Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-844/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (riskli vergi ödəyicisi ilə bağlı xidmət göstərmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlə t Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “qərarın qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3840/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18 avqust 2022-ci il tarixli qərarı ilə 2022-ci ilin aprel ayı üçün 64.000,80 manat əlavə vergi hesablanmışdır.
2. İnzibati orqanın qərarından iddiaçı şikayət instansiyasına şikayətlə müraciət etmiş, Dövlət Vergi X idmətinin 29 oktyabr 2022-ci il tarixli qərarı ilə inzibati şikayət təmin edilməmiş, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli qərarı ləğv etmək və EBBT seriyalı 976737 nömrəli elektron qaimə-faktura üzrə 64.000,80 manat məbləğində cavabdeh tərəfindən hesablanmış vergini iddiaçıya geri qaytarmaq vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xx xx" Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2019-cu il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmaqla, xx.xx.2020-ci il tarixdə ƏDV-ləri üçün qeydiyyata alınmaqla “digər qruplara daxil edilməyən ixtisaslaşdırılmamış topdansatış” üzrə fəaliyyət göstərməkdədir. İddiaçı 2022-ci ilin aprel ayı üçün əvəzləşmə aparılması məqsədilə ƏDV bəyannaməsini cavabdehə təqdim etmişdir. Lakin əvəzləşmənin təqdim edilmiş EBBT seriyalı 976737 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan cavabdeh tərəfindən əvəzləşdirilməyə əsas vermədiyi müəyyən edilmiş və bu barədə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. İddiaçı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət e dərək xx.xx.2022-ci il tarixli aktın ləğv edilərək EBBT seriyalı 976737 nömrəli elektron qaiməfaktura üzrə 63984,6 manat ƏDV məbləğinin əvəzləşməsini nəzərə almağı hesablanmış vergi məbləğini azaltmağı xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2022-ci il tarixli qərarla şikayəti təmin etməmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli aktının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Lakin qəbul edilmiş qərar əsassızdır. Belə ki, iddiaçı tərəfindən 2022ci il ərzində əməliyyatlar aparılarkən hər hansı riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicisi kimi qeydiyyata alınmış təşkilatla əməliyyat aparılmamışdır. Vergi orqanı "xxx x" MMC ilə bağlı qərarı xx.xx.2022-ci il tarixdə qəbul etmiş və həmin tarixdə şirkəti riskli vergi ödəyicisi kimi qeydə almışdır. Vergi orqanının qərarında qeyd edilmiş təşkilatın adının riskli vergi ödəyicisi siyahısına daxil edilməsi iddiaçının müqavilə üzrə aparılmış əməliyyatlarından sonrakı dövrə təsadüf edir. xx.xx.2022-ci il tarixdə isə "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə hər hansı məlumat mövcud olmamışdır. Belə olan halda aydındır ki, mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olan hal, o cümlədən iddiaçıya 64.000,80 manat məbləğində əlavə vergi hesablanması üçün əsas mövcud olmamış, bununla da cavabdeh qanunsuz qərar qəbul etmişdir. Digər tərəfdən, cavabdeh iddiaçının əmtəəsiz, yaxud riskli əməliyyat aparması ilə bağlı hər hansı sübut təqdim etməmiş, iddia çının riskli əməliyyat apardığına görə riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul etməmişdir. Eyni zamanda cavabdeh səthi araşdırma aparmış, "xxxx" MMC tərəfindən malların istehsal edilmə faktını yoxlamamışdır, olan elektron qaiməfaktura məlumatları əsasında xx.xx.2022-ci il tarixdə "xxxx" MMC tərəfindən cəmi 419 455,00 manat (ƏDV ilə) dəyərində "Calsium Bromide(CaB2)" adlı malın təqdim edildiyi halda həmin malların xx.xx.2022-ci il tarixədək müəssisənin idxalında müəyyən edilmədiyini aşkarlamış və bununla kifayətlənmişdir. Beləliklə, göstərilənlərə əsasən cavabdehin qəbul etdiyi qərarın əsaslandığı hallar iş materialları ilə təkzib olunduğundan həmin qərar ləğv edilməlidir.
5. Daha sonra iddiaçı ərizə təqdim edərək iddia tələbinin “Vergilərin, sosial sığorta və işsizlik sığo rtası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və EBBT seriyalı, 976737 nömrəli elektron qaimə-faktua üzrə 63984,60 manat məbləğində cavabdeh tərəfindən hesablanmış vergilərin iddiaçıya geri qaytarılması kimi dəyişdirilməsini xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4493/2023 saylı, 17 aprel 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsinin dəyişdirilməsi qəbul edilmişdir.
7. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı Cəmiyyət tərəfindən 2022-ci ilin aprel ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBBT seriyalı 976737 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi müəyyən edilmişdir. Həmçinin, qeyd olunan dövr üzrə təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşməyə təqdim edilmiş **********9154 nömrəli yük gömrük bəyannaməsi üzrə ƏDV məbləği 2 457,22 manat Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən isə eyni nömrəli yük gömrük bəyannaməsi üzrə ƏDV məbləği 2441,02 manat təşkil etdiyi üçün 16,20 manat kənarlaşma yaranmışdır. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********362900 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış cavab təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2022-ci ilin aprel ayı üzrə 64.000,80 m anat vergi məbləğləri hesablanaraq xx.xx.2022-ci il tarixli **********086700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Araşdırma zamanı Cəmiyyət tərəfindən "xxxx" MMCdən (VÖEN: **********) xx.xx.2022-ci il tarixli EBBT seriyalı 976737 dəyəri 355 470,00 manat (ƏDV-si 63.984,60 manat) olan elektron qaimə-fakturanın əldə edildiyi müəyyən edilmişdir. Qeyd olunan elektron qaimə-fakturanın “Malın adı" hissəsində Calsium Bromide (CaB2) adlı mal qeyd edilmişdir. "xxxx" MMC-nin fəaliyyətinin təhlili zamanı elektron qaimə-faktura məlumatlarına əsasən xx.xx.2022-ci il tarixdə "xxxx" MMC tərəfindən cəmi 419 455,00 manat (ƏDV ilə) dəyərində "Calsium Bromide(CaB2)" adlı malın təqdim edildiyi halda hə min mallar xx.xx.2022-ci il tarixədək müəssisənin alışında və idxalında müəyyən edilməmişdir. Bu səbəbdən yuxarıda qeyd edilən əməliyyatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə uyğun olaraq "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2022-ci il tarixli Qərar qəbul edilmişdir. Aparılmış əməliyyatların dəqiqləşdirilməsi və müvafiq zəruri sənədlərin təqdim edilməsi məqsədi ilə "xxxx" MMC-yə araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə xx.xx.2022-ci il tarixli məktub göndərilməsinə, Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilməsinə və qeyd edilən məktubun vergi ö dəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə oxunmasına baxmayaraq, vergi ödəyicisinin rəhbəri və ya səlahiyyətli nümayəndəsi araşdırmada iştirak etməmiş və heç bir təsdiqedici sənədlər araşdırmaya təqdim edilməmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli Akt tərtib edilmişdir. Bundan əlavə, "xxxx" MMC-nin rəhbəri X1, eyni zamanda "xxxx" MMC-nin (VÖEN: **********) və "xxxx" MMC- nin (VÖEN: **********) rəhbəri olduğu, həmin müəssisələr tərəfindən alınmış malların (və ya xidmətlərin) həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı, əmtəəsiz əməliyyatlar apardıqları və riskli vergi ödəyiciləri olduqları müəyyən edilmişdir. İnzibati araşdırma zamanı müəyyən edilmişdir ki, Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixli **********9154 nömr əli yük gömrük bəyannaməsi əsasında “mikrotomların və ya qaz- və ya tüstü analizatorların" idxal edildiyi müəyyən edilmişdir. Qeyd olunan yük gömrük bəyannaməsi üzrə ƏDV məbləği 2 441,02 manat təşkil etdiyi müəyyən edilmişdir. Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixdə 2022-ci ilin aprel ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində xx.xx.2022-ci il tarixli **********9154 nömrəli yük gömrük bəyannaməsi üzrə 2457,22 manat ƏDV məbləği əvəzləşdirilmiş və kameral vergi yoxlaması ilə həmin yük gömrük bəyannaməsi üzrə əvələşdirilən ƏDV məbləği 2441,02 manat olaraq nəzərə alınmışdır. İnzibati şikayətlərin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə Cəmiyyətin rəhbəri X9 Cəmiyyətin müraciətləri üzrə xx.xx.2022-ci il tarixdə araşdırmada iştirak edərək, şikayətlərin məzmununa uyğun izahat ver mişdir. Anar Bağırov araşdırmaya təqdim etdiyi izahatında "xxxx" MMC-dən (VÖEN: **********) xx.xx.2022-ci il tarixdə əldə olunmuş EBBT seriyalı 976737 nömrəli elektron qaimə-faktura əsasında Calsium Bromide adlı malın faktiki olaraq Cəmiyyət tərəfindən həmin vergi ödəyicisindən əldə olunduğunu, həmin tarixdə "xxxx" MMC-nin riskli vergi ödəyicilərinin siyahısında olmadığını, "xxxx" MMC-dən 2022-ci ilin aprel ayı ərzində Calsium Bromide adlı malı əldə etdiklərinə baxmayaraq, həmin vergi ödəyicisinin alışında və ya idxalında qeyd olunan malın olmaması barədə məlumatlarının olmadığını və qarşı tərəfdən Cəmiyyətə həmin malın istehsal malı olduğu barədə məlumat verildiyini bildirmiş və yenidən kameral vergi yoxlaması keçirilərək hesablanmış verginin ləğv olunmasını xahiş etmişdir. Beləliklə, uço tbaza məlumatlarına əsasən Cəmiyyət tərəfindən "xxxx" MMC-dən elektron qaiməfaktura əsasında 355 470,00 manat (ƏDV-si 63 984,60 manat) dəyərində "Calsium Bromide(CaB2)" adlı malın əldə etdiyini iddia etdiyi və qeyd olunan elektron qaiməfakturanın 2022-ci ilin aprel ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşdirildiyini, araşdırma zərurəti ilə əlaqədar qarşı tərəfin ("xxxx" MMC-nin) araşdırmaya dəvət olunmasına, təsdiqedici sənədlərin tələb edilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsinin araşdırmada iştirak etmədiyini, tələb olunan sənədlərin təqdim edilmədiyini, araşdırma zamanı qeyd edilən vergi ödəyicisi tərəfindən təqdim edilmiş həmin elektron qaimə-fakturaların riskli əməliyyatlar çərçivəsində əldə olduğunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tari xli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək həmin müəssisənin riskli vergi ödəyicisi olması barədə Qərar qəbul edildiyini, araşdırılan qarşılıqlı əməliyyatların vergi üstünlüyü əldə etmək məqsədi vergidənyayınma sxemi olmasını şərtləndirdiyini, bununla da vergi ödəyicisinin şikayətinin təmin edilməsinə əsas verən faktiki və hüquqi hallar barədə təsdiqedici sənədlərin inzibati araşdırma dövründə müəyyən edilmədiyini və Cəmiyyət tərəfindən idxal edilmiş mallar üzrə tərtib edilən xx.xx.2022-ci il tarixli **********9154 nömrəli yük gömrük bəyannaməsi üzrə ƏDV məbləğinin 2441,02 manat təşkil etdiyini nəzərə alaraq, inzibati şikayət təmin edilməmişdir 8. xx.xx.2023-cü il tarixdə iddiaçı yenidən iddia tələbinin “cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********086700 nömrəli qərarı qismən - 63984,60 manat məbləğində verginin hesablanmasına dair hissədə ləğv edilməsi və həmin qərarın 63984,60 manat məbləğində verginin hesablanmasına dair hissədə icra olunması nəticəsində meydana gəlmiş nəticələrinin aradan qaldırılması” kimi dəyişdirilməsini xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 08 may 2023-cü il tarixli, e-2-1(120)-4493/2023 saylı qərardadı ilə iddia ərizəsinin dəyişdirilməsi qəbul edilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, e-2-1(120)-4493/2023 saylı qərarı ilə (hakim X2) iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********086700 nömrəli qərarı qismən - 63984,60 manat məbləğində verginin hesablanmasına dair hissədə ləğv edilmiş, xx.xx.2022-ci il tarixli **********086700 nömrəli qərarının 63984,60 manat məbləğində verginin hesablanmasına dair hissədə icra olunması nəticəsində meydana gəlmiş nəticələr aradan qaldırılması cavabdehin üzərində qoyulmuşdur.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyicisi ilə aparılmış qarşılıqlı əməliyyatı (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu müəyyənləş dirilmədən) qiymətləndirilmişdir. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyicisi ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən "xxxx" MMC (VÖEN **********) riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Qeyd edilən vergi ödəyicisinin ("xxxx" MMC) digər şəxslərlə riskli əməliyyatlar aparmış olmaları və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunmaları iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla iddiaçının üzərinə həddən artıq yük qoymuş və iddiaçıya münasibətdə mütənasib olmamışdır.
12. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3840/2023 nömrəli iş üzrə 30 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X5 (məruzəçi), X6 və X7) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, e-2-1(120)-4493/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edi lməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətində Vergi Məcəlləsinin 13.2.82, 37, 175.11-ci maddələrinə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il tarixli 28 iyul tarixli 265 nömrəli qərarına istinad edilərək qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə araşdırma apararkən İddiaçı QSC və "xxxx" MMC arasında olan əməliyyatın riskli əməliyyat olması faktını nəzərdən qaçırmışdır. Belə ki, adıçəkilən vergi ödəyiciləri arasında həyata keçirilən əməliyyatın xx.xx.2022-ci il tarixdə olmasını nəzərə almamış, sırf "xxxx" MMC barəsində çıxarılan qərarın xx.xx.2022ci il tarixində qəbul olunmasını əsas götürməklə kifayətlənmiş və nə ticədə əsassız qərar çıxarmışdır. Həmçinin İddiaçı QSC-nin qarşılıqlı əməliyyat apardığı "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması vergi orqanı tərəfindən aparılmış araşdırmalar zamanı sübuta yetirilmiş və həmin vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab edilməsi barədə müvafiq qərar qəbul edilmişdir.
17. Bundan əlavə məhkəmə qərara almışdır ki, xx.xx.2022-ci il tarixli **********086700 nömrəli qərarın 63984,60 manat məbləğində verginin hesablanmasına dair hissədə icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması qeyd olunmuşdur. Lakin, məhkəmə qərarında izahlı olaraq hansı nəticələrin aradan qaldırılmasını vurğulamamışdır.
18. Həmçinin məhkəmə prosessual normaların pozuntusuna da yol vermişdir. Belə ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüş, lakin məh kəmələr bu hala münasibət bildirməmişlər. Belə ki, şikayət instansiyasının xx.xx.2022-ci il tarixli qərarı vergi ödəyicisinə xx.xx.2022-ci il tarixdə elektron formada göndərilmiş, qərar xx.xx.2022-ci il tarixdə oxunmuşdur. Lakin iddia ərizəsi xx.xx.2022-ci il tarixdə verilmişdir. Bununla da müəyyən edilir ki, iddiaçı 30 günlük iddia müddətini ötürmüşdür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə
3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları... 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlə rinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə
13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar... 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur:.. 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və... Maddə
24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəq iq riayət etməyə;... 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur.... Maddə
36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.... Maddə
37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keç irilir.... Maddə
53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Maddə
175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV (mübahisəli dövrdə qüvvədə olan redaksiyada) 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidm ətlərin) barter edilməsi, həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt;... 175.11. Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.... Maddə
47. Sübutların qiymətləndirilməsi 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi h allara müvafiq olaraq qiymət verir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”
3. Riskli əməliyyatların meyarları 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələ ndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məh kəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİY A BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməs inin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəf li araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. Hazırkı mübahisə üzrə iş materiallarından görünür ki, cavabdehin kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18 avqust 2022-ci il tarixli qərarına əsasən iddiaçının 2022-ci ilin aprel ayı üçün təqdim edilmiş ƏDV hesabatına 64.000,80 manat əlavə vergi hesablanmışdır.
31. İnzibati orqan belə qərara gələrkən qeyd etmişdir ki, iddiaçının qarşılıqlı əməliyyat apardığı "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab oluduğundan iddiaçı barəs ində əlavə vergi hesablanmalıdır.
32. Məhkəmə kollegiyası cavabdehin qənaətinin əsassız olmasını müvafiq qanunvericilik normalarına istinad etməklə sübuta yetirilməsini qanuni hesab edir. Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.
33. Yəni, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qu rum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.
35. Bundan əlavə qeyd etmək lazımdır ki, Azə rbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 saylı Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 saylı Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na əsasən elektron xidmətin təşkili üçün elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adının, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının, müvafiq sənədlərin (ərizə, blank və digər) el ektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməsi vergi orqanlarının vəzifəsidir.
36. Vergi ödəyicisi olan hüquqi şəxslərin riskli vergi ödəyiciləri barədə məlumat mənbəyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 265 saylı qərarının 1.3 və 1.4-cü müddəalarına əsasən Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsi və X4.
37. İddiaçı tərəfindən əməliyyatlar aparılan zaman digər tərəfin riskli vergi ödəyicisi olması barədə iddiaçı tərəfindən məlumat alınacaq yeganə mənbə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsi və X4 ki, həmin əməliyyatlar zamanı qeyd olunan vergi ödəyicisi həmin tarixdə riskli vergi ödəyicisi siyahısında olmamışdır.
38. Eyni zamanda cavabdeh həm iddia ərizəsinə etirazda, həm də məhk əmələrə ünvanlağı şikayətlərdə "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq xx.xx.2022-ci il tarixdə Qərar qəbul edildiyini bilmişdir.
39. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanının qərarında qeyd edilmiş təşkilatın adının riskli vergi ödəyicisi siyahısına daxil edilməsi iddiaçının müqavilə üzrə aparılmış əməliyyatlarından sonrakı dövrə təsadüf edir. xx.xx.2022-ci il tarixdə isə "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə hər hansı məlumat mövcud olmamışdır. Belə olan halda aydındır ki, mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olan hal, o cümlədən iddiaçıya 64.000,80 manat məbləğində əlavə vergi hesablanması üçün əsas mövcud olmamış, bununla da cavabdeh qanunsuz qərar qəbul etmişdir.
40. Şikayətdə cavabdeh iddiaçı tərəfindən iddia m üddətinin ötürüldüyünü lakin, məhkəmələr tərəfindən bu hala qiymət verilmədiyini qeyd edir. Bildirilir ki, “inzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2022-ci il tarixli **********041800 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********162100 nömrəli məktubu ilə elektron qutusuna göndərilmiş, məktub vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan göründüyü kimi xx.xx.2022-ci il saat 08:57-də oxunmuşdur. İddiaçı tərəfindən mübahisələndirilən inzibati akt barəsində xx.xx.2022-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür.
41. İş materiallarından görünür ki, cavabdeh iddiaçı tərəfindən müddətin ötürülməsi barədə məlumatı hələ iş birinci ins tansiya məhkəməsində olduğu zaman vermiş və bunu sübut etmək üçün elektron sistemdən çıxarışı da vəsatətə əlavə etmişdir. Həmin vəsatət birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir.
42. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin hazırki mövqeyi (iddiaçının iddia müddətinin ötürülməsi ilə bağlı dəlili) əsassız olmaqla iş materialları ilə təkzib edilir. Belə ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilməsi üçün təqdim edilmiş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, iddiaçı iddia ərizəsini cavabdehin qeyd etdiyi kimi xx.xx.2022-ci il tarixdə deyil, xx.xx.2022-ci il tarixdə təqdim etmişdir (cild 1, iş vər 191).
43. Şikayətdə mübahisə edilən xüsusatlardan biri də birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsi ilə bağlıdır. Bildirilir ki, birinci insta nsiya məhkəməsi qərarında xx.xx.2022-ci il tarixli **********086700 nömrəli qərarın 63984,60 manat məbləğində verginin hesablanmasına dair hissədə icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması qeyd olunmuşdur. Lakin, məhkəmə qərarında izahlı olaraq hansı nəticələrin aradan qaldırılmasını vurğulamamışdır.
44. Məhkəmə kollegiyası qeyd edir ki, bu halı cavabdeh apelyasiya instansiyası məhkəməsində də mübahisələndirmiş və apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçıya aid şəxsi hesab vərəqəsindən görünür ki, cavabdeh tərəfindən həmin qərar faktiki olaraq xx.xx.2022-ci il tarixdə icra olunaraq iddiaçının artıq ödəmə müəyyən edilmiş vergi məbləği 64.000,80 manat azaldılmışdır. Odur ki, iddia tələbinin 63984,60 manat məbləğində verginin hesab lanmasına dair hissədə icra olunması nəticəsində meydana gəlmiş nəticələrinin aradan qaldırılması mübahisələndirilən hissədə inzibati aktın icrasının nəticələrinin aradan qaldırılması ilə bağlıdır və cavabdeh qurum həmin artıq ödəmə məbləğini şəxsi hesab vərəqəsində bərpa etməklə qərarın icrasının nəticələrini aradan qaldıra bilər. Bununla bağlı inzibati orqana əlavə izaha ehtiyac yoxdur.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, iddiaçının iddia tələbi ilə bağlı məsələni apellyasiya instansiyası məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsin in qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Məhkəmə mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
46. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 -1(103)-3840/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.