Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-844/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərraca görə ödənilmiş məbləğin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı hərraca görə ödənilmiş məbləğin geri qaytarılması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 fevral 2022-ci il tarixli, 2-1(103)-555/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında (şifahi məhkəmə baxışı keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (AZE ********, FİN kod: xxxxxxx) xx xxxx 1978-ci ildə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır.
2. İddiaçı ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzi arasında ünvan 2 ünvanında yerləşən 93,5 kv.m qeyri-yaşayış sahəsinə dair 13 sentyabr 2017-ci il tarixli, 3603 saylı alqı-satqı müqaviləsi bağlanılmış, iddiaçı tərəfindən həmin alqı-satqı müqaviləsi üzrə dövlət büdcəsinə 17.500 (on yeddi min beş yüz) man at məbləğində vəsait ödənilmiş və həmin qeyri-yaşayış sahəsinə dair iddiaçıya 30 oktyabr 2017-ci il tarixli, RX seriyalı ******* saylı çıxarış verilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 avqust 2019-cu il tarixli, 2(103)- 8709/2019 nömrəli qətnaməsinə əsasən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 12 sentyabr 2017-ci il tarixli, 32/02 saylı protokolu, Mərkəzlə İddiaçı arasında ünvan 2 ünvanında yerləşən 93,5 kv.m qeyri-yaşayış sahəsinə dair bağlanmış 13 sentyabr 2017-ci il tarixli, 3603 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin qeyriyaşayış sahəsinə dair İddiaçı verilmiş 30 oktyabr 2017-ci il tarixli, RX seriyalı ******* saylı çıxarış ləğv edilmişdir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2019-cu il tarixli, 2(102)-8241/2019 nömrəli qərarına əsasən cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-nin 1 Saylı Bakı Ərazi İdarəsi və İddiaçı tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 09 avqust 2019-cu il tarixli, 2(103)8709/19 nömrəli qətnaməsi həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək dövlət büdcəsinə ödənilmiş 17.500 manat vəsaitin qaytarılmasını xahiş etmişdir.
6. İddiaçının qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə əlaqədar ödənilmiş pul vəsaitinin geri qaytarılması ilə bağlı müraciətinə cavab olaraq Azərbaycan Respublikası İqtisadiyy at Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 29 oktyabr 2020-ci il tarixli, **********75 nömrəli məktubda qeyd edilmişdir ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 16.05.2000-ci il tarixli Qanununun 11.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 30-cu maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar yaranan mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qaydasında həll edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 17.500 manat hərracın qalibi olduğu üçün ödənilən, 300 manat məhkəmə işləri ilə əlaqədar vəkilə ödənilən və əldən çıxmış fayda kimi 656 manat pulun, ümumilikdə 19.156 (on doqquz min bir yüz əlli altı) manat məbləğində pul vəsaitinin qaytarılması vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (məbləğin 25% hissəsində) və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (məbləğin 75% hissəsində) həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 3 ünvanında yerləşən 93,5 kv.m qeyri-yaşayış sahəsini açıq hərrac yolu ilə AR ƏMDK-dan 13 sentyabr 2017-ci il tarixdə 17500 manata əldə etmişdir. 12 sentyabr 2017-ci il tarixdə hərracın nə ticələrinə dair 32/02 saylı hərrac protokolu tərtib edilmiş, protokol əsasında 13 sentyabr 2017-ci il tarixdə onunla AR ƏMDK arasında 3603 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin sonradan X2 iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və onun əldə etdiyi qeyri-yaşayış sahəsi ilə bağlı keçirilmiş hərracın 12 sentyabr 2017-ci il tarixli 32/02 saylı protokolun, 13 sentyabr 2017-ci il tarixli, 3603 saylı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(011)487/2010 nömrəli qətnaməsi ilə X1 iddiası rədd edilmişdir. İddiaçının həmin qətnamədən verdiyi apellyasiya şikayəti isə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasın ın 09 avqust 2019-cu il tarixli, 2(103)-8709/19 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia təmin edilərək, ünvan 3 ünvanında yerləşən 93,5 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı 12 sentyabr 2017-ci il tarixli 32/02 saylı protokolun, 13 sentyabr 2017-ci il tarixli, 3603 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinə dair İddiaçı adına verilmiş 30 oktyabr 2017-ci il tarixli, RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilərək ləğv olunması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin sözügedən qətnaməsindən cavabdehlərdən biri kimi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 0 dekabr 2019-cu il tarixli, 2(102)-8241/2019 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Yəni həmin iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərək hərracın etibarsızlığı barədə qənaətə gəlsə də, tərəfindən hərracın qalibi olmağı üçün cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinə ödənilmiş 17500 manat pulun ona qaytarılması barədə qətnamədə qeyd etməmiş, yəni tərəflərin əvvəlki vəziyyətini (restitusiya) bərpa etməmişdir. Bundan sonra məcbur qalıb cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək pulun qaytarılmasını xahiş etsə də, ona məhkəməyə müraciət etməyi bildirilmiş, yalnız məhkəmə qətnaməsi əsasında pulunun qaytarılacağı deyilmişdir. Hərrac üçün, yəni ünvan 3 ünvanında yerləşən 93,5 kv.m qeyri-yaşayış sahəsi nin əldə edilməsinə görə ilkin beh daxil 17500 manat pul, daha sonradan hərracın etibarsızlığı ilə bağlı iddia qaldırılmasına görə vəkil tutaraq əlavə də 300 manat pul ödəmiş, eyni zamanda pulunun vaxtında qaytarılmamasına görə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2019-cu il tarixli qərarından bugünə qədər 9 ay üçün Mərkəzi Bankın müəyyən etdiyi uçot-faiz dərəcəsinə görə əldən çıxmış fayda 656 manat təşkil edir. Cavabdeh tərəfindən ona kompensasiya kimi cəmi 19156 manat pul ödənilməlidir.
9. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddiaya etiraz edərək bildirmişdir ki, dövlət büdcəsinə ödənilmiş vəsaitin iddiaçıya qaytarılması səlahiyyətinə malik deyildir. İddiaçı tərəfindən qeyd edilən əmlakın özəll əşdirilməsinə görə dövlət büdcəsinə ödənilmiş 17 500 manat vəsait qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətli dövlət orqanı tərəfindən dövlət büdcəsindən iddiaçıya ödənilə bilər. Əmlak Məsələləri Dövlət Xidməti iddiaçının pul vəsaitini qanunsuz olaraq saxlamamış və onu qaytarmaqdan boyun qaçırmamışdır. İddiaçı tərəfindən müvafiq pul vəsaiti öz iradəsinə uyğun olaraq dövlət büdcəsinə ödənilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti onu dövlət büdcəsindən iddiaçıya qaytarmaq imkanına malik olmadığından iddiaçıya məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.
10. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddiaya etiraz edərək bildirmişdir ki, tərəflər İddiaçı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir. Azərbaycan Respublika sının Maliyyə Nazirliyi tərəfindən sözügedən hərracla bağlı heç bir iştirak və qanunsuzluq halları mövcud olmadığı, Maliyyə Nazirliyi hərracı təşkil etmədiyi, iddia tələbində sözügedən məsələlərlə əlaqədar Maliyyə Nazirliyi əvvəllər heç bir öhdəlik götürmədiyi, tələbdə qeyd olunan hərracda Maliyyə Nazirliyi heç bir tərəf olmadığı və müqavilə tərəfi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti olduğu halda, iddianın Maliyyə Nazirliyinə qarşı yönəldilməsi anlaşılan deyildir. İnzibati orqan olaraq Maliyyə Nazirliyi ilə iddiaçı arasında heç bir hüquq münasibətləri olmadığından və Maliyyə Nazirliyi tərəfindən iddiaçıya hər hansı ziyan vurulmadığından iddia tələbinin və bununla bağlı hər hansı öhdəliyin Maliyyə Nazirliyinə və dövlət büdcəsinə qarşı yönəldilməsi yolverilməzdir və əsassız hesab edilməlidir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (bu halda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. Həmçinin iddiaçı vəkil xidmətinin göstərilməsi üçün ödəmiş olduğu 300 (üç yüz) manat pulun cavabdehlərdən qaytarılmasını tələb etsə də, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurum larının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Eyni zamanda əldən çıxmış fayda kimi 656 (altı yüz əlli altı) manat pul tələbi ilə əlaqədar hər hansı bir sübut yoxdur.
11. Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2-1(112)-6479/2021 nömrəli qərarı (hakim N.Abıyev) ilə iddia tələbi qismən təmin edilmiş, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üçün ödənilən 17.500 (on yeddi min beş yüz) manat pul vəsaitinin İddiaçı qaytarılması vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (məbləğin 25% hissəsində) və Dövlət büdcəsi hesabına Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (məbləğin 75% hissəsində) həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmi şdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qeyri-yaşayış sahəsi hərracda iddiaçı tərəfindən satın alınmış və 17500 manat haqq ödənilməklə alqı-satqı həyata keçirilmişdir. Daha sonra qanuni qüvvədə olan məhkəmə qətnaməsi əsasında hərrac protokolu, alqı-satqı müqaviləsi və reyestrdən çıxarış etibarsız sayılmışdır. İddiаçı özəlləşdirilmiş əmlaka görə pul vəsaitini dövlət büdcəsinə köçürmüş, hərrac protokolu ləğv edildiyindən, əmlak iddiaçıya təqdim edilmədiyindən tərəflərin əvvəlki vəziyyəti bərpa edilməli, iddiaçının ödədiyi pul vəsaiti ona qaytarılmalıdır. Qərar icra edilərkən ödənilmiş 17500 manatın 25 % hissəsi Əmlak Məsələləri Dövlət Komitəsindən, qalan 75 % hissəsi isə Dövlət büdcəsi hesabına Maliyyə Nazirliyindən alınmalıdır.
13. İddiaçının iddia tələbinin əldən çıxmış fa yda kimi 656 manatın və hüquqi xidmət haqqı 300 (üç yüz) manatın ödənilməsi tələbi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya ziyan vurulması və iddiaçının gəlirdən məhrum olması təsdiq olunmamışdır. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. İddiaçı tərəfindən hüquqi xidmət haqqı ilə bağlı xərcləri təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır.
14. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 fevral 2021-ci il tarixli, 2-1(103)-555/2022 nömrəli qərardadı (sədrlik edən S.Bəktaşi, hakimlər A.Hüseynov və A.Hüseyn) ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2-1(112)-6479/2021 nömrəli qərarı ləğv edilmiş, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “hərraca görə ödənilmiş məbləğin geri qaytarılması və s.” barədə iddiası mümkün sayılmamışdır.
16. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, hazırkı iş üzrə cavabdehlərdən iddia edilən məbləğin geri qaytarılmasının tələb edilməsi ilə bağlı münasibətlərdə cavabdeh orqan xüsusi hüququn subyekti - mülki dövriyyənin iştirakçısı kimi çıxış edir. Çünki əsassız varlanma anlayışı çərçivəsində cavabdehə ünvanlanmış pul tələbi ilə bağlı münasibətlərdə cavabdeh inzibati orqan yalnız ona xas olan hakimiyyət səlahiyyətlərini və eyni zamanda iddiaçının publik hüquq sahəsindən irəli gələn hüquqların təmin edilməsi ilə bağlı fəaliyyətini həyata keçirmir. Mübahisələndirilən hüquq (ödənilmiş pulun geri qaytarılması) publik hüquq sahəsinə aid edilən hüquq olmamaqla Mülki Məcəllənin mühafizə predmetinə aiddir və həmin hüququn təmin edilməsinə, yaxud edilməməsinə cavabdeh orqan tərəfindən qərar verilməsi cavabdeh orqanın müstəsna hakimiyyət səlahiyyətlərinə aid olmayaraq mülki hüquq və vəzifələri ilə bağlıdır. Hazırki tələb cavabdehlərin inzibati hüquq sahəsindəki fəaliyyəti, inzibati aktı və ya in zibati xarakterli hərəkətləri (və ya hərəkətsizliyi) ilə bağlı deyil.
17. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi, iddianın mümkün hesab edilməsi və işə mahiyyəti üzrə baxılması üçün geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:
18. İddiaçı hesab edir ki, əldə etdiyi əmlakla bağlı əqdin (hərracın nəticələrinin) etibarsızlığı ilə əlaqədar başqa bir fiziki şəxsin (X1) mülki mühakimə icraatı qaydasında həm ona, həm də Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia qaldırması mülki hüquqi məsələdir və rayon məhkəməsində baxılması qanuna uyğundur. Lakin iddiaçının hərracın nəticəsində ödədiyi pul vəsaiti dövlət b üdcəsinə mədaxil edildiyindən artıq pulun geri tələb edilməsi ilə bağlı tələb inzibati hüquq münasibətindən irəli gəlmişdir. Belə ki, iddiaçı həmin pul vəsaitinin geri qaytarılması üçün hazırda cavabdeh olan inzibati orqanlara müraciət etmiş, onlar isə inzibati icraat haqqında qanunun tələblərinə uyğun olaraq ərizəni araşdırıb imtina məktubu vermişlər. Məhkəmə təcrübəsi bu sayaq imtina məktublarını inzibati akt hesab edir və işə inzibati qaydada baxır. İddiaçının inzibati orqan kimi cavabdehləri inzibati məhkəməyə verməsi qanuna uyğundur və dövlət büdcəsinə ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlı prosedurun inzibati prosesə aid olması şübhəsizdir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri-bərabərdirlər, onların bi ri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (iddiaçıya) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İddiaçı ilə cavabdehlər arasında oxşar inzibati mübahisələr olmuş və inzibati məhkəmədə qərarlar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2-1(112)-971/2021 nömrəli qərarı ilə iddiaçının xeyrinə 17 000 manat pul tutulmuş, həmin qərardan verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Afaq Nuriyevanın sədrliyi ilə baxılmış və 10 sentyabr 2021-ci il tarixində 2-1(103)-1579/2021 nömrəli qərarı ilə qüvvədə saxlanılmışdır. Sonuncu dəfə, Bakı İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 21(112)-1639/2021 saylı qərarı ilə iddiaçının xeyrinə 4500 manat pul tutulmuşdur, həmin qərardan verilmiş apellyasiya şikayə tinə Bakı Apellyasiya Məhkəməsində hakim Mirzə Tağızadənin sədrliyi ilə baxılmış və 26 iyul 2021-ci il tarixində 2-1(103)-1899/2021 nömrəli qərarı ilə qüvvədə saxlanılmışdır. Həmçinin, ilkin iddia mülki qaydada Xətai Rayon Məhkəməsinə verilmişdir, lakin məhkəmə qərardadı ilə iddianı geri qaytarmış və iddianı inzibati məhkəməyə verilməsini müəyyən etmişdir. Məhkəmələr arasında aiddiyyətlə bağlı mübahisəyə yol verilmir və iddiaçının iddiasına baxılmasında, dövlət büdcəsinə ödədiyi pulun geri qaytarılmasından imtina olunmasında inzibati qaydada məhkəməyə müraciət etməsi qanuna uyğundur. Anoloji məhkəmə mübahisələri və məhkəmə qərarlarının mövcud olduğunu nəzərə alınmadan, ədalətsiz və əsassız olaraq inzibati mübahisə olduğundan imtina etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlillə ri:
19. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. Maddə 11.1. Dövlət əmlakının özəlləşdirilməsində əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Maddə 20.1. Dövlət əmlakının hərraclar vasitəsilə ilə satışı həmin əmlakın hər hansı bir şərt qoyulmadan alıcıya satışıdır. Bu zaman əmlak üzərində mülkiyyət hüququ hərracın gedişində maksimum qiymət təklif etmiş alıcıya verilir. Dövlət əmlakının hərrac vasitəsilə satışı baş tutmadıqda (sifariş verilmədikdə və ya start qiyməti ilə satılmadıqda) növbəti hərracda dövlət əmlakının satıcısı müəy yən olunmuş qaydada start qiymətini aşağı sala bilər. Maddə
30. Dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar yaranan mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qaydasında həll edilir.
21. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı” 13.2. Özəlləşdirmədən əldə olunmuş pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil olur. Dövlət əmlakının özəlləşdirilməsində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması, özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanılması və mühafizəsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması ilə bağlı Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etmə xərclərinin ödənilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına bu vəsaitin 25%-i həcmində ayırmalar nəzərdə tutulur.
22. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması qaydaları”:
2. Özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və onların səhmlərinin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumların ödənilməsindən əldə edilən pul vəsait i və digər daxilolmalar aiddir. Özəlləşdirmədən əldə olunan pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilir.
4. Ödəmə məbləği alıcı tərəfindən özəlləşdirilən obyektin satış şərtlərinə uyğun olaraq dövlət büdcəsinə köçürülür.
8. Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin uçotunun aparılmasını və onun dövlət büdcəsinə köçürülməsinin təmin edilməsini, habelə mühasibat uçotunu aparmaqla maliyyə və statistik hesabatların tərtib olunmasını Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir.
9. Dövlət əmlakının özəlləşdirilməsi prosesində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması, sahibkarlığa dövlət köməyinin m aliyyələşdirilməsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması ilə bağlı Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etmə xərclərinin ödənilməsi məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi nin hesabına bu vəsaitin 25 faizi həcmində ayırmalar nəzərdə tutulur.
23. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə: 8.22. qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə artıq ödənilmiş vergilərin və qeyri-vergi ödənişlərinin dövlət büdcəsindən qaytarılmasını həyata keçirmək Nazirliyin vəzifələrindəndir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin ed ilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şik ayət verilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 357.1. Azərbaycan Respubli kasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə
360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxıl ması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessua l hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.
