Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-847/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (torpaq sahəsinə çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1953-cü il təvəllüdlü; FİN-xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 sayl ı Xaçmaz Ərazi İdarəsinə qarşı Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.125 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-46/2022 nömrəli iş üzrə 3 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Qusar rayon Dövlət Arxivinin 25 fevral 2016-cı il tarixli, 79 nömrəli arxiv arayışına əsasən, Qusar rayon Gedəzeyxur kənd XDS İK-nın 1986-1990-cı illərin 4 nömrəli Təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 271 olan İddiaçı təsərrüfatının şəxsi m ülkiyyətində 1986-1987-1988-ci illərdə ümumi (yararlı) sahə 100 kv. metr, o cümlədən yaşayış sahəsi 60 kv. metr olan 1979-cu ildə tikilmiş yaşayış evi və təsərrüfatın şəxsi istifadəsində cəmi 0.125 hektar torpağın olduğu qeyd edilmişdir.
2. Qusar rayon Dövlət Arxivinin 25 fevral 2016-cı il tarixli, 79 nömrəli arxiv arayışına əsasən, Orconokidze adına sovxozun direktorunun xx.xx.1978-ci il tarixli 59 nömrəli əmri ilə Qaziyev Nəsrəddindən götürülmüş 0.125 ha torpaq sahəsi iddiaçıya verilmişdir.
3. Qusar rayon Dövlət Arxivinin 16 fevral 2016-cı il tarixli, 62 nömrəli arxiv arayışına əsasən, Qusar rayon Gədəzeyxur kənd İƏÜN-nin 1991-1995-ci illərin 5 nömrəli Təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 354 olan iddiaçının təsərrüfatında iddiaçı və 5 nəfər ailə üzvü təsərrüfat üzvü kimi qeyd edilmişdir. Həmin təsərrüfatın şəxsi mülkiyyətində ümumi sahəsi 130 kv.m, o cümlədən yaşayış sahəsi 66 kv.m. olan yaşayış evi və təsərrüfatın şəxsi istifadəsində 0.125 ha torpağın olduğu qeyd edilmişdir.
4. İddiaçı fərdi yaşayış evinin, yerləşdiyi torpaq sahəsi ilə birlikdə qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş və cavabdehin 29 mart 2016-cı il tarixli məktubu ilə bildirilmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi həmin idarənin elektron baza kadastr məlumat bazasına əsasən, JN-450 saylı kod 30107018 “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə digər şəxslərin adına qeydə alınmışdır. Həmçinin, bildirilmişdir ki, iddiaçı tərəfindən daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.
5. Bundan sonra iddiaçı Qusar rayon məhkəməsində iddia qa ldırmış və Qusar rayon məhkəməsinin 24 noyabr 2016-cı il tarixli, 2(029)-1579/2016 nömrəli qətnaməsi ilə Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.24 hektar torpaq sahəsinə dair cavabdehlər X2, X1, X5 (Samiddin) qızının, X3 (Samiddin) qızının, X7 (Samiddin) qızının və X8 (Samiddin) qızının adlarına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş kod 30107018 JN-450F saylı, 17 avqust 2005-ci il tarixli Şəhadətnamə ləğv edilmişdir.
6. İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehə ərizə (poçt vasitəsi ilə) ilə müraciət edərək, 0.24 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasını xahiş etmiş, məktub xx.xx.2019-cu il tarixdə cavabdehə təqdim olunsa da, onun müraciəti cavablandırılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instan siya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona ayrılmış Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.24 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınmasına dair çıxarışın verilməsini xahiş etmişdir.
8. İddiaçı iddia tələbində işin hallarını sadalamış və tələbi onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən onun mülkiyyət hüququ pozulmuşdur. Belə ki, torpaq üzərində hüquqların qeydə alınması üçün hər hansı maneə yoxdur. Torpağa dair hüquqmüəyyənedici sənədlər mövcuddur.
9. Cavabdeh iddia ərizəsinə dair yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri xx.xx.2016-cı il tarixli imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.
10. Sumqayıt İnzibati Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2-1(085)-1067/2019 nömrəli qə rarı ilə (sədrlik edən hakim İsmayıl Quliyev) iddianın rədd edilmişdir.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 fevral 2020-ci il tarixli, 2-1(105)-44/2020 nömrəli (hakimlər Zaur Məmmədov - sədrlik edən və məruzəçi, Nazim Nəsibov və Aqil Abbasov ) qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir. birinci instansiya məhkəməsindəki ikinci icraat
13. Sumqayıt İnzibati Məhkəməsinin 5 may 2021-cı il tarıxlı 2-1(118)-150/2021 saylı qərarı ilə (hakim V.E.Əzizova) iddia təmin edilərək Qusar rayon Orconikidze adına sovxozun direktorunun 12 may 1978-ci il tarixli əmri ilə iddiaçıya ayrılmış Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.125 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh inzibati orqanın əvvəlki imtina cavabında göstərdiyi dəlil, yəni mübahisəli torpaq sahəsinə dair başqa şəxslərin adına şəhadətnamə olması barədə əsası məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə aradan qalxmışdır. Bundan sonra cavabdeh tərəfindən hər hansı imtina bildirişi verilməmiş, eyni zamanda iddiaçının müraciəti də cavabsız saxlanılmışdır ki, bununla da cavabdeh hərəkətsizliyə yol vermişdir.
15. Sumqayıt İnzibati Məhkəməsinin 5 may 2021-cı il tarıxlı 2-1(118)-150/2021 nömrəli qərardadı ilə (hakim V.E.Əzizova) İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı kod 30107018 JN-450F saylı 17 avqust 2005-ci il tarixli Şəhadətnamədə göstərilən 0.24 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası torpaq sahəsinin 115 kv.metrə aid hissəsində mümkün sayılmaması qərara alınmışdır.
16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 5 may 2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
17. Sumqa yıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 fevral 2022-ci il tarixli, 2-1(105)-46/2022 nömrəli (hakimlər R.Ə.Ağayev /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və İ.K.Dəmirov) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 5 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a)kassasiya şikayətinin dəlilləri
19. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq torpaq sahəsinin sərhədlərinin və yerləşdiyi yerin müəyyən olunması üçün heç bir tədbir görməmiş, müvafiq eksper tiza və ya mütəxəssis rəyi almadan, həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi araşdırılmadan yanlış qərar qəbul etmişdir. Bundan əlavə, mülkiyyət hüququ müəyyən edilmiş 0.125 ha olan torpaq sahəsinin sərhədləri, yerləşdiyi yeri məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxemə məhkəmə tərəfindən istinad edilməmişdir. Həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi məhkəmə kollegiyası tərəfindən araşdırılmamışdır.
20. Əlavə olaraq, məhkəmə kollegiyası iddianı icraata götürən zaman İddiaçı Qusar rayon Orconikidze adına sovxozun direktorunun 12 may 1978-ci il tarixli əmri ilə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dö vlət reyestrində qeydiyyatına alınması ilə əlaqədar iddiaçıya xx.xx.2016-cı il tarixli **********39 qeydiyyat nömrəli məktubla imtina olunduğunu, bundan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etməməsini və hər hansı bir imtina almamasını, aldığı imtinanın verildiyi tarixdən 60 aydan çox vaxtın keçdiyini nəzərə almamışdır. Bununla da iddia qanunvericiliyin tələblərinə zidd olaraq mümkün sayılmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqa sına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
23. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə m inənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı...
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər:... 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış;...
24. İnzibati Prosessual Məcəllə: Maddə 12.1 Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Ma ddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələb i göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Şikayətdə apellyasiya i nstansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan hal ları ilə müəyəyn olunur ki, iddiaçının qeydiyyata alınmasını tələb etdiyi 0.125 ha torpaq sahəsi iddiaçıya Qusar rayon Orconikidze adına sovxozun direktorunun 12 may 1978-ci il tarixli əmri ilə verilmiş, Qusar rayon Gədəzeyxur kənd İƏÜN-nin 1991-1995-ci illərin 5 nömrəli Təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 354 olan iddiaçının təsərrüfatında iddiaçı və 5 nəfər ailə üzvü təsərrüfat üzvü kimi qeyd edilmiş(iş materiallarında olan Qusar rayon Dövlət Arxivinin iş materiallarında olan arayışlarına əsasən), həmçinin Qusar rayon məhkəməsinin 24 noyabr 2016-cı il tarixli, 2(029)-1579/2016 nömrəli qətnaməsi ilə iddiaçının sözügedən torpaq sahəsi ilə bağlı digər şəxslərə qarşı qaldırdığı iddia əsaslı hesab edilmişdir.
31. Göründüyü kimi, iddiaçının qeydiyyata alınmasını tələb etdiyi 0.125 h a torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədləri mövcuddur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.3-cü bəndinə əsasən, təsərrüfatbaşına kitablardan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
32. Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında təsbit olunmuş mövqeyinə uyğun olaraq qeyd edir ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar ü zrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə, öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Odur ki, kassatorun “apellyasiya instansiya məhkəməsinin torpaq sahəsinin sərhədlərinin və yerləşdiyi yerin müəyyən olunması üçün heç bir tədbir görməməsi, müvafiq ekspertiza və ya mütəxəssis rəyi almadan, həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi ilə bağlı araşdırma aparmaması, mülkiyyət hüququ müəyyən edilmiş 0.125 ha olan torpaq sahəsinin sərhədlərinin, yerləşdiyi yeri məlum olmamasını nəzərə almaması” ilə b ağlı dəlilləri ilə əlaqədar qeyd edir ki, hazırkı iş üzrə iddia tələbi torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehin üzərinə öhdəlik qoyulması ilə bağlıdır. Başqa sözlə, iddia tələbi öhdəliyin icrası iddia növünə aiddir. Həmin iddia növləri üzrə işə baxan məhkəmələr iddia tələbini o halda təmin etməlidir ki, iddiaçının tələbi cavabdehin imtina və etiraz dəlillərinin həcmindən və mahiyyətindən asılı olmayaraq qanuni və əsaslı olsun.
33. Yuxarıda qeyd edildiyi kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də təsərrüfatbaşına kitablardan çıxarışdır. Hazırkı iş üzrə də iddiaçı həmin sənədi təqdim etmiş, sənədin mötəbər olmaması barədə də cavabdeh hər hansı dəlil irəli sürməmişdir. Qanunvericilik də, təsərr üfatbaşına kitablardan çıxarışa əsasən hüquqların dövlət qeydiyyatı zamanı əlavə sənədlərin də təqdim edilməli olmasına dair norma nəzərdə tutmamışdır. Belə olan halda isə, apellyasiya instansiya məhkəməsi tərəfindən digər halların araşdırılması zərurəti yoxdur. Qeyd edilənlərə əsasən, kassatorun apellyasiya instansiya məhkəməsi tərəfindən İPM-nin 12.1-ci maddəsinin tələblərinin pozulması ilə bağlı dəlilləri əsassızdır.
34. Məhkəmə kollegiyası kassatorun “iddiaçının 2016-cı ildən sonra ona müraciət etməməsi” ilə bağlı dəlillərini də əsaslı hesab etmir. Belə ki, iş materiallarına əsasən, iddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehə ərizə (poçt vasitəsi ilə) ilə müraciət edərək 0.24 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasını xahiş etmiş, məktub xx.xx.2019-cu il tarix də cavabdehə təqdim olunmuş (iş v. 5. poçt qəbzi mütəxəssis S.Müzəffərova tərəfindən imzalanmışdır), lakin onun müraciəti cavablandırılmamışdır.
35. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni işin faktiki hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas deyildir. Odur ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-46/2022 nömrəli, 3 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.