Məhkəmə qərarları › İş №2-1(102)-848/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-848/2021

28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-848/2021 28.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı iş üzrə QƏRARİ Açar sözlər: (dövlət hesabına vəkillə təmin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı kasasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının -ci il tarixli 2-1(103)-942/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 28 aprel 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı Azərbaycan Respublikası CM-nin 186, 308, 309, 322-ci maddələrini rəhbər tutaraq tədbir görülməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat:

2. Birinci instansiya məhkəməsinin -ci il tarixli, 2-1(112)-6546/2020 nömrəli (sədrlik edən hakim Fərid Mədətli) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.

3. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən qeyd etmişdir ki, İnzibati Prosessual Məcəllənin 35-ci maddəsinə, “İnzibati məhkəmə icraatında iddianın mümkünl üyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarına əsaslanmışdır.

4. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin -ci il tarixli qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat:

5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 24.02.2021-ci il tarixli, 2-1(103)-942/21 nömrəli (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Vidadi Məmmədov və Namiq Cəfərov) qərardadı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin -ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin istinad etdiyi prosessual hüquq normalarına əsaslanmışdır.

7. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan iddiaçı kasasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizə ilə apelyasiya instansiyası məhkəməsinə müraciət etmişdir.

8. Apelyasiya instansiyası məhkəməsinin 10.03.2021-ci il tarixli, 2-1(103)942/21 nömrəli (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Namiq Cəfərov və İlham Kərimli) qərardadı ilə ərizənin rədd edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri:

9. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya i nstansiyası məhkəməsinin 10.03.2021-ci il tarixli, 2-1(103)-942/21 nömrəli qərardadı ləğv edilməli, kasasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizə isə təmin edilməlidir. Belə ki, iddiaçı işsizdir, pensiya və hər hansi təminat almır.

10. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.03.2021-ci il tarixli, 2-1(103)-942/21 nömrəli qərardadının ləğv edilməsini və dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizənin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.

12. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. ( 13 aprel 2021-ci ildə müvafiq bildiriş göndərilmişdir) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

13. İddiaçı kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

14. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçü n hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

16. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, ap elyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.

17. Ali Məhkəmənin İnzibati Kollegiyası iş materiallarını araşdıraraq və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq, belə qənaətə gəlmişdir ki, apelyasiya instansiyası məhkəməsinin mübahisə üzrə gəldiyi nəticə iş materiallarına uyğundur.

18. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətində göstərdiyi dəlilini əsassız hesab edir, belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müd dəaları tətbiq oluna bilər.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən kasasiya və əlavə kasasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kasasiya və əlavə kasasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir.

20. Həmin Məcəllənin 121.2-ci maddəsinə görə bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. 21. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir.

22. Yuxarıda qeyd olunan qan unvericilik normalarının müddəalarından göründüyü kimi, proses iştirakçısnın dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi üçün həmin şəxslər vəkilin xidmətlərini ödəməyə kifayət qədər vəsaitlərinin olmadığı barədə sübutlar təqdim etməlidirlər.

23. İddiaçı kasasiya şikayətinə əlavə etmiş sənədləri (sübutları) apelyasiya instansiyası məhkəməsinə təqdim etməli idi, lakin bunu etməmişdir.

24. Buna görə də apelyasiya instansiyası məhkəməsi haqlı olaraq iddiaçının hər hansı sübutun təqdim edilməməsi əsası ilə ərizəni təmin etməmişdir.

25. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin -ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasə n və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının -ci il tarixli, 2-1(103)-942/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar