Məhkəmə qərarları › İş №2-1(102)-845/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-845/2024

17.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-845/2024 17.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: söküntüyə görə kompensasiya Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-32/2023 nömrəli, 30 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-288A KOD50702018 nömrəli şəhadətnaməyə əsasən müəyyən edilir ki, Samux rayon Aqrar İslahat Komissiyasının 2000-ci il tarixli, 106 nömrəli qərarı ilə İddiaçı 0,08 ha torpaq sahəsi verilmişdir.

2. Samux rayonu, İnstitut qəsəbəsində yerləşən fərdi yaşayış evi 12 yanvar 2006-cı il tarixli qeydiyyat vəsiqəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır.

3. Samux rayonu, Alıuşağı kənd sakini İddiaçı Samux rayonu, İnstitut qəsəbəsində 13,4 kv.m sahədə olan yaşayış otağının və həmin yaşayış otağının qarşısında 10,0 kv.m həcmində inşa edilmiş çardağın qiymətlədirilməsinə dair müstəqil auditor rəyi ilə qiymətləndirilən əmlakın 23 de kabr 2010-cu il tarixə uyğun olaraq dəyəri cəmi 30 987 manat 14 qəpik olduğu müəyyən edilmişdir.

4. İddiaçı ona məxsus yaşayış sahəsinin tam dağıdılaraq uçurulması ilə bağlı Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinə müraciət edərək kompensasiya tələb etmiş, Kəpəz rayon İcra Hakimiyyəti onun müraciətinə cavab verməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Kəpəz rayonu, Natəvan qəsəbəsində yerləşən 19.4 kv.m. yaşayış sahəsi və 10 kv.m. çardağın 11 sentyabr 2014-cü il tarixdə cavabdeh tərəfindən sökülməsi nəticəsində vurulan 30.987,14 manat məbləğində kompensasiyanın, cavabdehin qanunsuz hərəkəti nəticəsində mənəvi sarsıntılar, mənəvi iztirablar keçirdiyi üçün on a vurulmuş mənəvi zərərə görə 10.000 manat məbləğində pulun ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1991-ci ildə keçmiş Xanlar rayonunun X11 İcraiyyə Komitəsinin mövcud qərarı ilə keçmiş Xanlar rayonun İnstitut qəsəbəsi, indiki Gəncə şəhəri, Natəvan qəsəbəsində 0.08 hektar torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün onun istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin Fərmanı və “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, həmçinin Samux rayon Aqrar İslahat Komissiyasının 02 avqust 2000-ci il tarixli, 106 saylı qərarı ilə istifadəsində olan 0.08 hektar həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Bu hal, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-288 F kod 50702018 saylı şəhadət namə ilə təsdiq olunur. 1992-ci ildən istifadəsində olan 0.08 hektar torpaq sahəsinin plan və ölçüləri gözlənilməklə, ümumi sahəsi 19.4 kv.m ibarət bir yaşayış sahəsi və 10 kv.m. çardaqdan ibarət ev inşa etmişdir. 11 sentyabr 2014-cü il tarixdə heç bir əsas və səbəb olmadan Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə qanuni mülkiyyətində olan yaşayış sahəsinə müdaxilə edilmiş, yaşayış sahəsi tam dağıdılmış, nəticədə ona zərər vurulmuşdur. Bu hadisə ilə bağlı cavabdehə müraciət edərək ona məxsus yaşayış sahəsinin bərpa olunmasını xahiş etmiş, yaşayış sahəsinin bərpa olunmasına söz verilsə də, bu günə kimi heç bir tədbir görülməmişdir.

7. Cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Natəvan qəsəbəsində yerləşən və heç bir fəaliyyət göstərməyən obyektin sökülməsi ilə bağlı Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti tərəfindən heç bir tapşırıq verilməmiş və tərəflərindən söküntü işləri aparılmamışdır. Məsələ ilə əlaqədar olaraq araşdırma aparılmış və araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Natəvan qəsəbəsində yerləşən tikilinin xx.xx.2014-cü ildə uçurulması ilə əlaqədar olaraq 2016-cı ilin yanvar ayında cavabdeh Kəpəz Rayon İcra Hakimiyyətinə qarşı “dəymiş maddi və mənəvi ziyana görə pul” tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmış, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ilə iddia ərizəsi mümkünsüz hesab olunmuşdur. Daha sonra, İddiaçı dəfələrlə etdiyi xahişi nəzərə alınaraq ona məxsus Natəvan qəsəbəsində y erləşən 0.08 ha torpaq sahəsinin Atabəylər prospektinə baxan tərəfinin 65 kv.m boş torpaq sahəsində müvafiq qaydada razılaşdırılmış layihə sənədləri əsasında mağaza tikintisinə icazə verilməsinə dair Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən xx.xx.2016-cı il tarixli, 1269 nömrəli sərəncam verilmişdir. Cavabdeh tərəfindən iddiaçının qeyd etdiyi tikilinin söküntüsü ilə bağlı heç bir sərəncam, inzibati akt qəbul edilməmiş və heç bir hərəkət həyata keçirilməmişdir.

8. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-48/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakim X4) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı yaşayış sahəsinin cavabdeh tərəfindən söküldüyünü və cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulmasını tə sdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X5 (məruzəçi), X21 və X6) 2-1(104)-96/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-48/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iddia qismən təmin edilərək 30.987 manat maddi ziyan, 500 manat mənəvi ziyan, cəmi 31.487 manatın cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qərara alınmış, iddia qalan hissədə rədd edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi Mülki Mə cəllənin 157.9, 203.3 və 203.5-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, iddiaçının mülkiyyət hüquqlarına müdaxilə edilən zaman qanunvericilik normalarının tələblərinə riayət edilməmiş və iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. İddiaçının mülkiyyət hüquqlarına müdaxilə qanunsuz həyata keçirilmişdir. Məhkəmə iddianın mənəvi zərərə aid hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus tikili uçurulduqdan sonra ona vurulmuş ziyanın əvəzinin ödənilməməsinin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması şübhəsizdir.

13. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Azərbaycan Resp ublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)534/2022 saylı, 05 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər X1 (məruzəçi), X14 və X7) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-96/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi işin mübahisəli hallarını hərtərəfli araşdırmamışdır. Belə ki, ilk növbədə iddiaçının fərdi yaşayış evinin söküldüyü ərazidə hal-hazırda hansı tikililərin mövcud olduğu və ya həmin ərazinin hansı məqsədlə istifadə olunduğu araşdırılmamışdır. Bu məsələnin araşdırılması iddiaçıya məxsus tikilinin söküntüsü ilə bağlı kimin cavabdehlik daşıması məsələsini aydınlaşdırmağa xidmət edir (həmin ərazinin ictimai və ya digər əsaslarla istifadə edilməsinin müəyyən edilməsi məqsədilə). Bundan əlavə, qeyd edilməlidir ki, aparılan söküntüyə cavabdehlik daşıyan orqanın (şəxsin) müəyyən edilməsi üçün iş materiallarında olan bütün sənədlər hərtərəfli araşdırılmalı, həmçinin həmin ərazidə tikililəri olan digər şəxslərin əmlakları ilə bağlı görülən tədbirlər, onların bu və ya digər orqanlara müraciəti və həmin müraciətlərin hansı qaydada həll edilməsi, həmin şəxslərin məhkəmə işlərinin olubolmaması, olduğu halda nə ilə nəticələnməsi və hansı halların müəyyən edilməsi, başqa sözlə, yanakı sübutlar toplanılmaqla işin halları hərtərəfli öyrənilməlidir. Sübutların toplanması zamanı Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 21(83)-16 0/2016 saylı iş üzrə materialları da tələb edilməli və iddiaçının ərizəsini geri götürmə səbəbi (cavabdehlə razılığa gəlməsi məsələsi) araşdırılmalıdır.

16. Digər tərəfdən, təkrar apellyasiya baxışında iddiaçının mülkiyyətinə müdaxilənin cavabdeh tərəfindən həyata keçirilməsi öz təsdiqini tapdığı halda, müdaxilənin qanuniliyi, o cümlədən mülkiyyətdən məhrumetmənin fərdi və ictimai maraqlar arasında ədalətli balansı təmin edib-etməməsi, ədalətli kompensasiyanın məbləği və bu zaman iddiaçıya mağaza tikintisinə icazə verilməsinin kompensasiya kimi qəbul edilənliyinin mümkünlüyü müzakirə edilməlidir. ç) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

17. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-32/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı ca vabdeh Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati iş üzrə cavabdeh Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti əsl cavabdeh, yəni sonuncunun hüquq varisi olan Gəncə şəhəri İcra Hakimiyyəti ilə əvəz edilmişdir.

18. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-32/2023 saylı, 30 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X2 (məruzəçi), X3 və X15) apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-48/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iddia qismən təmin edilərək İddiaçı mülkiyyətində olan 13.4 kv.m yaşayış sahəsinin və 10 kv.m çardağın sökülməsi nəticəsində vurulmuş maddi zərərə görə 21000 manat və mənəvi zərərə görə 1000 (bir min) manat məbləğində kompensasiya cavabdeh Gəncə şəhər İcra Hakimiyyətindən tutularaq İddiaçı ödənilməsi qərara alnmış, iddia qalan hissədə təmin edilməmişdir.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki işdə iddiaçının mülkiyyətinə müdaxilə edilməsi aşkardır. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda mübahisəli tikilinin Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti tərəfindən abadlıq məqsədi ilə söküldüyü göstərilmişdir.

20. Apelyasiya instansiyası məhkəməsi iddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehin qanunsuz müdaxiləsi iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olan hərəkətlərdir və onun sarsıntı və iztirab keçirməsi ağlabatandır.

21. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilm əsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

22. Kassasiya şikayətində “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə, Mülki Məcəllənin 157.9-cu maddəsinə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Bu məsələdə inzibati orqan, yəni Gəncə şəhər İcra Hakimiyyətinin hər hanası qanunsuz hərəkətindən söz gedə bilməz, çünki vurulmuş zərərin yaranmasının əsasında cavabdeh şəxsin təqsirli hərəkəti dayanmalı və məsuliyyət də bu təqsirə görə yaranmalıdır.

23. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Məhkəmə qərarlarında dəfələrlə vətəndaşa məxsus daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması qaydalarında istinad etsə də, həmin əmlakın dövlət ehtiyacları üçü alındığını nə cavabdeh tərəf, nə də ki iddiaçı tərəf qeyd etməmişdir.

24. Daha sonra qeyd edilmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı bir qərar verilməmiş, söküntü işləri aparılmamışdır. Həmçinin apelyasiya instansiyası məhkəməsinin qərarının nə təsviri, nə də əsaslandırma hissəsində tikilinin Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən dağıdılması barədə heç bir mötəbər sübuta istinad edilməmiş və məhkəmə bu məsələdən yan keçmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzini n tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya dig ər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müv afiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Al i Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. X25 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid mü vafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin "Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya kompensasiya ödənilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apelly asiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

33. Hazırkı işin hallarına görə iddiaçının hüquqi marağı mülkiyyətində olan tikilinin qeyri-qanuni sökülməsi nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin tələb edilməsinə yönəlmişdir.

34. Cavabdeh iddiaçının mövqeyini qanunsuz və əsassız hesab edərək kassasiya şikayətində aşağıdakı halları mübahisələndirmişdir: 1. söküntünün cavabdeh tərəfindən aparılması, eləcə də cavabdehin hərəkətlərində təqsirin müəyyən edilməməsi 2. qərarda dövlət ehtiyacları üçün alınmanın qeyd edilməsi

35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinin hər birinə ayrı ayrılıqda münasibət bil dirməyi məqsədə müvafiq hesab edir. Söküntünün cavabdeh tərəfindən aparılması, eləcə də cavabdehin hərəkətlərində təqsir müəyyən edilməməsi

36. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətində əks etdirdiyi arqument heç bir hüquqi əsasa söykənmir. Belə ki, söküntü işlərinin məhz cavabdeh tərəfindən aparılması iş materiallarında olan şahid ifadələri və prosessual sənədlərlə təsdiq edilir.

37. Əvvəla qeyd etmək lazımdır ki, qanunvericiliyə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Sübut növlərindən biri kimi şahid ifadələrindən də işin müəyyən məqamlarının aydınlaşdırılması məqsədi ilə istifadə olunur.

38. Birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan görünür k i, məhkəmə prosesində ifadə verən şahid X10 iddiaçının fərdi yaşayış evinin yerləşdiyi eyni ərazidə ona məxsus tikili olduğunu və həmin tikililərin cavabdeh tərəfindən söküldüyünü bildirmişdir.

39. Eyni iclasda iştirak edən digər şahid X12 iddiaçının fərdi yaşayış evinin söküntüsü zamanı orada olduğunu və söküntünün cavabdeh tərəfindən həyata keçirildiyini bildirmişdir. Həmin şahidlərin ifadələrin həqiqətə uyğun olmadığı barədə fikir söyləmək mümkün deyildir.

40. Əksinə iş materiallarında olan Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(83)160/2016 saylı, 24 avqust 2016-cı il tarixli qərardadından müəyyən olunur ki, iddiaçı eyni tələblə daha əvvəl Gəncə İnzibati-İqtisadi məhkəməsinə müraciət etmiş, sonradan ərizə ilə müraciət edərək iddianın və ona əlavə edilmiş sənədlərin geri qaytarılması nı xahiş etmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin həmin qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin işin materiallarında olan cavabdeh inzibati orqanın iddia tələbinə etirazından görünür ki, etirazda iddiaçıya məxsus yaşayış sahəsinin sökülməsinin cavabdeh tərəfindən aparılması sonuncu tərəfindən mübahisələndirilməmiş, yalnız iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsi haqqında qərar çıxarılması xahiş edilmişdir.

41. Həmçinin, iş materiallarında olan Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçisi V.Səmədov tərəfindən iddiaçının Gəncə Şəhər İcra Hakimiyyətinə 13 iyun 2016-ci il tarixli müraciətinə dair tərtib edilmiş arayışda qeyd edilmişdir ki, müraciətdə vətəndaş Gəncə şəhəri, Kəpəz rayonu, Natəvan qəsəbəsində mülkiy yət hüququ ilə ona məxsus olan yaşayış sahəsinin söküldüyünü bildirərək vurulan ziyanın ödənilməsini və ya bərpasına köməklik göstərilməsini xahiş etmişdir. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, vətəndaş İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Natəvan qəsəbəsində yerləşən tikilinin xx.xx.2014-cü ildə uçurulması ilə əlaqədar olaraq, cavabdeh Kəpəz Rayon İcra Hakimiyyətinə qarşı dəymiş mənəvi və maddi ziyana görə pul tələbi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. İddiaçı cavabdeh tərəflə razılığa gəlmək məqsədilə məhkəməyə ərizə ilə müraciət etmişdir. O, ərizəsində qeyd olunan ünvanda mülkiyyət hüququ ilə ona məxsus yaşayış sahəsinin Kəpəz rayonu Atabəylər prospektinə tərəf olan çıxışının qeyri-yaşayış sahəsinə dəyişdirilməsini istədiyini və buna icazə veriləcəyi müqabilində iddia ərizəsinin geri götürüləcəyini qeyd etmişdir. Məhkəmə onun ərizəsini qəbul edərək prosesi xx.xx.2016-cı il tarixə kimi təxirə salmışdır.

42. Bundan əlavə iş materiallarına əlavə edilmiş Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 29 sentyabr 2016-cı il tarixli, 1269 nömrəli sərəncamının təsdiqlənmiş surətindən görünür ki, Gəncə şəhəri, Natəvan (keçmiş Samux rayonu, İnstitut qəsəbəsi) qəsəbəsində yerləşən İddiaçı məxsus mülkün 65.0 kv.m boş torpaq sahəsində müvafiq qaydada razılaşdırılmış layihə sənədləri əsasında mağazanın tikintisinə icazə verilməsi qərara alınmışdır. Gəncə Şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin 101 nömrəli, 23 sentyabr 2016-cı il tarixli məktubu ilə Natəvan (keçmiş Samux rayonu, İnstitut) qəsəbəsində yerləşən İddiaçı məxsus mülkün 65.0 kv.m b oş torpaq sahəsində müvafiq qaydada razılaşdırılmış layihə sənədləri əsasında mağaza tikintisinə icazə verilməsi məqsədəuyğun hesab edilmişdir.

43. Eyni zamanda, hazırkı iş üzrə Gəncə İnzibati Məhkəməsinin 11 fevral 2020-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçıya hər hansı kompensasiya ödənilməmiş, sadəcə müraciəti əsasında mağaza tikintisinə icazə verilmişdir. Göründüyü kimi, iddiaçının iddia ərizəni geri götürməsinin səbəbi cavabdehlə qarşılıqlı razılığa gəlmə mərhələsində olması olmuşdur.

44. Digər tərəfdən iş materiallarında olan xx.xx.2014-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda da mübahisəli tikilinin Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti tərəfindən abadlıq məqsədi ilə söküldüyü göstərilmişdir.

45. Beləliklə, i şin yuxarıda qeyd olunan halları ilə iddiaçıya məxsus mübahisələndirilən tikilinin cavabdeh tərəfindən sökülməsi öz təsdiqini tapır. Qərarda dövlət ehtiyacları üçün alınmanın qeyd edilməsi

46. Şikayət müəllifi qeyd edir ki, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Məhkəmə qərarlarında dəfələrlə vətəndaşa məxsus daşınmaz əmlakın dövlət ehtiya cları üçün alınması qaydalarında istinad etsə də, həmin əmlakın dövlət ehtiyacları üçü alındığını nə cavabdeh tərəf, nə də ki iddiaçı tərəf qeyd etməmişdir.

47. Məhkəmə kollegiyası şikayətin bu dəlili ilə razılaşmır və bildirir ki, cavabdehin bu yanaşması işin halları ilə təsdiq edilmir. Belə ki, cavabdeh qeyd etsə də ki, məhkəmə qərarlarında dəfələrlə vətəndaşa məxsus daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması qaydalarında istinad edilib, əslində isə nə apelyasiya instansiyası məhkəməsinin, nə də işə ilk dəfə baxan Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarlarında göstərilən məsələ qeyd edilməmiş, ümumiyyətlə iddiaçıya məxsus tikilinin dövlət ehtiyacları ilə əlaqədar sökülməsi ilə bağlı mövqe əks edilməmişdir.

48. Beləliklə, göründüyü kimi cavabdehin kassasiya şikayətində mübahis ələndirdiyi arqumentlərin heç bir hüquqi əsas mövcud deyildir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

49. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 50.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-32/2023 nömrəli, 30 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar