Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-845/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (dayandırılmış pensiyanın bərpa edilməsi) Giriş hissə: Hakimlər: Nigar Rəsulbəyova - sədrlik edən və məruzəçi hakim, İlqar Hüseynov, Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi filialına qarşı 2015-ci ildən təyin edilmiş pensiyanın 2017-ci ilin iyun a yından dayandırılmasının qanunsuz hesab edilməsi və dayandırılmış pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-297/2021 nömrəli iş üzrə 15 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı İddiaçı (Ş/V- 0*******, FİN- xxxxxxx) 15.7.1949-cu ildə Qusar rayonunun, Yasab kəndində anadan olub, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşayır.
2. İş materiallarına əlavə edilmiş əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1984-cü ildən xx.xx.1992-ci ilə qədər fasilələrlə əmək fəaliyyəti ilə məşğul olmuşdur.
3. AR Mədəniyyət və Turizm Nazirliyi Bakı Dövlət Sirkinin 4 oktyabr 2013-cü il tarixli, 19 nömrəli arayışına əsasən, iddiaçı həqiqətəndə 26 may 1971-ci il tarixdən 29 may 1973-cü il tarixinədək Bakı Dövlət Sirkində sürücü vəzifəsində işləmişdir.
4. Qusar rayon Məhkəməsinin 5 iyun 2015-ci il tarixli, 2(029)-532/2015 nömrəli qətnaməsi ilə, iddiaçıya 11 iyul 1967-ci il tarixdən 25 aprel 1971-ci il tarixədək Qusar rayon Kinoteatr və Kinoqurğular birliyində kinomexanik, 7 iyul 1987-ci il tarixdən 9 noyabr 1988-ci il tarixədək “Revolyusiya” sovxozunda, 1994-cü ilin yanvar-aprel aylarında və 1995-ci ilin iyul-avqust aylarında “Telman” sovxozunda işləməsi hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir.
5. Qusar rayon Məhkəməsinin 2-272 nömrəli 2007-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə X6 arasında bağlanmış 8 iyul 1986-cı il tarixli nikah pozulmuşdur.
6. Qusar rayon Məhkəməsinin 2(029)-657/2011 saylı, 26 avqust 2011-ci il tarixli qətnaməsi ilə Qusar rayonunun Yasab kəndində yaşayan X3 hər ay qazancının (başqa gəlirlərinin) yarısının 26 avqust 2011-ci il tarixdən başlayaraq tutulub 10 aprel 1995-ci ildə anadan olmuş X1, 06 iyul 1998-ci ildə anadan olmuş X4 və 09 iyul 2000-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Qusar rayonunun Yasab kəndində yaşayan İddiaçı verilməsi qət edilmişdir. 7. 2015-ci ildən DSMF-nin Qusar rayon şöbəsi tərəfindən iddiaçıya ömürlük 111.86 manat pensiya təyin edilmişdir. 8. 09.06.2017-ci il tarixdən pensiyanın hesablanması dayandırılmış və DSMF-nin Qusar rayon şöbəsi tərəfindən iddiaçıya bildirilmişdir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınmış iş stajı öz təsdiqini tapmadığı üçün əmək pensiyasının ödənişi dayandırılmış və əmək (sığorta) stajları qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq olunduqdan sonra pensiya hüququna yenidən baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı cavabdehin imtinasının qanunsuz sayılması, Qusar rayon məhkəməsinin 05 iyun 2015-ci il tarixli qətnaməsinə əsasən 5 il 5 ay 08 gün dövrünün, əmək kitabçası üzrə 6 il 8 ay 06 gün dövrünün və 04 oktyabr 2013-cü il tarixli 19 saylı arayışa əsasən 2 il 03 gün dövrünün, cəmi 14 il 01 ay 17 gün iş dövrünün sosial sığorta stajına daxil edilməsi və 2015-ci ildən yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzi bati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
10. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 26 fevral 2015-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün DSMF Qusar rayon şöbəsinə müvafiq sənədləri təqdim etmiş və ona pensiya təyin olunmuşdur. 09 iyun 2017-ci il tarixdə 37/314 saylı məktubla ona bildirilmişdir ki, yaşa görə əmək pensiyası təyin edilməsi zamanı nəzərə alınmış iş stajı öz təsdiqini tapmadığı üçün, əmək pensiyanın ödənişi dayandırılmış və əmək ( sığorta ) stajları qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq olunduqdan sonra pensiya hüququna yenidən baxılacaqdır. 2015-ci ildə Qusar rayon məhkəməsinə ərizə ilə müraciət edərək 11 iyul 1967-ci il tarixdən 25 aprel 1971-ci il tarixədək Qusar rayon kinoteatr və kinoqurğular birliyində kinomexanik, 7 iyul 1987-ci il tarixdən 09 noyabr 1988-ci il tarixədək sabiq “ Revolyusiya” sovxozunda, 1994-cü ilin yanvar-aprel aylarında və 1995-ci ilin iyul-avqust aylarında “Telman ” sovxozunda işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsini xahiş etmiş, Qusar rayon Məhkəməsi 05 iyun 2015-ci il tarixli qətnaməsi ilə ərizəsini təmin etmiş, yuxanda göstərilən əmək fəaliyyətini sosial sığorta stajına hesablamışdır. Kinobirliyindən işdən azad olunduqdan sonra yəni 26 may 1971-ci il tarixdən ( əmr № 23 ) 29 may 1973-cü il tarixədək ( əmr № 52 ) Bakı Dövlət sirkində sürücü vəzifəsində işləmiş, bu xüsusat 04 oktyabr 2013-cü il tarixli 19 saylı arayışla təsdiq olunur. 6 iyun 1984-cü il tarixli, 93 saylı əmrə əsasən, CMY-ll-ə suvaqçı işinə qəbul olunmuş, həmin təşkilatda 18 iyun 1984-cü il tarixdə əmək kitabçası tərtib edilmiş, suvaqçı işindən 03 oktyabr 1987-ci il tarixdə azad olunmuşdur. 06 iyul 1987-ci il tarixdən - 09 noyabr 1988-ci il tarixədək sovxozda və 26 noyabr 1988-ci il tarixdən - 09 may 1992-ci il tarixədək əmək fəaliyyəti əmək kitabçasında əks olunmuşdur. İş stajı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən, 5 il 5 ay 08 gün, əmək kitabçasına əsasən, 6 il 8 ay 06 gün və 04 oktyabr 2013-cü il tarixli 19 saylı arayışa əsasən, 2 il 03 gün cəmi 14 il 01 ay 17 gün hesablanmalıdır.
11. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, Qusar rayon şöbəsi tərəfindən iddiaçıya verilən imtina məktubunda qeyd olunmuşdur ki, onun işlədiyi müvafiq illər (11 iyul 1967-ci ildən 25 aprel 1971 -ci ilə kimi Qusar rayon “Kinoteatr və Kinoqurğular Birliyində” kinomexani k, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilə kimi “Revolyusiya” sovxozunda, 1994-cü ilin yanvar, aprel, 1995-ci ilin iyul, avqust aylarında “Telman” sovxozunda işlədiyi illər) əmək kitabçasında qeyd edilmədiyi üçün həmin dövrlərin iş stajına daxil edilməsi mümkün olmamışdır. Daha sonra İddiaçı iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət edərək, 11 iyul 1967-ci ildən 25 aprel 1971-ci ilə kimi Qusar rayon “Kinoteatr və Kinoqurğular Birliyində” kinomexanik, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilə kimi “Revolyusiya” sovxozunda, 1994-cü ilin yanvar, aprel, 1995-ci ilin iyul, avqust aylarında “Telman” sovxozunda işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə ərizəçinin iddia tələbi təmin edilmişdir. İddiaçının işlədiyi illər hüquqi fakt kimi Qusar Rayon Məhkəməsinin qətnaməsi ilə təsdiq edildikdən sonra yenidən DSMF Qusar rayon şöbəsinə müraciət etmişdir. Vətəndaşın müraciətinə baxılaraq müvafiq şöbə tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan şöbə tərəfindən daxili audit yoxlamaları həyata keçirilmiş və iddiaçının övladına qulluq etdiyini təsdiq edən sənədlərdə uyğunsuzluq aşkar edilmişdir. Qeyd olunan səbəbdən vətəndaşa təyin edilmiş əmək pensiyası dayandırılmışdır. İddiaçının əmək kitabçasında 1984-1992-ci illər ərzində müxtəlif müəssisələrdə və vəzifələrdə işlədiyi qeyd olunsa da, əmək kitabçasında müəssisələrdən yalnız birinin möhürü mövcuddur. Digər bir məsələ isə vətəndaşın məhkəməyə təqdim etdiyi əmək kitabçasından çıxarışın oxunaqlı vəziyyətdə olmamasıdır. Belə ki, məhkəməyə təqdim olunan çıxarışda vətəndaşın hansı müəssisələrdə və hansı vəzifələrdə işləməsi faktı aydın şəkildə öz əksini tapmamışdır. Həmçinin iddiaçı sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddətinin də sosial sığorta stajına daxil edilməsini mübahisələndirmişdir. Belə ki, iddiaçı Məmmədova Aynisəyə hazırkı dövrə qədər qulluq etdiyini iddia edir. Lakin Əmək və Əhalinin Dövlət Sosial Müdafiə Nazirliyi yanında Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 22 saylı Tibbi Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən 18 yaşınadək uşağın tibbi sosial ekspert komissiyasında müayinə aktından çıxarışda valideyn (qəyyum) qismində X7 adı qeyd olunmuşdur. Bu səbəbdən xx.xx.2004-xx.xx.2006-cı il, 01.099.2014-cü ildən 18 yaşı tamam olanadək TSEK arayışlarını n qəbul edilərək sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. Qusar Rayon Məhkəməsinin 2(029)-272/2007 nömrəli qətnaməsi ilə İddiaçı X5 boşanmışdır. Qusar Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli əmrinə əsasən, X5 xx.xx.2011-ci il tarixindən qazancının yarısı qədər hər ay aliment tutularaq İddiaçı ödənilmiş və qızı Məmmədova Aynisə 18 yaşına çatanadək saxlanılması üçün atasına verilmişdir. İddiaçı tərəfindən məhkəmə iclası zamanı Məmmədova Aynisəyə qulluq etdiyi dövrlə bağlı tərtib edilmiş xx.xx.2020-ci il tarixli akt təqdim edilmişdir. Həmin akta əsasən Məmmədova Aynisə 2007-ci il tarixdən hazırki dövrə kimi atasının himayəsində yaşayır, lakin iş materiallarında olan 2015-ci il tarixli qulluq aktında qeyd olunmuşdur ki, Məmmədova Aynisəyə xx.xx.2010-cu ildən xx.xx.2015-ci ill ərdə atası tərəfindən qulluq edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, İddiaçı tərəfindən qızına qulluq etdiyi dövrləri təsdiq edən qulluq aktları və məhkəmə əmri arasında ziddiyyət vardır. Həmçinin onu da nəzərə almaq lazımdır ki, vətəndaş 2015-ci ildə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şöbəyə müraciət etmişdir. Vətəndaşın 2015-ci ildə hüququ yarandığı üçün qızına qulluq etdiyi dövr üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli əmri ilə yalnız 2011-2015-ci illər nəzərə alına bilər. İddiaçının müvafiq illərə dair işlədiyini təsdiq edən sənəd qismində arxiv arayışları sosial sığorta stajını təsdiq edən sənəd kimi nəzərə alınmır. Lakin həmin dövr üzrə arxiv arayışlarında qeyd olunan əmək stajı sosial sığorta stajı kimi nəzərə alınsa da qeyd olunan dövr üzrə 5 il 5 av 16 gün və sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş övladına qulluq dövrü xx.xx.2011ci ildən 2015-ci ilədək olan 4 il nəzərə alınsa ümumilikdə stajı 9 il 5 ay 16 gün təşkil edir. Göründüyü kimi qanunvericiliklə tələb olunan sosial sığorta stajı 12 il olduğu halda, iddiaçının 9 il 5 ay 16 gün sosial sığorta stajı mövcuddur.
12. Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2-1(118)293/2020 nömrəli (sədrlik edən hakim Ceyhun Məmmədov) qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının əmək kitabçasından çıxarışda, Bakı Dövlət Sirki tərəfindən verilmiş arayışda, Qusar rayon məhkəməsinin 2(029)-532/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş işlədiyi dövrləri və İİ qrup sağlamlıq imkanları məhdud övladı Aynisə Məmmədovaya qulluq etdiyi müddət sosial sığorta stajına daxil edilərək xx.xx.2016-cı il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qusar rayon şöbəsinin üzərinə qoyulmuş, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarını ləğv edərək yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2020-ci il tarixli, 2-1(105)-373/2020 nömrəli (hakimlər Zaur Məmmədov-sədrlik edən və məruzəçi, Fuad Məmmədov və Məhəmmədəli Rzayev) qərardadı ilə apellyasiya şikayəti qismən təmin edil miş, birinci instansiya məhkəməsinin 20 may 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. birinci instansiya məhkəməsindəki ikinci icraat
15. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 2015-ci ildən təyin olunmuş pensiyanın 2017-ci ilin iyul ayından dayandırılmasının qanunsuz hesab edilməsi və dayandırılmış pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
16. Sumqayıt İnzibati Məhkəməsinin 3 fevral 2021-ci il tarixli, 2-1(118)378/2021 nömrəli (sədrlik edən hakim İsmayıl Quliyev) qərarı ilə iddia təmin edilmiş, iddiaçının 2015-ci ildə təyin edilmiş, 2017-ci ilin iyun ayından dayandırılmış pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə vəz ifə olaraq qoyulması qərara alınmışdır.
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2015-ci ildən inzibati orqana müraciət etdiyindən və onun yaşa görə pensiya hüququ həmin dövrdə yarandığından, yəni yaşa görə pensiyaya çıxmaq üçün zəruri olan yaş həddinə və sığorta stajına həmin dövrdə malik olduğundan ona pensiya təyinatı zamanı həmin dövrdəki qanunvericilik tətbiq edilməlidir.
18. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 3 fevral 2021-ci il tarixli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
19. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 2007-ci ilin sentyabrın 1-dən 01 mart 20 14-cü il tarixədək sağlamlıq imkanları məhdud Anisə Məmmədovaya qulluq illərinin sığorta stajına daxil edilməsini xahiş etmişdir.
20. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 2-1(105)-297/2021 nömrəli (hakimlər Hökümə Babayeva-sədrlik edən və məruzəçi, Rəşadət Ağayev və İlqar Dəmirov) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 3 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmiş, iddia təmin edilmiş, iddiaçının xx.xx.2007-ci ildən xx.xx.2014-cü il tarixədək sağlamlıq imkanları məhdud qızı Aynisə Məmmədovaya qulluq etdiyi illər sığorta stajına daxil edilməklə, 2017-ci ilin iyun ayından dayandırılmış pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.
21. C avabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a)kassasiya şikayətinin dəlilləri
22. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4.1. “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa gö rə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay art ırılır. 25. “İnzibati icraat haqqında” Qanun: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzd ən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
26. İnzibati Prosessual Məcəllə: Maddə 12.1 Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb ed ən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqd an sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 27. “Məzahir Cəfərov Azərbaycana qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş dir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığ ı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırma ları yetərli hesab olunur.
33. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh hazırkı qərarın 29-cu bəndində qeyd olunan maddi hüquq normaların tələblərinə zidd hərəkət etmişdir. Belə ki pensiyanın dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın başlanması (iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması) barədə qərar qəbul edilməmiş, inzibati icraat aparılmamış, inzibati icraat barədə iddiaçı məlumatlandırılmamış, inzibati icraatda iddiaçının iştirakı təmin edilməmiş, cavabdehin istinad etdiyi hallar obyektiv araşdırılmamış, iddiaçının cavabdeh inzibati orqana etimad hüququ gözlənilməmiş, başqa sözlə, aparılan icraat “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olmamış, həmçinin, aparılan inzibati icraatın nəticəsində inzibati aktk onkret olaraq pensiyanın dayandırılması barədə qərar qəbul edilməmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-297/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.