Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-846/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: cinayət işi üzrə icraat başa çatanadək iş üzrə məhkəmə icraatının dayandırılması Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1, vəkili Vəkil iş tirakı ilə, İddiaçı MMC-nin (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra cavabdeh) qarşı “səyyar vergi yoxlamasının nəticəsi barədə qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-812/2021 saylı, 17 fevral 2021-ci il tarixli qərardadından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdehin 29.05.2018-ci il tarixli qərarı ilə iddiaçı cəmiyyətdə 01.01.2017-ci il tarixdən 31.03.2018-ci il tarixədək olan dövr əhatə edilməklə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətini n düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın nəticəsi 19 mart 2020-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş, 24 aprel 2020-ci il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı 27 avqust 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 24.04.2020-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Cavabdeh iş üzrə icraatın dayandırılması barədə vəsatətlə məhkəməyə müraciət edərək bil dirmişdir ki, Səyyar vergi yoxlamasının keçirilməsi haqqında 29.05.2018-ci il tarixli qərarına əsasən iddiaçı cəmiyyətdə 01.01.2017-ci il tarixdən 31.03.2018-ci il tarixədək olan dövr əhatə edilməklə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama ilə əhatə olunan dövr ərzində vergi ödəyicisi faktiki olaraq ixtisaslaşdırılmış topdansatış fəaliyyəti ilə məşğul olmuşdur. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən yoxlanılan dövr üzrə 71.495,1 manat vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması müəyyən edilmiş və yoxlamanın nəticəsi olaraq 19.03.2020-ci il tarixli akt tərtib edilmişdir. Akta əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmas ına görə məsuliyyətə cəlb edilməsi haqqında 24.04.2020-ci il tarixli qərar qəbul edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərara əsasən vergi ödəyicisinin fəaliyyətində Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarakterli faktlar aşkar olunduğundan toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmiş və həmin materiallar əsasında xeyli miqdar təşkil edən vergilərin dövlət büdcəsinə ödənilmədən yayındırılması faktı üzrə Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət işi başlamışdır. Həmçinin qeyd olunan məsələ ilə bağlı analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati-Kollegiyasının 2-1(102)-3145/2019 saylı 04.12.2019-cu il tarixli qərarında hüquqi mövqeyinin də qe yd edilməsi zəruridir. Qeyd olunan iş üzrə aparılan cinayət təqibinin məhkəmənin icraatında olan inzibati mübahisənin həllinə təsir etməsi halları mövcud olduğundan məhkəmə icraatı cinayət işi üzrə icraat başa çatana kimi dayandırılmalıdır. Vəsatətin hüquqi əsası kimi İnzibati Prosessual Məcəllənin 7.2-ci maddəsinə istinad edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin (hakim X2, 2-1(112)-6101/2020 saylı iş) 15 oktyabr 2020-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməməmişdir.
5. Birinci instansiya məhkəməsinin mövqeyinə görə nə qədər ki, müvafiq cinayət işi aidiyyəti məhkəmənin icraatına göndərilməmişdir, həmin iş üzrə yekun qərar qəbul edilənədək hazırki iş üzrə icraatın dayandırılması İPM-nin 7.2-ci maddəsi ilə uzlaşmır.
6. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsi xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X4-məruzəçi, X3 və X6, 2-1(103)-812/2021 saylı iş) 17 fevral 2021-ci il tarixli qərardadla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qərardadını dəyişdirmədən saxlamışdır.
8. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki işdə iddiaçının mübahisələndirdiyi iddiaçı ilə bağlı tərtib edilmiş inzibati akt həmin müəssisədə aşkar edilmiş vergi qanunvericiliyinin pozulması halı ilə əlaqədar qaldırılmış cinayət işinin araşdırma əsaslarından biri kimi çıxış etdiyi üçün həmin cinayət təqibinin hazırki inzibati mübahisənin həllinə təsiri deyil, əksinə, inzibati mübahisə üzrə qəbul ediləcək məhkəmə qərarının cinayət təqibinə təsir edəcəyi müəyyən olunur. Belə olan halda hazırki işdə icraatın dayandırılması üçün qanunvericilikdə göstərilən əsaslar mövcud olmadığından bu barədə vəsatətin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
9. Cavabdeh 9 mart 2021-ci il tarixdə qərardadın surətini almış, 17 mart 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
10. Kasasiya şikayətinin dəlilləri ilə cavabdeh tərəfindən verilmiş iş üzrə icraatın dayandırılması barədə vəsatət in dəlilləri eynidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kasasiya şikayətinə dair etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
13. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq
14. İnzibati Prosessual M əcəllə: Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi (-). 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə
7. Mübahisə ilə bağlı iş üzrə icraatın dayandırılması 7.1. Mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqa n tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. 7.2. İnzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahid ləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 58.8. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim ol unduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsini n qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
15. Mülki Prosessual Məcəllə: Maddə
254. Məhkəmənin icraatı dayandırmaq vəzifəsi 254.1. Hakim aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır: (-); 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa (2 iyul 2011-ci ilə qədər olan redaksiya); 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa (2 i yul 2011-ci ildən qüvvədə olan redaksiya); (-).
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25.03.2004-cü il tarixli Qərarı Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
17. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımı qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
18. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanı lacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.
20. İddiaçı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında cavabdehin 24.04.2020-ci il tarixli qərarının ləğv edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir.
21. Cavabdeh iş üzrə icraatın dayandırılması barədə məhkəməyə vəsatət vermişdir.
22. Vəsatətdə göstərilmişdir ki, səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərara əsasən iddiaçının fəaliyyətində Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarakterli faktlar aşkar olunduğundan toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İ darəsinə göndərilmiş və həmin materiallar əsasında xeyli miqdar təşkil edən vergilərin dövlət büdcəsinə ödənilmədən yayındırılması faktı üzrə Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Həmçinin qeyd olunan məsələ ilə bağlı analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati-Kollegiyasının 2-1(102)-3145/2019 saylı 04.12.2019-cu il tarixli qərarında hüquqi mövqeyi nəzərə alınmalıdır. Qeyd olunan iş üzrə aparılan cinayət təqibinin məhkəmənin icraatında olan inzibati mübahisənin həllinə təsir etməsi halları mövcud olduğundan məhkəmə icraatı cinayət işi üzrə icraat başa çatana kimi dayandırmalıdır.
23. Vəsatətlə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublik ası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25.03.2004-cü il tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin “Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa” müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir.
25. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, iş üzrə icraatın dayandırılması-məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyrimümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilm əsidir. İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır...Mülki Prosessual Məcəllənin 256-cı maddəsi icraatın dayandırma müddətlərini nəzərdə tutur. Həmin Məcəllənin 256.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qanuni qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Göründüyü kimi qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. İbtidai istintaq orqanları tərəfindən cinayət işi üzrə qəbul olunmuş qərarlar məhkəmənin icraatında olan mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmədiyindən mülki iş üzrə icraatın dayandırılmasına səbəb ola bilməz.
26. Göründüyü kimi, cinayət işi məhkəmənin icraatında deyil, ibtidai istintaq orqanının icraatındadır. İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. İbtidai istintaq orqanı tərəfindən cinayət işi üzrə qəbul olunmuş qərar məhkəmənin icraatında olan inzibati iş üçün preyudisial əhəmiyyət kəsb etmədiyindən inzibati iş üzrə icraatın dayandırılması barədə vəsatəti rədd etməklə məhkəmə haqlı olmuşdur.
27. Apelyasiya məhkəməsi işə baxarkən prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. 2
8. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-812/2021 saylı, 17 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.