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
28. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli, 318 nömrəli sərəncamına, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 11 nömrəli “Tikinti obyektinin istismarına icazə” sənədinə və torpaq sahəsinin icarəyə verilməsi barədə icarə müqaviləsinə əsasən, yerləşmə cizgisi və eskiz layihəsi müvafiq qaydada razılaşdırılmış qeyri-yaşayış sahəsi üzərində xüsusi mülkiyyət hüququnun qeydiyyata alınmasına və bu barədə çıxarışın verilməsinə nail olmaqdan ibarətdir.
29. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Ba kı şəhəri Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli, 318 nömrəli sərəncamı ilə Qaçaq Nəbi küçəsində cizgidə göstərilən ərazidə tikilmiş mövcud 40 kv.m. ölçüdə qeyri-yaşayış sahəsinin İddiaçı adına sənədləşdirilməsi, həmin obyektin eskiz layihəsinin rayon memarı ilə razılaşdırılması qərara alınmışdır. Eyni zamanda qeyd edilən qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsinə dair iddiaçı ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında icarə müqaviləsi bağlanılmış, həmçinin Xətai rayon İcra Hakimiyyəti tərəfindən qeyri-yaşayış sahəsinin istismarına icazə verilmişdir.
30. Bununla bağlı nəzərə almaq lazımdır ki, Şəhərsalma və tikinti Məcəlləsinin 101-ci maddəsinə görə, tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir.
31. Şəhərsalma və tikinti Məcəlləsinin tikintiyə icazə verilməsinin ümumi qaydalarını tənzimləyən 75.1-ci maddəsinə əsasən, barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğular ının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir.
32. İstinad normaların sistemli və əlaqəli təfsirinə görə, həm tikintiyə icazənin, həm də tikintinin istismarına icazənin əsas məqsədi tikinti obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunu və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü təmin etməkdən ibarətdir. Bu mənada qanunvericiliklə nəzərdə tutulmuş qaydada icazə almadan inşa edilmiş və tikintisi başa çatmış tikinti obyektinin istismarına icazənin verilməsi eyni zamanda tikintiyə icazə institutunun məqsədləri baxımından nəzərdən keçirilməlidir.
33. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçının hüququnun qeydiyyata alınması üçün cavabdeh tərəfindən tikintiyə icazə sənədinin tələb olunması ilə bağlı məsələnin həlli zamanı Xə tai rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli, 318 nömrəli sərəncamı, tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olduğu və həmin tikinti obyektinin istismarına icazənin verildiyi kompleks şəkildə nəzərə alınmalı və tikintinin istismarına icazəyə tikintiyə icazənin məqsədləri baxımından qiymət verilməlidir.
34. Hazırkı mübahisəyə münasibətdə Şəhərsalma və tikinti Məcəlləsinin 75.1-ci maddəsi anlamında tikintiyə icazə institutunun məqsədinə nail olunduğu iş üzrə materiallarla təsdiq olunur. Odur ki, tikintisi başa çatmış və istismarına icazə verilmiş qeyriyaşayış sahəsinə münasibətdə əlavə olaraq tikintiyə icazəni tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Nəzərə almaq lazımdır ki, səlahiyyətli dövlət orqanı həmin qeyri-yaşayış sahəsinin şəhərsal ma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğu və ondan təyinatı üzrə istifadənin mümkünlüyü ilə bağlı iradəsini müvafiq sənəddə ifadə etmişdir.Odur ki, cavabdeh həmin sənədin məzmununa uyğun davranmağa borcludur.
35. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən, apelyasiya məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3302/2022 nömrəli, 23 noya br 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.