Məhkəmə qərarları › İş №2-1(102)-844/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-844/2019

13.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-844/2019 13.03.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Səbail rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi) qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, İddiаçı Iddiaçı və vəkili vəkil iştirakı ilə İddiаçı Iddiaçı cavabdeh Səbail rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi) “torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2707/1 8 saylı 28 noyabr 2018-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 13.03.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı iddiaçı müharibə veteranı olmaqla Ünvan evdə Ağdam rayonundan məcburi köçkün kimi müvəqqəti məskunlaşmış və yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün torpaq sahəsinin ayrılması ilə bağlı cavabdeh Səbail rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İddiaçının müraciəti ilə əlaqədar Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış 16.02.2018-ci il tarixli */**/*-*** saylı məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcb uri köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq qaçqın və məcburi köçkünlərin mənzillə təmin edilməsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə aiddir. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən Ünvan ünvanında məskunlaşmış iddiaçı ünvanlanmış 29.05.2018-ci il tarixli **/**/**-** saylı məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası «Torpaq İslahatı Haqqında» Qanunun 19-cu maddəsinə əsasən hər hansı bir məqsəd üçün torpaq sahəsinin ayrılması və sənədləşdirilməsi RİH-nin səlahiyyəti xaricindədir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə edilmiş dəyişikliyə əsasən 01 dekabr 2007-ci il tarixdən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər və bununla bağlı Siz aidiyyəti üzrə torpaq fondu olan bələdiyyəyə müraciət edə bilərsiniz. Bundan sonra iddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi üçüncü şəxs qismində cəlb olunmaqla “torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(82)-3113/18 saylı iş üzrə qəbul etdiyi 19 sentyabr 2018-ci il tarixli qərarı ilə iddiaçı Iddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Hakimi yyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi) “torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(82)-3113/18 saylı iş üzrə qəbul etdiyi 19 sentyabr 2018-ci il tarixli qərarından iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2707/18 saylı 28 noyabr 2018-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(82)-3113/18 saylı iş üzrə qəbul etdiyi 19 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, hazırkı iddianın qaldırılmas ı üçün mümkünlük şərti ödənilmir və işə baxan birinci instansiya məhkəməsi cavabdehin iddia tələbi üzrə səlahiyyətli olmadığını qərarın əsaslandırıcı hissəsində müəyyən etsə də, nəticə hissəsində iddianı rədd edərək mahiyyəti üzrə qərar verməkdə haqlı olmamışdır. Bu səbəbdən iddia mümkün sayılmamalıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2707/18 saylı 28 noyabr 2018-ci il tarixli qərardadından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddiaçı ailə üzvləri ilə məcburi köçkün düşmüş və məcburi köçkün kimi Ünvan ünvanında məskunlaşmışdır. Onun üç övladı var, ailəlidirlər və azyaşlı uşaqları vardır. Onun və övladlarının şəxsi evi yoxdur. Yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün ailəyə tor paq sahəsi ayrılması lazımdır. Onların halhazırda yaşadığı ərazidə istifadəsiz torpaq sahələri mövcuddur, həmin torpaq sahələrindən onların ailəsinə ayrılması mümkündür və belə olan təqdirdə ayrılmış sahədə torpağı əkib-becərərək həyat şəraitini yaxşılaşdırmaq mümkündür. Torpaq sahəsinin istifadəyə verilməsi üçün ilkin olaraq hazırlıqlar icra hakimiyyəti tərəfindən həyata keçirilir və icra hakimiyyəti də onun müraciəti əsasında torpaq sahəsinin istifadəyə verilməsi üçün tədbirlər görmək səlahiyyətinə malikdir. Həmçinin, hazırda bələdiyyələrin mülkiyyətində torpaq sahələri yoxdur, hərraca çıxarılmır, həm də iddiaçının hərracdan torpaq sahəsi əldə etmək imkan yoxdur. Kassator Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 2.2.2, 14.3, 33.1, 33.2-ci maddələrinə istinad edərək Ba kı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-2707/18 saylı 28 noyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılaraq təmn edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2707/18 saylı 28 noyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılaraq təmn edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2707/18 saylı 28 noyabr 2018-ci il tarixli qərardadı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə gö rə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.(8.6-cı bənd). Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. (2.3-cü bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.”(9-cu bənd) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qə rarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkəts izlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. Başqa sözlə iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki,, iddiaçı müharibə veteranı olmaqla Ünvan evdə Ağdam rayonundan məcburi köçkün kimi müvəqqəti məskunlaşmış və iddiaçı yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün torpaq sahəsinin ayrılması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə Azərbaycan Respublikası «Torpaq İslahatı haqqında» Qanunun 19-cu maddəsinə əsaslanaraq torpaq sahəsinin ayrılmas ı ilə bağlı səlahiyyətlərinin olmaması səbəbindən onun müraciətini təmin etməmişdir. Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin: -49-cu maddəsinin 2-ci hissəsinə görə torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. -50-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifa dəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Həmin maddənin 4-cü bəndinə görə Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir. -51-ci maddəsinin 1-ci bəndinə görə torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. -56-cı maddəsinin: 1-ci bəndinə görə Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. 2-ci bəndinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən Azərbayc an Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10.08.2000-ci il tarixli Fərmanının 2-ci hissəsinin dördüncü bəndinə əsasən həmin Qanunun 8-ci maddəsinin 8.1-ci bəndində və 11-ci maddəsinin 11.2-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Göründüyü kimi dövlət mülkiyyətində olan torpaq sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin fiziki və hüquqi şəxslərə ve rilməsi bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Göstərilənlərə əsasən yerli icra hakimiyyəti orqanlarının fiziki və ya hüquqi şəxslərin mülkiyyətinə torpaq ayırmaq səlahiyyəti yoxdur. Yalnız, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə“nin 4.16.4-cü bəndində müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) səlahiyyəti müəyyən edilmişdir. HəminƏsasnamənin 4.18.2-ci bəndinə görə bu Əsasnamənin 4.16.4-cü bəndində nəzərdə tutulmuş səlahiyyət şəhər rayonlar ının icra hakimiyyəti başçılarına aid edilmir. Qeyd edilən normanın məzmunundan görünür ki, şəhər icra hakimiyyəti başçısı dövlət mülkiyyətində olan torpaq sahələrini rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyini aldıqdan sonra fiziki və ya hüquqi şəxsin istifadəsinə və ya icarəsinə verir. Göründüyü kimi hazırki iddia tələbi üzrə torpaq sahəsinin istər mülkiyyətə, istərsə də istifadə və ya icarəyə verilməsi Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin səlahiyyətinə aid deyildir. Beləliklə, apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırkı iddianın qaldırılması üçün mümkünlük şərti ödənilmir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştira kçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiаçı Iddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2707/18 saylı 28 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar