Məhkəmə qərarları › İş №2-1(102)-843/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-843/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-843/2025 05.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində ipotekasaxlayanın adına ipoteka predmetinə dair aparılmış qeydin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs “Bank VT B (Azərbaycan)” ASC)) “fərdi yaşayış evinin ipotekasına dair qeydiyyatın ləğv edilməsi və əmlakın ipotekadan azad edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3128/2024 nömrəli qərarından üçüncü şəxs “Bank VTB (Azərbaycan)” ASC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ilə "Bank VTB (Azərbaycan)" ASC arasında 07 iyun 2013-cü il tarixli 113710-NEDVİJ-1296 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmış və iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə bankın xeyrinə yüklü edilmişdir.

2. Sonradan bankın ona və digərlərinə qarşı "kreditin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” qaldırdığı iddialar qismən təmin olunmuş, "ipoteka predmetinə yönəldilmə" hissəsində isə iddia tələbi rədd edilmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7371/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin cavabdeh İddiaçı qarşı “əsas, faiz və cərimə borcunun və məhkəmə məsrəflərinin tutulması və tutmanın ona məxsus yaşayış evinə yönəldilməsinə aid hissədə iddia tələbinə dair” iddiası rədd edilmiş və həmin qətnaməyə məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə aşağıdakı kimi izah verilmişdir: - “Bank VTB (Azərbaycan)” ASC ilə İddiaçı arasında bağlanmış 113710-7-4203 saylı xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinə xitam verilmişdir; - həmin müqavilə öhdəliyin icrasını İddiaçı tələb edilməsi üçün əs as ola bilməz; - “Bank VTB (Azərbaycan)” ASC ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixli 113710NEDVİJ-1296 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmamış hesab olunmuşdur, yəni istinad olunan müqavilə etibarlı müqavilə deyil, həmin müqaviləyə əsaslanaraq tələb həmin müqavilə üzrə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilə bilməz, həmin əmlak ipotekadan azad edilərək mülkiyyətçisinə - İddiaçı qaytarılmalıdır.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1888/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər "Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipotekaya dair dövlət qeydiyyatının ləğv edilməsi və fərdi yaşayış evinin ipotekadan azad edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4767/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən şikayət təmin edilməyərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(006)-1888/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

4. İddiaçı cavabdehə müraciət edərək ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin girovdan azad edilməsini xahiş etmişdir.

5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********26 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsi, həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanun unun 20.4-cü maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı, ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. İpotekanın dövlət qeydiyyatınin ləğvi ilə bağlı ipoteka saxlayan tərəfindən müraciət olunduqda və ya müvafiq məhkəmə qərarı idarəyə rəsmi qaydada daxil olacağı təqdirdə iddiaçının ərizəsində qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılaçaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bank VTB (Azərbaycan)” ASC ilə onun arasında bağlanılmış 07 iyun 2013-cü il tarixli 113710NEDVİJ-1296 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi əsasında ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ipotekasına dair aparılmı ş dövlət qeydiyyatının ləğv edilməsi və ipoteka predmeti olan əmlakın ipotekadan azad edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla "Bank VTB (Azərbaycan)" ASC arasında 07 iyun 2013-cü il tarixli 113710-NEDVİJ-1296 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmış və ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə bankın xeyrinə yüklü edilmişdir. Sonradan bankın ona və digərlərinə qarşı “kreditin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi" tələbinə dair qaldırdığı iddialar qismən təmin olunmuş, "ipoteka predmetinə yönəldilmə" hissəsində isə iddia tələbi tam rədd edilmilşdir. Belə nəticəyə gələn zaman məhkəmələr "Bank VTB (Azərbaycan)" ASC ilə İddiaçı ar asında bağlanmış 07 iyun 2013-cü il tarixli 113710-NEDVİJ-1296 saylı daşınmaz əmlakın ipoteka müqaviləsinin bağlandığı zaman qanunvericiliyin tələblərinə əməl edilməməsi və bu səbəbdən müqavilənin "bağlanmamış olması" qənaətinə gəlmişlər. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli 2(103)-7371/2020 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, "Bank VTB (Azərbaycan)" ASC ilə İddiaçı arasında bağlanmış zaminlik və ipoteka müqavilələrində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s) göstərilmədiyindən sonradan bağlanılmış kredit müqaviləsində də belə şərtlər barəsində zamin və ipotekaqoyan kimi İddiaçı razılığı alınmadığından xx.xx.2013-cü il tarixli Baş Kredit Razılaşması üzrə onun zaminliyinə bütövlükdə xitam verilmiş, ipoteka müqaviləsi isə bağlanmamı ş qalmışdır. Buna görə də ipoteka müqaviləsi xx.xx.2013-cü il tarixli Kommersiya Krediti Müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz.” (Qətnamənin 8-ci səhifəsi, sonuncu abzas) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-1913/2021 saylı Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli 2(103)-7371/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, tərəfindən Bakı Apellyasiya Məhkəməsinə 12 oktyabr 2020-ci il tarixli 2(103)- 7371/2020 saylı qətnamənin izah edilməsi üçün müraciət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-7371/2020 saylı Qərardadına əsasən ərizəsi təmin edilm iş və izah edilmişdir ki, "Bakı Apellyasiya Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli 2(103)-7371/2020 saylı qətnaməsinə görə - "Bank VTB (Azərbaycan)" ASC ilə İddiaçı arasında bağlanmış 05 iyun 2013-cü il tarixli 113710-7-4203 saylı zaminlik müqaviləsinə xitam verilmişdir və həmin müqavilə öhdəliyin icrasının İddiaçı tələb edilməsi üçün əsas ola bilməz, həmçinin "Bank VTB (Azərbaycan)" ASC ilə İddiaçı arasında bağlanmış 07 iyun 2013-cü il tarixli 113710NEDVİJ1296 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmamış hesab olunmuşdur. Yəni İstinad olunan müqavilə etibarlı müqavilə deyil, həmin müqaviləyə əsaslanaraq tələb həmin müqavilə üzrə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilə bilməz, həmin əmlak ipotekadan azad edilərək mülkiyyətçisinə İddiaçı qaytarılmalıdır." Qeyd olunan məhkəmə qərarlarının hamısı artıq qanuni qüvvəsini almışdır. Bundan sonra tərəfindən əmlakın girovdan azad edilməsi tələbi ilə həm banka, həm də Daşınmaz Əmlakın Reyestr Xidmətinə müraciətlər olmuş, lakin müxtəlif bəhanərlə mənə imtina olunmuşdur və əmlak hələ də girovda qalmaqda davam edir. Bundan öncə "İpoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və ipoteka predmetinin girovdan azad edilməsi" tələbi ilə Banka qarşı iddia tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)1888/2023 saylı qərardadı ilə mövqe belə olmuşdur ki, bankla onun arasında bağlanılmış ipoteka müqaviləsinin "təkrar" etibarsız hesab edilməsinə ehtiyac yoxdur, çünki bundan əvvəlki məhkəmə aktalrı ilə müqaviləyə artıq hüquqi qiymət verilmişdir. Belə olan halda ipotekanın dövlət qeydiyyatını ləğv etmək inzibati orqanın öhdəliyidir. Əks halda inzibati orqanın hərəkətindən inzibati məhkəməyə müraciət etsin. Nəsimi Rayon Məhkəməsinin qərardadından apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli qərardadı da eyni fikri təsdiq etmişdir ki, məhkəmə qərarı ilə bağlanmamış hesab olunan ipoteka müqaviləsi üzrə aparılmış ipotekanın dövlət qeydiyyatı belə qeydiyyatı aparmış inzibati orqan tərəfindən ləğv edilməli və ya bu cür iddia məhz inzibati orqana qarşı qaldırılmalıdır. Onunla “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış 07 iyun 2013-cü il tarixli 113710-NEDVİJ-1296 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi məhkəmə qərarları ilə bağlanmamış hesab edildiyi üçün həmin ipoteka müqaviləsi əsasında o zaman aparılmış ipoteka qeydləri də ləğv edilməlidir. Odur ki, ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ipotekasına dair aparılmış dövlət qeydiyyatının ləğv edilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması zəruridir. Cavabdehin etirazları:

8. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2022-ci il tarixli ********** nömrəli və ********** daxil olma nömrəli, xx.xx.2023-cü il tarixli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2022-ci il tarixli, **********26 xaricolma nömrəli və xx.xx.2023-cü il tarixli, **********47 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəti cəsində məlum olmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsi, həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 20.4-cü maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı, ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. İpotekanın dövlət qeydiyyatının ləğvi ilə bağlı ipoteka saxlayan tərəfindən müraciət olunduqda və ya müvafiq məhkəmə qərarı idarəyə rəsmi qaydada daxil olacağı təqdirdə iddiaçının ərizəsində qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacağına dair iddiaçıya məktub ünvanlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7371/2020 saylı, xx.xx.2020-ci il tarixli, 2(103)7371/2020 saylı, xx.xx.2021-ci il tarixli və 2(103)-4767/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadları ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Üçüncü şəxsin etirazı:

9. Üçü ncü şəxs “Bank VTB (Azərbaycan)” ASC iddia tələbinə etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 7.06.2013-cü il tarixli, 113710-NEDVİJ-1296 saylı ipoteka müqaviləsi qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun olaraq tərtib edilmiş, qanunun tələbinə uyğun formada imzalanmış, notariat orqanı tərəfindən təsdiqlənmiş və dövlət qeydiyyatına alınmışdır. Həmin ipoteka müqaviləsi hal-hazırda qüvvədədir və heç bir qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə etibarsız, ləğv və ya xitam edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-7371/2020 saylı qətnaməsində (qət etdi hissəsində) ipoteka müqaviləsinin ləğvi, və ya xitamı barədə heç bir qeyd edilməmişdir. İddiaçı əsas, faiz və cərimə borcunun və məhkəmə məsrəflə rinin tutulması ona məxsus yaşayış evinə yönəldilməməsini qeyq edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-1913/2021 nömrəli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-7371/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İpoteka müqaviləsinə əsasən İddiaçı məxsus daşınmaz əmlak Bank qarşısında ipoteka ilə yüklü edilərək, kredit öhdəliyinin icrasının təminat üsulu kimi halhazırda da çıxış edir. Qeyd etmək istəyirik ki, İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 10.1-ci maddəsi). İpoteka haqqında Qanunun 30.6-cı maddəsinə görə yalnız ipoteka saxlayan saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət edir. Digər hallarda İpoteka haqqında qanununa əsasən “ipotekanın ləğv edilməsi” anlayışı mövcud deyil. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 48-ci maddəsində ipotekaya xitam verilməsinin əsasları göstərilmişdir: ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda i potekaya xitam verilir. Göründüyü kimi kredit müqaviləsinin təminatı olan və Bank qarşısında ipoteka ilə yüklü edilən Y. Nəbiyevaya məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın yüklülüyündən azad edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Bakı İnzibati Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, 2-1(112)-3532/2024 nömrəli qərarı ilə (hakim A.Almazova) iddia təmin edilmiş, “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanılmış 07 iyun 2013-cü il tarixli 113710NEDVİJ-1296 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi əsasında iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ülvi Rəcəb küçəsi, 28 saylı evin ipotekasına dair aparılmış dövlət qeydiyyatının ləğv edilməsi və ipotekadan azad edilməsi öhd əliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı arasında bağlanılmış 07 iyun 2013-cü il tarixli 113710NEDVİJ-1296 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi məhkəmənin qərarı ilə etibasız hesab edildiyindən həmin müqavilə əsasında iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ipotekasına dair aparılmış dövlət qeydiyyatının ləğv edilməsi və ipoteka predmeti olan əmlakın ipotekadan azad edilməsindən cavabdehin imtinası qanunun güddüyü məqsədə olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

12. Üçüncü şəxs “Bank VTB (Azərbaycan)” ASC həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya in stansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3128/2024 nömrəli qərarı ilə (hakimlər: C.Yusifov - sədrlik edən, G.Abbasova və A.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq aşağıdakıları qeyd etmişdir: - Bakı Apellyasiya Məhkəməsinin həm sözügedən qətnaməsi, həm də həmin qətnaməyə dair izah qərardadı qanuni qüvvəsini almış və bu işin mübahisəsiz halıdır. Belə olan halda, qeyd olunan məhkəmə qərarları ilə müəyyən edilən halların bir daha sübuta yetirilməsi üçün, o cümlədən, hazırkı iddiaçı tərəfindən istər həmin banka qarşı ipoteka müqaviləsinin bağlanmamış və ya etibarsız sayılmasına, istərsə də konkret halda, inzibati icraat qaydasında hazırkı cavabdehə qarşı onun üzərinə mübahisəli daşınmaz əmlakın üzərindən ipoteka məhdudluğunun götürülməsi barədə öhdəliyin qoyulması tələbinə dair – iddiaların qaldırılmasına hər hansı prosessual zərurət müəyyən oluna bilməz. - birincisi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinin tələbinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. - İkincisi, “Daşınmaz əmlakın döv lət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.4-cü və 20.4-cü maddələrinin qeyd olunan imperativ tələblərindən göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qərarı ipotekanın dövlət qeydiyyatı ləğv olunması üçün əsasdır. - Qeyd olunanlar onu deməyə əsas verir ki, qanuni qüvvəsini almış sözügedən məhkəmə qərarlarına əsasən iddiaçıya məxsus mübahisəli daşınmaz əmlaka dair ipoteka qeydiyyatının ləğv edilməsi cavabdeh inzibati orqanın qanunla üzərinə düşən öhdəliyi olduğu halda, bu öhdəliyini yerinə yetirməkdən əsassız olaraq imtina etmiş, onun hüquqlarını pozmuşdur.

15. Apellyasiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4, 17.4, 20.1, 20.4-cü, Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə istinad etmişdir.

16. Üçüncü şəxs “Bank VTB (Azərbaycan)” ASC h əmin qərardan kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

17. Kassator şikayətində “İpoteka haqqında" Qаnunun 30.6 və 48-ci maddələrinə istinad edərək aşağıdakıları qeyd etmişdir: - Yalnız ipoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət edir. Digər hallarda "İpoteka haqqında" Qanuna əsasən "ipotekanın ləğv edilməsi” anlayışı mövcud deyil. Belə ki, xx.xx.2013-cu il tarixli, 113710-NEDVİJ-1296 saylı ipoteka müqaviləsi qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun olaraq tərtib edilm iş, qanunun tələbinə uyğun formada imzalanmış, notariat orqanı tərəfindən təsdiqlənmiş və dövlət qeydiyyatına alınmışdır. Həmin ipoteka müqaviləsi hal-hazırda qüvvədədir və heç bir qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə etibarsız, ləğv, və ya xitam edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)7371/2020 saylı qətnaməsində (nəticəvi hissəsində) ipoteka müqaviləsinin ləğvi, və ya xitamı barədə heç bir qeyd edilməmişdir. İddiaçı əsas, faiz və cərimə borcunun və məhkəmə məsrəflərinin tutulması ona məxsus yaşayış evinə yönəldilməməsini qeyd edilmişdir. - İpoteka müqaviləsinə əsasən İddiaçı məxsus daşınmaz əmlak Bank qarşısında ipoteka ilə yüklü edilərək, kredit öhdəliyinin icrasının təminat üsulu kimi hal-hazırda da çıxış edir. İpoteka müqaviləsi müstəqil xarakte r daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur ("İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 10.1-ci maddəsi). Göründüyü kimi, kredit müqaviləsinin təminatı olan və Bank qarşısında ipoteka ilə yüklü edilən İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın yüklülüyündən azad edilməsi üçün heç bir əsas yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

29. Hər kəsin mülk iyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;... 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yü klülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;;... Maddə

10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi... 10.2.1. Hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir...

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə

82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir....

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərin in dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

29. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiy a şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.

31. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ülvi Rəcəb küçəsi, 28 saylı evin ipotekasına dair aparılmış dövlət qeydiyyatının ləğv edilməsinə yönəlmişdir.

32. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plen umunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında qeyd edildiyi kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmas ına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.

33. İşin hallarından göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)7371/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin cavabdeh İddiaçı qarşı “əsas, faiz və cərimə borcunun və məhkəmə məsrəflərinin tutulması və tutmanın ona məxsus yaşayış evinə yönəldilməsinə aid hissədə iddia tələbinə dair” iddiası rədd edilmiş və həmin qətnaməyə məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə aşağıdakı kimi izah verilmişdir: - “Bank VTB (Azərbayc an)” ASC ilə İddiaçı arasında bağlanmış 113710-7-4203 saylı xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinə xitam verilmişdir; - həmin müqavilə öhdəliyin icrasını İddiaçı tələb edilməsi üçün əsas ola bilməz; - “Bank VTB (Azərbaycan)” ASC ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixli 113710NEDVİJ-1296 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmamış hesab olunmuşdur, yəni istinad olunan müqavilə etibarlı müqavilə deyil, həmin müqaviləyə əsaslanaraq tələb həmin müqavilə üzrə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilə bilməz, həmin əmlak ipotekadan azad edilərək mülkiyyətçisinə - İddiaçı qaytarılmalıdır.

34. Qeyd edilən məhkəmə aktlarının qanuni qüvvəyə minməsi işin mübahisəsiz halıdır.

35. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyy ən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

36. Bundan əlavə həmin məcəllənin 233.3-cü maddəsinin tələbinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

37. Hazırkı qərarın 20 və 21-ci bəndlərində sadalanan hüquq normalarının tələbinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

38. Belə olan halda, apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qanuni qüvvəsini almış sözügedən məhkəmə qərarlarına əsasən iddiaçıya məxsus mübahisəli daşınmaz əmlaka dair ipoteka qeydiyyatının ləğv edilməsi cavabdeh inzibati orqanın qanunla üzərinə düşən öhdəliyi olduğu halda, bu öhdəliyini yerinə yetirməkdən əsassız olaraq imtina etmiş, onun hüquqlarını pozmuşdur.

39. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 19-23a bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslı olmuşdur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməs inin İnzibati Kollegiyasının 31 oktyabr 2024-cü il tarixli, 21(103)-3128/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar