Məhkəmə qərarları › İş №2-1(102)-844/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-844/2021

28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-844/2021 28.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (pensiyanın yenidən hesablanması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili Samir Əliyevin iştirakı ilə, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müda fiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 26 iyul 2019-cu il tarixli məlumat vərəqəsinə əsasən pensiyanın 23 manat düzəliş hissəsinin yığılıb qalmış hissəsini 2000-ci il tarixdən 2019-cu il tarixədək hesablanması və tam şəkildə onun plastik kart hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1178/2020 nömrəli iş üzrə -ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 28 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzr ə Mərkəzi Filialına qarşı 26 iyul 2019-cu il tarixli məlumat vərəqəsinə əsasən pensiyanın 23 manat düzəliş hissəsinin yığılıb qalmış hissəsini 2000-ci il tarixdən 2019-cu il tarixədək hesablanması və tam şəkildə onun plastik kart hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. İddiaçının iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılarkən Müdafiə Nazirliyinin əmri ilə GM023 saylı Xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “A” bəndi ilə, yəni xidmətinin başa çatdığına görə ehtiyata buraxılmışdır. 26 iyul 2019-cu il tarixdə Müdafiə Nazirliyinin Maliyyə Büdcə İda rəsi tərəfindən yeni məlumat vərəqəsi hazırlanaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Hərbi Qulluqçular və Xüsusi Rütbəlilərin İşlər üzrə İdarəsinə göndərilsə də qərar bu günədək icra edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

3. Birinci instansiya məhkəməsinin -ci il tarixli, 2-1(112)-366/2020 nömrəli (sədrlik edən hakim Aytən Oruczadə) qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı yeni məlumat vərəqəsi əsasında 01.03.2000-ci ildən 01.09.2016-cı il tarixədək yaranmış pensiya fərqinin yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsin in İ-ci hissəsinə, 149-cu maddəsinin Vİİ-ci hissəsinə, Mülki Məcəllənin 6-cı maddəsinə, «Əmək pensiyaları haqqında» Qanunun 01.07.2017-ci il tarixdən qüvvədə olmuş 37.7-ci maddəsinə, həmin Qanunun 5.1, 31.1, 31.2-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 2.2.3, 34.1-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddia qismən qanuni və əsaslıdır.

5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

6. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) -ci il tarixli, 2-1(103)-1 178/2020 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Vidadi Məmmədov və Həmid Həmidov) qərarı ilə İddiaçı apelyasiya şikayətinin təmin edilməməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 26 fevral 2020-ci il tarixli, 2-1(112)366/2020 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia l Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı) qarşı 26 iyul 2019-cu il tarixli məlumat vərəqəsinə əsasən pensiyanın 23 manat düzəliş hissəsinin yığılıb qalmış hissəsini 2000-ci il tarixdən 2019-cu il tarixədək hesablanması və tam şəkildə onun plastik kart hesabına ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1, 32.1-1, 32.2, 37.7-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, cavabdehin imtinası əsassızdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

9. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddia çı Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılarkən Müdafiə Nazirliyinin əmri ilə GM023 saylı Xidmətkeçmə Haqqında Əsasnamənin 156-cı maddəsinin “A” bəndi ilə, yəni xidmətin başa çatdığına görə ehtiyata buraxılmışdır. Qarabağ bölgəsində 4 dəfə ağır yaralandığına görə Hərbi həkim Komissiyasının rəyi əsasında 1999-cu ildə təqaüdə buraxılmış, tutduğu vəzifədən 80% ilə İİ qrup Qarabağ əlili kimi əmrin düzgün olmadığı üçün məhkəməyə müraciət etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(103)59/2017 saylı qərarı ilə qanun pozuntusuna düzəliş edilərək Əsasnamənin 18-ci maddəsinin “V” bəndi (xəstəliyə görə) ilə əmrin dəyişdirilməsi Müdafiə Nazirliyinin üzərinə qoyulmuş və qərar qanuni qüvvəsini alaraq icraya yönəlmişdir. 26.07.2019-cu il tarixdə Müdafiə Nazirliyinin Maliyyə Büdcə İdarəsi tərəfindən yeni məlumat vərəqəsi hazırlanaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Hərbi Qulluqçular və Xüsusi Rütbəlilərin İşlər üzrə İdarəsinə göndərilsə də qərar bu günədək icra edilməmişdir. Bundan başqa iş materiallarında olan sənədlərdən də göründüyü kimi Zəngilan rayonunun müdafiəsində aparılan döyüşlərdə həmişə ön cərgədə zabit kimi döyüşmüş, 1994-cü ildə elan olunmuş atəşkəsdən sonra İddiaçı xidmətini davam etdirməsi üçün arxa cəbhədə olan Ali Hərbi Məktəbə göndərmişlər. 2000-ci ildə təqaüdə çıxanda təqaüdünün hesablanmasında qanunsuzluğa yol verilmişdir. Həmin qanunsuzluğu aradan qaldıran məhkəmə 01.03.2000-ci il tarixdən 01.09.2016-cı il tarixinədək İddiaçı pensiyasında yaranan fərqin ödənilməsi barədə qərar vermişdir. M əhkəmə 01.09.2016-cı il tarixdən 1997-ci il tarixinədək olan dövrün cavabdeh tərəfindən ödənilməsini nəzərə almışdır. Cavabdeh inzibati orqan axırıncı 3 ilin ödənilməsini məhkəmədə bildirsə də, yuxarıda göstərilən kimi ödəməyərək hər aylıq təqaüdünə 20 manat əlavə edilmişdir. 2000-ci ildən hərbi ehtiyata buraxıldığı, 2000-2019-cu illərin mübahisəli hal olduğunu, 2019-cu ildə ARMN-nin Maliyyə Büdcə İdarəsi tərəfindən son vəzifə maaşına uyğun məlumat vərəqəsini tərtib edərək DSMF-nin Xüsusi Şərtlər Departamentinə göndərilmiş, cavabdeh yəni Xüsusi Şərtlər Departamenti ödəmənin yalnız son 3 ilini nəzərdə tutmuş, halbuki, Xüsusi Şərtlər Departamenti bu hissədə qanunun tətbiq və təsvirində yalnışlığa yol verərək, qanunu deyil özünün təlimatını əsas götürmüşdür. Əslində isə, iddiaçının təqaüd a lmaq hüququ 2000-ci ildən yaranmış, sözü gedən təlimat isə 2017-ci ildə qəbul edilmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının -ci il tarixli, 2-1(103)-1178/2020 nömrəli qərarının ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin -ci il tarixli, 2-1(103)-1178/2020 nömrəli qərarının ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili S.Əliyev kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin -ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin -ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

13. İddiaçı kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

14. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

15. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini iddiaçının və cavabdehin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə ol an qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının -ci il tarixli 2-1(103)-1178/2020 nömrəli qərarının qismən, yəni “01.01.2006 17.03.2008-ci illər üçün İİ dərəcəli əlilliyə, 17.03.2008-ci ildən 01.09.2016-cı ilə qədər “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ qrup əlilliyə görə pensiyanı yenidən hesablanması və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə tələbi rədd edilsin” hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, iddiaçıya “01.01.2006 - 17.03.2008-ci illər üçün İİ dərəcəli əlilliyə, 17.03.2008-ci i ldən 01.09.2016-cı ilə qədər “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ qrup əlilliyə görə pensiyanın yenidən hesablanması və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalı, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

17. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməmə si ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.

18. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı 08 oktyabr 2019-cu il tarixində cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı Azərbaycan Respublikası 1 saylı Bаkı İnzibаti-İqtisadi Məhkəməsinə müraciət edərək, 26 iyul 2019-cu il tarixli məlumat vərəqəsinə əsasən pensiyanın 23 manat düzəliş hissəsinin yığılıb qalmış hissəsini 2000-ci il tarixdə n 2019-cu il tarixədək hesablanması və tam şəkildə onun plastik kart hesabına ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

19. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ZE50779 nömrəli MN seriyalı Hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə məlumat vərəqəsinə əsasən İddiaçı 01 mart 2000-ci il tarixdən 2-ci qrup əlliliyə görə pensiya təyin edilmiş, pensiyanın ümumi məbləği 189,15 manat təşkil edilmişdir.

20. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, əmək pensiyasının yenidən hesablanması haqqında 04 sentyabr 2019-cu il tarixli qərarından görünür ki, İddiaçı təminat xərcinin 642,45 manat məbləğinin 80% olaraq yenidən hesablanmış pensiya məbləği 513,96 manat t əşkil etmişdir. Həmin qərardan görünür ki, 01.09.2016-31.08.2019-cu il tarixə qədər 828 manat alınmamış pensiya məbləği, 01.09.2019-cu il tarixdə isə 513,96 manat pensiya məbləği hesablanmışdır.

21. İddiaçı 2019-cu ilin avqust ayında cavabdehə müraciət edərək 2000-ci ildən 2019-cu ilə qədər olan müddət üçün pensiya fərqinin ödənilməsini xahiş etsə də, müraciəti tam təmin edilməmişdir.

22. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 24 sentyabr 2019-cu il tarixli, **********8 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, 01 mart 2000-ci il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən əlilliyə gör ə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən İddiaçı əmək pensiyası həmin tarixdən etibarən idarə tərəfindən ödənilir.Sözügedən orqan tərəfindən İdarəyə təqdim olunmuş yeni məlumat vərəqəsinə əsasən əmək pensiyası cari ilin sentyabr ayında keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 828 manat məbləğində fərq cari aydan etibarən həmin maddənin tələblərinə uyğun qaydada hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürüləcəkdir. Yeni məlumat vərəqəsində sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 395 manat, rütbə maaşı 108 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşı 15 faizi miqdarında əlavəsi 75,45 manat və ərzaq payı əvəzinə verilən kompensasiya 64 manat olmaqla cəmi təminat xərcliyinin 642,45 manat göstərilmişdir. Yeni məlumat vərəqəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ qrup əlilliyə görə təminat xərcliyinin (642,45 manat) 80 faizi -513,96 manat məbləğində əmək pensiyası müəyyən edilmişdir.

23. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş 16.03.2020-ci il tarixli, **********9 nömrəli arayışa əsasən iddiaçının 2-ci qrup əlilliyə görə (Azərbaycan Respublikasının müdafiəsi zamanı) 634,48 manat məbləğində pensiya aldığı qeyd olunmuşdur.

24. Bundan başqa apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 14.05.2018-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi sənədində iddiaçının diaqnozunun “keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı qalıq əlamətləri. Postravmatik ensefalopatiya” qeyd edilmişdir.

25. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün müəyyən etsə də, maddi hüquq normalarının yanlış tətbiq edilməsi nəticəsində onlara doğru hüquq i qiymət verməmiş və iş üzrə səhv qənaətə gəlmişdir.

26. Belə ki, hazırkı inzibati mübahisəyə aşağıda göstərilən hüquq tətbiq edilməlidir: “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanun:

27. Maddə

1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar.

28. Bu Qanunda nəzərdə tutulan şəraitdə əlil olmuş hərbi qulluqçular əlilliyə görə pensiya almaq hüququna malikdirlər.

29. Maddə

17. Əlil olmuş hərbi qulluqçulara əlilliyə görə pensiyalar, əlillik onların xidmət etdiyi dövrdə və ya x idmətdən buraxıldıqdan sonra 3 aydan gec olmayaraq üz verdikdə, yaxud əlillik bu müddətdən sonra, lakin xidmət dövründə alınmış yara, kontuziya, zədə və ya xəstəlik nəticəsində üz verdikdə təyin edilir.

30. Maddə

43. Pensiya təyin edilməsi haqqında ərizələri hərbi qulluqçular və onların ailə üzvləri müvafiq icra hakimiyyəti orqanlarına təqdim edirlər.

31. Maddə

45. Bu Qanuna uyğun olaraq pensiyalar hərbi qulluqçulara— xidmətdən buraxıldığı kündən, lakin onlara sonuncu dəfə təminat xərcliyinin ödəndiyi kündən tez olmayaraq, həmin hərbi qulluqçuların ailələrinə və onların sırasından olan pensiyaçıların ailələrinə isə—ailə başçısının vəfat etdiyi kündən, lakin ona sonuncu dəfə təminat xərcliyinin və ya pensiyanın ödəndiyi kündən tez olmayaraq təyin edilir, onlara daha gec müddətlərdə pensiya təyin edildiyi aşağıdakı hallar istisna olunur: 32. xidmətdən buraxıldıqdan sonra 3 ay ərzində, yaxud xidmətdən buraxıldıqdan sonra bədbəxt hadisə və ya xəstəlik nəticəsində əlil olmuş həmin hərbi qulluqçulara— əlilliyin müəyyən edildiyi gündən; 33. həmin hərbi qulluqçuların və onların sırasından olan pensiyaçıların ailə başçısını itirməyə görə pensiya hüququ əldə etmiş ailə üzvlərinə—pensiya almaq hüququnun yarandığı kündən, yaşayış üçün vəsait mənbəyini itirdiklərinə görə pensiya almaq hüququ əldə etmiş valideynlərə və ər-arvada—pensiya almaq üçün müraciət edildiyi kündən.

34. Vaxtında müraciət edilmədikdə keçmiş müddət üçün pensiya həmin pensiyanı almaq hüququnun yarandığı kündən, lakin pensiya üçün müraciət edildiyi kündən ən çoxu 12 ay əvvəl təyin edilir.

35. Maddə

46. Hərbi qulluqç ulara və onların ailələrinə təyin edilmiş pensiyaların məbləğinin dəyişilməsinə səbəb olan vəziyyət yarandıqda belə vəziyyətin yarandığı aydan sonrakı ayın 1-dən bu pensiyalar yenidən hesablanır. həm də pensiyaçı pensiyasının artırılması hüququnu əldə edibsə, keçmiş müddət üçün pensiya fərqi ən çoxu 12 ay üçün ödənməlidir.

36. Maddə

49. Hərbi qulluqçulara və onların ailə üzvlərinə hesablanmış və onlar tərəfindən vaxtında tələb edilməmiş pensiya məbləğləri pensiyanı almaqdan ötrü müraciət edildiyi kündən əvvəlki 3 ildən çox olmayan müddət üçün ödənilir.

37. Pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir. 38. “Əmək pensiyası haqqında” Qanunun:

39. Maddə 32.1 Yaşa görə əmək pensiyası, b una hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir.

40. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

41. Maddə 37.7 Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. (1 iyul 2017-ci ilə qədər olan redaksiya).

42. Maddə 37.7 Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. ( 1 iyul 2017-ci ildən qüvvəyə mi nmiş redaksiya). 43. 17.03.2008-ci il tarixdə isə iddiaçıya İİ qrup müharibə əlili statusu verilmişdir. İddiaçının əlil olaraq pensiya hüququ 2006-cı ildə yaranması mübahisə doğurmur.

44. Məhkəmə kollegiyası qeyd edir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il tarixli 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fonduna həvalə edildiyindən və hərbi qulluqçuların pensiya təminatı hazırda başqa dövlət orqanı tərəfindən həyata keçirilmədiyindən, bu sahə üzrə səlahiyyətli orqan Dövlət Sosial Müdafiə Fondudur.

45. Belə olan halda iddiaçıya 01.01.2006-cı il tarixdən, yəni “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01 yanvar 2006-cı ildən 17.03.2008-ci il tarixə qədər (Qanunun 32.1-ci maddəsi) əlil kimi, 17.03.2008-ci il tarixddən isə, yəni İİ qrup müharibə əlili statusu verildiyi tarixdən 01.09.2016-cı il tarixədək yeni statusuna müvafiq olaraq pensiya yenidən hesablanıb cavabdeh tərəfindən ödənilməlidir.

46. Buna görə də iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının -ci il tarixli 2-1(103)-1178/2020 nömrəli qərarının qismən, yəni “01.01.2006 - 17.03.2008-ci illər üçün İİ dərəcəli əlilliyə, 17.03.2008-ci ildən 01.09.2016-cı ilə qədər “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ qrup əlilliyə görə pensiyanı yenidən hesablanması və ödənilməsi öhdəl iyi cavabdehin üzərinə qoyulması barədə tələbi rədd edilsin” hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, iddiaçıya “01.01.2006 - 17.03.2008-ci illər üçün İİ dərəcəli əlilliyə, 17.03.2008-ci ildən 01.09.2016-cı ilə qədər “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ qrup əlilliyə görə pensiyanın yenidən hesablanması və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalı, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının -ci il t arixli 2-1(103)1178/2020 nömrəli qərarının qismən, yəni “01.01.2006 - 17.03.2008-ci illər üçün İİ dərəcəli əlilliyə, 17.03.2008-ci ildən 01.09.2016-cı ilə qədər “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ qrup əlilliyə görə pensiyanı yenidən hesablanması və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə tələbi rədd edilsin” hissəsində ləğv edilsin, iddia tələbi həmin hissədə təmin edilsin. İddiaçıya “01.01.2006 - 17.03.2008-ci illər üçün İİ dərəcəli əlilliyə, 17.03.2008-ci ildən 01.09.2016-cı ilə qədər “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ qrup əlilliyə görə pensiyanın yenidən hesablanması və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Kasasiya şikayəti q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar