Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-845/2021 16.06.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: birdəfəlik ödəmənin verilməsindən imtina ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə “190 manat birdəfəlik ödəmənin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Koll egiyasının 03.02.2021-ci il tarixli, 21(103)-252/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. Özü və həyat yoldaşı işsiz kimi qeydiyyata alınmışlar.
2. İddiaçı 190 manat birdəfəlik ödəmənin təyin olunması üçün inzibati orqana müraciət etmiş, lakin 2020-ci il 29 aprel tarixində onlara aztəminatlılıq meyarlarına uyğun gəlmədiklərinə görə ödəmənin təyin olunmasından imtina edilmişdir. E-SOSİAL.AZ tərəfindən iddiaçıya göndərilmiş SMS-in surətindən görünür ki, o, aztəminatlılıq meyarına uyğun gəlmədiyi üçün (arvadınının adına nəqliyyat vasitəsi aşkarlandığı üçün) ona 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL ED İLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nazirlər Kabinetinin 149 nömrəli Qərarının hüquqi qüvvəsi ilə bağlı məlumat verilməsini və bu Qərarın linkini (elektron ünvanına) təqdim edilməsini; işsiz kimi qeydiyyata alınmış adında nəqliyyat vasitəsi olan bir qrup adamlara 190 manat birdəfəlik ödəmənin təyin olunması və işsiz kimi qeydiyyata alınmış adında nəqliyyat vasitəsi olan başqa bir qrupuna bu ödəmənin təyin olunmamasına aydınlıq gətirilməsini, nazirlikdən isə bu barədə izahat verilməsini; bu imtinanın Nazirlər Kabinetinin hansı Qərarı ilə tənzimlənməsi barədə məlumat verilməsini və ƏƏSMN-dan isə bu barədə məlumat verməsini; işi və xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar fəaliyyətini dayandırıldıqdan nəqliyyat vasitəsindən və heç bir yerdən gələrin olmadığını, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq, dövlət qurumlarından hər hansı bir ödəməni almadığını, işsiz kimi qeydiyyata alınan əmək qabiliyyəti şəxslər və aztəminatlı ailə olduğunu nəzərə alaraq, ailə üzvlərindən biri kimi iddiaçı və ya onun həyat yoldaşına 190 manat birdəfəlik ödəmənin (dörd dəfə) bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar aprel-may aylarında yaşayış yerini tərk etmək qadağası olduğundan bu aylarda fəaliyyət dayandırıldığına görə nəqliyyat vasitəsindən istifadə olunmamış və bu səbəbdən ailəyə gəlir gətirə b ilməmişdir. Belə olan halda nəqliyyat vasitəsi imtina üçün əsas olmamalıdır, çünki bu aylarda nəqliyyat vasitəsi ailəyə nə gəlir gətirmiş, nə də ki, ondan qida kimi istifadə olunmamışdır. Ona görə də adında nəqliyyat vasitəsinin olması avtomatik olaraq gəlir, qazanc əldə etmək kimi başa düşülməməlidir. Cavabdeh inzibati orqan isə öz növbəsində hər bir ailəyə fərdi yanaşmalı, onun gəlirinin, qazancının olubolmamasını, aztəminatlı ailə olub-olmamasını əsas kimi götürməlidir. Nazirlər Kabinetinin 2020-ci il 07 aprel 127 nömrəli Qərarına əsasən koronavirus pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar aprel-may aylarında işsiz kimi qeydiyyatda olan adamlara 190 manat birdəfəlik ödəmə birmənalı şəkildə təyin olunmalıdır.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-469 8/2020 saylı, 25 avqust 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddiası “Nazirlər Kabinetinin 149 nömrəli Qərarının hüquqi qüvvəsi ilə bağlı məlumat verilməsi və bu Qərarın linkini (elektron ünvanına) təqdim edilməsi, işsiz kimi qeydiyyata alınmış adında nəqliyyat vasitəsi olan bir qrup adamlara 190 manat birdəfəlik ödəmənin təyin olunması və işsiz kimi qeydiyyata alınmış adında nəqliyyat vasitəsi olan başqa bir qrupuna bu ödəmənin təyin olunmamasına aydınlıq gətirilməsi, nazirlikdən isə bu barədə izahat verilməsi; bu imtinanın Nazirlər Kabinetinin hansı Qərarı ilə tənzimlənməsi barədə məlumat verilməsi və ƏƏSMN-dan isə bu barədə məlumat verməsi və iddiaçının həyat yoldaşına 190 manat birdəfəlik ödəmənin bərpa edilməsi” hissəsində mümkün sayılmamışdır.
6. Cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 07 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmçinin, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işsiz şə xsin əsas meyarlarından biri olan işə başlamağa hazır olan şəxs kateqoriyasına aid olmamışdır. Onların müraciət etməkdə məqsədləri yalnız ödəmə ilə bağlı olmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadi, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. İddiaçın ın arvadının mülkiyyətində FORD TRANSİT markalı nəqliyyat vasitəsi (özü də iddia ərizəsində qeyd etmişdir) olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.3.10-cu yarımbəndinə uyğun olaraq aztəminatlılıq meyarına cavab verməməsi səbəbindən birdəfəlik ödəməni almaq hüququ yaranmamış və buna görə birdəfəlik ödəmədən imtina olunmuşdur.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4698/2020 saylı 25 avqust 2020-ci il tarixli qərarı ilə (hakim – Aytən Oruczadə) iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfin dən iddiaçının müraciətinə imtina edilərkən həmin zaman Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarına edilmiş dəyişiklikdən sonra qüvvədə olan Qərarın 2.3.10-cu və 2.3.12-ci bəndləri rəhbər tutularaq iddiaçının həyat yoldaşının adına nəqliyyat vasitəsinin olması əsas götürülmüşdür. Odur ki, iddia tələbi əsassızdır.
9. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının 03.02.2021-ci il tarixli, 21(103)-252/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Xəyalə Cəmilova, hakimlər – Namiq Cəfərov və Rəşad Həsənov) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4698/2020 saylı 25 avqust 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Məhkəmə qərarı iddiaçıya 12.02.2021-ci il tarixində təqdim edilmişdir.
13. İddiaçı 15.03.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.02.2021-ci il tarixli, 2-1(103)-252/2021 nömrəli qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilm əsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, Nazirlər Kabinetinin 127 nömrəli Qərarının 2.3.10-cu yarımbəndinə uyğun olaraq cavabdeh orqana müraciət edilən tarixdə iddiaçı və ailəsi aztəminatlılıq meyarına tam uyğun olub. Çünki, o və ailəsi dövlət qurumlarından ödənişlər almayıb və heç bir yerdən gəlirləri olmayıb. Eyni zamanda, bu dövrdə qüvvədə olan Qərarın həmin yarımbəndlərində dövlət qurumlarından ödənişlər alan şəxslərdən söhbət gedir, nəqliyyat vasitəsindən isə söhbət getmir. Odur ki, cavabdehin imtinası göstərilən Qərara görə əsassızdır.
15. Məhkəmə qərarında qeyd etmişdir ki, “həmin Qaydalara əsasən birdəfəlik ödəmənin m əqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir”. Onda belə nəticəyə gəlmək olur ki, apellyasiya instansiyası məhkəməsinin əsaslandığı dəlilin məntiqi-hüquqi əsası yoxdur. Çünki, həmin dövrdə iddiaçının ailəsi işsiz olub, həm də heç bir yerdən gəliri olmayıb. Beləliklə də, iddiaçının ailəsinin sosial müdafiəsi təmin olunmayıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəb ul edilməsini xahiş etmişdir.
18. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X4 izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.6-cı maddəsinə əsasən işsiz şəxs- işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və q aydası»nın 1.1-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir.
21. Həmin Qaydalara əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya döv ründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilir (1.2, 1.3, 1.4, 2.1 və 2.2-ci bəndləri).
22. Həmin Qərarın 2.3-cü bəndinə əsasən Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə (2.3.1); əmək pensiyaçılarına (2.3.2); aylıq müavinət alanlara (2.3.3.); aylıq təqaüd alanlara(2.3.4); özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə(2.3.5); işsizlikdən sığorta ödənişi alanlara (2.3.6); peşə hazırlığına görə təqaüd alanlara (2.3.7); 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə(2.3.8); əri və ya a rvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara(2.3.9); əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə (2.3.10).
23. Sonradan “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 149 saylı 25 aprel 2020-ci il tarixli Qərarın 2.3-cü bəndinə 2.3.11-2.3.15-ci yarımbəndlər əlavə edilmişdir: mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara (2.3.11); mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara (2.3.12); birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara(2.3.13); yaşı 18-dən aşağı olanlara(2.3.14); Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi tərəfindən bu Qaydaların 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. Həmçinin, 2.3.10-cu bəndində, bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarımbəndlərində göstərilən şəxslərin əri və ya arvadı kimi qeyd olunması qərara alınmışdır.
24. İnzibati Prosessual Məcəlləni n 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
25. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
26. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməmə si barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qəra rının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçının 190 manat birdəfəlik ödəmənin verilməsi üçün müraciət etdiyi dövrdə onun həyat yoldaşının adına nəqliyyat vasitəsi olmuşdur. Bu hal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 016-40185M-4220 saylı 14.05.2020-ci il tarixli məktubunda da öz təsdiqini tapmışdır. Eyni zamanda iddia ərizəsində də iddiaçı həyat yoldaşı Nailə Məmmədovanın adına nəqliyyat vasitəsinin olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 016-401852M-4220 saylı 23.09.2020ci il tarixli məktubundan görünür ki, “FORD TRANSİT YÜK” markalı, **-**-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 05.12.2019-cu il tarixdə X2 adında qeydiyyata alınmış, 30.07.2020-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq dövlət qeydiyyata nişanı dəyişdirilmədən X3 adına rəsmiləşdirilmişdir. Cavabdeh inzibati orqanın da birdəfəlik ödəmənin imtinasının əsasını məhz iddiaçının həyat yoldaşının adında müraciət etdiyi dövrdə nəqliyyat vasitəsinin olması olmuşdur.
31. İddiaçı kassasiya şikayətində Nazirlər Kabinetinin qərarında nəqliyyat vasitəsi olan şəxslərlə bağlı heç bir məhdudiyyətin olmadığını bildirsə də, hazırkı qərarın 23-cü bəndində göstərilən normaların məzmunundan aydın olur ki, iddiaçının kassasiya şikayətinin bu dəlilinin heç bir hüquqi əsası yoxdur. Belə ki, sözügedən qərarda özünün və ya arvadının (ərinin) mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vas itəsi olanlara birdəfəlik ödəmənin verilməməsi ilə bağlı birbaşa göstəriş vardır.
32. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilərkən həmin zaman müvafiq qərara edilmiş dəyişiklikdən sonra qüvvədə olan Qərarın 2.3.10-cu və 2.3.12-ci bəndləri rəhbər tutularaq iddiaçının həyat yoldaşının adına nəqliyyat vasitəsinin olması əsas götürülmüşdür. Cavabdehin imtinası əsaslı olduğundan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
33. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.
34. Odur ki, iddiaçının kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.02.2021-ci il tarixli, 2-1(103)252/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən mə hkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.02.2021-ci il tarixli, 21(103)-252/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.