30. İlk növbədə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi iki cavabdehə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı yönəlmişdir.
31. Lakin iş materialları ilə müəyyən edilir ki, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2-1(112)-6479/2021 nömrəli qərarından cavabdehlərdən sadəcə Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti vermiş, digər cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti isə şikayət verməmiş və ona münasibətdə məhkəmə qərarı qüvvəyə minmişdir.
32. Lakin işə apellyasiya q aydasında baxan Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını tamamilə ləğv etmiş, cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qanunla nəzərdə tutulan müddətdə apellyasiya şikayəti verilmədiyini və müvafiq olaraq birinci instansiya məhkəməsinin qərarının həmin cavabdehə münasibətdə qanuni qüvvəyə minməsini nəzərə almamışdır.
33. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşan və həmin qərardan şikayət verməyən cavabdehə münasibətdə də qərarın ləğv edilməsi, hazırkı qərarın 24-25-ci bəndlərində qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından əsassız olmuşdur.
34. Bundan başqa, apellyasiya instansiya məhkəməsi qərarında iddianın mümkün sayılmamasını onunla əsaslandırm ışdır ki, hazırki tələb cavabdehlərin inzibati hüquq sahəsindəki fəaliyyəti, inzibati aktı və ya inzibati xarakterli hərəkətləri (və ya hərəkətsizliyi) ilə bağlı deyil. İddia edilən məbləğin geri qaytarılmasının tələb edilməsi ilə bağlı münasibətlərdə cavabdeh orqan xüsusi hüququn subyekti - mülki dövriyyənin iştirakçısı kimi çıxış edir. Mübahisələndirilən hüquq (ödənilmiş pulun geri qaytarılması) publik hüquq sahəsinə aid edilən hüquq olmamaqla Mülki Məcəllənin mühafizə predmetinə aiddir və həmin hüququn təmin edilməsinə, yaxud edilməməsinə cavabdeh orqan tərəfindən qərar verilməsi cavabdeh orqanın müstəsna hakimiyyət səlahiyyətlərinə aid olmayaraq mülki hüquq və vəzifələri ilə bağlıdır.
35. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, h azırkı iş üzrə iddia tələbi publik hüquq sahəsinə aid olmaqla inzibati mübahisədir.
36. Belə ki, işin mübahisəsiz halı ilə müəyyən olunur ki, iddiaçı ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı keçirilən hərracın qalibi olmuş, nəticədə Hərracların Təşkili üzrə Auksion Mərkəzi ilə iddiaçı arasında 13 sentyabr 2017-ci il tarixli, 3603 saylı alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən həmin alqı-satqı müqaviləsi üzrə dövlət büdcəsinə 17.500 (on yeddi min beş yüz) manat məbləğində vəsait ödənilmişdir. Lakin sonradan məhkəmə qərarı əsasında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 12 sentyabr 2017-ci il tarixli, 32/02 saylı protokolu, Mərkəzlə iddiaçı arasında bağlanmış 13 sentyabr 2017-ci il tarixli, 3603 saylı müəssisənin (obyektin) alqı-satqı müqaviləsi etibarsız hes ab edilmiş, həmin qeyri-yaşayış sahəsinə dair İddiaçı verilmiş 30 oktyabr 2017-ci il tarixli, RX seriyalı ******* saylı çıxarış etibarsız hesab edilərək ləğv edilmişdir.
37. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.
38. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fə rmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.22-ci bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə artıq ödənilmiş vergilərin və qeyri-vergi ödənişlərinin dövlət büdcəsindən qaytarılmasını həyata keçirmək Nazirliyin vəzifələrindən biridir.
39. Göründüyü kimi, iş üzrə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”na əsasən inzibati orqandır və dövlət büdcəsinə artıq ödənilmiş qeyri-vergi ödənişlərinin dövlət büdcəsindən qaytarılması yalnız ona xas olan vəzifə olmaqla qanunla ona verilmiş hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə həyata keçirilən hərəkətdir.
40. Az ərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
41. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
42. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə baxılan iddia mümkünlük şərtlərinə cavab verir, iddia tələbində irəli sürülən mübahisə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə aid olduğundan, iddia düzgün cavabdehlərə qarşı verildiyindən iddia mümkün sayılmalıdır.
43. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 fevral 2022-ci il tarixli, 2-1(103)-555/2022 nömrəli qərardadı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
44. Şərh olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 fevral 2022-ci il tarixli, 21(103)-555/2022 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.