Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-847/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), 21.05.2019 Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, Tərəflərin iştiraki olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06.12.2018-ci tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, «xxxx» MMC-nin ünvan 1 ünvanda inşa etdiyi 1 nömrəli yaşayış binasının 21-ci mərtəbəsində yerləşən və yaşayış sahəsi 225.6 kv.m. olan 95 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdeh İdarənin üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 20.12.2017-ci il tarixli qərarı ilə (hakim E.Mustafayev; iş No 2-1(82)5708/2017) iddia tələbinin təmin edilməsi; «xxxx» MMC-nin ünvan 1 ünvanda inşa etdiyi 1 nömrəli yaşayış binasının 21-ci mərtəbəsində yerləşən və yaşayış sahəsi 225.6 kv.m. olan 95 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdeh İdarənin üzərinə qoyulması qərara alınmışdır. Bundan sonra X3 vəsatətlə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onu 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edərək, həmin məhkəmənin 20.12.2017-ci il tarixli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə S.Nəbiyevin iştirakı baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir etmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.11.2018-ci il tarixli qərardadı ilə (sədrlik edən V.Məmmədov; hakimlər S.Seyidova və c.Yusifov; iş No 2-1(103)-2823/2018) X1 iş üzrə 3-cü şəxs qismində cəlb olunması qərara alınmışdır. Bundan sonra 3-cü şəxs S.Nəbiyev 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 20.12.2017-ci il tarixli qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, onun hazırki inzibati iş üzrə məhkəmə icraatına cəlb edilməsi və işə yenidən baxılması üçün işin 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 dekabr 2018-ci il tarixli qərardadfı ilə (sədrlik edən V.Məmmədov, hakimlər S.Seyidov a və İ.Əhmədov; iş № 2-1(103)-2823/2018) X1 apellyasiya şikayəti mümkün sayılması, S.Nəbiyevin vəsatətinin təmin olunması; S.Nəbiyev üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli qərarının ləğv edilməsi; inzibati işin S.Nəbiyevin iştirakı ilə baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollejiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiyası məhkəməsi qərardad qəbul edərkən prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və iş üçün əhəmiyyətli olan bütün faktiki hallar ı araşırmadan əsassız və qanunsuz qərar qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə tərəflərin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyy ən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. İş üzrə müəyyən edilir ki, hazırkı mübahisə qanuni qüvvəyə minmiş məhkəmə qərarına qarşı maraqlarına toxunulduğu iddia edən şəxsin icraata qoşulması məsələsi ilə əlaqədar yaranmışdır. Belə ki, S.Nəbiyev təqdim etdiyi ərizəsində və apellyasiya şikayətində qəbul edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli qərarının onun maraqlarına toxunduğunu bildirmişdir. Apellyasiya məhkəməsi isə əvvəlcə 05.11.2018-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə qəbul ediləcək hər hansı məhkəmə qərarının bu və ya digər formada S.Nəbiyevin maraq larına toxunduğu nəticəsinə gələrək onu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb etmiş, apellyasiya şikayətini mümkün hesab edərək şikayəti apellyasiya icraatına qəbul etmişdir. Həmin məhkəmə daha sonra 06.12.2018-ci il tarixli qərardadla üçüncü şəxs S.Nəbiyevin apellyasiya şikayətini mümkün hesab edərək, onun vəsatətini təmin etmiş, SNəbiyevi 3-cü şəxs qismində işə cəlb etmiş; 1-ci instansiya məhkəməsinin qərarını ləğv edərək, inzibti işin 3-cü şəxsin iştirak ilə baxılması üçün həmin məhkəməyə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə düzgün deyil, iddiaçının kassasiya şikayətində qeyd edilənlər qimən düzgün olduğu üçün qismən qəbul edilməlidir. Belə ki, hazırkı mübahisə üzrə S.Nəbiyevin apellyasiya şikayətin in (əslində isə mahiyyətinə və məzmununa görə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməyə dair ərizəsinin) taleyi “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 aprel 2017-ci il tarixli qərarına görə həll edilməlidir. Həmin Qərara görə,
1. İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməsi;
2. Məsələ qanunvericilik qaydasında hə ll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Sözügedən qərarda Kontsitusiya Məhkəməsi həmçinin özünün aşağıdakı hüquqi mövqelərin i ifadə etmişdir:...İnzibati Prosessual Məcəllənin 28-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraat ının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin maddədə qanunverici cəlbetmənin iki növünü nəzərdə tutmuşdur: adi cəlbetmə və zəruri cəlbetmə. Zəruri cəlbetmə o zaman yaranır ki, hüquqi mübahisənin mahiyyəti üzrə qərar üçüncü şəxslərin maraqlarına bilavasitə təsir etsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı qərarın potensial təsiridir. Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. …Göründüyü kimi, inzibati məhkəmə icraatı zamanı apellyasiya şikayəti vermək hüququnun yalnız icraatın iştirakçılarına məxsus olduğu imperativ qaydada müəyyən edilmişdir. Qanunverici həmin normada göstərir k i, istənilən şəxs deyil, yalnız icraata cəlb olunmuş üçüncü şəxslər şikayət vermək hüququna malikdirlər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə müvafiq olaraq üçüncü şəxs qismində işə cəlb edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilə bilər....Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsinin həmin qərarına və orada əks olunmuş hüquqi mövqelərə görə birinci instanisya məhkəməsinin qərarı qanuni qüvvəyə mindikdən sonra qəbul edilmiş qərarın onun maraqlarına toxunduğunu güman edən şəxsin icraata qoşulması birinci instansiya məhkəməsinə ərizə verməklə üçüncü şəxs qismində icraata cəlb edilmə qaydasında həll olunmalıdır. Bu mənada, hazırkı işin hallarından görünür ki, S.Nəbiyev bu qaydada ərizə deyil, birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. Kollegiya bununla bağlı qeyd edir ki, bu halda, birinci instansiya məhkəməsi məsələyə formal olaraq yanaşmamalı, verilmiş apellyasiya şikayətini məhz icraata cəlb edilmə barədə ərizə kimi qəbul edərək özü həmin məsələni həll etməli idi. Lakin birinci instansiya məhkəməsi bu qaydada davranmamış, apellyasiya şikayətini baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmiş, öz növbəsində həmin məhkəmə də səlahiyyətli olmadığı halda, həmin apellyasiya şi kayətinə (əslində isə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməyə dair ərizəyə) mahiyyəti üzrə baxmışdır. Ona görə də, S.Nəbiyev tərəfindən verilmiş ərizəyə ilkin olaraq məhz birinci instansiya məhkəməsi tərəfindən baxılmalı olduğu nəzərə alınmaqla iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi həmin ərizəyə mahiyyəti üzrə baxmalı, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında müəyyən edilmiş meyarları rəhbər tutmaqla ərizənin taleyini həll etməlidir. Müvafiq olaraq birinci instansiya məhkəməsinin bu məsələyə dair çıxaracağı qərardaddan isə həm işdə iştirak edən şəxslərin, həm də icraata qoşulmaq istəyən şəxsin apellyasiya şikayəti vermək hüquqları vardır. Apellyasiya instansiyası məhkəməsinin yalnız bu qaydada verilmiş apellyas iya şikayətinə baxmaq hüququ vardır. S.Nəbiyev tərəfindən verilmiş ərizəyə baxılması zamanı isə birinci instansiya məhkəməsi aşağıdakıları nəzərə almalıdır. Birincisi, S.Nəbiyevin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli qərarının qəbul edilməsi nəticəsində hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmaması müəyyənləşdirilməlidir. Bu isə o deməkdir ki, S.Nəbiyevin təqdim etdiyi sübutlar tam və hərtərəfli tədqiq olunmaqla onun zəruri cəlbetmə (İPM 28.2) qaydasında icraata cəlb edilməli olduğu nəticəsinə gəlinərsə, o halda, o, icraata cəlb edilə bilər. Başqa sözlə, inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulması halından yalnız o zaman söz edilə bilə r ki, o, işə baxılarkən adi cəlbetmə qaydasında deyil, məhz zəruri cəlb etmə qaydasında işə cəlb edilməli olan şəxs olsun, lakin bu və ya digər səbəbdən ilkin icraat zamanı belə cəlb etmə həyata keçirilməmiş olsun. İkincisi, S.Nəbiyev 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli qərarından nə vaxt məlumatlı olması halı dəqiqləşdirilməlidir. Çünki inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin icraata qoşulma barədə müraciət etmək hüququ olsa da, bu hüquq hüquqi müəyyənliyin təmin edilməsi üçün istənilən vaxt deyil, müəyyən müddətlərdə həyata keçirilə bilən hüquqdur. Təsadüfi deyildir ki, Konstitusiya Məhkəməsinin qərarında da buna işarə edilərək inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəy yən edilməsinin əhəmiyyətinə xüsusi vurğu edilmişdir. Bununla bağlı olaraq məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə ilk növbədə S.Nəbiyevin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli qərarı barədə nə vaxt bildiyini və ya bilməli olduğunu dəqiq müəyyən etməlidir. Bundan sonra isə məhz, həmin andan etibarən ərizə vermə müddətinin hesablanmağa başlanıldığını nəzərə almalıdır. Bu müddət isə İPM-in 85.1-ci maddəsində təsbit edilmiş proses iştirakçıları üçün nəzərdə tutulmuş şikayət vermə müddətləridir. Azərbaycan Respublikası İPM-nin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06.12.2018-ci il tarixli qərardadı ləğv edildməli, iş S.Nəbiyev tərəfindən verilmiş inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməyə dair ərizəyə mahiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilsin. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Re spublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06.12.2018-ci il tarixli qərardadı ləğv edilsin. X2 təfindən verilmiş inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməyə dair ərizəyə mahiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilsin.