Məhkəmə qərarları › İş №2-1(102)-848/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-848/2019

24.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-848/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası “X2 X1 İhracat Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçı “X2 X1 İhracat Sanayi ve Ticaret Anonim Şirketi”nin vəkili Vəkil2, cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin nümayəndəsi Nümayəndə o ğlunun və vəkili Vəkil1 iştirakı ilə iddiaçı “X2 X1 İhracat Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Milli Gəlirlər Departamentinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)3086/2018 saylı, 24 dekabr 2018-ci il tarixli qərardadından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında, 24 aprel 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı - “X2 X1 İhracat Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı cavabdeh - Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Milli Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 19.09.2017-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı həmçinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək 19.09.2017-ci il tarixli **********112799 nömrəli qərarın icrasının dayandırılması, həmin qərar əsasında iddiaçının bank hesablarına qoyulmuş bütün sərəncamların, o cümlədən də **********7A və **********3D saylı sərəncamların icrasının dayandırılması, gələcəkdə sərəncam qoyulmaması, sərəncamlar qoyulduğu təqdirdə banklar tərəfindən icra edilməməsi, cavabdehə və ona tabe bölmələrə, iddiaçının əlavə dəyər vergisinin depozit hesabından və sub-uçot hesabından pulun silinməsinin qadağan edilməsi, iddiaçının icra orqanın ın rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının qadağan edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən 19 sentyabr 2017-ci il tarixli qərarın icrasına yönələn hərəkətlər edilərək iddiaçının cari bank hesablarına sərəncam qoyulmuş, iddiaçının vəzifəli şəxslərinin süni yolla cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görülmüşdür. Müvafiq iddia ilə bağlı məhkəmə araşdırılmasının mövcud olduğu halda cavabdeh tərəfindən məsuliyyətə cəlbetmə qərarının icrasına yönələn hərəkətlərin edilməsi həm Vergi Məcəlləsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyasının, həm də iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilmiş məhkəmə müdafiəsi hüququnun pozulmasıdır. İddiaçının tə sisçisi Türkiyə Respublikasının hüquqi şəxsidir və baş ofisi Türkiyə Respublikasında yerləşir. Bu səbəbdən də iddiaçının rəhbərinin onun fəaliyyəti ilə bağlı olaraq daima Azərbaycandan kənara gedib-gəlməsi zəruridir. Belə olan halda, iddiaçının rəhbərinin ölkədən getmək hüququnu məhdudlaşdırmaq iddiaçının özünün fəaliyyətini məhdudlaşdırmaqdır. Bu isə sahibkarlığa qanunsuz müdaxilə olduğundan yolverilməzdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 aprel 2018-ci il tarixli qərardadı ilə (hakim: R.L.Kərimli) ərizə qismən təmin edilmiş, hazırkı işə mahiyyəti üzrə baxılıb qurtaranadək cavabdehin 19.09.2017-ci il tarixli, **********112799 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının və həmin qərar əsasında iddiaçının bank hesablarına qoyulmuş bütün sərəncamların, o cümlədən **********7A və **********3D nömrəli sərəncamların icrasının dayandırılması, gələcəkdə belə sərəncamların qoyulmasının və mübahisələndirilən qərar üzrə hesablanmış borcla bağlı iddiaçının ƏDV depozit hesabından və ƏDV sub-uçot hesabından pul vəsaitinin silinməsinin cavabdehə və digər vergi orqanlarına qadağan edilməsi qərara alınmışdır. Məhkəmənin həmin qərardadından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1573/2018 saylı 14 iyun 2018-cı il tarixli qərardadı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: H.Ü.Həmidov və X.Ə.Sarıyev) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-249/2018 saylı 05.04.2018- ci il tarixli qərardadı dəyişdirilmiş, qərardadın nəticə hissəsində “gələcəkdə belə sərəncamların qoyulması” ifadəsi “cavabdehin 19.09.2017-ci il tarixli **********112799 saylı qərarına əsasən iddiaçıya hesablanmış məbləğlə bağlı sərəncamların qoyulması” ifadəsi ilə əvəz edilmiş, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsinin qərardadından cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli, 2-1(102)-1920/2018 nömrəli qərarı ilə (sədrlik edən: N.İ.Rəsulbəyova, hakimlər: Z.S.Quliyev və İ.K.Hüseynov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1573/2018 saylı 14 iyun 2018- cı il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-3086/2018 saylı 24 dekabr 2018-cı il tarixli qərardadı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: Ü.A.Mayılov və A.B.Nuriyeva) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-249/2018 saylı 05.04.2018-ci il tarixli qərardadı dəyişdirilmiş, iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi qismən təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək - cavabdeh Milli Gəlirlər Departamentinin 19.09.2017-ci il tarixli, **********112799 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qəra rının və həmin qərara əsasən hesablanmış vergilərin və maliyyə sanksiyasının dövlət mədaxilinə alınması ilə əlaqədar iddiaçının bank hesabına qoyulmuş **********7A nömrəli sərəncamının icrası dayandırılmış, iddiaçının bank hesablarına həmin qərara (19.09.2017ci il tarixli, **********112799 saylı) əsasən hesablanmış vergilərin və maliyyə sanksiyasının dövlət mədaxilinə alınması üçün yeni sərəncamların qoyulması cavabdehə qadağan edilmiş, eyni zamanda, iş üzrə yekun məhkəmə qərarı qəbul edilib qanuni qüvvəyə minənədək, cavabdehin 19.09.2017-ci il tarixli, **********112799 nömrəli qərarına əsasən hesablanmış vergilər və maliyyə sanksiyası üzrə ümumi məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatlarının aparılması iddiaçıya qadağan edilmiş, iddiaçının ərizəsi qalan hissəsində təmin edilməmişdir. Apelyasiya instansiya məhkəməsinin qərardadından iddiaçı və cavabdeh kassasiya şikayətləri vermişlər. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçı “X2 X1 İhracat Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş kassasiya şikayəti: Həmin kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-3086/2018 saylı 24 dekabr 2018-cı il tarixli qərardadının ləğv edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, qərardad maddi və prosessual normalarının pozuntusu ilə qəbul edilmişdir. Belə ki, inzibati prosessual qanunvericilikdə yanlış inzibati aktın təsirindən qorumağa dair xüsusi normalar nəzərdə tutulmuşdur. İPM-nin xüsusi norması olan 41.2 -ci maddəsinə görə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Göründüyü kimi, qanunverici hüquq vermişdir ki, hələ məhkəmə baxışı tamamlanmamış qanunsuz inzibati aktın nəticələrindən iddiaçını qorusun. Lakin apelyasiya instansiya məhkəməsi qanunun bu tələbini nəzərə almamışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti: Həmin kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-3086/2018 saylı 24 dekabr 2018-cı il tarixli qərardadının qismən cavab deh Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin 19.09.2017-ci il tarixli, **********112799 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının icrasının dayandırılması hissəsində ləğv edilməsi və həmin hissədə iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayətdə qeyd olunur ki, məhkəmə qərardadı qismən qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, məhkəmə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin 19.09.2017-ci il tarixli **********112799 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının icrasını dayandırmaqla vergi orqanına borc məbləğinin tut ulmasına yönələn hər hansı hərəkətin edilməsini qadağan etmişdir ki, bununla da vergi orqanının borc məbləğini vergi ödəyicisinin əmlakından tutmaq imkanı məhdudlaşdırılmış və iddiaçının vergi borcu olmasına baxmayaraq mülkiyyətində olan siyahıya alınmalı olan əmlakdan maneəsiz şəkildə istifadə etməsinə imkan yaradılmışdır. Daha sonra qeyd edilir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardad dövlət büdcəsinə vergi öhdəliklərinin və maliyyə sanksiyalarının ödənilməsinin təmin edilməsi ilə bağlı qanunvericilik tərəfindən cavabdehin üzərinə qoyulmuş funksional vəzifələrin icrasının təmin edilməsini qeyri-mümkün edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçının vəkili Vəkil2 iddiaçının kassasiya şikayətinin təmin edilməsini, Bakı Apelyasiya Məhkəməsinin İnzi bati-İqtisadi Kollegiyasının 2-1(103)-3086/2018 saylı 24 dekabr 2018-cı il tarixli qərardadının ləğv edilməsini, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili cavabdehin kassasiya şikayətinin təmin edilməsini, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)3086/2018 saylı 24 dekabr 2018-cı il tarixli qərardadının qismən - cavabdeh Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin 19.09.2017-ci il tarixli, **********112799 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının icrasının dayandırılması hissəsində ləğv edilməsi və həmin hissədə iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin təmin edilməməsi barədə q ərar qəbul edilməsini, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayətləri vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Hər iki şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayətlər qəbul olun a bilən hesab edilir. Lakin hər iki şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 40.1-ci maddəsinə əsasən, maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. - 40.2-ci maddəsinə əsasən, ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. - 40.3-cü maddəsinə əsasən, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğ u hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. - 41.2-ci maddəsinə əsasən, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə, həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Məcəllənin qeyd olunan normasının mənasından göründüyü kimi, iddiaçının ərizəsi əsasında məhkəmə işin hallarını araşdırıb qiymətləndirdikdən sonra, müəyyən şərtlərlə inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İş materiallarından da göründüyü kimi, cavabdeh vergi orqanı tərəfindən iddiaçının Azərbaycan Respublikasındakı filialında 2015-2016-cı illər üzrə səyyar vergi yoxlaması aparılmış, yoxlamanın nəticəsinə dair 14.08.2017-ci il akt tərtib olunmuş və həmin akt əsasında qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 19.09.2017-ci il tarixli **********12799 №-li qərar ilə iddiaçıya 2015-ci il üzrə 1.526.870,25 manat mənfəət vergisi, 2015-2016-cı illər üzrə 7.662.162,67 manat ƏDV hesablanmış və cəmi 594.516,47 manat maliyyə sanksiyası tətbiq edilmiş, həmin vergi məbləğinin dövlət büdcəsinə ödənişinin təmin edilməsi üçün onun bank hesablarına ******** **7A və **********3D saylı sərəncamlar qoyulmuşdur. İddiaçının tələbindən göründüyü kimi, cavabdehin onu əlavə vergi məsuliyyətinə cəlb edən 19.09.2017-ci il tarixli qərarının ləğv olunmasını tələb etmişdir. Apelyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının iddia tələbinin mahiyyəti üzrə araşdırılması sübutların hərtərəfli tədqiq edilməsini, onlara hüquqi qiymət verilməsini və gələcəkdə qərarın qəbulunu zəruri edən faktiki şərtlərin mövcud olmasının ortaya çıxarılması zəruriliyini yaratdığını nəzərə alsaq, işin hazırkı mərhələsində iddianın gələcək aqibətini və mahiyyəti üzrə hansı yekun məhkəmə qərarının qəbul olunacağını, bu və ya digər tərəfin xeyrinə işin həll olunacağını müəyyən etmək mümkün və ağlabatan deyil. Belə olan halda, müvəqqəti xarakterli müdafiə tədb iri tətbiq edilməli və bu zaman hər iki tərəfin hüquqi mənafeyi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, 21 dekabr 2012-ci il tarixli 509-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə əlavə edilmiş 16.1.11-2-ci maddəyə görə, vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şikayətə məhkəmədə baxıldığı dövrdə və həmin şikayət üzrə məhkəmənin çıxardığı qərar qanuni qüvvəyə minənədək (vergi ödəyicisinin həmin vəsaitləri öz razılığı ilə ödədiyi hallar istisna olmaqla) əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları ü zrə dondurulmasını təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı, vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamış, iş üzrə düzgün nəticəyə gəlinmişdir. Odur ki, hər iki şikayət, dəlilləri əsassız olduğundan təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 dekabr 2018-ci il tarixli, 2-1(103)-3086 /2018 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Kasasiya şikayətləri təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar