Məhkəmə qərarları › İş №2-1(102)-846/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-846/2023

11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-846/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: birinci dərəcə əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasın ın 22 noyabr 2022-ci il tarixli, 2-1(103)-637/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının xxxxxxx0001 saylı qiymətləndirilmə aktından görünür ki, Bakı şəhər 15 nömrəli şəhər Poliklinikası tərəfindən xx.xx.2017-ci il tarixli 0033003AACA1 nömrəli Forma 88 göndərişi əsasında iddiaçı xx.xx.2017-ci il tarixdə müayinə olaraq, ona “generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, esnefolopatiya tez-tez təkrarlanan generalizə olunmuş qıcolma tutmaları (9 ayda 7-8 dəfə) vago-vegetativ krizlər. Qanaxma və ya infarkt olduğu dəqiqləşdirilməyən insult. Keçirilmiş işemik insultun davamlı qalıq əlamətləri” diaqnozu qoyulmuş, ona müddətsiz ümumi xəstəlik səbəbi ilə birinci dərəcəli əlillik təyin edilmişdir.

2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məktubuna cavab olaraq ünvanladığı 22 may 2019-cu il tarixli xx/xx-4330 nömrəli məktubda qeyd edilmişdir ki, “Siyahıda adları qeyd edilmiş 105 nəfərin adına rəsmiləşdirilmiş göndərişlər işçi qrupun 13 may 2019-cu il tarixli aktına əsasən “Tibbi arayışların elektron registri”ndə etibarsız hesab edilmişdir. Həmin Siyahının 23-cü sırasında iddiaçının adı qeyd olunmuşdur.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının xxxxxxx0002 saylı qiymətləndirilmə aktından görünür ki, Bakı M.Hüseynov adına 3 nömrəli şəhər Poliklinikası t ərəfindən xx.xx.2020-ci il tarixli 2750003AAEKF nömrəli Forma 88 göndərişi əsasında iddiaçı xx.xx.2020-ci il tarixdə müayinə olmuş, göndəriş üzrə diaqnozun mətni kimi əsas diaqnoz F02.8*başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, üzvi mənşəli orta dərəcəli demensiya, Ağırlaşma F02.8* başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, üzvi mənşəli orta dərəcəli demensiya. Yanaşı xəstəliklər H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli xr.adgeriv otit, iki tərəfli xr. Koklear nefrit.Sol tərəfli İ-İİ (birinci –ikinci) sağ tərəfli İV (dördüncü) dərəcəli ağır eşitmə kimi qeyd edilmiş, diaqnoz öz təsdiqini tapmaması səbəb: xəstənin göndərişində xəstəliyi 1999-cu ildən başlanması göstərilir lak in reyestrdə xx.xx.2011-ci ildə sağlamlıq arayışı alıb sürücülük vəsiqəsi almışdır. Bu da göndərişdə əlilliyin təyini ilə uyğunsuzluq yaradır əsası ilə imtina edilmişdir.

4. Cavabdehin ünvanladığı xx.xx.2020-ci il tarixli **********8 saylı məktubla iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq atanızın əlilik vəziyyəti dövlət səhiyyə müəssisinin 2750003AAEKF nömrəli göndərişi əsasında xx.xx.2020-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərar qəbul edilmişdir. Belə ki, Bakı şəhəri M.Hüseynov adına 3 nömrəli poliklinikanın göndərişində xəstəliyin 1999-cu ildən başlanması göstərilmiş, lakin reyestrdə 13.08 2011-ci ildə sağlamlıq arayışı alıb sürücülük vəsiqəsi almışdır. Bu da göndərişdə əlilliyin təyini ilə uyğunsuzluq yaradır. Bu səbəbdən əlliliyin təyin olunması mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 1-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, o, 1991-ci ildə Bakı şəhəri Oktyabr rayon İcra Hakimiyyətində (indiki Yasamal) iqtisadçı vəzifəsində çalışmışdır. Həmin vaxt Oktyabr rayonu, Qarabağın Martuni rayonuna bitişik olan Xocavənd kəndini ərzaq ləvazimatı ehtiyacını ödəmə k üçün 6 ədəd yük maşınını həmin Xocavənd kəndinə çatdırmaq üçün o, könüllü olaraq öz üzərinə götürmüşdür. Qızğın döyüş zamanı Naxçivanik istiqamətində yaralanmışdır. Gürcüstanın paytaxtı Tbilisi şəhərində müalicə olunmuşdur. 2016-cı il tarixində hələ Binəqədi rayon ərazisində kirayədə yaşadığı vaxt xəstələnmişdir. Baş nahiyəsində kapilyar damarlar partlamış və nəticədə də beyninə qan sızmışdır. Beləliklə, 5121 b diaqnozu ilə yataq xəstəsi olmuşdur. Xəstəliyi ilə əlaqədar olaraq 2017-ci ilin yanvar ayından 1-ci qrup əlillik pensiyası verilmişdir. 2019-cu ilin iyun ayından pensiyasını dayandırmışlar. Çox saylı müraciətlərindən sonra məlum olmuşdur ki, Yasamal rayonunda qeydiyyatda olub yaşadığı üçün, elə Yasamal rayonunda təzədən müayinədən yoxlamalardan keçməlidir. 03 dekabr 2020-ci il tar ixində ona verilən imtinanın ləğv edilməsi və xəstəliyə görə pensiya verilməsinə köməklik göstərilməsi barədə ərizə yazaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Lakin onun müraciəti təmin olunmamışdır.

7. Bakı İnzibati Məhkəməsinın 06 aprel 2021-ci il tarixli 2-1(112)-3838/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinın 30 sentyabr 2021-ci il tarixli, 2-1(112)-3838/2021 nömrəli qərarı ilə (hakim A.Oruczadə) iddia tələbi təmin edilərək, iddiaçıya 1-ci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

9. Məhkəmə qeyd etmişdir ki, işin hallarından, həmçinin xüsusi bilik tələb edilən məqamlar olduğu üçün ekspert rəyindən aydın olur ki, iddi açının adına əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı tərtib olunmuş xxxxxxx0001 və xxxxxxx0002 müayinə aktlarında qeyd olunan xəstəliklər “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin müvafiq 2.1-ci və 2-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşür. Diaqnozda göstərilən xəstəliklər aparılmış funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün 3 nömrəli şəhər poliklinikası tərəfindən 2750003AAEKF saylı göndərişlə göndərilmiş 088 saylı arayışda qeyd olunan xəstəliklər müalicə olunmur.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılması b arədə qərardad qəbul edilməsi xahiş edilmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2-1(103)-637/2022 nömrəli qərarı ilə (hakimlər: S.Bəktaşi – sədrlik edən və məruzəçi, A.Hüseyn və A.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi tərəfindən əlilliyin qiymətləndirilməsi barədə qərarın düzgünlüyü ilə bağlı şübhələr olduğundan xx.xx.2022-ci il tarixli aralıq qərardadı qəbul edilmiş və iddiaçının əlilliyin təyin olunması barədə ərizəsinə (müraciətinə) cavabdeh Agentlikdə baxılması və müvafiq inzibati aktın qəbul edilməsi üçün 1 (bir) aylıq müdd ət təyin edilmişdir. İş materiallarına əlavə edilmiş cavabdehin məktubundan görünür ki, təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.9 bəndinə müvafiq olaraq iddiaçıya “ümumi xəstəlik” səbəbi ilə xx.xx.2020-ci il tarixindən müddətsiz üçüncü dərəcəli əlillik təyinatı aparılmışdır. Apellyasiya məhkəməsi cavabdeh orqanın gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün 3 nömrəli şəhər poliklinikası tərəfindən 2750003AAEKF saylı göndərişlə göndərilmiş №-li 088 saylı arayışda qeyd olunan xəstəliklər “Əlilliyi n və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin müvafiq 2.1-ci və 2-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşdüyündən və müalicə olunmayan xəstəliklərə aid olduğundan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlmişdir.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh kassasiya şikayətində əlilliyin təyin edilməsindən imtina da göstərdiyi dəlilləri təkrarlayıb. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı İnzibati Məhkəməsinın 30 sentyabr 2021-ci il tarixli, 2-1(112)-3838/2021 nömrəli qərarı nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun Maddə

3. Əlilliyin müəyyən edilməsi... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.... Maddə

4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər.... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə et mək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə

6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır....

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respubl ikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssi sələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); (-). 2.5-ci bənd. Bu Qaydanın 2. 3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”:

2. Əlilliyin müəyyən olunması meyarları... 2.1 Birinci dərəcə əlillik - xəstəl ik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər......

19. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”:

3. Xidmətin v əzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır:... 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;...

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:

1. Ümumi müddəalar... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir....

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.... 3.4. Əlilliyin qiymət ləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir....

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərarda dı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikay ətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdird ə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hes ab olunur.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya birinci dərəcə əlilliyin təyin edilməsi ilə bağlı məsələni apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. Hazırkı işin hallarına görə iddiaçıya Bakı şəhər 15 nömrəli şəhər Poliklinikası tərəfindən xx.xx.2017-ci il tarixli 0033003AACA1 nömrəli göndərişi (Forma 88) əsasında müddətsiz birinci dərəcə əlillik təyin edilmiş, lakin ona ödənilən pensiya ödənişi 2019-cu ilin iyul ayında dayandırılmışdır. Sonradan Bakı şəhər M.Hüseynov adına 3 nömrəli Poliklinika tərəfindən xx.xx.2020-ci il tarixli 2750003AAEKF nömrəli (Forma 88) göndərişi əsasında iddiaçı xx.xx.2020-ci il tarixdə müayinə olmuş və ona əlillik təyin edilməsindən imtina edilmişdir.

30. Cavabdeh tərəfindən imtinanın səbəbi kimi, “xəstənin göndərişində xəstəliyi 1999-cu ildən başlanması göstərilir lakin reyestrdə xx.xx.2011-ci ildə sağlamlıq arayışı alıb sürücülük vəsiqəsi almışdır” göstərilmişdir.

31. Cavabdeh kassasiya şikayətində də imtina ilə eyni dəlilləri təkrarlamışdır.

32. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, iddiaçının 2011-ci ildə sağlamlıq arayışı alıb sürücülük vəsiqəsi alması onun indi ki vaxtda əlil olması faktını istisna edə bilməz. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçının əlillik vəziyyəti sürücülük vəsiqəsini aldıqdan 6 il sonra yəni, xx.xx.2017-ci il tarixli 0033003AACA1 nömrəli göndəriş əsasında qiymətləndirilmiş və ona xx.xx.2017-ci il tarixdə birinci dərəcə əlillik təyin edilmişdir.

33. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən iddiaçının adına əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı tərtib olunmuş xxxxxxx0001 və xxxxxxx0002 müayinə aktlarında qeyd olunan xəstəl iklər “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin müvafiq 2.1-ci və 2-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşür. Diaqnozda göstərilən xəstəliklər aparılmış funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmişdir.

34. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, əlillik vəziyyətinin qiymətləndirilməsi üçün 3 nömrəli şəhər poliklinikası tərəfindən 2750003AAEKF saylı göndərişlə göndərilmiş arayışda qeyd olunan xəstəliklər “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin müvafiq 2.1-ci və 2-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşdüyündən və müalicə olunmayan xəstəliklərə aid olduğundan iddiaçı hazır kı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 21(103)-637/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar