Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-846/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq bu barədə müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 (xx.xx.1962-ci il təvəllüdlü; FİN: xxxxxxx) və İddiaçı2 (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastr ı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahələrinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarış və plan-ölçü sənədlərinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 noyabr 2023-cü il tarixli, 2-1(103)-3453/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 106 nömrəli sərəncamına əsasən Sabunçu rayonunun Pirşağı ərazisində 272a/T nömrəli, 0,12 ha torpaq sahəsinin istifadəyə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Depa rtamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə İddiaçı2 arasında xx.xx.2005-ci il tarixli, 34665 nömrəli müqavilə bağlanmışdır.
2. Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin xx.xx.2005-ci il tarixli, 10 nömrəli protokoluna əsasən Sabunçu rayonunun Pirşağı ərazisində 272b/T nömrəli, 0,12 ha torpaq sahəsinin istifadəyə verilməsinə dair Birlik ilə İddiaçı1 arasında xx.xx.2005-ci il tarixli, 35563 nömrəli müqavilə bağlanmışdır.
3. İddiaçılar cavabdehə müraciət edərək sözügedən bağ sahələrinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və bu barədə müvafiq çıxarış və plan-ölçü sənədlərinin verilməsini xahiş etmişlər.
4. Cavabdeh tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən 272b/T nömrəsinin onun tərəfindən göstərilən əraziyə aidiyyəti olmadığı aşkar edilmiş və bundan əlavə idarənin arxiv məlumatlarına əsasən 272a/T nömrəli 0,12 ha torpaq sahəsinin icarəyə verilməsinə dair Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə X6 arasında xx.xx.2005-ci il tarixli, 34665 nömrəli müqavilə bağlanılmış, daha sonra onun razılığı əsasında həmin torpaq sahəsinin 0,06 ha hissəsi onun, yəni İddiaçı1 adına keçirilmişdir. Sözügedən 0,06 ha sahəyə dair onun adına xx.xx.2005-ci il tarixli, 35563 nömrəli müqavilə mövcuddur, lakin səlahiyyətli şəxs tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmişdir.
5. Cavabdeh tərəfindən X4 ünvanlanmış xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən 272a/T nömrəli 0,12 ha torpaq sahəsinin icarəyə verilməsinə dair Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə onun, yəni Sergey Kirillovun arasında xx.xx.2005-ci il tarixli, 34665 nömrəli müqavilə bağlanılmış, daha sonra onun razılığı əsasında həmin torpaq sahəsinin 0,06 ha hissəsi onun tərəfindən İddiaçı1 adına keçirilmişdir. Qalan 0,06 ha sahəyə dair onun, yəni Sergey Kirillovun adına xx.xx.2005-ci il tarixli, 34663 nömrəli müqavilə arxivdə mövcuddur, lakin səlahiyyətli şəxs tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmişdir 6. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 01-93/23 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, naturada təqdim edilən d aş hasarın daxilində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alınaraq kameral şəraitdə “Google Yer” proqramının ortofoto görüntülərinə əsasən dəqiqləşdirildi. Dəqiqləşdirilmə zamanı müəyyən edildi ki, təqdim olunmuş X6 və İddiaçı1 faktiki istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağları massivində yerləşən torpaq sahəsinin ölçüsü 0,24 ha olmaqla Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən Pirşağı ərazisində həmin şəxslərə ayrılmış torpaq sahəsinin ümumi ölçüsü ilə eynilik təşkil edir və X6 və İddiaçı1 faktiki istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağları massivində yerləşən torpaq sa həsinin döngə nöqtələrinin koordinatları müəyyən olunaraq torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
7. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən və ölçüsü 0,12 ha olan 272a/T nömrəli bağ sahəsi üzərində X3 və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən və ölçüsü 0,12 ha olan 272b/T nömrəli bağ sahəsi üzərində İddiaçı1 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq onlara müvafiq çıxarış və plan-ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul olunmasını xahiş etmi şlər.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, sözügedən bağ sahələri 2005-ci ildən bu günədək (18 il) iddiaçıların mübahisəsiz istifadəsindədir. 272a/T nömrəli bağ sahəsinə dair İddiaçı2 ilə Bağlar Təsərrüfatnın İnkişafı və İstismarı Birliyi arasında 34665 nömrəli müqavilə, 272b/T nömrəli bağ sahəsinə dair İddiaçı1 ilə Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi arasında 35563 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilələr səlahiyyətli şəxslər tərəfindən imza edilmiş və möhürlə təsdiqlənmişdir. Lakin cavabdeh iddiaçıların həmin torpaq sahələrinə mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almaqdan qanunsuz və əsassız olaraq imtina etmişdir. Elektron kadastr məlumatlarına əsasən torpaq sahələrinin göstərilən əraziyə aidiyyəti olmadığının aşkar edilməsi iddiaçıların təqsiri kim i qeyd oluna bilməz və onun nəticələrinin iddiaçıların üzərinə qoyulması qanunsuz və ədalətsizdir. İddiaçıların istifadəsində olan bağ sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada sənədləşdirilmiş və müvafiq sənədlər cavabdehə təqdim edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsas sayılır.
9. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən “272a/T” nömrəsinin iddiaçı tərəfindən göstərilən əraziyə aidiyyəti olmadığı aşkar edilmişdir. Belə ki, 272 nömrəsi ilə başlay an bağ sahələri fərqli ərazidə yerləşir. Bundan əlavə, idarənin arxiv məlumatlarına əsasən “272a/T” nömrəli 0,12 ha torpaq sahəsinin icarəyə verilməsinə dair Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə xx.xx.2005-ci il tarixli, 34665 nömrəli müqavilə bağlanmış, daha sonra X3 razılığı əsasında həmin torpaq sahəsinin 0,06 ha hissəsi İddiaçı1 adına keçirilmişdir. Qalan 0,06 ha sahəyə dair X3 adına xx.xx.2005-ci il tarixli, 34663 nömrəli müqavilə arxivdə mövcuddur, lakin səlahiyyətli şəxs tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmişdir. Təqdim edilən 0,12 ha torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə isə idarənin arxivində aşkar edilməmişdir. Həmçinin elektron kadastr məlumatlarına əsasən “272b/T” nömrəsinin göstərilən əraziyə aidiyyəti olmadığı aşkar edilmişdir. Bel ə ki, 272 nömrəsi ilə başlayan bağ sahələri fərqli ərazidə yerləşir. Sözügedən 0,06 ha sahəyə dair İddiaçı1 Viktoronvanın adına xx.xx.2005-ci il tarixli, 35563 nömrəli müqavilə arxivdə mövcuddur, lakin səlahiyyətli şəxs tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmişdir. Həmçinin təqdim edilən 0,12 ha torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə idarənin arxivində aşkar edilməmişdir. Eyni zamanda, idarənin mütəxəssisləri tərəfindən göstərilən əraziyə aparılmış yerli baxış zamanı məlum olmuşdur ki, göstərilən sahə ümumi hasar daxilində olmaqla, faktiki 2400 kv.m təşkil edir. Qeyd edilənlərə əsasən iddianın təmin olunmaması xahiş edilmişdir
10. Bakı İnzibati Məhkəməsinin (hakim: Elvin Əliyev) 13 iyun 2023-cü il tarixli, e-21(112)-8010/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən və ölçüsü 0,12 ha olan 272a/T nömrəli bağ sahəsi üzərində X3 və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən və ölçüsü 0,12 ha olan 272b/T nömrəli bağ sahəsi üzərində İddiaçı1 mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata alaraq onlara müvafiq çıxarışın, plan və ölçünün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar tərəfindən məhkəməyə və inzibati orqana təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən iddiaçı X4 Pirşağı ərazisində 0,12 ha torpaq sahəsi olan 272a/T nömrəli bağ sahəsinin veriməsinə dair xx.xx.2005-ci il tarixli, 34665 nömrəli müqavilə və Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən İddiaçı1 Pirşağı ərazisində 0,12 ha torpaq sahəsi olan 272b/T nömrəli bağ sahəsi verilməsinə dair xx.xx.2005-ci il tarixli, 35563 nömrəli müqavilə (hər iki müqavilə) birlik tərəfindən imza və möhür ilə təsdiq edilmişdir. Cavabdehin bazasında və ya arxivdə olan İddiaçı1 0,6 ha bağ sahəsinin ayrılmasına dair müqavilə imzalanmamış, müvafiq qaydada təsdiq edilməmişdir. Belə olan halda, cavabdehin arxivində saxlanılan 0,6 ha torpaq sahələrinə dair hər iki müqavilə müvafiq qaydada imzalanmadığı və təsdiq edilm ədiyi üçün hüquqmüəyyənedici sənəd hesab edilə bilməz və həmin müqavilələrin heç bir hüquqi qüvvəsi yoxdur. İddiaçı1 ona 0,12 ha torpaq sahəsinin verilməsinə dair müqaviləsi isə səlahiyyətli qurum tərəfindən möhür və imza ilə təsdiq edilmiş və hal-hazırda qüvvədədir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçılara məxsus bağ sahəsinin ayrılmasına dair qeyd edilən müqavilələrin qanunsuz olduğunu sübut edəcək heç bir dəlil məhkəməyə təqdim edilməmişdir.
12. Eyni zamanda, İddiaçı1 məxsus müqavilənin cavabdehin arxivində olmaması iddiaçının iradəsindən asılı olmayan hal olduğundan onun təqsiri hesab edilə bilməz. Mütəxəssis rəyindən görünür ki, iddiaçılar öz tələbində hər hansı digər (o cümlədən zəbt olunmuş) sahəyə deyil, məhz müqavilə əsasında onlara verilmiş və faktiki istifadələrində olan t orpaq sahəsinə dair cizginin təsdiq edilməsini və çıxarışın verilməsinin tələb etməkdə haqlı olmuşdurlar. Həmçinin məhkəmə 272a/T və 272 b/T nömrəli bağ sahələrinin göstərilən əraziyə aidiyyəti olmadığına dair imtina dəlili ilə bağlı qeyd edir ki, buna dair cavabdeh inzibati orqan tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
13. İddiaçılar tərəfindən təqdim olunmuş icarə müqavilələrinin cavabdehin arxivində aşkar olunmaması barədə imtina əsasları formal xarakterlidir. Belə ki, müvafiq müqavilə nüsxəsinin arxivdə saxlanılmaması qanunvericilikdə hüquqların qeydiyyatından imtina əsası kimi müəyyən edilməmişdir. Belə olan halda, sözügedən müqavilə barədə arxivdə məlumatın olmaması onun həqiqətə uyğun olmadığına dəlalət etmədiyindən, həmin sənəd mötəbər hesab olunur. Eləcə də, torp aq sahəsinin yerləşmə mövqeyində uyğunsuzluğun olması iddiaçının iradəsindən asılı olan hal deyil və bu uyğunsuzluğun aradan qaldırılması cavabdeh inzibati orqanın səlahiyyətləri daxilindədir.
14. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aytən Oruczadə /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Rəşid Səmədov) 02 noyabr 2023-cü il tarixli, 2-1(103)-3453/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əl avə olaraq qeyd etmişdir ki, apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi İdarə arxivində X6 və İddiaçı1 ayrı-ayrılıqda 0,12 ha torpaq sahəsindən 0,06 bağ sahəsinin ayrılması barədə ərizələrinin olduğunu bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası diqqətə çatdırır ki, bağ sahəsinə dair hüquqların qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində müvafiq icarə müqavilələri çıxış etdiyi və İdarənin arxivində olan müvafiq müqavilələr imzasız və möhürsüz olduğuna görə öz-özlüyündə hüquqmüəyyənedici sənəd sayılmadığı halda həmin ərizələr heç bir hüquqi nəticə verə bilməz.
17. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
18. Ca vabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənc am vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 21. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyind əki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə
10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşl arın mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövl ət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəx slərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciə t etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin təl əbləri göstərilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı in stansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin a raşdırmaları yetərli hesab olunur.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıların mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə müvafiq çıxarış və plan-ölçü sənədlərinin verilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məh kəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
33. Bu qərarın 21-ci bəndində istinad olunan normalara görə, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərk ən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir.
34. Hazırkı iş üzrə iddiaçıların hüquqi marağı və məqsədi istinad edilən normalara əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində müvafiq olaraq onların icarəsinə verilmiş sahəsi 0,12 ha olan 272a/T və 272b/T nömrəli bağ sahələri üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarış və plan-ölçü sənədlərinin verilməsinə nail olmaqdan iba rətdir.
35. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, sahəsi 0,12 ha olan 272a/T və 272b/T nömrəli bağ sahələrinin iddiaçıların icarəsinə verilməsinə dair Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə iddiaçılar arasında müvafiq olaraq xx.xx.2005-ci il tarixli, 34665 nömrəli və xx.xx.2005-ci il tarixli, 35563 nömrəli müqavilələr bağlanılmış, birlik tərəfindən imza və möhürlə təsdiq edilmişdir.
36. Bu qərarın 22-ci bəndində istinad edilən normalara əsasən, 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, mə hdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
37. İddiaçıların hüquqlarının reyestrdə qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu hazırkı iş üzrə materiallarla təsdiq olunur. Qeyd olunan hüquqmüəyyənedici sənədlər geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır.
38. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğ u müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.
40. Beləliklə, yuxarıda istinad olu nan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 noyabr 2023-cü il tarixli, 2-1(103)-3453/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.