Məhkəmə qərarları › İş №2-1(102)-845/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-845/2023

18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-845/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: mənzilin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “iddiaçıya mənzil verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 2-1(103)2511/2022 nömrəli, 22 dekabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1980-ci il tarixli İİ-JQ seriyalı 374254 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X3 ilə İddiaçı xx.xx.1980-ci ildə nikaha daxil olmuşdur. Həmin nikahdan iddiaçının bir oğlu vardır.

2. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda zabit heyətində xidmət edən həyat yoldaşı xx.xx.1992-ci il tarixdə şəhid olmuşdur.

3. İddiaçı Ə.Hacıyev küçəsi, ev 46C, mənzil 33 ünvanda qeydiyyatsız yaşayır. Ailə üzvləri: özü, oğlu X4, gəlini X5, nəvəsi X2, nəvəsi X1.

4. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək mənzil ilə təmin edilməsini xahiş etmişdir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd olunmuşdur: “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində xx.xx.2014-cü il tarixədək uçota alınmış bu kateqoriyadan olan şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20142028-ci illər ərzində m ərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Siz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qanunvericiliyə uyğun olaraq 2019-cu il tarixində Bakı şəhəri Nizami rayonu B.Çobanzadə küçəsi 2399-cu məhəllədə 12 mərtəbəli binada 2 otaqlı mənzillə təmin edilmisiniz. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

6. İddiaçı 16 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, pozulmuş mənzil hüququnun bərpa olunması üçün binada boş 3(üç) otaqlı mənzil verilməsi və ya əlavə 1(bir) otaqlı mənzil verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçının ərizəsi əs asında cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz edilmişdir.

8. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona əlavə 1(bir) otaqlı mənzil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əri Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda zabit heyətində xidmət etmiş və şəhid olmuşdur. Onun övladı 18 yaşına çatmamış əlil olmuş şəxsdir, hazırda ikinci qrup ömürlük “əlillik” və “şəhid ailəsi” statuslarına malikdir, ailəlidir, iki övladı var. İddiaçının özü də ikinci qrup əlildir. «Şəhid adının əbədiləşdirilməsi və ş əhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələblərinə görə iddiaçının övladına 18 yaşdan sonrakı dövrdə də əlil olduğundan, “şəhid ailəsi” statusu verilmişdir. 1 mart 2002-ci il tarixdən mənzil uçotuna götürülərək növbə gözləmişdir. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətində 19 il növbədən sonra Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə zidd olaraq, 3 otaqlı mənzil olduğu və iddiaçının növbəsi 19 il təşkil etdiyi, ailədə iki “şəhid ailəsi” iki uşaq, həyat yoldaşı olduğu halda, 2 otaqlı mənzil verilməsinə qərar vermişdir.

10. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı aztəminatlı hesab olunduğundan Dövlət Mənzil Fondunun ehtiyatları hesabına mənzillə təmin olun muşdur. 1) Aztəminatlı vətəndaşların sosial kirayə müqaviləsi əsasında mənzillə təmin olunma səviyyəsi Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 saylı qərarına əsasən müəyyənləşir. Nazirlər Kabinetinin 459 saylı qərarına görə sosial kirayə müqaviləsi əsasında Dövlət Mənzil Fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq 16 kv.m müəyyən edilmişdir. Bu normadan göründüyü kimi, mənzil sahəsinin adambaşına düşən sahəsi 16 kv.m-dir. Hazırkı iş üzrə isə vətəndaşın ailə tərkibi 4 nəfərdən ibarət olmasına baxmayaraq, ona 64 kv.m deyil, normadan çox sahədə– 84 kv.m yaşayış sahəsi verilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 57.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından i ki dəfədən çox olmamaq şərtilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun. Maddədən aydın olduğu kimi, adambaşı normadan artıq ölçüdə yaşayış sahəsi ancaq o halda verilə bilər ki, həmin mənzil bir otaqdan ibarət olsun. Hazırkı iş üzrə isə vətəndaşa adambaşına düşən yaşayış sahəsi normasından artıq birotaqlı mənzil verilməli olduğu halda ona güzəşt edilərək ikiotaqlı mənzil təmin edilmişdir. 2) Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən Dövlət Mənzil Fonduna münasibətdə vətəndaşların sosial mənzillərlə təmin olunması səviyyəsi Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və di gər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 saylı qərarına əsasən sosial kirayə müqaviləsi əsasında Dövlət Mənzil Fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən Dövlət Mənzil Fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq 16 kv.m müəyyən edilmişdir. Normadan göründüyü kimi yaşayış sahəsiylə təmin edərkən nəzərə alınan ən əsas məsələ Dövlət Mənzil Fondunun ehtiyatlarının kifayətliliyidir. Vətəndaşın yaşadığı məhəllədə Qarabağ əlilləri üçün ayrılmış binalarda 3 otaqlı mənzil kifayət qədər az olduğu üçün onlar ailə tərkibi daha geniş olan ailələr ü çün nəzərdə tutulmuşdur. Buna görə də vətəndaşın tələbini təmin etmək mümkün deyildir. Konstitusiya Məhkəməsinin Plenumunun 1 dekabr 2010-cu il tarixli Qərarına əsasən “şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Sosial kirayə müqavilələri əsasında mənzillər Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və digər müxtəlif kateqoriyalardan olan minlərlə vətəndaşa təmin olunur və onların bir çoxu geniş ailə tərkibinə malikdir. Belə olan halda ailə tərkibi 5 nəəfərdən ibarət olan və normadan artıq ölçüdə yaşayış sahəsi ilə təmin olunmuş vətəndaşa 3 otaqlı mənzilin verilməsi əsassız olmaqla yanaşı həm də dövlət büdcəsinin və Dövlət Mənzil Fondunun imkanları xaricindədir.

11. Azərbay can Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd olunmuşdur: Nizami Rayon İcra Hakimiyyətindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş mənzil növbəsinə alınmış imtiyazlı şəxslər barədə 2014-cü il 03 mart tarixli 03/123 nömrəli məktubda 2002-ci il 01 mart tarixdən mənzil növbəsinə dayandığı qeyd edilən İddiaçı Nazirlik tərəfindən qanunvericiliyə uyğun 26 dekabr 2019-cu il tarixində Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 2399-cu məhəllədə inşa edilmiş 12 mərtəbəli, 96 mənzilli yaşayış binasında mənzil nömrə 12, mərtəbə 4, giriş 1, otaq sayı 2 olan 83.03 kvadratmetrlik mənzil təhvil verilmişdir. 36 ədəd 1 otaqlı mənzil, 48 ədəd 2 otaqlı mə nzil və 12 ədəd 3 otaqlı mənzildən ibarət olan 96 mənzillik binanın hər bir mənzili imtiyazlı şəxslərə təqdim olunmuşdur. Qeyd olunan yaşayış binasında mövcud olan 2 otaqlı mənzillərin ümumi sahəsi 84.17, 83.03, 91.03, 81.92 kvadratmetr, 3 otaqlı mənzillərin ümumi sahəsi isə müvafiq olaraq 105, 110.91, 111.07, 121.73 kvadratmetrdr. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 459 nömrəli qərarı ilə yaşayış sahəsinin ayrılma norması 16 kvadratmetr müəyyən edilir.

12. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2002-ci il tarixli 105 nömrəli Sərəncamının təsdiq edilmiş surətinə əsa sən iddiaçı şəhid ailəsidir və o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Rayon İcra Hakimiyyəti başçısı aparatının mənzil məsələləri üzrə ictimai komissiyası şəhid ailəsi İddiaçı mənzil-uçot işini nəzərdən keçirərək 52 nömrəli xx.xx.2002-ci il tarixli protokolla rəsmiləşdirilmiş qərarı ilə onu mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab etmiş və bu qərarı baxılmaq üçün RİH-nin başçısına təqdim etmişdir. Qeyd edilənlərə əsaslanaraq şəhid ailəsi iddiaçının 3 nəfər ailə tərkibi ilə (özü, qızı İlhamə, oğlu Mehralı) imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilməsi barədə sərəncam verilmişdir.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5117/2020 nömrəli, 25 noyabr 2020-ci il tarixli qərarı ilə (hakim P.A.Hüseynov) iddia qismən təmin edilmiş, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində mənzillə təmin edilməsi məsələsinə yenidən baxılması öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. İddia digər hissədə təmin edilməmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı 2002-ci il tarixdə 3 nəfər ailə tərkibi ilə imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilmişdir. Məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, hazırda iddiaçının ailə üzvləri özü də daxil olmaqla 5 nəfərdən ibarətdir. Lakin iddiaçı mənzillə təmin edilərkən yaşayış sahəsinin ayrılma normasının düzgün nəzərə alınması üçün onun ailə üzvlərinin sayı cavabdeh tərəfindən dəqiqləşdirilməmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddia tələbində qeyd olunan məsələyə cavabdeh inzibati orqan tərəfindən yenidən baxıl malıdır.

15. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1239/2021 nömrəli, 14 iyul 2021-ci il tarixli qərardadı ilə (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə A.S.Hüseynov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5117/2020 nömrəli, 25 noyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, işin sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı 2 otaqlı ümumi sahəsi 84 kv.m olan mənzillə təmin olunarkən cavabdeh orqan tərəfindən onun 5 nəfər ailə üzvündən ibarət tərkibdə olması nəzərə alınmışdır. Lakin iddiaçının bundan narazı qalıb, əlavə olaraq ona bir otaqlı mənzilin verilməsi ilə bağlı müraciətinə də cavabdeh inzibati orqan tərəfindən faktiki olaraq baxıldığı müəyyən olunur, belə ki, iddiaçıya ünvanlanmış məktubla cavabdeh iddiaçının məhz üç otaqlı mənzillə bağlı müraciətinə münasibət bildirmişdir. Apellyasiya baxışı zamanı müəyyən olundu ki, iddiaçı sonradan iddia tələbini dəqiqləşdirərək bir otaqlı mənzillə təmin olunmasını tələb edərkən onun hüquqi marağının üç otaqlı mənzillə təmin olunmasına yönəldildiyi işə baxan məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə olan halda iddiaçının mənzillə təmin olunma barədə müraciətinə cavabdeh tərəfindən baxılıb münasibət bildirildiyi üçün işə birinci instansiya qaydasında yenidən baxılarkən həmin müraciətlə bağlı cavabdehin imtinasının qanuniliyi və əsaslılığı yoxlanılmalı və iddiaya mahiyyəti üzrə baxılıb qiymət verilməlidir. c) birinci instansiya məhkəməsində ikinci icraat

18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-272/2022 nömrəli, 11 aprel 2022-ci il tarixli qərarı ilə (hakim R.L.Kərimli) iddia təmin edilməmişdir.

19. Məhkəmə qeyd etmişdir ki, inzibati orqan tərəfindən iddiaçıya Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 2399-cu məhəllədə inşa edilmiş 12 mərtəbəli, 96 mənzilli binada iki otaqlı 83,03 kv.m ölçüdə mənzilin verilməsi «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbləri baxımından mütənasib qiymətləndirilir və ona əlavə olaraq bir otaqlı mənzilin verilməsi üçün qanuni əsa s mövcud deyil. Nəzərə alınmalıdır ki, iddiaçı əldə etdiyi 2 otaqlı mənzili təhvil verməklə Bakının başqa rayonunun ərazisində ona 3 otaqlı mənzilin verilməsi təklifini qəbul etməmişdir.

20. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2511/2022 nömrəli, 22 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və M.N.Tağızadə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-272/2022 nömrəli, 11 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı oğlunun ailə həyatı qurduğunu və ailə tərkibinin 5 nəfərdən ibarət olduğunu qeyd edərək 2 otaqlı mənzilin kifayət etmədiyini bildirmişdir. Bununla bağlı qeyd edilməlidir ki, həmin şəxslər sırasında iddiaçının gəlini və nəvəsinin olduğu qeyd olunmuşdur ki, həmin şəxslər də Mənzil Məcəlləsinin 30-cu maddəsində qeyd olunan ailə üzvlərinin (ər, arvad, uşaqlar və valideynlər) dairəsinə düşən şəxslər hesab olunmur. Qanunvericilik digər qohumların ailə üzvü hesab edilə bilməsini isə mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanların mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürülməsi ilə şərtləndirmişdir. Hazırki işdə isə belə halın mövcudluğu müəyyən olunmur. Belə ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlə rinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Hətta hazırkı halda da iddiaçının hər bir ailə üzvünə düşən sahə (83.03kvm: 5 nəfər) uçot normasından (16 kvm) çoxdur.

23. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının mənzil verilməsini iddia etdiyi və hazırda 2 otaqlı mənzilində yaşadığı binada imtiyazlı ailələrə mənzillərin verilməsi ilə bağlı icraat materialları araşdırılmışdır. İddiaçı mənzillərin bölüşdürülməsi üzrə müvafiq püşkatma tədbi rində iştirak etmiş (aydındır ki, otaqların sayına görə püşkatmalar ayrılıqda keçirilir) və ona verilən iki otaqlı mənzilin açarlarını təhvil almış, sözügedən mənzildə həmin ərəfədən də başlayaraq yaşayır. İddiaçı ona ayrılan mənzilin sahəsinin müvafiq yaşayış sahəsinin ayrılma normasından az olmasını əsas gətirərək, mənzilin verilməsini tələb edir. Həmin binada olan üç otaqlı mənzillərin sahəsi 105 kv.m, 110,91 kv.m, 111.07 kv.m və 121.73 kv.m-dir. Bununla belə iş üzrə icraat zamanı iddiaçıya Bakı şəhərinin başqa rayonunun (Sabunçu rayonu) ərazisində 3 otaqlı mənzil təklif olunsa da, o, bununla razılaşmamışdır.

24. Bundan başqa, iddiaçı apellyasiya icraatı zamanı iddia tələbində dəqiqləşdirmə apararaq ona məhz Nizami rayonu ərazisində mənzilin verilməsini tələb etmişdir ki, bununla bağlı da məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq yerli icra hakimiyyəti (Nizami Rayon İcra Hakimiyyəti) tərəfindən mənzil növbəsinə götürülsə də, hazırda yerli icra hakimiyyətləri tərəfindən qeyd edilən kateqoriya şəxslərə mənzil sahələrinin verilməsi üçün aidiyyəti ərazilərdə bina tikintisi həyata keçirilmir, «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosialməişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 596 nömrəli Sərəncamına əsasən qeyd edilən imtiyazlı şəxslərə mənzil sahələrinin verilməsi məhz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə ayrılmış və növbəlik qaydasında nəzərdə tutulmuş ərazilərdə tikilmiş binalardan mənzil sahələrinin verilməsi təşkil edilir.

25. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

26. İddiaçı kassasiya şikayətində işin halları və iddia ərizəsinin dəlillərini sadalamış, Mənzil Məcəlləsinin 30.1, 48 və 51-ci maddələrinə, həmçinin MPM-nin 14.2, 88, 217 və 218ci maddələrinə istinad edərək şikayətin təmin edilməsini xahiş etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQ UQ

28. Mənzil Məcəlləsinin: -1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmu ş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. -4.0 və 4.0.2-ci maddələrinə əsasən dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. -48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiə yə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. -51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. -51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üz rə uçota alına bilər. -57.2-ci maddəsinə görə sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun və ya həmin yaşayış sahəsinə bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşın köçürülməsi nəzərdə tutulsun. -69.1-ci maddəsinə görə kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır.

29. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: -6.1-ci maddəsinə görə dövlət əlillik əlamətinə görə hər ha nsı ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyə səbəb olan risklərin aradan qaldırılmasına və ya azaldılmasına, əlilliyi olan şəxslərin reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir. -31.1-ci maddəsinə görə əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir.

30. «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələr inin sosialməişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 596 nömrəli Sərəncamı: Bənd

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirsin. 31. “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin a yrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarı: -Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin.

32. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu dur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

33. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

35. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

38. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiy a şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

39. Hazırkı işin hallarına əsasən, iddiaçı 2002-ci ildən mənzil növbəsinə götürüldüyünü və 5 nəfər ailə üzvündən ibarət olmaqla ona 3 otaqlı mənzil verilməli olduğu halda 2 otaqlı mənzil verilməsi ilə razı olmadığını, əlavə olaraq ya 1 otaqlı mənzilin veriməsini ya da 3 otaqlı mənzillə təmin edilməsini xahiş etmişdir.

40. İş materiallarından müəyyən olunur ki, iddiaçıya imtiyazlı əsaslarla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qanunvericiliyə uyğun olaraq 2019- cu il tarixində Bakı şəhəri Nizami rayonu B.Çobanzadə küçəsi 2399-cu məhəllədə 12 mərtəbəli binada ayrılmış mənzilin ümumi sahəsi 83,03 kv.m olmaqla 2 otaqdan ibarətdir. Hazırda iddiaçı oğlunun ailə həyatı qurduğunu və ailə tərkibinin 5 nəfərdən ibarət olduğunu qeyd edərək 2 otaqlı mənzilin kifayət etmədiyini bildirir.

41. Bununla bağlı məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarında ifadə olunan hüquqi mövqe ilə razılaşaraq qeyd edir ki, iddia tələbində sadalanmış şəxslər sırasında iddiaçının gəlini və nəvəsinin olduğu qeyd olunmuşdur ki, həmin şəxslər də Mənzil Məcəlləsinin 30-cu maddəsində qeyd olunan ailə üzvlərinin (ər, arvad, uşaqlar və valideynlər) dairəsinə düşən şəxslər hesab olunmur. Qanunvericilik digər qohumların ailə üzvü hesab edilə bilməsini isə mülkiyyət çinin himayəsində olan əmək qabiliyyəti olmayanların mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürülməsi ilə şərtləndirmişdir. Hazırki işdə isə belə halın mövcudluğu müəyyən olunmur.

42. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

43. Məhkəmə kollegiyası hesab edir ki, ayrılmış mənzildə hətta hazırkı halda iddiaçının hər bir ailə üzvünə düşən sahə (83.03kv.m: 5 nəfər) uçot normasından (16 kv.m) çoxdur. Belə ki, “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarına əsasən, sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir.

44. Beləliklə, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə hazırkı mübahisə ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

45. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına prosessual hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə razılaşır.

46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2511/2022 nömrəli, 22 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar