Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-843/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, güzəştli arayışın mötəbərliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1957; FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəs i Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üzrə pensiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 31 oktyabr tarixli, 2-1(103)-2731/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.2016-cı tarixdə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur.
2. İddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə pensiyanın təyin olunması və ödənilməyən məbləğin ödənilməsi barədə müraciət etmiş, lakin cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli “güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanmasının təxirə salınması haqqında” məktubla iş yerindən verilən arayışda göstərilən vəzifələrin 1 N-li Siyahı üzrə göstərilən xüsusilə zərərli və ağır olan işlərə (vəzifələrə) aid olub-olmaması barədə hər hansı məlumat göstərilmədiyinə istinadla əmək pensiyasının yenidən hesablanmasından imtina olunmuşdur. Cavabdeh bildirmişdir ki, müvafiq məlumatları özündə əks etdirən işi yerinin arayışı təqdim edildikdən sonra məsələyə yenidən baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üzrə pensiya məbləğinin müraciət edildiyi tarixdən əvvəlki son üç ilə aid hissəsinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının güzəştli şərtlərlə pensiya almaq hüququ 57 deyil, 52 yaşından yaranmışdır. Belə ki, 1979-1992-ci illərdə Rusiya Federasiyası ROSNEFT “Saxalindənizneftqaz” ÜSB-də çalışmışdır. SSR X2 Heyətinin 10 fevral 1960-ci il tarixli Fərmanının 5-ci maddəsinin “d” bəndinə uyğun olaraq X3 rayonu sayıldığından orada işlədiyi 12 il 8 ay 23 günün 1 ili, 1 il 6 ay sayıldığından həmin illərin stajı 20 il əmək stajına bərabər hesablanır. Əlavə olaraq iddiaçı 1992-cı ildən 2003-cü ilədək “Siyəzənneft” NQÇİ-də mərkəzi mühəndis texnoloji xidməti rəisi və istehsalat işlər i üzrə rəis müavini, baş mühəndis vəzifələrində, 2003 – 2007-ci illərdə isə “Suraxanıneft” NQÇİ – QƏTS rəis müavini, quyuların yeraltı təmir sexinin rəisi vəzifəsində işləmişdir. Bu zaman çərçivəsinin də 20 ili “SSRİ vətəndaşlarının pensiya təminatı haqqında” Qanununun qüvvədə olduğu dövrə düşür. Bu halda iddiaçının 1 yanvar 2006-cı ilədək ümumi iş stajı 40 il, güzəştli iş stajı isə 27 il təşkil etmişdir. İddiaçının çalışdığı peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının X bəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısında olduğundan, həmçinin əvvəlki qanunvericiliyin tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması üçün 1 yanvar 2006-cı ilədək 20 il ümumi, 10 il güzəştli iş stajının ol ması tələb olunur. Sözügedən halda hər iki şərt ödənmişdir.
5. Cavabdeh iddia ərizəsinə etirazında qeyd etmişdir ki, iş üzrə iddiaçının təqdim etdiyi "xxxx" ASC-nin 17 noyabr 2014-cü il tarixli xx-xx/15273 nömrəli arayışında göstərilən vəzifələrin 1 nömrəli Siyahı üzrə göstərilən xüsusilə zərərli və ağır olan işlərə (vəzifələrə) aid olub-olmaması barədə hər hansı məlumat göstərilməmişdir. Belə olan halda, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməsi barədə güzəştli arayış təqdim edə bilmədiyi, dolayısı ilə həmin işlərdə işləmədiyi üçün onun bu maddənin tələblərindən irəli gələn güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmır.
6. Bakı İnzibati Məhkəməsinin 2023-cü il 29 mart tarixli, 2-1(112)-2153/2023 nömrəli qərarı ilə (hakim R.L.Kərimli) iddia təmin edilmiş, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üzrə pensiya məbləğinin müraciət edildiyi tarixdən əvvəlki son üç ilə aid hissəsinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı 1979 – 1992-ci illərdə Rusiya Federasiyası “Saxalinmornefteqaz” ÜSB-nin neft qaz çıxarılması və hasilatı ilə məşğul olan strukturlarında ümumilikdə 10 ildən çox işlədiyi müvafiq peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda müvafiq kodlarla nəzərdə tutulmuşdur (quyuların əsaslı təmiri ustası, böyük mühəndis, sahə rəisi və s.). Cavabdeh inzibati orqan inzibati icraatda öz imtinasını iddiaçının işlədiyi peşələrin dəniz şəraitində olan neft-qaz çıxarma və hasilatla bağlı sahəyə aid edilməsini təsdiqləyən izahlı arayışın təqdim olunmaması ilə əsaslandırır. X1 Rusiya Federasiyasının uzaq şərq regionunda adada yerləşir. Bu xüsusat və iddiaçının işlədiyi təşkilatın adının “Saxalinmornefteqaz” olması onu deməyə əsas verir ki, bu qurumda işləyən neft-qaz çıxarması və hasilatı ilə məşğul olan müvafiq vəzifəlilərin işi dəniz şəraitinə aiddir. Bundan başqa, izahlı arayışın alınmasının iddiaçının iş fəaliyyətindən uzun müddət keçməsi və iş yerindən uzaq məsafədə olması baxımınd an mümkünlüyü də nəzərə alınmalıdır. Bundan başqa, iddiaçının 2006-cı ilədək işlədiyi vəzifələrin çox kiçik qisminin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıya aid edilməsi şübhə doğursa da, həmin hissənin sözügedən qərarla təsdiqlənmiş 2 nömrəli siyahıda yer alması təkzibolunmaz haldır. 1 nömrəli Siyahı üzrə 10 il müddətin tamamlamayan kiçik hissəsinə iddiaçının həmin qərarla təsdiqlənmiş (hər iki siyahıdakı vəzifələr zərərli iş şəraitini nəzərdə tutur) 2 saylı Siyahı üzrə ikiqat həcmdə iş müddəti bərabər qiymətləndirilə bilər. Xüsusilə vurğulanmalıdır ki, bu siyahılardakı vəzifələrə münasibətdə tələb olunan yaş və staj göstəricilərinin fərqi 25 – 10 faiz intervalındadır: yaş üzrə 10% (57 yaş – 52 yaş), ümumi staj üzrə 25% (25 il – 20 il), güzəştli iş stajı üzrə 25% (12 il 6 ay – 10 il). Digər tərəfdən, 1 və 2 saylı siyahılarda göstərilən vəzifələr sonradan, yəni 2007-ci ildən vahid siyahıda əks olunmaqla onların pensiya təyinatında fərqləndirilməsi aradan qaldırılmışdır. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının əmək kitabçasındakı, habelə hərbi bilet və diplomdakı qeydlərin həqiqətə uyğun olmadığı inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, onlar mötəbər hesab olunur. Həmin iş illərinin ümumi sığorta stajına daxil olunmasına əsas verir. Belə olan halda, məhkəmə cavabdehin iddiaçının 2006-cı ilin yanvar ayının 1-dək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıda göstərilən vəzifədə azı 10 il iş stajı nın olmaması mövqeyi ilə razılaşmamışdır. İnzibati orqan imtinasında həmin halı əsas gətirməklə ərizəçinin (iddiaçının) qaldırdığı məsələnin həllindən imtina olunması «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15, 17, 24, 58.1-ci maddələrinin tələblərinə ziddir. Belə olan halda, İddiaçı 1 yanvar 2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən 20 ildən artıq ümumi, o cümlədən 10 ildən artıq əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş stajına malik olduğundan, onun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq 52 yaşı tamam olduğu vaxt güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Məh kəmə bir xüsusatı da qeyd etmişdir ki, iddiada həm də “müraciət olunan tarixdən əvvəlki son üç il üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələb olunur. Bu tələbə münasibətdə məhkəmənin qənaəti belə olmuşdur ki, İddiaçı əmək pensiyası yenidən təyin olunarkən ödənilməmiş məbləğinin ödənilməsi üzrə ona münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1, 37.7-ci maddələrinin tələbləri tətbiq olunmalıdır.
8. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Apellyasiya məhkəməsinin sorğusuna “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ tərəfindən verilən 03 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarına əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə və peşələrdə aşağıdaki illər və tarixlərdə çalışmışdır:
1. Quyuların yeraltı təmiri üzrə operator (1100000а-15876) xx.xx.1979-xx.xx.1981
2. Quyuların əsaslı təmiri üzrə usta (1100000b-23187) xx.xx.1981-xx.xx.1983
3. Neftçıxarma üzrə usta (1100000b-23187) xx.xx.1983-xx.xx.1983
4. Neftçıxarma sahəsinin rəis müavini (1100000b-24125) xx.xx.1990-xx.xx.1990
5. Neftçıxarma sahəsinin rəis müavini (1100000b-24125) xx.xx.1991-xx.xx.1992
6. Quyuların yeraltı təmiri üzrə usta (1100000b-23187) xx.xx.1992-xx.xx.1993.
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2731/2023 nömrəli qərarı ilə (ha kimlər R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2153/2023 saylı, 29 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayətində imtina məktubu, etiraz məktubu və apellyasiya şikayətində göstərdiyi eyni dəlillərə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı tərəfindən tə qdim edilmiş kassasiya şikayətinə qarşı etirazda qeyd edilmişdir ki, güzəştli şərtlərlə pensiyanın təyin olunması üçün 2 şərt lazımdır: qanunvericilikdə müəyyən edilmiş staja sahib olmaq və müəyyən olunmuş yaş həddinə çatmaq. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsindən də görünür ki, İddiaçı 52 yaşına çatmışdır. Həmçinin iş materiallarında olan əmək kitabçasından da görünür ki, o, 1979-1992-ci illərdə Rusiya Federasiyası ROSNEFT “Saxalindənizneftqaz” Ümumittifaq sənaye birliyində işləyib və həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən 20 il ümumi, 10 il güzəştli stajı olan şəxslər 52 yaşdan pensiyaya çıxmaq hüququna malikdir. Stajın mövcudluğu faktı əmək kitabçasında və arayışda öz təsdiqini tapmışdır. Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı q ərarına əsasən güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin 1-ci siyahısın X bəndində də qeyd olunur ki, güzəştli şərtlərlə pensiyanın verilməsi neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı sahəsində çalışan şəxslərə də şamil olunur. Əlavə olaraq, arayışda kodların göstərilməsi barədə kassatorun dəlili isə tamamilə əsassızdır. “Saxalindənizneft” hal-hazırda ləğv olunmuşdur və kodlarla arayışın onlar tərəfindən verilməsi mümkün deyildir. Bundan başqa, İddiaçı 1992-ci ilə qədər orada fəaliyyət göstərmişdir. Kodlarla bağlı Nazirlər Kabinetinin qərarı isə 21 iyun 1993-cü il tarixində qüvvəyə minmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə
37. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. 16. “Əmək pens iyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;... “Vətəndaşların pensiya təminatı haq qında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddinin 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”: “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bəndi: 1100000a – 15876 - quyuların yeraltı təmiri üzrə operatorlar”, 1100000b – 23187- “neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar, böyük ustalar”, 1100000b – 24125- neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri” 1100000b – 22247- “bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə)” 1100000b – 23886- “dərin qazma (struktur-axtarış) neft-qaz kəşfiyyatının (partiyaların) rəisləri”, 1100000b – 24094- “buruq qurğularının rəisləri və onların müavinləri”
18. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməm əsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslı lığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riyaət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyasının qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadığından cavabdehin bu məzmunlu dəlilləri əsassızdır.
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri məzmun və mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hə rtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Bu səbəbdən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
24. Bütün bunlarla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin əsas dəlili iddiaçının güzəştli stajı ilə bağlı Rusiya Federasiyası "xxxx" ASC tərəfindən verilmiş arayışlarda göstərilmiş vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”na uyğun olmasının müəyyənləşdirilməsinin mümkün olmaması ilə əlaqədardır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin olunması üçün şəxs qanunvericilikdə göstərilmiş yaş həddinə - 52 yaşa çatmış olmalı və 1 yanvar 2006-cı il tarixinə qədər 20 illik ümumi və 10 illik güzəştli iş staja malik olmalıdır.
26. İddiaçının Azərbaycan Respublikası Nazirlər K abinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə göstərilən vəzifələrdə işləməsi işdəki əmək kitabçası və iş yerləri tərəfindən verilmiş arayışda öz əksini tapmışdır. Belə ki, iş materiallarında mövcud olan Rusiya Federasiyası "xxxx" ASC tərəfindən verilmiş 17 noyabr 2014-cü il tarixli və “HHK Saxalinmornefteqaz” ROSNEFT tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışlarda iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnu verən vəzifələrdə işlədiyi təsdiq olunur. Cavabdeh tərəfindən müb ahisələndirilməsinə baxmayaraq həmin arayışların mötəbərliyini şübhə altına almaq üçün əsaslar müəyyən edilmir. Belə ki, həmin arayışlarda göstərilən məlumatlar iddiaçının əmək kitabçasındakı məlumatlarla uyğunluq təşkil edir, arayışın məzmunu iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə çalışdığını müəyyən etməyə imkan verir.
27. Digər tərəfdən kollegiya onu da nəzərə alır ki, apellyasiya məhkəməsi güzəştli arayışlarda göstərilən məlumatların dəqiqləşdirilməsi üçün əlavə araşdırma da aparmışdır. Belə ki, məhkəmənin sorğusu əsasında “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ tərəfindən təqdim olunan 03 oktyabr 2023-cü il tarixli məktubda iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarına ilə təsdiqlənmiş müvafiq Si yahıda göstərilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə və peşələrdə işlədiyi göstərilmişdir (1. Quyuların yeraltı təmiri üzrə operator (1100000а-15876) xx.xx.1979-xx.xx.1981,
2. Quyuların əsaslı təmiri üzrə usta (1100000b-23187) xx.xx.1981-xx.xx.1983,
3. Neftçıxarma üzrə usta (1100000b-23187) xx.xx.1983-xx.xx.1983,
4. Neftçıxarma sahəsinin rəis müavini (1100000b-24125) xx.xx.1990-xx.xx.1990,
5. Neftçıxarma sahəsinin rəis müavini (1100000b-24125) xx.xx.1991-xx.xx.1992,
6. Quyuların yeraltı təmiri üzrə usta (1100000b23187) xx.xx.1992-xx.xx.1993).
28. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı ilədək 20 illik ümumi və 10 illik xüsusi staja malik olması şərti ödənildiyindən, cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya məhkəməsinin mübahisələndirilən qəra rı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 31 oktyabr tarixli, 2-1(103)-2731/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.