Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-846/2019 28.03.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon Şöbəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiаçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon Şöbəsinə qarşı sosial sığorta stajının müəyyən edilərək hüququnun yarandığı tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiy asının 2-1(106)-649/18 saylı 20 dekabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 28.03.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ **.**.****-ci il təvəllüdlü iddiaçı Iddiaçı 03.07.1975-ci il tarixdən Kürdəmir rayonu «Şirvan» kolxozuna üzv qəbul edilmiş, 25.12.1983-cü il tarixdə üzvlükdən azad edilmişdir. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh 07 iyun 2018-ci il tarixli **/**** saylı məktubunda Kürdəmir rayonu «Şirvan» kolxozunun sənədləri Dövlət Arxivinə təhvil verilmədiyindən və həmin kolxozun inzibati binası yandığından iddiaçının Kürdəmir rayonu «Şirvan» kol xozunda işləməsinin qarşılıqlı yoxlanılmasının mümkün olmadığını əsas gətirərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 03 iyul 1975-ci ildən 25 dekabr 1983-cü ilə kimi Kürdəmir rayonu keçmiş «Şirvan» kolxozunda sıravi kolxozçu işləməsi ilə bağlı əmək stajını təsdiq edən 03 iyul 1975-ci il tarixli əmək kitabçası üzrə əmək stajı nəzərə alınmaqla ona pensiya hüququnun yarandığı gündən əmək pensiyası təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 24 senty abr 2018-ci il tarixli, 2-1(086)1980/2018 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçı Iddiaçı 03.07.197525.12.1983-cü illərdə Kürdəmir rayonu “Şirvan” kolxozunda işləməsi barədə 03.07.1975-ci il tarixli XXX ****** nömrəli əmək kitabçasında göstərilən iş illəri sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı 15.05.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, Kürdəmir rayonu «Şirvan» kolxozunun sənədlərinin Kürdəmir rayon Dövlət Arxivinə təhvil verilməməsi və kolxozun inzibati binasının yanması səbəbindən cavabdeh inzibati orqan tərəfindən iddiaçının 03.07.1975-25.12.1983-cü illərdə Kürdəmir rayonu «Şirvan» kolxozunda işləməsi barədə əmək kitabçasında qeyd edilən iş illərinin qar şılıqlı yoxlanılmasının mümkün olmaması iddiaçının təqsiri kimi qəbul oluna bilməz və iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı 03.07.1975-25.12.1983-cü illərdə Kürdəmir rayonu «Şirvan» kolxozunda işləməsi ilə bağlı əmək stajı nəzərə alınmaqla, hüququnun yarandığı tarixdən əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli, 2-1(086)1980/2018 nömrəli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(106)-649/18 saylı 20 dekabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli, 2-1(086)-1980/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(106)-649/18 saylı 20 dekabr 2018-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə Kürdəmir rayonu «Şirvan» kolxozunun sənədləri Dövlət Arxivinə təhvil verilmədiyindən və həmin kolxozun inzibati binası yandığından iddiaçının Kürdəmir rayonu «Şirvan» kolxozunda işləməsinin qarşılıqlı yoxlanılmasının mümkün olmamışdır. Məhkəmə iddiaçının işləməsi faktını araşdırmadan qərar qəbul etmişdir. Halbuki şahid ifadələri ilə bu məsələyə aydınlıq gətirə bilərdi. Kassator Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə, “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə ist inad edərək Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(106)-649/18 saylı 20 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(106)-649/18 saylı 20 dekabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə tərəflər arasında mübahisələndirilən məsələ 03 iyul 1975-c i ildən 25 dekabr 1983-cü ilə kimi Kürdəmir rayonu keçmiş «Şirvan» kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsidir. İddiaçı öz iddia tələbinin əsası kimi məhkəməyə ****** nömrəli kolxozçunun əmək kitabçasını təqdim etmişdir. Həmin kitabçada isə iddiaçının 03.07.1975-ci il tarixdən Kürdəmir rayonu «Şirvan» kolxozuna üzv qəbul edilməsi, 25.12.1983-cü il tarixdə üzvlükdən azad edilməsi qeyd olunmuşdur. Cavabdehin imtinasının əsasını isə Kürdəmir rayonu «Şirvan» kolxozunun sənədlərinin Dövlət Arxivinə təhvil verilməməsinə və həmin kolxozun inzibati binası yandığına görə iddiaçının Kürdəmir rayonu «Şirvan» kolxozunda işləməsinin qarşılıqlı yoxlanılmasının mümkün olmaması təşkil edir. İşə baxan apellyasiya instansiya məhkəməsi iddiaçının əmək kitabçasına istinad etməklə iddi a tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmışdır. Halbuki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Qeyd olunan normanın məzmunundan aydın olduğu kimi kolxoz üzvünün iş stajı əmək iştirakı minimumundan asılı olaraq müəyyən edilir. Lakin iddiaçının təqdim etdiyi əmək kitabçasında yalnız 03.07.1975-ci il tarixdən Kürdəmir rayonu «Şirvan» kolxozuna üzv qəbul edilməsi, 25.12.1983-cü il tarixdə üzvlükdən azad edilməs i ilə bağlı məlumat öz əksini tapmış, iddiaçının həmin kolxozda hansı vəzifədə işləməsi, əmək iştirakı minimumunu yerinə yetirməsi ilə bağlı hər hansı məlumat mövcud deyildir. Belə olan halda cavabdehin imtinasını (Kürdəmir rayonu «Şirvan» kolxozunun sənədlərinin Dövlət Arxivinə təhvil verilməməsinə və həmin kolxozun inzibati binası yandığına görə iddiaçının Kürdəmir rayonu «Şirvan» kolxozunda işləməsinin qarşılıqlı yoxlanılmasının mümkün olmaması) əsaslı hesab etmək olar. Apellyasiya instansiya məhkəməsi hazırkı iş üzrə iddiaçının 03.07.1975-ci il tarixdən 25.12.1983-cü il tarixədək «Şirvan» kolxozunda işləməsi faktını yalnız əmək kitabçasına istinad etməklə həqiqi hesab etmişdir. Halbuki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qeyd olunan normanın tələbinə əsasən apellyasiya instansiya məhkəməsi iddiaçının həmin kolxozda hansı vəzifədə işləməsi, əmək iştirakı minimumunu yerinə yetirməsinə dair məsələni öz xidməti vəzifəsinə uyğun olaraq araşdırmalı və bundan sonra müvafiq qərar qəbul etməli idi. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə almadan qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon Şöbəsinin kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati -İqtisadi Kollegiyasının 2-1(106)-649/18 saylı 20 dekabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-846/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-846/2019
28.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver