Məhkəmə qərarları › İş №2-1(102)-846/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-846/2022

06.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-846/2022 06.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Qusar rayon Xuluq Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə aktının və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Qusar rayon Xuluq Bələdiyyəsinə qarşı (üçüncü şəxs Hacıyev İskəndər Abdulqəni oğlu) “Qusar rayonunun X4 rayonunun Xuluq kənd ərazisində yerləşən 0,095 ha həyətyanı torpaq sahəsinin Hacıyev İskəndər Abdulqəni oğluna satılması barədə 25 dekabr 2019-cu il tarixli 12 nömrəli qərarın və 22 yanvar 2020-ci il tarixli ********* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-27/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh onun inzibati ərazisində yerləşən 0,095 ha torpaq sahəsinin satışını həyata keçirməsi məqsədi ilə həmin torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsindən adına 18 dekabr 2019-cu il tarixli “mülkiyyət hüququna dair çıxarış” almış, həmin torpaq sahəsini üçüncü şəxsə satması barədə 12 nömrəli, 25 dekabr 2019-cu il tarixli qərar qəbul etmiş, torpaq sahəsinin alğı-satqı müqaviləsi 28 dekabr 2019-cu il tarixdə Qusar rayonunun Notariat Ofisində təsdiq edilmiş və həmin müqaviləyə əsasən üçüncü şəxsə 22 yanvar 2020-ci il tarixdə ********** nömrəli “hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

2. İddiaçı 17 noyabr 2020-ci il tarixdə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin Qusar rayonunun Xuluq kənd ərazisində yerləşən 0,095 ha torpaq sahəsinin Hacıyev İskəndər Abdulqəni oğluna satılması barədə 25 dekabr 2019-cu il tarixli 12 nömrəli qərarının və 18 deka br 2019-cu il tarixli ********** nömrəli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. iddiaçının əsaslandırması:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qusar Rayon Aqrar İslahat Komissiyasının 3 iyun 1998-ci il tarixli 9/3 saylı qərarı ilə Qusar rayonunun Xuluq kənd ərazisindən qayınatası X1 133.3 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində onun mülkiyət hüququ 3 noyabr 2003-cü il tarixli, JN-010A, KOD: 30108028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə təsdiq edilmişdir. X2 2007-ci ildə vəfat etdikdən sonra ondan miras qalmış 133.3 kv.m həyətyanı torpaq sahəsində yerləşən evi faktiki miras əmlak kimi qəbul etmiş, halhazırda ailəsi ilə həmin evdə yaşayır. Miras qalmış torpaq sahəsinin yanında yerləşən, hal-hazırda mübahisələndirdiyi 0.095 ha torpaq sahəsindən 1990-cu ildən etibarən istifadə edir. 4. 2016-cı il tarixdə Xuluq bələdiyyəsinin həmin torpaq sahəsinin iddiaçıya satılacağına dair razılıq aldıqdan sonra həmin sahəni kubik daşı ilə hasarlayaraq malqara saxlamaq məqsədilə tövlə inşa etdirmiş və həmin tövlədən adiyyəti üzrə istifadə etmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdehin qərarı ilə həmin torpaq sahəsi üçüncü şəxsə satılmışdır. Torpaq sahəsinin satılmasının təşkil olunması, hərracın keçirilməsi barədə iddiaçıya heç bir məlumat verilməmişdir.

5. O, cavabdehə müraciət edərək bu qanunsuzluğun aradan qaldırılmasını, pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etsə də, heç bir nəticə olmamış və to rpaq sahəsinin satılmasına dair sənədlərin mövcud olmadığı bildirilmişdir. Bu səbəbdən də pozulmuş hüququnun bərpası üçün məhkəmədə iddia qaldırmaq məqsədilə vəkil xidmətindən istifadə etmək qərarına gəlmişdir.

6. Cavabdehə verilmiş vəkil sorğusuna cavab olaraq 13 noyabr 2020-ci il tarixli, 54 saylı məktubla bildirilmişdir ki, üçüncü şəxsə satılmış 0,095 ha həyətyanı torpaq sahəsinə dair, təvil-təslim sənədlərində həmin torpaq sahəsi ilə bağlı qərar, alqı-satqı müqaviləsi və pul köçürülməsinə dair ödəmə qəbzi təhvil verilməmiş sənədlər arasında mövcud deyildir.

7. Cavabdehin sözü gedən qərarındakı bələdiyyə üzvləri Şahid1, Flora Mahmudova, Şahid3 və Şahid2 imzaları bələdiyyənin sabiq sədri Adil Kərimxanov tərəfindən saxtalaşdırılmışdır. Həmin torpaq sahəsi üçüncü şəxsə satılarkən ilk növ bədə iddiaçının satın almaqda üstünlük hüququ nəzərə alınmaqla ona satılmalı idi. Belə ki, sözü gedən torpaq sahəsinin iddiaçının istifadəsində olması, kubik daşı ilə hasarlanması və həmin torpaq sahəsində mal-qara tövləsinin inşa edilməsi kimi hüquqverici faktları cavabdeh nəzərə almamışdır. Mübahisələndirilən 0.095 ha həyətyanı torpaq sahəsi həmin ərazi daxilindədir.

8. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Həmin maddənin 2-ci hissəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satı la bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, di gər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin maddənin 4-cü hissəsinə əsasən bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə üstünlük verilir.

9. Cavabdeh həmin torpaq sahəsini üçüncü şəxsə satmaqla Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun, «Torpaqların alqı-satqı qaydaları»nın, eləcə də mülki qanunvericiliyin tələblərini, o cümlədən onun qanunla qorunan maraqlarını və mənafeyini pozmuş və nəticədə o, uzun müddət istifadə etdli yi və satın almaq istədiyi yuxarıda göstərilən məlum torpaq sahəsini əldə etmək imkanından məhrum olmuşdur.

10. Beləliklə, cavabdehin 25 dekabr 2019-cu il tarixli 12 saylı iclas protokolunun qərarı mülki qanunvericiliyə uyğun olmadığından, iddiaçının mülki hüquqlarını və qanunla qorunan mənafeyini pozduğundan etibarsız sayılmalıdır.

11. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşdirmə verərək iddia ərizəsinin xahiş olunan hissəsində “18 dekabr 2019-cu il tarixli çıxarışı” “22 yanvar 2020-ci il tarixli ********** saylı çıxarış” kimi qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)506/2021 nömrəli, 26 may 2021-ci il tarixli qərarı ilə (hakim C.B.Məmmədov) iddia təmin edilməmişdir.

13. Məhkəmə qeyd etmiş dir ki, Qusar rayonun Xuluq kənd sakini olan üçüncü şəxs cavabdehə müraciət edərək, Xuluq bələdiyyəsinin inzibati ərazisindən ona torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56 maddəsinin 4-cü bəndində göstərilmiş torpaq sahəsinin alınmasında üstünlük hüququ yalnız torpaq sahələri hərrac yolu ilə satıldığı tədqirdə yaranır. Yəni qeyd olunan Məcəllənin 56 maddəsinin 4-cü bəndi torpaq sahələrinin hərrac keçirilmədən satılması hallarına şamil edilmir. Cavabdeh “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununun 9.1-ci bəndinə istinad etməklə 5 ildən artıq həmin kənddə yaşayan kənd sakini olan üçüncü şəxsə torpaq sahəsini hərrac keçirmədən satmışdır. Bununlada cavabdeh özünün diskression səlahiyyətlərindən irəli gələn hüququndan istifadə edərək 12 saylı 25 dekabr 2019-cu il tarixli qərarını qəbul etmişdir. İddiaçı tərəfindən iddia tələbinin təmin edilməsinə dair gətirilən arqumentlərdən biri olan 12 saylı 25 dekabr 2019-cu il tarixli qərarın kötüyünün Xuluq bələdiyyəsində saxlanması ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin qərarın əslinin Xuluq bələdiyyəsində saxlanmaması və ya itirilməsi qərarın saxtalığına dəlalət edə bilməz.

14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-27/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qərardadı ilə (hakimlər İ.K.Dəmirov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və R.Ə.Ağayev) Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)506/2021 nömrəli, 26 may 2021-ci il tarixli qərarı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə aid hissədə ləğv edilmiş, iddia həmin hissədə mümkün sayılmamışdır.

16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-27/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər İ.K.Dəmirov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və R.Ə.Ağayev) Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)506/2021 nömrəli, 26 may 2021-ci il tarixli qərarı “Qusar rayonu Xuluq Bələdiyyəsinin 25 dekabr 2019-cu il tarixli 12 saylı qərarının etibarsız sayılmasına dair iddianın təmin olunmaması” hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilərək “Qusar rayonunun X4 rayonunun Xuluq kənd ərazisində yerləşən 0,095 ha həyətyanı torpaq sahəsinin Hacıyev İskəndər Abdulqəni oğluna satılması barədə 25 dekabr 2019-cu il tarixli 12 saylı qərarı etibarsız sayılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisələdirilən torpaq sahəsinin hüquqi əsası, yəni Bələdiyyənin müvafiq qərarı olmadan Hacıyev İskəndər Abdulqəni oğluna satılması, sabiq bələdiyyə sədrinin qanuna zidd hərəkəti ilə əlaqədar olmuş, Xuluq Bələdiyyəsinin 25 dekabr 2019-cu il tarixli 12 saylı iclas protokolunun təsdiq olunmuş surəti iclas keçirilmədən, Bələdiyyənin sabiq sədri tərəfindən alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi məqsədilə Qusar rayon notariat ofisinə təqdim edilmişdir.

18. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KAS SASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

19. Kassasiyaçı qeyd etmişdir ki, iş materiallarına əsasən, iddiaçı mübahisələndirmiş olduğu torpağı almaq istəməsini bələdiyyə ilə şifahi razılığa gəlmişdir və buna dair hər hansı bir sübutu yoxdur. Bundan başqa, iddiaçı bildirmişdir ki, həmin torpaq sahəsi onun mülkiyyətində olan torpaq sahəsinə bitişik sahə olmuş və oranı zəbt edərək istifadə etmişdir. Ona görə də onun həmin əraziyə üstünlük hüququ vardır. Göründüyü kimi həmin torpaq sahəsi kəndin perspektiv inkişaf fond torpağına aid olmuş və ərazi əhalinin torpaqla təminatını təmin etmək üçün yaradılmışdır. Məhkəmə isə bir dəlil olmadığı halda iddiaçının və şahidlərin ifadələrini və digər sübutları tam və ətraflı araşdırma aparmadan, əsassız qətnam ə çıxarmışdır. Məhkəmə şahid ifadəsinə əsasən protokoldakı imzanın ona məxsus olub-olmamasını araşdırmadan, ekspertiza keçirmədən sübut kimi qəbul etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ləğv edildiyi təqdirdə məhkəmə çıxarmış olduğu qətnaməsini əsaslandırmalı və hansı hüquq normasına istinad etdiyini qeyd etməlidir. Lakin göründüyü kimi məhkəmə tərəfindən heç bir əsaslandırma aparılmamış, sadəcə olaraq qərarın ləğv edilməli olduğu qeyd edilmişdir. b) kassasiya şikayətinə dair etirazın dəlilləri

20. Üçüncü şəxs kassasiya şikayətinə qarşı etiraz təqdim edilmişdir. Etirazın dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərinə riayət etməklə qan uni və əsaslı qərar qəbul etmişdir. Kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

145. Bələdiyyələrin qərarları İ. Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. İİ. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. 22. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 23. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə (Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmişdir): Maddə

1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 24. “İnzibati icraat haqqında” Qanun: Maddə 53.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial orqana təqdim olu nmuş ərizəyə dair qərar yalnız kollegial orqan tərəfindən qəbul edilir. Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır:... 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt;

25. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya inst ansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsasl andırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, x üsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Bələdiyyə aktının etibarsız hesab edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırmışdır. Məhkəmə bu nunla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

32. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, etiğarsızlığının tanınması iddia olunan bələdiyyə aktının Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinin, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 1-ci və “İnzibati icraat haqqında” Qanunun 53.2-ci maddələrinin tələblərinə uyğun (kollegial qaydada) qəbul edilmədiyi təsdiq olunduğundan həmin aktın etibarsız sayılması barədə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Hacıyev İskəndər Abdulqəni oğlunun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-27/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar