Məhkəmə qərarları › İş №2-1(102)-845/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-845/2019

20.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-845/2019 20.02.2019 ALİ MƏHKƏMƏ 2-1(102)-845/2019 QƏRARDAD Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması üzrə Bakı şəhəri xxxx 2019-cu il Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İ.Dadaşov cavabdeh Dövlət Sosial X1 rayon Şöbəsi və vəkili Vəkilkassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə qarşı “xxxx 1976-ci ildən xxxx 1977-ci ilədək, xxxx 1979-cu ildən xxxx,1999-cu ilədək “Xəzərneftdonanma" idarəsində, xxxx2002-ci ildən xxxx2002-ci ilədək “xxxx” Birgə Müəssisəsi, xxxx2002-ci ildən xxxx2005-ci ilədək Deamott Caspian, xxxx2008-ci ildən xxxx2008-ci ilədək “X2” MMC, xxxx2008-ci ildən halhazıradək “xxxx” MMC-də işləy ir, işlədiyi dövrü güzəştli iş stajına daxil etməklə ona 50 yaşı tamam olduğu tarixdən yəni xxxx2008-ci ildən həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublika Qanunun 13,17,71,72- ci maddələrinə uyğun olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri, Suraxanı rayon şöbəsinin üzərinə həvalə edilməsini xahiş etmişdir. 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-5109/2017 saylı iş üzrə xxxx 2017-ci il tarixli qərarı ilə iddia tələbi t əmin edilmişdir (hakim E.M.Mustafayev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2508/2018 saylı, xxxx 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən M.N.Tağızadə, hakimlər Ü.A.Mayılov və K.N.Abiyeva) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2508/2018 saylı, xxxx 2018-ci il tarixli qərardadından cavabdeh Dövlət Sosial X1 rayon Şöbəsi və vəkili Vəkil tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasınakassasiya şikayəti verilmişdir. Kassasiya şikayətini nəzərdən keçirərək hesab edirəm ki, kassasiya şikay əti müəyyən edilmiş müddət ötürülməklə verildiyi üçün mümkün hesab edilməməli, onun qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. İş materiallarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərardadı cavabdeh Dövlət Sosial X1 rayon Şöbəsinə xxxx 2018-ci il tarixdə sifarişli poçt vasitəsilə təqdim edilmiş, xxxx 2018-ci il tarixdə həmin qərardaddan kassasiya şikayəti vermə müddəti bitsə də, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti xxxx 2019-cu il tarixdə poçta təhvi l verilmiş, ötürülmüş müddətin bərpası barədə isə sonuncu tərəfindən ərizə verilməmiş, bununla da qərardaddan şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş on günlük prosessual müddət cavabdeh tərəfindən ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 94.1, 96.2 və 96.3-cğ maddələrini rəhbər tutaraq Qərara aldım: Cavabdeh Dövlət Sosial X1 rayon Şöbəsi və vəkili Vəkil kassasiya şikayəti mümkün hesab edilməsin. Kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar