Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-844/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Yevlax rayonu Malbinəsi bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (iddianın mümkünlük şərti, iddia müddəti) 16.05.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1943-cı il təvəllüdlü, FİN xxxxxxx) cavabdeh Yevlax rayonu Malbinəsi bələdiyyəsinə qarşı “Yevlax rayonu Malbinəsi kəndində 0.10 ha həyətyanı torpaq sahəsinin üçüncü şəxs X1 ilə bağlı Yevlax rayonu Malbinəsi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 24 saylı q ərarının ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 dekabr 2022-ci il tarixli 2-1(107)-423/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Yevlax rayon Malbinəsi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 24 saylı qərarına əsasən, X3 0.11 ha torpaq sahəsi satılmışdır.
2. İddiaçı həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirərək, Yevlax rayonu Malbinəsi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 24 saylı qərarının ləğv edilməsi üçün Yevlax rayonu Malbinəsi Bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan müraciətə cavab verməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məh kəməsində icraat
3. İddiaçı cavabdeh ƏMDK yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “Yevlax rayonu Malbinəsi kəndində yerləşən daşınmaz əmlaka dair X2 adına qeydə alınmış **********85 nömrəli çıxarışın ləğv edilməsi və Yevlax rayon Malbinəsi kənd Kommunist kolxozu İdarə heyəti iclasının üzvlərinin ümumi yığıncağının 03 mart 1992-ci il tarixli 03 saylı iclas protokoluna əsasən verilmiş, 0.10 ha torpaq sahəsinə dair onun adına Dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. Daha sonra iddiaçı tələbini dəyişərək, cavabdehlər Yevlax rayonu Malbinəsi və DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayonu Malbinəsi kəndində 0.10 ha həyətyanı torpa q sahəsinin üçüncü şəxs X1 ilə bağlı Yevlax rayonu Malbinəsi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 24 saylı qərarının ləğv edilməsi və Yevlax rayonu Malbinəsi kəndində yerləşən daşınmaz əmlaka dair X2 adına qeydə alınmış mülkiyyət hüququnu təsdiq edən **********85 nömrəli çıxarışın ləğv edilməsi və Yevlax rayon Malbinəsi kənd Kommunist kolxozu İdarə heyəti iclasının üzvlərinin ümumi yığıncağının 03 mart 1992-ci il tarixli 03 saylı iclas protokoluna (adı siyahıda 25-ci sırada olmuşdur) əsasən, Yevlax rayonu Malbinəsi kəndində ona verilmiş 0.10 ha torpaq sahəsinə dair Dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir.
5. Daha sonra birinci instansiya məhkəməsinin iclasında iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Yevlax ra yonu Malbinəsi kəndində 0.10 ha həyətyanı torpaq sahəsinin üçüncü şəxs X1 ilə bağlı Yevlax rayonu Malbinəsi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 24 saylı qərarının ləğv edilməsini və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 9 saylı Qəbələ Ərazi İdarəsinin cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, mübahisələndirilən bələdiyyə qərarı ilə üçüncü şəxsə satılmış torpaq sahəsi əslində ona məxsus torpaq sahəsidir. Həmin torpaq sahəsi ayrıldıqdan sonra ora onun tərəfindən tikinti məqsədilə daş tökülmüşdür və hal- hazırda da həmin daşlar qeyd olunan ərazidədir. Torpaq sahəsinin yerləşmə sxemi olmasa da, ona bələdiyyə tərəfindən məhz həmin torpaq sahəsi göstərilmişdir. Mübahisəli torpaq sahəsinin bələdiyyə tərəfindən üçüncü şəx sə satıldığını 2019-cu ildə, daha dəqiq 2020-ci ilin aprel ayında öyrəndikdən sonra üçüncü şəxslə aralarında mübahisə yaranmışdır. Mübahisə ilə bağlı prokurorluqda araşdırma aparıldıqdan sonra 6 iyul 2021-ci ildə cinayət işinin rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərar qəbul olunduqdan sonra müstəntiq ona torpaq sahəsinin bələdiyyə qərarı əsasında üçüncü şəxsə satılmasını bildirmişdir və artıq həmin vaxt torpaq sahəsinin üçüncü şəxsə bələdiyyə qərarı əsasında satılmasından məlumatlı olmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.
7. Şəki İnzibati Məhkəməsinin (hakim V.Musayev) xx.xx.2022-ci il tarixli, 2-1(116)359/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh Yevlax rayonu Malbinəsi bələdiyyəsinə qarşı “Yevlax rayonu Malbinəsi kəndində 0. 10 ha həyətyanı torpaq sahəsinin üçüncü şəxs X1 barədə Yevlax rayonu Malbinəsi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 24 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçı hazırda mübahisələndirdiyi qərarın ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.
9. İddiaçı аpеllyаsiyа şikаyəti verərək Şəki İnzibati Məhkəməsinin 21 sentyabr 2022ci il tarixli 2-1(116)-359/2022 nömrəli qərardadının ləğv olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, G.İ.Cavadova və R.R.Rəfiyev) 08 dekabr 2022-ci il tarixli, 21(107)-423/2022 nömrə li qərardad; ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2-1(116)-359/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 11 Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardın ləğv olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını işin halları, iddia ərizəsində qeyd olunanlar və apelyasiya şikayətinin dəlilləri təşkil edir. Kassator hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş, işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. b. kassasiya ş ikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. (-). 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə
38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız ape lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi ba rədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarı: 2.3-cü bənd. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qa nunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
19. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
20. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
21. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan is tənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
22. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatınd a iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
24. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın mə hkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddia müddətidir. Hazırkı mübahisə üzrə iddiaçı iddia müddətini ötürmüşdür.
25. Belə ki, inzibati aktın təqdim edilməsi və ya elan edilməsi ilə bağlı mübahisə yarandıqda, hər bir halda maraqlı şəxsin hansı qaydada inzibati aktdan məlumatlı olduğu müəyyən edilməlidir.
26. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə, Yevlax rayon prokurorluğunda iddiaçının müraciəti əsasında araşdırma aparıldıqdan sonra mübahisəli torpaq sahəsinin Yevlax rayon Malbinəsi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 24 saylı qərarı ilə üçüncü şəxs satılması, iş üzrə qəbul edilmiş “cinayə t işinin başlanmasının rədd edilməsi haqqında” qərarda qeyd edilmiş, iddiaçının nümayəndəsi özü də həmin qərarın qəbulundan sonra, hazırda mübahisələndirdiyi qərarın məzmunundan məlumatlı olmasını etiraf etmiş, hətta, qərarın qəbulundan 2020-ci ilin aprel ayında məlumatlı olması ilə bağlı fikrini dəqiqləşdirmişdir.
27. İddiaçının vəkili isə məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, müvafiq qərarın mövcudluğundan xx.xx.2022-ci il tarixli məhkəmə iclasında məlumatlı olmuşdur. Lakin, bələdiyyənin digər ərazidən torpaq sahəsinin ayrılması ilə bağlı vədlərinə inandıqları üçün və həmin qərarın ləğvini bələdiyyədən tələb etdiyinə görə məhkəməyə müvafiq iddia ərizəsini xx.xx.2022-ci ildə təqdim etmişdir.
28. Beləliklə, Nofəl Qaraşova torpaq sahəsinin satılması ilə bağlı Yevlax rayon Ma lbinəsi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 24 saylı qərarından iddiaçının 2020-ci ilin aprel ayından məlumatlı olmasını onun nümayəndəsi etiraf etmiş, Yevlax rayon prokurorluğunun xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında hazırda mübahisələndirilən qərarın məzmunu ilə bağlı məlumatlar ətraflı qeyd edilmiş, eyni zamanda xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında mübahisələndirilən çıxarışın Yevlax rayon Malbinəsi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 24 saylı qərarı ilə üçüncü şəxsə satılması izah edilmişdir.
29. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Yevlax rayon Malbinəsi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 24 saylı qərarının mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 30 günlük iddia müddəti heç bir üzürlü səbəb olm adan buraxılmışdır. Bu isə iddianın mümkün sayılmaması üçün əsasdır.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 dekabr 2022-ci il tarixli, 21(107)-423/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.